Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə33/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   ...   29   30   31   32   33   34   35   36   ...   68

Takırların torpaq profili çox böyük deyil, üst qatı (2-
3sm qalınlığında) iriməsaməli qaysaqdan ibarətdir. Altda
laylı qatla əvəz olunan, bir qədər qalın (3-4sm) plitəşəkilli
(lövhəvari) qat yerləşir.
Takırlarda   humusun   miqdarı   təxminən   boz-qonur
torpaqlarda   olduğu   kimi   1%-dən   azdır.   Bəzi
torpaqşünaslar   belə   hesab   edirlər   ki,   humus-yosunların
həyat fəaliyyətlərinin nəticəsidir, lakin tədqiqatçıların çox
hissəsi   güman   edir   ki,   takırların   humusu   mineral
hissəciklərlə   birlikdə   gətirilmişdir.   Boz-qonur   torpaqlar
kimi, takırlar da səthdən karbonatlıdırlar: gips qatı səthə
yaxın yerləşir.
Şəkil 18.3. Qərbi Türkmənistanda takırların yayılma sxemi 
(E.V.Lobovaya görə, 1960)
133


Takırlar çox hallarda şorlaşmışlar, lakin yuyulmuş,
tamamilə duzlardan azad olmuş takırlara da rast gəlinir.
Belə takırlar nəzərə çarpacaq dərəcədə şorakətləşmişlər
və   onların   profilində   bərkimiş   qat   əmələ   gəlir.  Yuyulma
nəticəsində   takırların   üst   hissəsində   yüksək   dispersli
hissəcikləri istiqamətləndirən hal nəzərə çarpır. Tozlu-lilli
prollüvilər kütləsində bu hissəciklərin istiqamətləndirilməsi
torpaqəmələgəlmə   prosesləri   ilə   deyil,   çöküntülərin
toplanması ilə əlaqədardır.
Səhra zonasının subasar torpaqları kifayət qədər
öyrənilməmişdir. Burada iri çayların subasar torpaqlarının
xeyli hissəsi şoranlar və çəmən-şoran torpaqlar tərəfindən
tutulmuşlar.  Tuqayların   (subasar   meşələrin)   bitki   örtüyü
yüksək məhsuldarlığı ilə fərqlənir. Tuqay bitki qruplarının
Şəkil 18.4. Birma ərazisində çəltik əkilən tarlalarda takırlaşma prosesi 
(foto Ş.Həsənovundur)
134


biokütləsi   olduqca   yüksək   -1000s\h   və   daha   çoxdur.
Töküntülərin miqdarı biokütlənin çəkisinin yarıdan çoxunu
təşkil   edir.   Buna   görə   burada   humusla   zəngin   olan
torpaqlar   əmələ   gəlir.   Bu   torpaqlar   çox   vaxt   hidromorf
karbonatlı   yenitörəmələrlə   zənginləşmişdir   və   bəzi
yerlərdə alt hissədə qleyləşmişdir.
18.5. Səhra zonası torpaqlarının kənd təsərrüfatında
istifadəsi
Səhra   torpaqlarının   kənd   təsərrüfatında
mənimsənilməsi   və   istifadəsi   bir   sıra   çətinliklərlə
əlaqədardır.   Səhra   landşaftları   suyun   çatışmaması
üzündən adda-budda istifadə edilir. Səhranın əsas hissəsi
köçəri   heyvandarlıqda   istifadə   edilir.   Kənd   təsərrüfatı
üçün   təkrar   şorlaşmanın   qarşısını   almaqla   səhra
torpaqlarının   süni   suvarılması   olduqca   mühüm
əhəmiyyətə   malikdir.   Suvarılan   boz-torpaqlarda   pambıq
becərilir: suvarılan boz-qonur torpaqlarda çəltik səpinləri
mümkündür.   Orta   Asiya   sahələri   (oazisləri)   uzun
əsrlərdən bəri meyvə və tərəvəz bitkiləri ilə məşhurdur.
Ayrı-ayrı   rayonların   torpaqlarında   bəzi   səpələnti
kimyəvi elementlərin (ftor, stronsium, bor) yüksək miqdarı
endemik   xəstəlikləri   törədir,   məsələn,   ftorun   yüksək
miqdarının təsiri altında dişlərin ovulmasına səbəb olan
xəstəliklər əmələ gələ bilir.
Səhraların   hidromorf   torpaqlarının   əmələ   gəlməsi
zamanı   (takırlar,   şoranlar)   bir   sıra   seyrək   yayılmış
elementlərin   toplanması   faydalı   qazıntı   yataqlarının
geokimyəvi axtarışları üçün çətinlik törədir.
135


XIX FƏSİL
SUBTROPİK QURŞAĞIN  TORPAQLARI
136


Bitki   örtüyünün   xarakteri   mühüm   dərəcədə
rütubətlənmə səviyyəsi ilə       müəyyən edilir. Təbiidir ki,
rütubətlənmə  dərəcəsi və bitki  örtüyünün  tərkibinə  görə
fərqlənən     ərazilərdə     müxtəlif     torpaqlar     əmələ
gələcəkdir.   Buna   görə   subtropik     qurşaqda     aşağıdakı
əsas torpaq   tipləri   ayrılır: rütubətli   meşələrin,   quraq
meşələrin  və kolluqların,  quru subtropik  bozqırların  və
alçaq     otlu     yarımsavannaların,   eləcədə     subtropik
səhraların  eləcə də subtropik  səhraların  torpaqları.
Keçmiş   SSRİ-nin   coğrafi     mövqeyinin     nəticəsi
olaraq  subtropik  torpaqlar nisbətən  az yayılmışdır, lakin
buna   baxmayaraq    keçmiş  Sovet   İttifaqının     ərazisində
(MDB məkanında) onların  əsas qrupları mövcuddur.
19.1. Rütubətli subtropik meşələrin qırmızı və
sarı torpaqları
Bu   torpaqlar   Şərqi  Asiyanın  (Çin və Yaponiya)
subtropik   hissəsində   və      ABŞ–ın       cənub       şərqində
(Florida   və   qonşu   cənub   ştatlarında),   Afrika   qitəsinin
qərbində, Madaqaskar adasının şərqində Yeni Qvineyada
geniş   inkişaf   etmişdir  (şəkil   19.1).  Keçmiş   SSRİ
ərazisində   rütubətli   subtropik   meşələrin   torpaqlarına
Qafqazda–Qara dəniz sahillərində   (Acarıstan) və Xəzər
dənizinin    sahillərində  (Lənkəran)  rast  gəlirik.   Subtropik
qırmızı və sarı   torpaqların   tutduqları   sahə   çox geniş
deyildir, bütün  keçmiş  SSRİ ərazi üzrə 0,1%-ə  yaxındır.
Lakin bu   torpaqlar   böyük xalq təsərüfat   əhəmiyyətinə
137


malikdir,  belə ki,  mühüm subtropik  bitkiləri  (çay, sitrus)
yalnız burada  becərilir.   
Rütubətli       subtropiklərin       iqlim   şəraiti   yüksək
atmosfer   çöküntüləri     (ildə   1-3   min   mm),   yumşaq   qışı,
mülayim     isti   yayı   ilə   səciyyələnir.   Belə   ki,   məsələn,
Acarıstanda       dəniz       sahili       qırmızı       torpaqların
yayıldığı   rayonlar   üçün orta illik temperatur 14°C, orta
yanvar 7°C, orta iyul isə 22°C   yaxındır. Çox rayonlarda
yağıntıların   əsas     hissəsi     yayda   düşür.   Acariyada
yağıntıların çox hissəsi payız və qış aylarına təsadüf edir. 
Rütubətli    subtropiklərin   aid   olduğu    bu   və ya
başqa   rayonların   flora   vilayətlərindən       asılı       olaraq
Şəkil  19.1.Fulvoferralit torpaqların coğrafi yayılma arealları. 1-qırmızı
və sarı  torpaqlar; 2-qırmızı-sarı  və tünd qırmızı  ferralit torpaqlar; 3-
podzollu fulvoferralit torpaqlar
138


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə