Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə38/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   ...   34   35   36   37   38   39   40   41   ...   68

yerləşən   bütün   hipergen   təbəqə   müasir
torpaqəmələgəlmənin   və   aşınmanın   nəticəsidir.  Bu   qatı
təşkil edən müxtəlif törəmələr vahid torpaq profilinin tərkib
hissəsi kimi nəzərdən keçirilirdi.
Bu fikir, tropik torpaqların profilinin, tropik qurşağın
zonal-coğrafi   şəraitlərinin   təsiri   altında,   silisium,
alüminium   və   dəmir   oksidləri   kalloidlərinin   təkamülü
nəticəsində   əmələ   gəldiyi   haqqında   anlayış   sistemini
işləyib   hazırlamış   alman   alimləri   P.Fagelerin   (1930)   və
xüsusilə Q.Qarrasovitsin (1930) işlərində nəzəri surətdə
əsaslandırılmışdır.  Zol   kolloidlərinin   kaoqulyasiyasını   və
sabitləşməsini   Qarrasovits   müasir   biokimyəvi   şəraitlərlə
əlaqələndirmiş   və   nəzəri   olaraq   profil   qurmuşdur   ki,
burada  hər  bir təbii zonaya  müəyyən  torpaq tipi  uyğun
gəlirdi.   Məsələn,   savanna   zonasında   torpağın   profili
aşağıdakı   quruluşa   (yuxarıdan   aşağıya   doğru)   malikdir:
dəmirli   bərk   qabıq,   dərinə   getdikcə   ilkin   süxurların
hesabına   əmələ   gəlmiş,   qalın   allit   qatı   ilə   döşənmiş,
tərkibində alüminium oksidi olan eyni bərk qabıqla əvəz
olunur. Güman edilir ki, muson meşələri zonasında torpaq
mütləq   qırmızı   gil   qatı   ilə   başlanır,   aşağıda   pozulmuş
siallit qatına keçir. Kolloidal kimyanın müddəalarının zonal
torpaq-coğrafi   şəraitlə   əlaqələndirilməsi   məntiqidir   və
buna görə də  qeyd olunan fikirlər, geniş yayıla bilmişdir.
Lakin,   sonrakı   tədqiqatlar   bu   fikirlərin   yalnış
olduğunu   göstərdi.   Müəyyən   edildi   ki,   Qarrosovitsin   və
Fagelerin   vahid   profil   qatı   kimi   baxdıqları   müxtəlif
törəmələr,   çox   vaxt   ayrı-ayrılıqda   mövcuddurlar   və
görünür   ki,   eyni   vaxtda   əmələ   gəlməmişlər.   Avstraliya
torpaqşünasları   (C.Preskott,   S.Stifens   və   b.)   müxtəlif
156


hipergen   törəmələrin   və   müasir   torpaqların   eyni   yaşda
olmadıqlarını   inandırıcı   surətdə   göstərmişlər.   Sonradan
Afrikanın   aşınma   məhsulları   dəqiq   öyrənildi   və   bu
materikdə   bir   neçə   hipergenez   mərhələsinin   olduğu   və
onlara   uyğun,   müasir   torpaqların   əmələ   gəlmələrindən
çox   əvvəl   formalaşmış   qabıqlar   müəyyən   edilmişdir
(V.V.Dobrovolskiy, 1971).
Törəmələri,   qədim   qurunun   bir   çox   rayonlarında
geniş   yayılmış,   daha  qədim   hipergenez   mərhələsinin
izləri  olduqca   yaxşı   saxlanılmışdır   ki,   onların   ilk   kristal
süxurları   əsasən   qneyslərdən,   kristal   şistlərdən,
amfibolitlərdən təşkil olunduğu üçün, adətən kaolinit qatı
ilə   qurtaran   yaxşı   differensasiya   olunmuş   profilə   malik,
qalın avtomorf aşınma  qabığından ibarətdir. Bu aşınma
qabıqları   əsasən   üst   yura   dövründən   başlayaraq
paleogenin   axırınadək   əmələ   gəlmişlər.   Ola   bilsin   ki,
müxtəlif   rayonlarda   qədim   avtomorf   qabıqların   yaşı
müxtəlifdir.   Lakin,   onların   hamısı,   milyon   illərlə
hesablanan, olduqca uzun dövr ərzində əmələ gəlmişlər.
Qranit   və   qneyslər   üzərindəki   qabıqların   profili
aşağıdakı   quruluşa   malikdir.   Altda,   ilk   kristal   süxurların
dəyişilməsinin   başlanğıc   mərhələsi   əks   olunmuş   qat
yerləşir.   Kütlənin   yumşaq   olmasına   və   asanlıqla
dağılmasına   baxmayaraq   süxurların   strukturu   saxlanılır.
Mikroskop altında görünür ki, torpaqəmələgətirən süxurlar
hipergen silikatlarla, yəni çöl şpatları ilə - nazikpulcuqlu
hidroslyudalarla, tünd rəngli minerallarla (biotit, amfibollar,
piroksenlər) – hidroxloridlə, dəmir üç oksidlə əvəz edilir.
Süxur   müxtəlif   rəngdədir,   bəzi   hallarda   hipergen
mineralların tərkibindən və miqdarından asılı olaraq, açıq
157


bənövşəyi, qırmızı, sarı rəngdə olur. Qatın qalınlığı çox
böyük (20-30 m-ə qədər) ola bilir.
Bu   qat   yuxarı   istiqamətlərdə,   onların   tərkibindən
yüksək   mütəhərrik   kimyəvi   elementlər   (natrium,   kalium,
kalsium),   eləcə   də   dəmirin   xeyli   hissəsi   kənar   edildiyi
üçün ağ rəngə keçir. Burada, bütün qata ağ rəng verən
yenitörəmiş   əsas   mineral   kaolinitdir.   Süxurəmələgətirən
ilk   süxurlardan   yalnız   kvars   qalır.   Əgər   ilk   süxur
alüminium   ilə   zəngin   olan   minerallardan   təşkil
edilmişdirsə,   onda   alüminium   hidroksidi   qrupunun
mineralları   əmələ   gəlir.  Bu   yuxarı   qat   eroziyaya   məruz
qalmışdır. Bu səbəbdən onun qalınlığı əvvəlkinə nisbətən
xeyli azalmışdı. Bəzən yaxşı saxlanılmış kaolinit qatının
qalınlığı xeyli yüksək olsa da, bu qatın qalınlığı bir neçə
metrlə ölçülür. Afrikanın qədim aşınma qabığının genetik
qatlarının   kimyəvi   tərkiblərinin   dəyişilməsinə   dair   belə
məlumatlar vardır.
Qədim   aşınma   qabıqlarının   tərkibi,   quruluşu   və
vəziyyətinin   öyrənilməsinin   nəticələri   göstərir   ki,   onlar
həllolmuş   aşınma   məhsullarını   çıxarıb   gətirən   yavaş-
yavaş süzülən suların təsiri altında əmələ gəlirlər. Yuyan
rütubət   rejimini   və   məhsuldar   bitki   örtüyünü   müəyyən
edən yaxşı atmosfer rütubətlənməsi, çoxlu miqdarda asan
həll   olan   turş   humus   maddəsinin   daxil   olmasını   təmin
edən   və   üst   qatların   yumşaq   təbəqəsini   eroziyadan
qoruyub saxlayan, olduqca sabit meşə biosenozu, qədim
aşınmanın mühüm amilləri olmuşlar. Lakin, bu prosesin
davamiyyət  müddəti –  aşınma qabığının  qalın  avtomorf
torpaqlarının əmələ gəlməsində mühüm şərtdir.
158


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə