lar hiperemiyalı və şişkindir, bəzən ağızdan yapışqanlı mayenin
ayrılması, burun dəliklərinin yapışqanlı eksudatla tutulması nə
zərə çarpır.
Quşların bəzilərində başın şişməsi, pipik və saqqalın kəskin
sianozlu görünür. Temperatura xəstəlik zamanı 44°S-yə qədər
yüksəlir və ölüm qabağı 30°S-yə qədər aşağı düşür. Qrip virusu
nun Al yarım tipi yoluxmuş quşlarda ölüm 100% təşkil edir.
Yarım iti və xroniki gedişdə letallıq zəif olmaqla 20%-dən
yuxarı qalxmır.
Qripin bütün gedişlərində quşun baş, boyun, döş nahiyyələ-
rinin dərialtı toxumalarında infıltratın toplanması nəticəsində şiş
nəzərə çarpır. Bəzi quşlarda qıcolma, hərəkət müvazinətinin
pozulması, ətrafların parezi müşahidə edilir.
Xəstə quşlarda respirator simptomokomplekslə bərabər həm
də diareya qeyd olunur.
Vaxtilə M.T.Tartakovski qripin kliniki əlamətləri və patolo-
ji-anatomik dəyişdiklərinə əsasən onun tif, bağırsaq, sinir, difte-
ritiki və ağciyər vormalarını göstərmişdir. M üəllif hind quşların
da qripin əsasən bağırsaq formasının geniş yayılmasını qeyd et
mişdir.
Qaz və ördəklərdə kliniki əlamətlər toyuqlarda olduğu kimi
dir, ancaq həm də sinir oyanıqlığı əlamətləri üstünlük təşkil edir.
P atoloji-anatom ik d əyişd ik lər.
Quşların qripindən ölmüş
quşlarda hemorroji diatez, sarımtıl mayenin çənəaltı sahədə, göz
ətrafında toplanması, qarın, köks və perikardial boşluqlarda isə
jelatinvari eksudatın toplanması aşkar edilir. Dərialtı toxumada,
skelet əzələlərində, miokardda qan sızmalar görünür. Quş cə
sədlərinin 45%-də rinit, farinqit və konyuktivit, 60%-də həzm
traktında qansızmalar nəzərə çarpır. Qrip zamanı quş cəsədlə
rində həmişə qastroenterit, peritonit, bronxit, perikardit, pnev-
moniya, aerosakkulit, daxili orqanların hamısında venoz durğun
luq, baş beyində hemorroji meninqit aşkar edilir.
158
Histoloji müayinələr zamanı müxtəlif orqan və toxumalarda
durqun hiperemiya, dalaq və qaraciyərdə danəli distrofıya və
parenxiına hüceyrələrinin nekrozu, ağciyərdə şişkinlik və qan
sızmalar, baş beyinin hemorroji iltihabı, beyin maddəsinin yum
şalması, neytronların distrofıyası, qliya hüceyrələrinin prolifera-
siyası nəzərə çarpır.
Xəstəliyin yarımiti və xroniki gedişindən ölmüş quş cəsəd
lərində kataral-hemorroji enterit, bağırsaq xovlarının qalınlaş-
ması, deformasiyaya uğraması, 12-barmaq bağırsağın selikli qi
şasının epiteli hüceyrələrində sitoplazmatik cisimciklər qeyd
edilir. Qaraciyər, böyrək və miokard qan damarlarının doluqan-
Iılığı bunların parenxima hüceyrələrinin danəli və yağ distrofı-
yası halında olması müşahidə edilir.
D iaq n oz.
Qripə diaqnoz qoymaq üçün onun epizootoloji
xüsusiyyətləri, kliniki əlamətləri və patoloji-anatomik dəyişdik
ləri nəzərə alınır, diaqnozun dəqiqləşdirilməsi və oxşar xəstə
liklərdən təfriq etmək üçün virusoloji müayinələr və seroloji reak
siyalardan istifadə edilir.
Virusoloji müayinə üçün quş cəsədlərinin ayrı-ayrı orqanla
rı götürülərək təcili şəkildə rayon baytarlıq laboratoriyalarına
göndərilir. İlin isti fəsillərində patoloji materialın xarab oqlma-
ması üçün buqlar dondurulmuş halda və ya 50%-li qliserində
göndərilməlidir.
Viruslu materialın əldə edilməsi üçün patoloji material steril hə
vəng-dəstədə və ya homogenizatorda doğranır və fosfat-bufer məh
lulunda suspenziyası alınır. Süzüldükdən sonra bunun hər 1 ml-nə 5
min. TV penisillin və streptomisin əlavə edilir. Belə fıltratdan 9-12
günlük toyuq embrionlannın allantois boşluğuna inyeksiya edilir. Yo
luxdurmadan 48 saat keçmiş allantois mayesini götürüb hemaqqlyu-
tinasiya reaksiyası vasitəsilə serumun olub-olmamasına görə yoxla
nır. Bundan əlavə virusun sitopatik təsirini müəyyən etmək üçün to
yuq embrionlannın çoxqatlı hüceyrə kulturasından istifadə edilir.
159
Virusun patogenliyini yoxlamaq məqsədilə 2-4 aylıq cücələr
0,5-1 ml miqdarında viruslu suspensiya ilə əzələ içi yoluxduru
lur. Patoloji materialda qrip virusunun olması yoluxdurulmuş
cücələrdə 3-5 gündən soqra bəzən ölümlə nəticələnən respira
tor simptomlar kompleksinin meydana çıxması ilə təsdiq olunur.
Xəstəliyin diaqnostikasında seroloji reaksiyalardan he-
maqqlyutinasiyanın ləngiməsi reaksiyası, presipitasiya reaksiya
sı, komplementin birləşməsi reaksiyasından istifadə edilir.
Praktiki olaraq kütləvi müayinələrdə hemaqqlyutinasiyanın
ləngiməsi reaksiyası sadə və spesifıkdir. Bu reaksiyadan həmçi
nin xəstəliyi keçirmiş quşların retrospektiv diaqnostikası üçün
istifadə edilir.
T əfriq i diaqnoz.
Qripin generalizasiya formasını nyukasl
xəstəliyindən, respirator formasını isə respirator mikoplazmoz,
infeksion bronxit, infeksion larinqotraxeit və digər respirator xəs
təliklərdən təfriq etmək lazımdır. Bütün hallarda virusoloji
müayinələrin və seroloji reaksiyaların nəticələri əsas götürülür.
M ü alicə.
Qriplə xəstə quşlar müalicə edilmir. Onlar qansız
üsulla öldürülür və yandırılır.
İm m unitet.
Xəstəliyi keçirmiş sağalmış quşlarda gəoginliyi
6 aya qədər davam edən qeyri-steril immunitet yaranır. Spesifik
profilaktika məqsədilə hal-hazırda inaktivləşdirilmiş alümi-
nium-hidroksidli embrion vaksin, maye və quru inaktivləşdiril
miş vaksinlərdən istifadə edilir. Embrion vaksin 14 gün fasilə
ilə 2 dəfə, digərləri 1 dəfə əzələyə vurulur. Vaksinasiya yalnız
kliniki sağlam quşlarda 45 günlükdən etibarən aparılır. Vaksina-
siyadan 2-3 həftə keçmiş immunitet yaranaraq quşları 6 ay qo
ruyur. İmmunitetin gərginliyi vaksinasiyadan 21-30 gün keçmiş
hemaqqlyutinasiyanın ləngiməsi reaksiyası vasitəsilə yoxlanır.
Yoxlanılan quşların 80%-də antihemaqqlyutininlərin titri 1:10-də
olursa immunitet gərginlikli hesab edilir.
P rofilaktika v ə m übarizə təd b irləri.
Xəstəliyin profilakti
1 6 0
kası məqsədilə müxtəlif yaş qrupuna mənsub olan quşların ayrı-
ayrılıqda saxlanması və baytarlıq-sanitariya tədbirlərinin planlı
qaydada aparılması mühüm əhəmiyyətə malikdir. Quş sexlərin
də profilaktiki fasilələrdən sonra binalarda əsaslı mexaniki tə
mizlik aparıldıqdan sonra və ardıcıl olaraq 3 dəfə dezinfeksiya
aparılmalıdır. Xəstəliyə görə salamat təsərrüfatlarda onun qrip
virusu ilə yoluxmasının qarşısını almaq məqsədilə təsərrüfatla
ra quşlar və onların məhsulları yalnız sağlam təsərrüfatlardan
alınmalıdır. Quşların və onların məhsullalırının daşınmasında is
tifadə edilən nəqliyyat vasitələri, taralar və digər avadanlıqlar
ciddi şəkildə dezinfeksiya edilməlidir.
Xəstəlik baş verən təsərrüfatlara karantin qoyulur. Əgər xəs
təlik yalnız bir quş binasında görünürsə onda xəstə və xəstəliyə
şübhəli quşların hamısı qansız üsulla öldürülür və yandırılır, di
gər quş qrupunu isə ət üçün kəsirlər. Əgər xəstəlik bir neçə quş
binasında aşkar edilirsə gündəlik olaraq xəstə və zəif quşlar çıx
daş edilib məcburən kəsilir, quş cəmdəyində patoloji-anatomik
dəyişdiklər müşahidə edilirsə onlar daxili orqanları ilə birlikdə
texniki itilləşməyə göndərilir. Əgər dəyişdik qeyd olunmursa
onda daxili orqanlar utilləşdirilir, cəmdək isə bişirilir və qida
vasitəsi kimi istifadə edilir. Xəstə quşlardan alınmış yumurtalar
10 dəqiqə qaynadılmaqla zərərsizləşdirilir.
Quş binalarının cari dezinfeksiyası üçün 3%-li natrium qələ
visi, 1%-li formaldehid, 3%-li xlorlu əhəng məhlulu və s. istifa
də edilir.
İnkubasiya məqsədilə yumurtalar yalnız sağlam təsərrüfat
lardan götürülməlidir. İnkubatordan götürülmüş hər bir cücə
partiyaları uyğun zoogigiyniki şəraitdə saxlanmalı və 45
günlüyə çatdıqda inaktivləşdirilmiş vaksinlərlə müvafiq təlimat
əsasında peyvənd edilməlidir.
Şərti sağlam quş qruplarının kəsimindən əldə edilmiş tük və
lələklər xüsusi quruducu qurğularda 85-900S temperaturda 15
1 6 1
Dostları ilə paylaş: |