Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə32/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   ...   28   29   30   31   32   33   34   35   ...   68

Verilmiş xəritədən görünür ki, şorlaşmış torpaqların
qanunauyğun  yayılmasına  həm  zonal,  həm   də  regional
amillər təsir göstərir.
Qrunt sularının yaxında yerləşməsi və tərləyən su
rejimi tipi - şoranların əmələ gəlməsinin vacib şərtidir.
Əksər   hallarda   torpağın   şorlaşması,   tərkibində
duzlar   olan   suların   daxil   olması   və   sonradan
buxarlanması nəticəsində baş verir. Qrunt sularının tərkibi
və onların yerləşdiyi dərinlik mühüm əhəmiyyətə malikdir.
Torpağın   üst   qatlarının   şorlaşması,   mümkün   olan   qrunt
suları   səviyyəsinin   son   dərinliyi   kritik   dərinlik   adlanır
(Polınov,   1956).   Qrunt   suları   torpaq   səthinə   nə   qədər
yaxın   olarsa,   buxarlanma   bir  o   qədər  şiddətlə   gedir   və
deməli,   torpağın   şorlaşması   yüksəlir,   2m   dərinlikdən
başlayaraq minerallaşma kəskin sürətdə artır.
Şəkil 18.2. Keçmiş  SSRİ ərazisi torpaqlarında duztoplanan əyalətlər 
(V.A.Kovdaya görə, 1946)
129


V.A.Kovda   müəyyən   etmişdir   ki,   müxtəlif   iqlim
şəraitlərində kritik dərinlik eyni deyildir: y=170+8x+15sm
düsturuna əsasən, orta illik temperaturun yüksəlməsindən
asılı olaraq kritik dərinlik də artır, burada y-kritik dərinlik,
x-orta   illik   temperaturu   göstərir.   Məsələn,   Qərbi   Sibir
torpaqlarında intensiv  duztoplanma qrunt  sularının  170-
200sm,     səhra   landşaftlarında   isə   300-350sm   dərinliyi
şəraitində gedir. Ona görə torpaqların şorlaşması quru və
qaratorpaq   bozqırlarında   yayılmasına   baxmayaraq,   o
xüsusilə   səhra   zonası   üçün   səciyyəvidir.   Qeyd   etmək
lazımdır   ki,   torpaqların   şorlaşması,   kifayət   qədər   arid
şəraitlərdə   və   qrunt   sularının   yaxın   səviyyəsində,   hər
hansı bir zonada baş verə bilər. Tayqa, tundra və arktik
zonaların arid rayonlarında olan şoranlar bunu təsdiq edir.
Qrunt   sularının   buxarlanması   duzların   tərkibinin
qanunauyğun dəyişməsi ilə müşayiət olunur. V.A.Kovdaya
görə,   birinci   mərhələdə   tərkibində   1-3q/l   olan   natrium-
karbonatlı;   ikincidə-tərkibində   3-5q/l   qədər   duzlar   olan
kalsium-karbonatlı  sular  əmələ  gəlir;  üçüncü  mərhələdə
duzların 5-10-20q/l qatılığında sulfat-xlorid tərkibli suların
olması ilə fərqlənir; dördüncü mərhələyə 30-50 (100-150)
q/l-dən çox duzlar olan sulfat-xloridli sular uyğundur.
Qrunt   sularının   zəif   minerallaşması   zamanı
hidrokarbonatlar   üstünlük   təşkil   edir.   Duzların   miqdarı
artdıqca sulfatlar üstünlük təşkil etməyə başlayırlar. Qrunt
çox   yüksək   dərəcədə   (15-20q/l-dən   çox)
minerallaşmasına xloridli-qumlu tərkib səbəb olur.
Nisbətən   yaxşı   rütubətlənən   rayonlarda,   qrunt
sularının   minerallaşması,   bir   qayda   olaraq   yüksək   ola
bilməz, bu sularda karbonatlar və bikarbonatlar əsas rol
130


oynayırlar. Bütün başqa şəraitlərin bərabər vəziyyətində
aridliyin yüksəlməsi ilə sulfatlar və xloridlər daha mühüm
əhəmiyyət kəsb edirlər.
Suyun yuxarıya hərəkəti və buxarlanması zamanı
onların   minerallaşması   tədricən   yüksəlir.   Bu,   duzların
qanunauyğun   olaraq   çökməsinə   səbəb   olur.   Qrunt
sularının səviyyəsindən bir qədər yuxarı məsafədə çətin
həll olan duzlar, torpağın yuxarı qatlarında isə asan həll
olan duzlar çökür.
Şoran   torpaqların   bitki   örtüyü   olduqca
özünəməxsusdur. Onlar torpaqda xeyli miqdarda duzların
olması şəraitində yüksək dərəcədə uyğunlaşmışlar. Bəzi
bitkilər xüsusi su parenximinə malikdirlər ki, onlar duzların
daha zəif qatılığı zamanı (yağıntılar düşən zaman) su ilə
dolurlar. Holofitlər, şoran otlar, hüceyrə şirəsinin yüksək
təzyiqinə   malikdirlər   və   buna   görə   suyu   hətta   yüksək
şorlaşma zamanı da mənimsəyə bilirlər.
Şoranlar   üçün   suda   həllolan   duzların
paylanmasının xüsusilə mühüm əhəmiyyəti vardır. Buna
görə də bu torpaqların profili boyu kimyəvi elementlərin
paylanmasını   bütün   torpaq   kütləsində   deyil,   sulu
çəkintilərdə öyrənirlər. Kimyəvi analizlərin məlumatlarına
görə şoranların  duzluluq  profilini  tərtib  edirlər,  bu  halda
sıfır xəttindən sola tərəf kationların, sağa isə anionların
miqdarını   göstərirlər.   Morfologiyasından   asılı   olaraq
qabarıq,   qaysaqlı,   yaş   (nəm)   şoranlar   ayrılır.   Qabarıq
şoranların üst qatı xırda topavari struktura və çox yumşaq
kipliyə malikdir. Duzların kimyəvi tərkibində natrium sulfat
üstünlük təşkil edir, bu da yüksək dərəcədə yumşaqlığa
şərait   yaradır.   Qaysaqlı   şoranların   səthindəki   qaysağa
131


duzlar   möhkəm   hopmuş   olur.   Yaş   şoranlar   kalsium   və
maqnezium   xloridlərin   toplanması   ilə   əlaqədardır,   onlar
yüksək   hiqroskopik   xassələrə   malikdirlər   və   torpağın
səthini rütubətli saxlayırlar.
Takırlar  səhra   zonasının   orijinal   hidromorf
torpaqlarıdır.   Bu   torpaqlar,   yaxında   (ətraf   sahələrdə)
yerləşən yüksəkliklərdən gətirilmiş, tozlu-gilli hissəciklərin
prollüvial   yığınlarından   ibarət   olan   müəyyən
torpaqəmələgətirən süxur üzərində əmələ gəlirlər.
Takırlar   lilli   prollüvilərin   toplandığı   relyef
elementlərində yerləşirlər. Onlar, xüsusilə yastı dağətəyi
düzənliklərdə,   eləcə   də   zəif   enişlərdə   və   barxanlarası
çökəkliklərdə geniş yayılmışdır (şəkil 18.3).
Belə sahələrdə qısa müddətli səthi rütubət çoxluğu
yaradan, yaz bə payız-qış yağıntıları tutulub saxlanılır.
Takırların xarici görünüşü olduqca səciyyəvidir: bu 2-dən
8-10   sm-ə   qədər   dərinlikdə   çoxbucaqlı   çatlara
parçalanmış,   düz   poliqonal   gilli   səthdən   ibarətdir   (15-ci
şəkil).   Çox  vaxt   metlax  (kafel)  kimi  düz   çoxbucaqlıların
səthində   külli   miqdarda   tozlu-gilli   kütlə   ilə   qarışması,
borucuq   şəklində   bükülmüş   yosunların   təbəqələri   (kök
yarpağı)   mövcuddur.   Burada   ali   bitkilər   yoxdur.
N.İ.Bazileviçin hesablamalarına görə, takırların biokütləsi
təxminən 1s/h-a bərabərdir, töküntülər də elə bu qədərdir.
132


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə