Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə36/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   ...   32   33   34   35   36   37   38   39   ...   68

Qəhvəyi   torpaqların   əmələgəlmə     prosesini
aşağıdakı  kimi  təsvir etmək olar. İlin rütubətli   dövründə,
bitki  qalıqlarının  əsaslı  sürətdə  parçalanması və torpağı
karbonat   turşusu   ilə   zənginləşmiş   su   ilə   islanması   baş
verir.  Bu halda suda asan   həll    olan duzlar    profildən
kənar    edilir,   profilin   üst    hissəsindən    karbonatlar
yuyulur   və   narındispersli hissəciklər hərəkətə gəlir.  İlin
isti       quraqlıq     vaxtında   torpağın   kapilyarları   ilə   yuxarı
qalxan   suların   tərkibində       olan       karbonatlar     çökür.
Karbonat     qatının     yerləşdiyi   dərinlik və narındispersli
hissəciklərin   paylanma   intensivliyi         konkret   rayonun
şəraitindən asılıdır.
Quru    subtropiklərin    torpaqlarını  - kserosiallitli
Aralıq     dənizi     qonur  torpaqları         adlandırmışlar.
Dünyanın    Beynəlxalq    xəritəsinin  legendasında onlar
kambisol qrupuna aid edilir.
Quru       subtropik       meşə       və       kolluq     zonaları
torpaqlarının     orjinal növ müxtəlifliyindən biri də qırmızı
rəngli    torpaqlardır.   Onlar   ya   elüvial   palogen   -neogen
aşınma       qabığı     üzərində     və     ya     qədim       aşınma
məhsullarının çöküntüləri   üzərində   əmələ  gəlirlər.  Bu
torpaqlar  terra rossa  tipli çöküntülər üzərində xüsusi ilə
çox yayılmışdır.
Aralıq     dənizi     ölkələrində geniş ovalıqlarda və ya
dağlararası çokəklərdə gillə   zəngin torpaqlar yayılmışdır.
Onlar,   ətraf   sahələrdən   yuyulub   gətirilmiş     məhsulların
yumşaq törəmələri üzərində əmələ gəlmişdir. Bu torpaqlar
xüsusi ilə Yuqoslaviyada  geniş    yayılmışdır    ki,   orada
onlar  smonitsı,       Bolqarıstanda       isə    smolnitsı
adlandırırlar. Onlar, qalın humus qatına  neytral və ya zəif
148


qələvi   reaksiyaya   və   ağır   qranulometrik   tərkibə
malikdirlər. Yuqoslaviya smonitslərində      0,001mm-dən
kiçik     hissəciklərin   miqdarı  bəzən  50 %-dən yuxarıdır,
buna   görə   bu   torpaqların   kimyəvi   tərkibində       SiO
2
-nin
miqdarı 45 – 55% , Al
2
O
3
-in    miqdarı   isə 25 – 85%-dir.
Yuxarı     qatda       humusun       miqdarının   az olmasına
baxmayaraq    rəngi qaradır.  Aşağı doğru 1m və ya artıq
dərinliyə   qədər   profil   üzrə humusun   miqdarı 1 – 2%
olmaqla       sabit   qalır.   Sonrakı   proseslər     nəticəsində
smonitslər   qleyləşmə,   lessibaj və   başqa   proseslərə
uğraya   bilər.   Smonitslər   –   Cənub-Şərqi   Avropanın   ən
münbit torpaqlarından biridir.
Quru   subtropik meşələrin və kolluqların   torpaqları
yüksək   münbit   torpaqlardır   və   uzun     zamandır   ki,
əkinçilikdə  o cümlədən   üzümçülükdə, zeytun və  meyvə
ağaclarının yetişdirilməsində istifadə edilir. Dağlıq relyefi
ilə təmasda becərilən   torpaq sahələrini genişləndirmək
məqsədilə   təbii   bitki   örtüyünün   məhv   edilməsi
torpaqların     şiddətli     eroziyasına     səbəb     olmuşdur.
Nəticədə  Aralıq dənizinin  bir   çox   ölkələrində   torpaq
örtüyü     dağılmış və məhv     edilmişdir. Bir     vaxtlar Rim
imperiyasının       məskəni       olmuş       bir     çox    vilayətlər
(Suriya,   Əlcəzair   və   b.)   indi   səhra   bozqırları   ilə
örtülmüşdür.     
 
19.3. Quru subtropiklərin boz torpaqları
Arid     landşaftların     subtropik     qurşağında boz
torpaqlar əmələ  gəlir. Onlar,  Orta Asiyanın   dağ  sahilləri
ətəklərində   geniş   yayılmışdır. Bu torpaqların müəyyən
149


edilməsində və onların mənşəyinin öyrənilməsində, Orta
Asiyada   işləyən   bir   çox   torpaqşünasların   tədqiqtları
müsbət   rol   oynamışdır.   Boz   torpaqların   öyrənilməsində
A.N.Rozanovun (1951) rolu xususi ilə böyükdür.
Boz   torpağın   əmələ   gəldiyi  iqlim   şəraiti  Aralıq
dənizinin quru subtropikləri ilə  bəzi ümumi  xüsusiyətlərə
malikdir. Yağıntıların əsas kütləsi qışda və yazda düşür.
İsti   yay     dövrü     ərzində   yağışlar     çox     az   yağır.
Yağıntıların   illik miqdarı alçaq dağ ətəklərində 300mm,
dəniz     səviyyəsindən   500m     yüksəkdə   yerləşən   dağ
ətəklərində isə 500-600mm-ə qədər dəyişilir.
Boz     torpaqların      bitki   örtüyü    subtropik
bozqırların   və   yarımsavannaların   alçaq   boylu   ot
bitkilərindən   ibarətdir. Bu bitki örtüyü pliosen dövründə
Orta və Mərkəzi Asiyanın dağlar sisteminin yüksəlməsi ilə
əlaqədar   olaraq   arid   iqlim   proseslərinin   güclənməsi
nəticəsində  əmələ  gəlmişdir.  Onun  tərkibində   taxıllar
fəsiləsi üstünlük təşkil edir. Nəhəng çətirçiçəklilər olduqca
səciyyəvidir. Yaz rütubətlənməsi dövründə   efemerlər  və
efemeroidlər   qırtıclar,   dağ     lalələri,   xaş   –   xaş     və.   b
sürətlə     inkişaf   edirlər   .   Rütubətli   və   qısamüddətli   yaz
dövrünün quru və uzunmüddətli     yayla   əvəz edilməsi
bitki örtüyünü  kəskin sürətdə dəyişdirir. Yazda parlaq  və
sıx, lakin  qısamüddətli   efemerlər   qrupu, yayda  bütün
isti dövr ərzində kserofitlər qrupu səciyyəvidir.
Torpaqəmələgətirən süxurlar, əsasən Orta Asiya
sıra dağlarının ətəklərini qalın çexol kimi örtən löslərdən
ibarətdir.  Orta   Asiya   lösləri   bir   qayda   olaraq   tərkibində
çoxlu   miqdarda   qırıntılı   kvarslardan   daha   çox   üstünlük
təşkil edən qırıntılı silikatların xeyli miqdarı ilə səciyələnir.
150


Dağətəyi löslərin əmələgəlməsində hissəciklərin küləklər
vastəsilə çeşidlənməsi və onların atmosferlə   bir yerdən
başqa yerə aparılma prosesləri daha mühüm əhəmiyyətə
malik   olmuşdur.   Aparılan   hissəciklər   qismən   sovurulan
qum massivlərinin hesabına olur. 
Tipik   boz   torpaqların   profili   aşağıdakı   quruluşa
malikdir:
A   qatı    açıq-boz   rəngdədir,     nəzərə   çarpacaq
dərəcədə   çimlidir,   strukturu   aydın   olmayan   topavaridir,
üstdə çox vaxt laylılıq nəzərə çarpır. Qalınlığı 15-20 sm-
dir.
A/B    keçid   qatdır,   humus   qatına   görə   daha
yumşaqdır, qalınlığı 10-15 sm-dir.
B    qatı   qəhvəyi-sarımtıl   rəngdə,   zəif   bərkimiş,
karbonatlı   yeni   törəmələrə   malikdir.   Çox   tədriclə
torpaqəmələgətirən   süxura   keçir,   sərhəd   çətin   seçilir.
Karbonat qatının qalınlığı (yeni törəmiş gipsin meydana
çıxmasına qədər) 60-90 sm-ə yaxındır.
 
  Boz   torpaqların   bütün   profili   yereşənlərin,
soxulcanların,   həşaratların,   kərtənkələlərin   intensiv
fəaliyyətinin izlərinə malikdir. 
Boz   torpaqların   genetik   qatlarının   kimyəvi   analizi
göstərir ki, B qatında silisium oksidinin zəif azalmasının
qeyd olunmasına baxmayaraq, bu torpaqların profili boyu
silikat   kütləsi   zəif   dəyişilir.   Belə   hal   torpaq   profilinin   B
qatında bir qədər narındispersli hissəciklərin toplanması
ilə izah edilir.
A qatında humusun miqdarı adətən 1,5-3%-dir və
profil   boyu   aşağı   getdikcə   çox   tədriclə   dəyişilir.
Fulvoturşular   və   humin   turşuları   miqdarının   bir-birinə
151


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə