Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə31/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   ...   27   28   29   30   31   32   33   34   ...   68

hallarda   tamamilə   eroziyaya   uğramışdır.   İri   qırıntılar
olduqda sütunvari gips uzun ziyil çıxıntıları əmələ gətirir.
Cavan   allüvial   çöküntülər   üzərində   əmələ   gəlmiş
boz-qonur   torpaqlarda   səthi   qabıq   daha   yaxşı   nəzərə
çarpır.   Lakin   bərkimiş   qat   yoxdur.   Çınqıllı
torpaqəmələgətirən   süxurlar   üzərindəki   qabıq   səthində
toplanmış   daşları   sementləşdirərək,   daşlı   səhralarda
“zirehli   səthin”   əmələ   gəlməsinə   səbəb   olur.   Qumlar
üzərində əmələ gəlmiş boz-qonur torpaqlar çox nazik gilli-
karbonatlı   qabığa   və   qatların   nazik   qalınlığına   malikdir.
Qumlar   üzərində   torpağın   üst   hissəsi   əksər   hallarda
nisbətən çox tozlu-gilli hissəciklərə malik olur ki, bu da toz
hissəciklərinin   çökməsi   və   sonradan   toplanması   ilə
əlaqədardır.   Yuxa   tozvari   çöküntülər   çox   zaman   nazik
qabıq əmələ gətirir.
18.3. Boz-qonur torpaqların genetik
xüsusiyyətləri
Boz-qonur   torpaqların   kimyəvi   analiz   nəticələri
onların genetik qatlarının eyni olmadığını göstərir. Səthi
qabıq   çox   vaxt   (həmişə   olmasa   da)   yüksək   miqdarda
silisium   oksidinə   malik   olur   ki,   bərkimiş   qatda   onun
miqdarı bir qədər azalır. Sonuncuda bəzən gilin, dəmirin,
maqneziumun   və   kaliumun   miqdarı   zəif   artır.   Lakin
bütünlükdə   boz-qonur   torpaqların   profili   üzrə   ümumi
kimyəvi tərkibin dəyişməsi cüzi miqdardadır.
Qranulometrik   tərkibin  öyrənilməsi  göstərir  ki,   boz-
qonur torpaqların profilinin bərkimiş qatında narındispersli
hissəciklər   çox   toplanılır.   Bununla   yanaşı   mineralların
125


qırıntılı   hissəsinin   miqdarında   mühüm   dəyişiklik   baş
vermir.   Qabığın   0,05-0,25mm   fraksiyalarında   kvarsın
miqdarı 20,4 bərkimiş qatda 24,6%-dir. Üstyurtun cənub
hissəsi boz-qonur torpaqlarında da buna oxşar vəziyyət
vardır.   Boz-qonur   torpaqların   kimyəvi   və   mineral
tədqiqinin  müqayisəsi  aşağıdakıları  qeyd  etməyə   imkan
verir. Birincisi, torpaq profilinin ən üst hissəsi üçün xırda
qırıntı   minerallarla   zənginləşmə   nisbətən   narındispersli
hissəciklərin   az   miqdarı   səciyyəvidir.   Bu   fakt   xeyli
dərəcədə   müasir   küləklərin   fəaliyyəti   ilə   əlaqədardır:
qumlu massivlərin sovrulması və xırda qırıntı (millimetrin
onda və ya yüzdə bir hissələri) hissələrinin aparılması ilə,
ikincisi   boz-qonur   torpaqların   profilində   kiplənmiş   qat
ayrılır, onun əmələ gəlməsi, tərkibində bir qədər udulmuş
natrium   kationları   olan,   narındispersli   hissəciklərin
toplanmasından irəli gəlir. Bu xüsusiyyət bitki qalıqlarının
natriumla zəngin olması və səhra landşaftlarının natrium
duzları tərəfindən ümumi şorlaşması ilə əlaqədardır.
Ümumiyyətlə,   boz-qonur   torpaqların   xırda   qırıntı
hissələrində   silikat   qırıntıları   kvars   qırıntılarından
üstündür. Buna görə narındispersli silikatların iki dəfə və
hətta   daha   çox   artması   kimyəvi   tərkibin   əsas
komponentlərinin   miqdarını   dəyişdirmir.   Yalnız,
narındispersli   hidrosludlu-montmorillonitli   qrup   gilli
minerallarının   tərkibinə   daxil   olan   aliminium,   dəmir,
maqnezium, kalium kimi kimyəvi elementlərin miqdarı bir
qədər çoxalır. Səhra zonasında narındispersli hidrosludli
mineralların   tərkibində   silisium   oksidinin   miqdarı   50%-ə
yaxın   olduğu   üçün,   narındispersli   mineralların   artması,
126


