stəlik kimi qeyd etmişdir. Ancaq xəstəliyin törədicisi uzun
müddət dəqiq şəkildə müəyyən edilməmişdir. Bu xəstəliyi əv
vəllər çiçəyin difteriya forması ilə qarışıq salmışlar. Hal-hazırda
quşların infeksion riniti dünyanın hər yerində geniş şəkildə yayıl
mışdır və təsərrüfatlara böyük miqdarda iqtisadi ziyan yetirir.
X əstəliy in törəd icisi.
Əksər tədqiqatçılar əvvəllər xəstəliy
in törədicisini virus kimi qeyd etmiş və hemofil bakteriyaları se-
kundar infeksiya törədicisi kimi göstərmişlər. Ancaq sonradan
Şelm, Biç və R.S.Polkovnikova göstərmişlər ki, quşların infek
sion rinitinin törədicisi hemofil çöp olan Bact.hemophilus qalli-
narumdur. Hal-hazırda dəqiq şəkildə müəyyən edilmişdir ki, in
feksion rinitin törədicisi toyuqlarda Haemophilus paraqalli-
narum, hind quşlarında isə Bordetella avium-dur.
Bu mikroblar kokkvari, hərəkətsiz, qram mənfi çöp şəklində
mikrob olub, 20% miqdarında quşların qanı əlavə edilmiş ƏPA-
da yaxşı boy verir. Belə qida mühitində zərif diffuz boy verir.
Kultura və nativ materialdan hazırlanmış yaxmaların mikrosko-
piyası zamanı onlarda bipolyar boyanma, mikrobların qarma-qa
rışıq düzülməsi, cavan kulturalarda isə sap şəklində görünməsi
müəyyən edilmişdir.
Patoloji materialdan mikrobu ayırmaq çətindir. Bunu yalnız
iti gedişli xəstəliyin əvvəlində əldə etmək mümkündür. Bu
məqsədlə burun boşluğunun, gözaltı sinusun, konyuktivanın
yuyuntusundan istifadə edilir. Xəstəliyin törədicisinin 3 serotipi
(A,B,C) vardır.
Davamlılığı.
Xəstəliyin törədicisi fiziki amillərin və kimyəvi
dezinfeksiya vasitələrinin təsirinə orta dərəcədə davamlılıq göstərir.
E pizootoloji m əlum atlar.
İnfeksion rinitə toyuqlar, hind quş
ları, qirqovullar və toyuqlar dəstəsinə mənsub olan digər quş
növləri, həmçinin göyərçinlər həssaslıq göstərir. Bəzi müəllif
lər qazların da xəstəliyə tutulmasını qeyd edirlər.
İnfeksion rinit bütün yaş qrupuna mənsub olan quşlarda
220
müşahidə edilirsə, daha çox yaşlıların xəstəliyə tutulması nəzə
rə çarpır.
İnfeksiya törədicisinin mənbəyi xəstə quşlar olmaqla bunlar
yuxarı tənəffüs yollarının axıntısı ilə və kal vasitəsilə amili xa
rici mühitə ixrac edir.
İnfeksiya törədicisinin ehtiyat mənbəyi xroniki xəstə quşlar
və yaxud sağlam mikrobdaşıyıcılardır. Müəyyən edilmişdir ki,
sağlamlar xəstəliklərə kontaktda olduqda asanlıqla yoluxur. Bun
dan əlavə xəstəliyin törədicisi ilə yoluxmuş yem, su və müxtəlif
avadanlıqlar la xəstəliyin yayılmasında böyük rola malikdir.
Keyfiyyətsiz yemlərlə quşların yemləndirilməsi, xüsusilə
yem payında A vitaminin az olması və quş binalarında ammon-
yak və hidrogensulfıdin konsentrasiyasının çoxluğu xəstəliyin
baş verməsinə şərait yaradır.
P atogen ez.
Xəstəliyin törədicisi orqanizmə respirator, ali-
mentar yolla və konyunktiva vasitəsilə daxil olur. Amil giriş yo
lunun epiteli hüceyrələrində çoxalır və toxumalarda iltihab törə
dir. Xəstəliyin patogenezində yemdə A vitaminin olmaması və
ya azlığı, həmçinin quş binalarında ammonyakın konsentrasiya-
sının çox olması böyük rol oynayır. A vitaminin çatışmazlığı za
manı konyuktivanın, yeırı borusunun və yuxarı tənəffüs orqanla
rının selikli qişası epiteli hüceyrələrinin buynuzlaşması baş ve
rir. Selikli qişalar quru və kövrək olur. İnfeksion rinit çox vaxt
sekundar bakterial mikroflora ilə mürəkkəbləşir (pasterellyoz,
kolibakterioz).
G edişi və kliniki əlam ətləri.
İnkubasiya dövrü 2-14 gün
arasında davam edir. Xəstəliyin ilk dövrlərində quşlarda
ölgünlük, suya tələbatın güclənməsi və asqırma nəzərə çarpır.
Burun yolundan əvvəlcə şəffaf axıntı, sonra isə bu qatılaşır, rən
gi tündləşir, quruyaraq qartmaqlar əmələ gətirir. Qartmaqlar tə
nəffüs yollarını tutduğu üçün tənəffüs çətinləşir, quş dimdiyi
açıq halda tənəffüs edir. Burun yolundakı selikli kütlədən azal
221
olmaq üçün quş tez-tez başını silkələyir. Xəstəliyin 6-8-ci
günləri quşların 10-40%-də göz yaşının ayrılması, konyunktivit
qeyd olunur. Göz qapaqları şişir, onlarda işıqdan qorxma baş ve
rir, quş qaranlıq yerlərə yığılır. İrinli konyunktivitin baş verm ə
si nəticəsində göz qapaqları bir-birinə yapışır, keratit və bəzən
də panoftalmit inkişaf edir. Bir, bəzən isə hər iki göz zədələnir.
Çox vaxt prosesə gözaltı cibciklər tutulur, burada kifayət miq
darda serozlu-fıbrinozlu eksudatın toplanması müşahidə edilir.
Gözaltı sinuslar şişir və hər iki tərəfdə belə prosesin baş verm ə
si zamanı quşun başı bayquş başına bənzəyir.
Xəstəliyin törədicisi yüksək virulentliyə malik olduqda ilti
hab prosesi qırtlağı da işğal edir və belə hal ətlik cinsli quşlarda
daha çox müşahidə edilir.
Pis yemləmə, quşların sıx yerləşdirilməsi, binada nəmliyin
çox olması, ventilyasiya qurğularının normal işləməməsi, bina
larda antisanitariyanın hökm sürməsi xəstəliyin baş verməsinə
və onun ağır gedişinə səbəb olur.
Xəstəliyin iti gedişi cavanlarda 2-6 gün gedir və müəyyən
qədər tələfatla nəticələnir. Xəstəliyin xroniki gecidi yaşlı quş
larda qeyd edilir və 30 gün və daha çox davam edir.
Patoloji-anatom ik d əyişilik lər.
Ölmüş quş cəsədləri arıq
dır, əsas dəyişiliklər yuxarı tənəffüs yollarında qeyd olunur. Tə
nəffüs yolları qurumuş kütlə ilə doludur. Burun yollarını sıxdıq
da buradan yapışqanlı selikli və ya selikli-irinli kütlə ayrılır. Bu
run və gözaltı cibciklərin selikli qişası şişkin və htperemiyalıdır.
Konyunktiva hipermiyalı olmaqla və göz qapaqlarında nöqtə şə
kilində qan sızmalar nəzərə çarpır. Xəstəliyin xroniki gedişin
dən ölmüş quşların 3-cü göz qapağının altında şorvari kütlə nə
zərə çarpır.
Bəzi hallarda qırtlaq və traxeyada hiperemiya, ağciyərin şiş
məsi və hiperemiyası qeyd edilir.
Diaqnoz. Xəstəliyə diaqnoz qoymaq üçün epizootoloji xüsu
222
siyyətləri, patoloji-anatomiki dəyişdikləri, kliniki əlamətləri nə
zərə alınır, diaqnozun dəqiqləşdirilməsi üçün və oxşar xəstəlik
lərdən təfriq etmək üçün bakterioloji müayinələrdən istifadə
edilir. Bakterioloji müayinə üçün patoloji materialdan yaxma ha
zırlanaraq mikroskopiya edilir qida mühitlərinə əkib amilin tə
miz kulturası alınır və bioloji sınaqdan istifadə edilir.
Bioloji sınaq 2-4 aylıq toyuq və hind quşlarında qoyulur. Bu
məqsədlə burun boşluğu və ya gözaltı cibciklərdəki eksudatdan,
yaxud traxeya və ağciyərdən alınmış xəstəlik törədicisinin bul-
yon kulturası ilə cücələr 0,3-0,5 ml dozada intranazal və ya in-
tratraxeyal yoluxdurulur. Yoluxdurmadan 2-8 gün keçmiş cücə
lərdə rinit və konyuktivit müşahidə edilməsi amilin patogenliy-
ini göstərir.
T əfriq i diaq n oz.
İnfeksion riniti çiçəkdən, infeksion bron-
xitdən, infeksion larinqotraxeyitdən, respirator mikoplazmoz-
dan, pasterellyozdan, Avitaminoz-A-dan, soyuqlama nəticəsin
də baş verən zökəmdən təfriq edilməlidir.
Quşların çiçəyi infeksion rinitdən onunla fərqlənir ki, udlaq,
qırtlaq və ağız boşluğunda difteritiki çöküntünü çətinliklə ayır
maq olur və yerində isə qanlı eroziyalar müşahidə edilir. Çiçək
də bakterioloji müayinənin nəticəsi mənfidir, çünki xəstəliyi
avipoxvirus cinsli viruslar törədir.
İnfeksion bronxit 30 günlüyədək cücələrdə qeyd olunur,
sürətlə yayılma qabiliyyətinə malikdir. Burada əsasən bronxla-
rın iltihabı baş verdiyi halda infeksion rinitdə rinit və konyukti
vit qeyd olunur. Laboratoriya müayinələrinin nəticəsi əsas sayı
lır.
İnfeksion larinqotraxeyitdə qırtlaqda şorvari kütlədən ibarət
olan tıxac nəzərə çarpır. Bunun virusu 8-9 günlük embrionları-
nın xoriollantois xarakterik dəyişiliklər törədir.
Respirator mikoplazmanın gedişi xronikidir. Əsas dəyişilik
lər hava kisələrində nəzərə çarpır. Laboratoriya müayinələri
223
Dostları ilə paylaş: |