İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
13
qüvvə haqqında təsəvvürlər meydana çıxır. Fetişizm dini pərəstişin zəruri komponentidir. Möcüzəli
ikonalara, xaça, quru cəsədlərə, «müqəddəs yerlərə pərəstiş edilməsi, tilsimlərin, amuletlərin, boyundan
asılan xaçların və s. möcüzələr doğurduğuna etiqad edilməsi müasir dini
praktikada fetişizmin daha
xarakterik təzahürləridir.
Cəlbedici predmetlər, gözəl görünən, eləcə də çirkin görünən şeylər fetişə çevrilə bilər. Predmet-əşya
forması kimi fetişizm Qərbi Afrikada çox yaxşı saxlanılmışdır. Burada fetişlər hər yerdə nəzərə çarpır. Ən
geniş surətdə yayılmış canlı fetişlər ilan (əjdaha) və qarğadır. Farslarda it və xoruz, Skandinaviyada ayı və
canavar, Yunanıstanda - bayquş və s. fetiş sayılır. Canlı fetişlər qəbilə üzvləri üçün eyniləşdirici başlanğıcı
ifadə etmirdi, onları eyni hesab etmək olmazdı. Onlar ya totemizmin özünəməxsus qalıqları, yaxud da güclü,
müstəqil ruhların daşıyıcıları idi. Bəzi hallarda qəbilə üzvləri onlardan yararlana bilərdi.
Ona görə də bir
xalqın bir neçə canlı fetişi olurdu. Məsələn, Qədim Misirdə hər bir icma özünün canlı fetişinə malik idi.
Ümummilli fetiş-müqəddəs öküz Apis olsa da, regional və yerli fetişlər də mövcud idi. Fivada - qoyun,
Memfisdə - keçi, Bastda - pişik və s. fetiş hesab olunurdu. Qədim Roma miflərində canavarlar («Roma dişi
canavarı»), ağacdələnlər və digər canlı varlıqlar haqqında danışılırdı. Onlar İtaliya yarımadasında yaşayan
qəbilələrə düşmənə qalib gəlmək, qəhrəmanlıq göstərmək, gələcəyi görmək və s.-də kömək edirdi.
Mədəniyyət tarixinin bir çox səhifələri fetişizmlə əlaqədardır, lakin onlardan biri müasir insana olduqca
amansız və qəbuledilməz şəkildə görünür. Söhbət kannibalizmdən (adam yeməkdən) gedir.
Kannibalizm çox
qədim tarixə malikdir. Əcdadlarımız olan neandertallar adamyeyənlər idi. Homo sapiyens 40 min əvvəl
planetdə adamyeyən kimi peyda oldu. Sonralar insan mədəniyyəti qəti imperativ ilə adam yeməyi qadağan
etdi. Sonra qan qarışdırmaya (yaxınlarla evlənmə) qadağa qoyuldu. İkinci qadağa daha universal idi və insan
cəmiyyətində ciddi şəkildə qorunmağa başladı. Bu tabu (qadağa) kannibalizmdən daha qədimdir. «Tabu»
ibtidai mədəniyyətlə əlaqədar olan ən mühüm anlayışlardan biridir, onun pozulması dəhşətlə müşahidə
olunur. Tabunun qorunması təhlükədən xilas olunmağın yeganə vasitəsidir.
İbtidai incəsənət. İncəsənət tarixini yazanlar hələ keçən əsrin sonunda yalnız ilkin incəsənət kimi
Qədim Misir incəsənətindən başlayırdılar. 90 il bundan əvvəl bəşəriyyət kinonu kəşf etdiyi zamanda daş
dövrünün incəsənətini,
paleolit təsviri sənəti, rəssamlığını və heykəltəraşlığını da özü üçün aşkar etdi. Həmin
vaxtdan başlayaraq ibtidai cəmiyyətin incəsənəti tədqiqat üçün ən populyar sahəyə çevrildi. Həmin proses
indi də davam etməkdədir.
İbtidai incəsənətin yaranması ilə əlaqədar saysız-hesabsız nəzəriyyələr mövcuddur. Bədii fəaliyyət
ibtidai mədəniyyətin bütün mərhələlərində mövcud olmuşdur. Ona görə də incəsənət onun varlığının daimi
üsulu olmuşdur. Sənət alət istehsalından başlanır. İnsanın ən qədim alətinin tarixi 2.5 milyon il bundan əvvəl
başlanır. İnsanların düzəltdiyi alətlərin materialına əsaslanan arxeoloqlar ibtidai dünyanın tarixini üç dövrə
bölürlər. Bunlar daş dövrü, tunc dövrü və dəmir dövrüdür. Öz növbəsində daş dövrü də bir neçə alt dövrə
bölünür. Ən
qədim daş dövrü, yaxud paleolit (təqribən e.ə. 2.6 milyon ildən XII minilliyə qədər), orta daş
dövrü, yaxud da mezolit (təqribən e.ə. XII minillikdən VII minilliyə qədər), yeni daş dövrü, yaxud da neolit
(e.ə. XII minillikdən IV minilliyə qədər), mis daş dövrü, yaxud da eneolit (e.ə. III-II minilliklər), tunc əsri
(e.ə. II-I minilliklər). Dəmir dövrü təqribən birinci minilliyin ortalarından başlayır.
Öz növbəsində Paleolit də üç dövrə - aşağı, orta və yuxarı (yaxud da sonrakı) dövrə bölünür. İbtidai
incəsənətin ilkin mərhələsi üçün səciyyəvi cəhəti sinkretizm (latınca birləşmə) olmuşdur.
Bu da müxtəlif
görüşlərin bir yerdə ifadə olunması idi.
Dünyanın bədii mənimsənilməsi ilə əlaqədar olaraq insanın fəaliyyəti eyni zamanda homo sapiyens
(ağıllı insan) formalaşmasına da şərait yaratmışdır. Bu mərhələdə ibtidai insanın bütün psixi proses və
həyəcanlarının imkanları hüceyrə şəklində kollektiv şüuraltı vəziyyətdə, arxetip adlanan proobrazda, ilkin
formada olmuşdur. Dünyanın dərki kortəbii baş verirdi, hər bir anlayışın arxasında obraz, canlı əməl
gizlənirdi. Bizə gəlib çatan ilk ibtidai təsviri sənət əsəri Orinyak (Fransa) (e.ə. 33 min - 18 min) mərhələsində
olmuşdur. Qadın heykəlciyi (daşda və sümükdə) həmin sənət əsərlərindəndir. Həmin dövrdə heyvanların,
mamontların, filin, atın, maralın ümumi cizgilərini əks etdirən təsvirlər də yaranmışdır. İbtidai incəsənət
əsərləri əsasən ovçuluq və əmək prosesi ilə əlaqədar olmuşdur.
Bir sıra sənətşünaslar paleolit dövrünün təsviri fəaliyyətini üç mərhələyə bölürlər.
Onlardan hər biri
keyfiyyətcə yeni təsvir formalarının yaranması ilə səciyyələnir.
Sümük, təbii maket və s.-dən kor pozisiyalar, süni təsviri forma - iri gil heykəltəraşlığı, barelyef profil
konturu, yuxarı paleolit təsviri yaradıcılığı, mağara yazıları, sümük üzərində qravyuralar - natural yaradıcılıq
nümunələridir.
Analoji mərhələni ibtidai incəsənətdə, tipik musiqi yaradıcılığında da görmək mümkündür. Musiqi
(natural pantomimanın musiqi elementləri,
təbiətdəki səslərin təqlidi, səsin təqlid motivləri, süni intonasiya
formaları, səs yüksəltmə vəziyyətini əks etdirən motivlər, intonasiya ardıcıllığı, iki və üç səsli motivlər)
hərəkət, mimika, jestlərdən və s.-dən ayrılmamışdı.
Əvvəllər insanlar yalnız öz ehtiyacları üçün təbiətin verdiyi şeylərdən - daş, ağac, sümük və s.-dən
istifadə edirdilər. Yeni daş dövründə insan sənət əsərləri yaratmaq məqsədi ilə odadavamlı gildən istifadə