bərkimiş qatın ümumi kimyəvi tərkibində silisium oksidinin
bir qədər azalmasında əks etdirilir.
Boz-qonur   torpaqlarda,   töküntü   kütləsinin   azlığı
(10-20s/h) və torpaq mikroorqanizmlərinin yüksək enerjili
fəaliyyəti   üzvi   qalıqların   sürətlə   parçalanmasına   və
humusun   miqdarının   azlığına   (1%-ə   qədər)   səbəb   olur.
Humusun dərinlik üzrə azalması çox tədricən gedir. Boz-
qonur   torpaqlar   üçün   fulvoturşuların   humin   turşular
üzərində   üstünlüyü   səciyyəvidir.   Bütün   humusun
miqdarına görə fulvoturşuların miqdarı orta hesabla 40%
təşkil edir. Bitki çöküntülərində çoxlu miqdarda natriumun
olması   buna   xeyli   kömək   edir.   Çox   güman   ki,
fulvoturşuların   olması   ilə   əlaqədar   olaraq   profilin   üst
hissəsində   mütəhərrik   dəmirin   də   miqdarı   çoxdur.   Bu
hadisə hələlik tam öyrənilməmişdir.
Torpaq   profilinin   yuxarı   hissəsində   karbonatların
toplanması boz-qonur torpaqların səciyyəvi xüsusiyyətidir.
E.V.Lobova (1960) bunu yazda və payızda torpağın zəif
yuyulması   ilə   izah   edir,   həmin   vaxtlarda   xloridlər   və
sulfatlar çıxarılır, daha az mütəhərrik karbonatlar isə öz
yerlərində qalırlar.
A.N.Rozanovun   fikrinə   görə   (1951)   səhra
torpaqlarında   karbonatlar   soyuq   dövrlərdə   dərinə
yuyulurlar,   isti   vaxtlarda   isə   kapilyar   rütubətlə   yuxarı
qalxaraq   bir   qədər   dərinlikdə   çökürlər.   Bu   proseslərin
nəticəsində,   boz-qonur   torpaqlarda   profilin   yuxarı
hissəsinin ya tamamilə karbonatlaşması və ya kipləşmiş
qatın aşağı hissəsində və səthi qabıqda karbonatların iki
maksimumu   qeydə   alınır.   Bərkimiş   qat   altında   gipsin
toplandığı   qat   yerləşir,  asan   həll   olan   duzların   (əsasən
127


natrium sulfatların və xloridlərin) miqdarı dərinə getdikcə
tədricən   artır   və   kiplənmiş   qatdan   aşağıda   nəzərə
çarpacaq dərəcədə yüksəlir.
Səhra   zonasının   torpaqları   üçün   pliosenin   alt
dördüncü   dövr   hipergenezinin   reliktləri   və
torpaqəmələgəlmələri səciyyəvidir. Qədim dördüncü dövr
hipergenezinin   reliktləri   Qazaxstan   və   Orta   Asiya
ərazilərinin   xeyli   hissəsində   yayılmışdır.   Yaxın   Şərq,
Şimali Afrika və Meksika kaliclərinin karbonatlı qabığına
oxşar,   dördüncü   dövrün   qədim   qalın   karbonatlı
yenitörəmələri   də   geniş   yayılmışdır.   Orta   Asiya
səhralarının qədim səhra torpaqları A.İ.Perelman (1959)
tərəfindən öyrənilmişdir. Bir çox səpələnti şəkildə yayılmış
kimyəvi elementlər qabığın səthində toplanır. Dərinlik üzrə
demək olar ki, bütün seyrək yayılmış elementlərin miqdarı
azalır.
18.4. Səhraların hidromorf torpaqları
Şoranlar   səhraların   səciyyəvi   hidromorf   torpaq
törəmələridir.  Şoranlar  adı   altında,   torpağın   üst  qatında
suda asanhəllolan 1% və daha çox duzlar olan torpaqlar
nəzərdə tutulur. Şoranların əsas hissəsi səhra zonasında
yerləşir. Burada onlar ərazinin 10%-ə yaxın sahəsini tutur
(Vilenski, 1961).
Şoranların   əmələgəlməsi   hipergenez   zonasında
duzların   toplanması   formalarından   biridir.  Keçmiş   SSRİ
torpaqlarında   hidrotermik,   hidrogeoloji   və   kimyəvi
şəraitlərdən   asılı   olaraq   V.A.Kovda   (1946)   aşağıdakı
duztoplanan əyalətləri ayırır (şəkil 18.2).
128


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə