İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə55/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   51   52   53   54   55   56   57   58   ...   87

malikdir,  cücələrdə  bundan  əlavə 
əksər  daxili  orqanlarda  virus  aşkar 
edilir.  Ancaq  cücələr  yaşlandıqca 
virus  mərkəzi  sinir  sistemindən  və 
mədəaltı  vəzidən  ayrılır.  Bu  orqan­
larda hüceərələrdə  distrofıki  dəyişi- 
üklər və  limfoid elementlərinin pro- 
liferasiyasını  törədir.
G edişi  v ə  klin iki  ə la m ə tlə r i. 
Xəstəliyin  inkubasiya  dövrü  1-40 
gün  arasında olur.  Körpələrdə sinir sistemi  pozğunluqları,  yaşlı­
larda isə yumurtalama qabiliyyətinin aşağı düşməsi qeyd olunur. 
Ən çox 6-20 günlük cücələr xəstələnir.  Bunlarda ümumi zəiflik, 
yuxululuq,  depressiya və atoksiya müşahidə edilir,  cücələrin  bir 
qismində hərəkət müvasinətinin pozulması, digərlərində isə ba­
şın,  boynun,  dümbək  nahiyyəsinin  (büzdüm),  tük  və  lələklərin 
titrəməsi,  ətrafların  iflici  və  parezi  nəzərə çarpır.  X əstə  cücələr 
yazıq görkəm alır ölüm arıqlıq  nəticəsində  baş  verir.  Bəzi  xəstə 
quşlarda bir və hər iki  göz billurunun dumanlaşması  baş verir ki, 
buda görmənin  zəifləməsi  və  korluğa  səbəb olur.
Yaşlı  xəstə  quşlarda  yumurta  məhsuldarlığı  bir  neçə  həftə 
ərzində  10-15%  aşağı  düşür  və  sağaldıqdan  sonra  təxminən  2 
həftədən  sonra bərpa olunur.
Patoloji-anatom ik  d əy işilik lər. 
cəsəd arıqdır,  əzələli  mədə 
üzərində  ağ  rəngdə  iltihağ  ocaqları  görünür.  Baş  beynin  dolu 
qanlı  olması  və  şişkinliyi,  kataral  enterit  və  dalağın  böyüməsi 
müşahidə  edilir.
Histoloji  müayinə  zamanı  baş  və  onurğa  beyninin  bütün  şö­
bələrinin  zədələnməsi  aşkar edilir.  Daha  çox  dəyişiliklər beyin 
qabığında,  uzunsov  beyində,  beyincikdə,  onurğa  beyninin  vent­
ral  buynuzlarında  nəzərə  çarpır.  Bu  nahiyyələrdə  əsasən  sinir 
hüceərələrinin distrofıyası,  xəstəliyin  başlanğıcında  neyronların
216
şişməsi,  xromotolizi,  vakuolizasiyası  və  lizisi  aşkar  edilir.  Be­
yincikdə  əsasən  Purkine  hüceyrələrində  dəyişiliklər  qeyd  olu­
nur.  İnfeksion  prosesin  inkişafı  ilə  əlaqədar  olaraq  ölmüş  ney- 
ronların  yerində  qlial  düyünlər yaranır.  Hüceyrələrin distrofiya- 
sı  ilə bərabər həqiqi  neyronofaqiya,  xırda qan damarları  ətrafın­
da  limfoid,  histiositlər və plazmatik hüceyrələrin  proliferasiyası 
aşkar edilir.
Diaqnoz.  Xəstəliyə diaqnoz qoymaq üçün kompleks diaqnos­
tika  üsulundan  istifadə  edilir.  Xüsusilə  laboratoriya  müayinələ­
rinin  nəticəi  əsas  hesab  edilir.  Laboratoriya  müayinələri  apar­
maq  üçün  daxili  orqanlardan  nümunə  götürüb  canlı  sistemlərə 
əkilir.  Bu məqsədlə daha çox toyuq embrionlarından və cücələr­
dən  istifadə  edilir,  cücələr  intraserebral  yolla  yoluxdurulur.  5-6 
günlük  toyuq  embrionları  xəstə  quşların  beyin  suspenziyası  ilə 
0,2-0,5  ml  dozada  amnion,  allantois  boşluğuna  və  ya  sarılıq  ki­
səsinə  yoluxdurma  aparılır.  Yoluxdurmadan  12  gün  keçmiş  em- 
brionlar  yarılır  və  müayinə  edilir.  Ayaq  əzələlərinin  atrofıyası, 
baş  beyində  sulu  şiş  və  baş  beyin  histoloji  müayinəsi  zamanı 
neyronların degenerasiyası müşahidə edilirsə patoloji  materialda 
ensefalomielit virusunun  olmasını  göstərir.
Ayrılmış virus spesifik antiserumlarla neytrallaşma reaksiya­
sı  vasitəsilə  identifıkasiya edilir.
Xəstəliyin  diaqnostikasında  DPR  geniş  şəkildə  tətbiq  olu­
nur.  Bu  reaksiya  vasitəsilə  spesifik  antigeni  təyin  etmək  üçün 
quşların  m üxtəlif orqanları  və  toyuq  embrionları  götürülür.  An- 
titel  mənbəyi  kimi  hiperimmun  quş  serumundan  istifadə  edilir.
T əfriqi diaqnoz. 
Xəstəliyi hipovitaminoz E, Bİ, B2-dən, Nyu- 
kasl  xəstəliyindən,  Marek xəstəliyindən  təfriq etmək  lazımdır.
Hipovitaminoz  E  həmdə  ensefalomalyasiya  adlanır,  əsasən 
3-5  həftəlik  toyuq  cücələrində  və  2-3  həftəlik  ördək  cücələrin­
də  baş  verir.  Xəstəlik  kliniki  əlamətlərinə  görə  ensefalomielitə 
bənzəyir, dərialtı  toxumanın, beynin, beyin  qişalarının və beyin-
217


ciyin  şişi,  həmçinin  beyincikdə  yumşalma  və  qan  sızmalar əsas 
götürülür.
Avitaminoz  В 1  (polinevrit)  yem  payında  bu  vitaminin  çatış- 
mamazlığı  zamanı  həm  cücələrdə  və  həm  də  yaşlı  quşlarda 
müşahidə  edilir.  Polinefrit  zamanı  quşlarda  ətrafların  titrəməsi, 
ayaq  və  qanadların  iflici  və  parezi,  qaraciyərdə  yağ  degenerasi- 
yası, böyrəküstü vəzilərin böyüməsi, baş beyin və beyinciyin hi- 
peremiyası  nəzərə  çarpır.
Nyukasl  xəstəliyində  tənəffüs,  həzm  orqanları  və  mərkəzi 
sinir sisteminin  zədələnm ələrinə  məxsus  əlam ətlər nəzərə  çar­
pır,  bağırsaq  şöbəsində  qan  sızmaları  və  vəzili  madə  ilə  əzələri 
mədə  sərhəddində  kəmərvari  qan  sızma əsas  hesab  edilir.
Marek  xəstəliyində  parenxitamoz  orqanlarda  neoplastik  tö­
rəm ələr və perifenik  sinir sisteminin  iltihabı  qeyd  olunur.
M ü alicə. 
Səmərəli  müalicə  vasitəsi  yoxdur.
İm m unitet. 
Xəstəliyi  keçirmiş  quşlarda  immunitet  yaranır. 
Xəstəliyə  qarşı  Kalnek  ştamından  zəiflədilmiş  vaksin  hazırlan­
mışdır.  Ana antitelləri  quşları  yalnız  8  həftəyə qədər qoruya  bi­
lir.  cavanların peyvəndi  8  həftədən,  analar isə yumurtalamaya  1 
ay qalmış peyvənd olunur.  Kalnek ştamından  hazırlanmış vaksi- 
nin  xarakterik  xüsusiyyəti ondan  ibarətdir ki,  bu  bir quşdan digə­
rinə olduqca yaxşı  verilmə  qabiliyyətinə  malikdir.
Vaksinasiya  3  üsulla  aparılır:
1.  Vaksin dozasının dimdiyə fərdi təyinatı ümumi  quş qrupu­
nun  5-10%-də aparılır.  Vaksinasiyanın  bu  üsulu döşəm ə üzərin­
də saxlanan quşlarda  istifadə edilir.  Quşların  belə saxlanma üsu­
lunda vaksinin  bina  daxilində  yayılması  asanlaşır.  Ancaq  alınan 
qoruyucu  xüsusiyyət  eyni  olmur,  dəyişkənliyi  ilə  səciyyələnir.
2.  Birinci  vaksin  dozası  su  ilə daxilə  tətbiq  edilir.
3.  Qanadaltı  nahiyyəyə  çiçək  vaksini  ilə  birlikdə  inyeksiya 
olunur.
Vaksinasiyanın  səmərəliliyini  onun  aparılmasından  2  həftə­
218
dən  3  həftəyə  qədər  olan  dövründə  seroloji  reaksiyalarla  yox­
layırlar.  Ə gər  istənilən  nəticələr  alınmırsa  yumurtalama 
dövründən  əvvəl  quşlarda  mütləq  revaksinasiya  aparılmalıdır. 
Onu da qeyd  etmək  lazımdır ki,  quşların  infeksion  ensefalomie- 
litinə  qarşı  vaksinasiya  müvəqqəti  immunosupressiya  törədir. 
Ona  görə  də  hər  hansı  bir xəstəliyə  qarşı  vaksinasiya  bu  vaksi­
nin  təyinatından  2  həftə  keçənə  qədər  aparılması  əks  göstəriş­
dir.
P rofilak tik a  v ə  m übarizə  təd b irləri. 
Xəstəliyin  profilakti­
kası  m əqsədilə  quşlar uyğun  zoogigiyeniki  şəraitdə  saxlanmalı, 
keyfiyyətli  yemləmə tətbiq  edilməlidir.  Hər hansı  quş qrupu  tə­
sərrüfata daxil edilməzdən əvvəl  profilaktiki  karantində saxlan­
malı  və şübhə doğuran hallar qeyd edildikdə müvafiq  diaqnosti­
ka  üsullarından  istifadə edilməklə yoxlama aparılmalıdır.
Təsərrüfatda  xəstəlik  müşahidə  edildikdə  quşlar  müayinə­
dən  keçirilir,  xəstə  və  xəstəliyə  şübhəlilər kəsilir.  Hələlik  sağ­
lamlarda vaksinasiya aparılır.  Müntəzəm  şəkildə quş binaları  və 
onun ətrafları  mexaniki təmizlik aparıldıqdan sonra dezinfeksiya 
edilir.  Müəyyən  fasilə tətbiq  edildikdən  sonra  yeni  sağlam  qru­
pu  qəbul  edilir.  İnfeksion  ensefalomielitə  görə  qeyri-sağlam  tə­
sərrüfatlardan  toplanmış yumurtaların  inkubasiya  edilməsinə  ica­
zə verilmir,  onlar yalnız həmin  təsərrüfat daxilində çörək-bulka 
məmulatlarının  bişirilməsində və  kulinariyada  istifadə  edilir.
İnfeksion  rinit
İnfeksion  rinit  (Riniris  infektiosa,  infeksion  zökəm)  quşların 
infeksion  xəstəliyi  olub  əsasən  burun  boşluğunun  selikli  qişası­
nın,  bəzən  isə  traxeya,  qırtlaq  və  konyunktivanın  zədələnm ələ- 
ri  ilə  səciyyələnir.
T arixi  m əlu m a t. 
Bu xəstəlik  sərbəst  bir xəstəlik kimi  çox­
dan  məlumdur.  H ələ  1911-ci  ildə  V.F.Otte  bunu  sərbəst bir xə­
219


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə