Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə34/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   ...   30   31   32   33   34   35   36   37   ...   68

meşələrin tərkibi müxtəlifdir. Məsələn, Acariyada qırmızı
torpaqlar, tərkibində palıd, vələs,     fıstıq     və     şabalıd
ağacları üstünlük təşkil edən  Kolxida   meşələri   altında
inkişaf   edirlər.   Meşəyə   bitişik   sahələrdə   həmişəyaşıl
bitkilər   bitir.   Subtropik   meşələrin   biokütləsi   400s/h-dan
çoxdur. Töküntülərin miqdarı -210 s/h–a yaxındır.
Rütubətli   subtropiklərin   ən
səciyyəvi   torpaq   tipi
 qırmızı
torpaqlardır ki, öz rənginə  görə   adını
almışdır
 (şəkil   19.2).   Bu,
torpaqəmələgətirən   süxurların   tərkibi
ilə əlaqədardır.   Qırmızı     torpaqaların
üzərində  
 
  inkişaf  
 
  etdiyi
torpaqəmələgətirən   süxurlar   spesifik
kərpici – qırmızı   və  narıncı   rəngdə
gətirilib       çökdürülmüş   aşınma
məhsullarından   ibarətdir.  Bu   qat bir
halda  əsas  (sal) süxurlar,  digər  halda
eroziyaya     uğramış     qədim   ellüvial
aşınma   qabığı   üzərində   yerləşmişdir.
Qatın rəngi  gil hissəciklərinin üzərində
möhkəm əlaqələndiyi dəmir hidroksidin
iştirakından   asılıdır. Bu əlaqə o qədər
möhkəmdir ki, hətta  qatın uzun  müddət turş torpaq suları
ilə yuyulması da onu dağıda bilmir.
Acariyanın   qırmızı   torpaqlarının     profili   aşağıdakı
quruluşa malikdir:
A   qatı  –   boz   qəhvəyi   rəngdə,     köklər   çoxdur,
strukturu tonavaridir. Qalınlığı  15-20 sm-dir, səthində  çox
    Şəkil 19.2.
139


vaxt   bir neçə   santimetr qalınlığında meşə döşənəcəyi
yerləşir. 
B qatı – keçid illüvial qat, ilk süxurdan  asılı olaraq
qonur-qırmızı     və   ya   sarı-qonur     rəngdədir,   bərkdir.
Qalınlığı   50-60sm, qırmızı torpaqlarda   bol dəmirli   və
manqanlı  konkresiyalara  rast gəlinir.
C qatı – müxtəlif rənglidir, çox vaxt zolaqlı  ellüvial
aşınma       qabığından   və   onun   qırmızı   rəngli   çöküntü
materiallarından     ibarətdir.   Yuxarı   hissəsində     narın
dispersli     mineralların   pərdəsi     və   süzüntüsü   nəzərə
çarpır.
Genetik qatların kimyəvi     tərkibinə   görə, profilin
yuxarı   hissəsində   silisium   oksidinin   yüksək   miqdarı
diqqəti   cəlb   edir,   onun   miqdarı   keçid   –   allüvial   qatda
azalır.
Narındispersli     hissəciklər     B   qatında     zəif
toplanırlar. Mikroskop  altındakı  şilliflərdə su ilə gətirilmiş
gilli   mineralların   törəmələri   yaxşı   görünür.    Bütün   profil
boyu   torpağın   reaksiyası   turşdur.   A   qatında   humusun
miqdarı xeyli yüksəkdir - 6-8%. Profil boyu aşağı getdikcə
humusun miqdarı kəskin azalır.
Humusun       tərkibində       huminlərə       nisbətən
fulvoturşular üstünlük təşkil edirlər.     Həddindən     artıq
rütubətlənmə   və yuyan su rejimi qırmızı torpaqların turş
torpaq   məhlulları   ilə     yuyulmasına       səbəb     olur.
Nəticədə qırmızı torpaqlar podzol torpaqlarla bəzi ümumi
xüsusiyyətlər kəsb edir.
Topraq       profilinin     üst       hissəsindən         su   ilə
aparılan   kimyəvi   elementlərin   bir   hissəsi   parçalanmış
töküntülərdən daxil olan kül elementləri ilə kompensasiya
140


edilir.     Torpaqəmələgətirən       süxurların   kalsiumla
zənginliyi torpaqdan kimyəvi elementlərin       yuyulmasını
çətinləşdirir.  Buna       görə         əsas       süxurların   aşınma
məhsulları    üzərindəki torpaqlar, turş süxurların aşınma
məhsulları   üzərindəki   süxurlara   nisbətən   daha   az
yuyulmuşlar.
Tərkibində     alminium   hidrooksidlərinin,   əsasən
hidrargillitlərin   olması   –   Acarıstan   qırmızı   torpaqlarının
xüsusiyyətidir.   Bu   yerli     süxurların       (orta   və   qələvi
effuzivlərin   və   onların   torpaqlarının)   aşınması   ilə
əlaqədardır   ki,   bu   halda   landşaftın       bütün
komponentlərinin   səthi   və   sularının,   bitkilərin     və
torpaqların   alüminiumla   zənginləşməsi   baş   verir.
Acarıstan   torpaqları   kaolinit   qalınlığının   aşınma
mineralları ilə zəngindir, bunun nəticəsi olaraq onlar zəif
udma tutumuna   malikdirlər və tərkibindəki narındispersli
minerallara görə keçmiş sovet məkanında yayılmış başqa
torpaqlardan fərqlənirlər. 
Sarı torpaqlar  pis su keçirmə qabiliyyətinə malik
olan gilli şistlər və gillər üzərində     əmələ gəlir, nəticədə
bu     torpaqların     profilinin   yuxarı   hissəsində   çox   vaxt
qleyləşmə     prosesləri    inkişaf edir. Dəmir - üç    oksidi
konkresiyalarının  əmələ    gəlməsini  (Romaşkeviç,   1975)
bununla   əlaqələndirirlər.   Sarı   torpaqların   profilində   çox
vaxt lessivaj prosesi nəzərə çarpır (şəkil 19.3).
141


    
    Şəkil 19.3. Sarı torpaqların bəzi yarımtipləri
Zaqafqaziyanın   rütubətli   subtropik   landşaftlarında
orijinal torpaqlara rast gəlirik, onların   profilində   dəmirli
yenitörəmələrlə   intensiv     zənginləşmiş qat vardır. Bəzi
torpaqşünaslar   belə   güman   edirlər   ki,   bu   torpaqların
əmələ   gəlməsi   gilli   hissəciklərin   yüksək   enerji   ilə
yuyulması və su keçirən   illüvial qatın əmələ gəlməsi ilə
əlaqədardır.   Belə   qatın   meydana     çıxması   torpağın
səthdən   mövsümü   olaraq     su     ilə         zənginləşməsinə,
dəmirin   mütəhərrik   vəziyyətə keçməsinə və sonradan
çoxlu   miqdarda   dəmir   -   üç   oksidin   toplantılarını   əmələ
gətirməklə   onun   yüksək   enerji   ilə   miqrasiyasına   səbəb
olur.   Çox     güman   ki,   bu   dəmirli   yağıntılar   qədim
törəmələrinqalıqlarıdır   və   müasir   torpaqlara   irsən
keçmişdir. Rütubətli  subtropik   meşələrin    torpaqlarında
azotun,  eləcə də   bəzi kül elementlərinin miqdarı azdır.
Onların       münbitliyini     artırmaq   üçün   üzvi   və   mineral
142


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə