Özön bu cÿhÿtdÿn,
ola beyza
69
,
Min fÿzli-ilahÿna tÿala.
70
Adÿm degil hÿqq oldu bilgil,
Mÿscudi-hÿqiqÿ sÿcdÿ qûlgil.
71
Fÿzl
72
istÿr isÿn hÿqiqÿtÿ var,
Sÿy ilÿ döriø
73
vÿ qûlma zinhar.
74
ßlfazi
75
-Nÿsimi gþr nÿ candûr,
Dÿryayi-möhitö kþvnö kandûr.
76
____________________
1.Yer.
2.Təlatümə gəldi.
3.İlkin sirr.
4.Çarə.
5.Göründü.
6.Səcdə.
7.Təmiz.
8.Cənnət suyu.
9.Ağı tiryək
dadı verdi, yuvarlaq inci dərman oldu. 10.Bütün yer və göy haqq oldu, dəf, saz və ney buna görə
də “mənəm haqq” deyir. 11.Səcdə edilən. 12.Səcdə edən. 13.Hər damla böyük dəniz oldu, hər zərrə
Məryəm və İsa oldu. 14.Ağ qızılgül. 15.Varlıq. 16.Bəşərilik sifətləri. 17.Şəriklik. 18.Rəhmət qapısı.
19.Birləşdi.
20.Çıxdı.
21.Bir tək Allah qaldı.
22.Kor.
23.Yer üzərindəki hər şey fanidir vədi.
24.Allahdan
başqa olmaq qüdrəti aradan götürüldü. Qüdrət də qalan da Allahdır. 25.Başqası yox oldu, Allahdan
başqası yoxdur, dənizə baş vuran elə dəniz oldu. 26.Açıq. 27.Könül gözü. 28.Uzaq. 29.”Yoxdan var ol”
əmri ilə vücud tapanların məqsədi sənsən özündə özünü gör, necə bir cism olduğunu anla. 30.Güzgü.
31.Haqqı.
32.Bu meydən hər kimsə içib özündən keçsə əbədi diri qalacaqdır.
33.Tanrının təkliyi.
34.Sevgi.
35.Göründü.
36.Günahkar.
37.Lənətlənmiş şeytan.
38.Heç vaxt.
39.İtaət etmə.
40.Səcdə
et. 41.Yaxınlaş. 42.Şeypur. 43.Səs. 44.Məşhər. 45.Qiyamət günü. 46.Dolub daşmaq. 47.Büdrəmək.
48.Tərəzi.
49.Qiyamət günü.
50.Tanrı.
51.De ki, bəsdir.
52.Dost.
53.Torpaqdan çıxan heyvan.
54.Öz.
55.Bildirmək.
56.Möhür.
57.Tanrıya şərik çıxaran.
58.Tanrının təkliyini tanıyan.
59.Hiylə
60.Xalqın
əlinə əsa basar ki, bu istivanı bilin. 61.Mülkün sahibi. 62.Diri. 63.Bu doğru yolun haqdan olduğunu
bilin, çünki bu haqqın nemətidir. 64.Tarazlaşma cizgizisi. 65.Bütün. 66.Hüri. 67.Liqa. 68.İstivadır
(istiva insan üzünü iki hissəyə bölən xəyali cizgi). 69.Ağ. 70.Allahın sayəsində. 71.Bil ki, insan haqq
oldu belə isə ona səcdə et. 72.Hikmət. 73.Çalış. 74.Bezmək. 75.Sözləri 76.Dərin dənizdir.
66
İLL
İK HESABAT
2012
İLL
İK HESABAT
2012
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
NEFT FONDU - ŞƏFFAF SUVEREN FOND
67
5. NEFT FONDU - ŞƏFFAF SUVEREN FOND
5.1. Neft Fondunun ictimaiyyətlə əlaqələri
Yaradıldığı gündən etibarən şəffaflıq Dövlət Neft Fondunun fəaliyyətinin əsas prinsiplərindən
birini təşkil edir. Neft Fondu tərəfindən şəffaflığın təmin edilməsi ilk növbədə Fondun maliyyə
fəaliyyəti haqqında hesabatının müstəqil beynəlxalq nüfuzlu auditor tərəfindən yoxlanılması
vasitəsilə həyata keçirilir. Dövlət Neft Fondunun 2012-ci il üzrə maliyyə fəaliyyətinin auditi Ernst
ənd Yanq şirkəti tərəfindən keçirilib.
Dövlət Neft Fondunun İnformasiya Siyasəti. Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələri
Neft Fondunun İnformasiya Siyasətinə uyğun olaraq qurulur. Fondun İnformasiya Siyasəti Dövlət
Neft Fondunun İcraçı direktorunun 20 aprel 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Neft
Fondunun İnformasiya siyasəti “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq, Fondun ictimaiyyətlə əlaqələrinin düzgün koordinasiya edilməsini, effektli
idarə edilməsini, ictimaiyyətin Fondla bağlı informasiya ehtiyaclarının ödənilməsini və Fondun şəffaf
dövlət təşkilatı imicinin qorunmasını və inkişaf etdirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır.
Neft Fondunun ictimaiyyətə informasiya açıqlama vasitələrinə əsasən aşağıdakılar daxildir:
●
Pres-relizlər;
●
Rüblük və illik hesabatlar;
●
Neft Fondunun rəsmi internet səhifəsi;
●
Mətbuat konfransları;
●
Kütləvi informasiya vasitələri (KİV).
İctimaiyyət
Neft Fondunun aktivləri, həyata keçirilən layihələr, gəlirlər və xərcləri, investisiya
fəaliyyəti, Fondun İcraçı direktorunun işgüzar səfərləri, Fondda keçirilən müxtəlif tədbir və görüşlər
barədə pres-relizlər vasitəsilə məlumatlandırılır.
Neft Fondu şəffaflığın təmin olunması məqsədilə gəlir və xərcləri haqqında rüblük məlumatları,
fəaliyyəti barədə illik hesabatları, MHŞT-nin tətbiqi barədə məlumatları mətbuatda və Neft
Fondunun internet səhifəsində (www.oilfund.az) mütəmadi olaraq dərc etdirir.
Neft Fondunun fəaliyyəti ilə bağlı ictimaiyyətə dəqiq məlumatların çatdırılması məqsədi ilə media
nümayəndələri üçün mətbuat konfransları təşkil edilir. Fondun İcraçı direktorunun bir çox nüfuzlu
yerli və beynəlxalq KİV-ə müsahibələri təşkil edilir.
Neft Fondu ictimaiyyət nümayəndələrinin suallarının cavablandırılmasında hər zaman maraqlıdır.
Fonda daxil olan müxtəlif şifahi və yazılı sorğular “İnformasiya əldə etmək” haqqında Qanunda
nəzərdə tutulmuş vaxt çərçivəsində və sahibi olduğumuz informasiyanın təmin edilməsi şərtilə
cavablandırılır.
Bu gün bir çox KİV-lər, QHT-lər, müstəqil ekspertlər Neft Fondunu vətəndaşların sorğu, sual və
məktublarını vaxtında və ətraflı cavablandıran dövlət qurumu kimi yüksək qiymətləndirirlər.
2012-ci il iyulun 4-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda Fondun əməkdaşları
tərəfindən kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün seminar keçirilmişdir.
Seminarın keçirilməsində məqsəd Neft Fondu haqqında KİV nümayəndələrinin daha geniş
informasiyaya malik olmalarını təmin etmək, Fond barədə daha peşəkar məlumatların yayılmasına
və ictimaiyyətin Fond barədə dəqiq məlumatlandırılmasında KİV nümayəndələri ilə birgə
əməkdaşlığa nail olmaqdır.
Seminarda KİV nümayəndələrinə Neft Fondu haqqında ümumi məlumat, Fondun strukturu və
idarə edilməsi mexanizmi, Neft Fondunun büdcəsi, maliyyələşdirdiyi layihələr, ARDNF-nin yeni
investisiya siyasəti, şəffaflıq sahəsində fəaliyyəti, o cümlədən suveren fondlar və maliyyə bazarlarına
dair ətraflı məlumat verilmişdir.
5.2. Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində
Şəffaflıq Təşəbbüsü (MHŞT) sahəsində fəaliyyət
Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT)
hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsinə yönəldilmiş bir təşəbbüsdür.
Təşəbbüs 2002-ci ilin sentyabrında Yohannesburqda Böyük Britaniyanın baş naziri Toni Bleyer
tərəfindən bəyan edilib. 2003-cü il iyunun 17-də Londonda keçirilmiş MHŞT üzrə I beynəlxalq
konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan hökumətinin MHŞT-
yə qoşulması qərarını və hasilat sənayesində şəffaflığın təmin olunmasına yönəldilmiş beynəlxalq
səyləri dəstəklədiyini bəyan etmişdir. Azərbaycan MHŞT-nin tətbiqində pilot ölkə olmağı könüllü
olaraq öz üzərinə götürmüşdür.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 noyabr 2003-cü il tarixli Sərəncamı ilə MHŞT üzrə
Komissiya yaradılmışdır. Neft Fondunun İcraçı direktorunun sədrlik etdiyi Komissiyanın tərkibinə
Xarici İşlər, İqtisadi İnkişaf, Sənaye və Energetika, Maliyyə, Vergilər, Ekologiya və Təbii Sərvətlər
nazirliklərinin, Dövlət Statistika Komitəsinin, Dövlət Neft Şirkətinin nümayəndələri, eləcə də
Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfiri daxil edilmişdir.
MHŞT şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən
könüllü təşəbbüsdür. Dövlətlərin MHŞT-yə qoşulması və şirkətlərin bu prosesdə iştirakı ictimai
həyatda, dövlət idarəçiliyində və biznes mühitində yerli və beynəlxalq səviyyədə şəffaflıq
standartları və hesabatlılığa riayət olunmasını təmin edir. MHŞT hesabatlılığın genişlənməsinə,
yüksək templi iqtisadiyyat və siyasi sabitlik ilə təmin edilmiş dövlət idarəçiliyinin formalaşmasına
təkan verir. Bu da öz növbəsində neft, qaz və digər mədən sənayesi sektorları sahəsində gəlirlər
ətrafında olan mübahisələrin qarşısını almağa köməklik edir.