viyyəsinin orta miqdarını sonrakı hər 6 günlükdə 2-yə b ö lm ək
lazımdır. Məsələn, nümunə cücələrin həyatlarının 6-cı günündə
götürülübsə (AA=1700), onda ana antitellərinin orta səviyyəsi
12-ci gündə 1700/2, 18-ci gündə 1700/4 və 24-cü gündə is ə
1700/8 ELİSA olacaqdır.
Vaksinasiya «aralıq müsbət» vaksinlərlə təxminən AA s ə
viyyəsi təxminən 500 ELİSA olduqda, «aralıq» vaksinləri is ə
200 olduqda aparılır. Yəni broyler cücələr «aralıq müsbət» v a k
sinlərlə 14 və ya 15-ci gündə, yumurtalıq kross cücələr isə « ara
lıq» vaksinlərlə 2 dəfə 22 və 28-ci gündə, yəni hesablanmış ta
rixdən - (25 gün) 3 gün əvvəl və sonra vaksinasiya edilm əlidir.
3.
Yumurtalıq kross cücələr üçün vaksinasiyanın mərkəzi ta
rixindən istifadə üsulu.
Sənaye və ya damazlıq üçün nəzərdə tutulmuş yumurtalıq
kross cücələr ana antitellərinin tədricən aşağı düşməsi ilə əlaq ə
dar olaraq 2 dəfə vaksinasiya edilməlidir. Birinci vaksinasiya-
vaksinasiyanın mərkəzi tarixindən 3 gün əvvəl, ikinci isə 3 gün
sonra aparılmalıdır. Birinci vaksinasiya o quşları immunlaşdırır
ki, onların həyatlarının ilk günündə ana antitellərinin titri aşağı
dır və bunlar digər quş qruplarına nisbətən vaksinə həyatlarının
başlanmasından həssasdır. İkinci vaksinasiya o quşları immun-
ləşdirir ki, onlarda ana antitellərinin titri orta titrə nisbətən
yüksəkdir və vaksinə müəyyən vaxt keçəndən sonra həssas olur.
Məsələn, antitellərin səviyyəsi 1 günlük cücələrdə 6000 ELİ
SA olursa, vaksinasiyanın mərkəzi tarixi onların həyatlarının 22-
ci günüdür, 1-ci vaksinasiya quşların 19-cu günündə (22-3) və
ikinci isə 25-ci gündə (22+3) aparılmalıdır. Praktikada bütün quş
qrupu 6 günlük fasilə ilə 2 dəfə vaksinasiya edilməlidir.
Broyler cücələri üçün iki ardıcıl vaksinasiyanın 3-6 gündəlik
fasilədə aparılması tövsiyyə olunur ki, onların immun statusu
həyatlarının birinci günündə heterogen olsun (ana antitelləri).
Ana antitelləri o vaxt heterogen hesab edilir ki, ELİSA titri əsa
188
l-ci gündən sonra
antitellərin sə
viyyəsi (ELİSA)
VMT
1-ci vaksinasiya
2-ci vaksinasiya
8000
25
22
28
7500
24
21
27
7000
24
21
27
6500
23
20
26
6000
22
19
25
5500
21
18
24
5000
20
17
23
4500
19
16
22
4000
18
15
21
3500
17
14
20
3000
15
12
18
2500
13
10
16
2 0 0 0 |
12
9
15
cədvəl 4.
sında variasiya koeffisienti 50%-dən artıq olsun. Variasiya koe-
fisienti yol veriləcək dəyişkənliyin orta dəyişkənliyə olan nis
bəti ilə ifadə olunur.
VK% = — -1 0 0
m
İnfeksion bursal xəstəliy in ə qarşı tövsiyyə olunan
vaksinsiya rejim i
Onu da qeyd etmək lazımdır ki, «Sevak» IBDL infeksion
bursal xəstəliyin qarşı daha səmərəli vaksin hesab edilir. Vaksi-
nin infvazivlik və diffuziya xüsusiyyəti quş orqanizmində ana
anitelləri yüksək titrdə olduqda belə onun tətbiqinə imkan verir.
Etibarlı şəkildə attenuasiya olunduğuna görə vaksin zərər
sizdir. Xüsusilə Nyukasl xəstəliyinə qarşı yaranmış postvaksinal
immunitet «Sevak» IBDL vaksinin tətbiqindən sonra pozulmur.
«Sevak» IBDL vaksini xüsusi təlimat əsasında su ilə peroral
yolla quşlara verilir.
189
İstehsalat tipi
Vaksinlər
1 günlük cücələrin immun statusu
Yüksək və
homogen
Aşağı və ya
hcterogen
B r o y l e r c ü c ə l ə r
« A r a l ı q » S e v a k
G u m b o L
1 8 - 2 1 - c i g ü n
( 1 0 - 1 4 - c ü ) v ə
( 1 6 - 2 0 - c i ) g ü n
« A r a l ı q » S e v a k
I B D L
1 4 - 1 6 - c ı g ü n
( 1 0 - 1 2 - c i ) v ə
( 1 6 - 1 8 - c i ) g ü n
S ə n a y e v ə y a d a
m a z l ı q ü ç ü n n ə -
z ə r d ə t u t u l a n y u -
m u r t a l ı q k r o s s
c ü c ə l ə r
« A r a l ı q » S e v a k
G u m b o L
2 2 v ə 2 8 - c i g ü n
1 8 v ə 2 4 - c ü g ü n
« A r a l ı q » S e v a k
I B D L
2 0 v ə 2 6 - c ı g ü n
1 6 v ə 2 2 - c i g ü n
cədvəl 5
Qeyd: 18-21-ci gün cücələrin 18-dən 21-ci günlüyə qədər olan yaşında
vaksinasiyanı göstərir. 22 və 28-ci gün iki vaksinasiyam l-ci 22 günlükdə və
ikinci 28 günlükdə vaksinasiyam göstərir.
Profilaktika m übarizə təd b irləri.
Xəstəliyə görə sağlam
təsərrüfatlarda infeksion bursal xəstəliyinin törədicisinin bura
daxil olmasının qarşısını almaq üçün ümumi baytarlıq-sanitariya
tədbirləri aparılır. Hər bir texnoloji partiyadan olan cavanları ay
rılıqda saxlayırlar. Quşların ümumi rezistentliyini təmin etmək
üçün
onların yemləmə və və bəsləməsinə xüsusi fikir verilmə
lidir.
İnfeksion bursal xəstəliyi təsərrüfatda müşahidə edildikdə
xəstə və xəstəliyə şübhəli quşların hamısı öldürülür.
İnfeksion bursal xəstəliyi ilə mübarizə epizootoloji cəhətdən
ona görə böyük əhəmiyyətə malikdir ki, bu xəstəlikdə virus im-
munsəriştəli orqanda yəni bursada reproduksiya edir. Ona görə
də bu orqanın zədələnməsi quşların immun sisteminin fəaliyyə
tini aşağı salır, nəticədə quşların müxtəlif xəstəlik törədiciləri
nə qarşı rezisentliyini aşağı salır. Bundan əlavə digər infeksion
xəstəliklərə qarşı işlədilən bioloji preparatlara qarşı orqanizmin
immun cavabı kəskin şəkildə dəyişir.
190
Təcrübələr yolu ilə müəyyən edilmişdir ki, infeksion bursal
xəstəliyin virusu quşlarda mikoplazmanın yaranmasına davam
lılığı və Marek xəstəliyinə qarşı vaksinasiyanın səmərəliliyinə
mənfi immunodepressiv təsir göstərir. Həmçinin müəyyən edil
mişdir ki, bu xəstəliyin törədicisi ilə yoluxmuş quşlarda bir sıra
xəstəliklərə qarşı, o cümlədən nyukasl xəstəliyinə qarşı vaksi-
nasiyalar zamanı immunitetin formalaşması zəifləyir.
Quş binalarında cari dezinfeksiya üçün 2-3%-li natrium qə
ləvisi məhlulu, tərkibində 2-3% fəal xlor olan xlorlu əhəng
məhlulundan və yod preparatlarının aerozol halında tətbiqindən
istifadə edilir. Ancaq onu da qeyd etmək lazımdır ki, infeksion
bursal xəstəliyinin virusu dezinfeksiya vasitələrinin təsirinə ol
duqca davamlıdır və xəstəliklə mübarizədə ən əhəmiyyətli təd
bir vaksinasiyaların aparılmasıdır.
ÇİÇƏK
Çiçək (Variola) quşların kontagioz xəstəliyi olub dəri üzə
rində çiçək səpkilərinin əmələ gəlməsi, ağız boşluğu, yuxarı tə
nəffüs yollarının və konyunktivanın selikli qişasının difteriki zə
dələnməsi ilə səciyyələnir.
T arixi m əlu m a t.
Bu xəstəlik kənd təsərrüfatı heyvanların
da çoxdan məlum olmasına baxmayaraq quşlarda ilk dəfə 1778-
ci ildə Huzard qeyd etmiş və 1873-cü ildə Bollinger xəstə quş
ların toxuma hüceyrələrində spesifik cisimciklər aşkar etmişdir.
Sonradan müəyyən edilmişdir ki, bu cisimciklər on minlərlə vi-
rionların toplantısından ibarətdir və bunu Bollinger cisimcikləri
adlandırmışlar. Əvvəllər çiçəyin dəri və difteritiki formasını ay
rı-ayrı xəstəlik kimi göstərirdilər. Ancaq xəstəliyin törədicisi
müəyyən edildikdən sonra məlum oldu ki, bunlar eyni xəstəli
yin m üxtəlif formalarıdır.
1902-ci ildə alman alimləri Marks və Ştiqer və rus alimi
191
Dostları ilə paylaş: |