65
xanəndə «Xavəran» vasitəsilə «Qatar» muğamına keçir və «Zil
Qatar» «si» kökündə ifa olunduğu üçün oradan «Xaric segah»a keç-
mək olur.
«Xavəran»dan sonra daha da zil tessituralı «Üzzal» şöbəsi gə-
lir ki, bu da xanəndədən gur və məlahətli səslə yanaşı şaqraq zən-
gulə tələb edir. Bəzi xanəndələr musiqi dili ilə desək bir ağız «Üz-
zal» oxuduqdan sonra keçirlər «Şikəsteyi-fars» şəbəsinə mənim fik-
rimcə bu düzgün deyil. Belə olduqda «Bayatı-Şiraz» dəstgahının
xronologiyası pozulur.
«Üzzal» şöbəsindən sonra sabit ölçülü, həzin bir tərzdə «Dül-
rüba» (fars sözü olub, gözəl, sevimli mənasında işlədilir) gəlir ki, bu
da əvvəllər «Bayatı-Şiraz» dəstgahında olmayıb. Guşə əhəmiyyətinə
malik olan «Dülrüba» «Bayatı-Şiraz»a ayaq üçün hazırlıq əhəmiy-
yətinə malikdir və dəstgah təmkinli, sakit halda tamamlanır.
Azərbaycanda «Bayatı-Şiraz» dəstgahının ifaçılarından Sətta-
rı, Ağabala Ağa Səid oğlunu, Cabbar Qaryağdı oğlunu, Dadaş Mu-
radxanovu (1858-1930), Əbülhəsən xan Azər İqbal-Soltanı, Qasım
Abdullayevi (Zabul Qasım), Mirzə Gülləri, İslam Abdullayevi, Se-
yid Şuşinskini, Musa Şuşinski, Zülfi Adıgözəlovu, Hüseynağa Hacı-
bababəyovu, Xan Şuşinskini, Yavər Kələntərlini, Əliövsət Sadıqovu
(1906-1971), Mütəllim Mütəllimovu, Sara Qədimovanı, Yaqub
Məmmədovu, Əlibaba Məmmədovu, Nəriman Əliyevi, Eynulla
Əsədovu, Mürşüd Məmmədovu, Ağababa Novruzovu, Qaraxan
Behbudov, Ramiz Hacıyevi, Arif Babayevi, Rəsmiyyə Sadıqovanı
(1939), Canəli Əkbərovu, Vahid Abdullayevi, Ağaxan Abdullayevi,
Nisə Qasımovanı (1954), Sahibə Əhmədovanı (Abbasova), Alim
Qasımovu, Mənsum İbrahimovu, Zahid Quliyevi, Mələkxanım Əy-
yubovanı (1962), Zabit Nəbizadəni, Məhərrəm Həsənovu, Almaz
Orucova, Gülüstan Əliyevanı, Nuriyyə Hüseynovanı, Gülyaz Məm-
mədovanı, Nəzakət Teymurovanı, Səbuhi İbayevi və b. göstərmək
olar.
66
2.7. Hümayun
Yeddi əsas muğamlardan sonuncusu olan «Hümayun»un
(farsca mənası «cənnət quşu», «sədaqətli» deməkdir) M.M.Nəvva-
bın «Vüzuhül-ərqam» risaləsində 24 şöbədən iyirminci şöbə kimi
adı çəkilir.
Ü. Hacıbəyov «Hümayun»la «Şüştər»i müqayisə edərək qeyd
edir ki, «Hümayun» dinləyicilərdə «Şüştər»ə nisbətən daha dərin
kədər hissi oyadır (8).
Lirik-dramatik xarakterə malik olan «Hümayun» dəstgahını
dinlədikdə insanda qəm-qüssə və kədər yaranır ki, buna da səbəb iki
gəncin (qız və oğlanın) ülvi məhəbbəti və iztirabla bol olan günləri
və xoşbəxt olmaq arzuları təsvir olunur.
A. Əliverdibəyov qeyd edir ki; «Əvvala, isfahan məqamı kimi
hicaz ilə nəvadan ağaz edərək nəvaya qədər enib, bəd nəvadan hi-
caz, kürdi, rast açaraq yenə dügaha qərar edər. Məzkur məqam ala
franğada re tonu namıla yad olunmaqdadır» (7).
«Hümayum» məqamının səssırasının iki növü vardır ki, bun-
lardan I növünün səssırası ½-1 ½-1/2 ton formullu iki tetraxordun
böyük tersiya (orta ton vasitəsilə) birləşməsindən ibarət olub,
səssırası doqquz pillədir; IV və VII pillələr məqamın mayəsidir.
«Hümayun» məqamının II növünün quruluşu ½-1-1/2 ton
formullu iki tetraxordun yanaşı üsulla (artırılmış sekunda vasitəsilə)
birləşməsindən ibarətdir. Səssırası 8 pillə olub, II pillə məqamın
mayəsini, IV pillə kodensiya üçün səciyyəvi tondur. Məqamın I
növünün səssırası do mayəli hümayundur.
M.F.Rzayevin cədvəlində «Hümayun» dəstgahı 17 şöbə və
guşədən ibarətdir: «Nəva-Nişapur», «Hümayun», «Bayatı-feli»,
«Suzi-güdaz», «Tərkib», «Bidad», «Bəxtiyari», «Üzzal», «Novru-
zi», «Günəş», «Rəvəndi», «Məsnəvi», «Pəhləvi», «Möləvi». «Müa-
lif», «Üzzal», «Hümayun».
«Hümayun» dəstgahıda başqa dəstgahlar kimi təkmilləşmiş,
bəzi şöbə və guşələrdən azad olunmuşdur.
67
Xanəndə Əlizöhab «Hümayun»unun ifası üçün aşağıdakı şöbə
və guşələrdən istifadə edərdi: «Hümayun», «Feli», «Tərkib», «Bəx-
tiyari», «Bidad», «Məsnəvi», «Mövləvi», «Pəhləvi», «Baba-Tahir»,
«Cədai», «Şüştər».
Məşhur xanəndə Mirzə Məhəmmədhəsən isə «Hümayun»u 17
şöbə və guşədən ibarət dəstgah kimi ifa edərdi: «Nəva», «Mayeyi-
Hümayun», «Pəhləvi», «Şah Xətai», «Bayatı-Əcəm», «Zəmin-xa-
rə», «Zəngi-şötör», «Mani», «Mənəvi», «Məsnəvi», «Hacı Yuni»,
«Hicaz», «Gilei». «Dəşti», «Bayatı-türk», «Çövhəri», «Mayeyi-Hü-
mayun».
1925-ci ildə Ü.Hacıbəyovun tərtib etdiyi proqramda «Hüma-
yun» yeddi şöbə və guşədən ibarət idi: «Hümayun», «Feli», «Tər-
kib», «Novruz-Rəvəndə», «Məsnəvi», «Üzzal», «Hümayun».
Hal-hazırda ifa olunan «Hümayun» dəstgahı 1925-ci ildə tərtib
olunan proqramla demək olar ki, eynidir. Lakin cüzi dəyişikliklər və
əlavələr olunmuşdur. İndi ki, proqramda «Hümayun» bu şöbə və
guşələrlə ifa olunur: «Mayeyi-Hümayun», «Feli», «Şüştər», «Tər-
kib», «Bidad» («Üzzal»), «Kiçik Məsnəvi», «Hümayuna ayaq».
«Hümayun» dəstgahının «Feli», «Şüştər», «Tərkib» şöbələri
«Bayatı-Şiraz» pərdəsinə düşürsə buna «Qafqaz Hümayunu» deyilir.
Keçən əsrin otuzuncu illərində Ə. Bakıxanov Üzeyir bəyin
rəhbərlik etdiyi texnikumda çalışmağa başlayır və o, «Hümayun»
dəstgahınının kök sim qrupu «re-bemol», «si-bemol», «fa» pərdələri
ilə ifa edirdi. Çünki, «Hümayun» «si-bemol» mayəsilə daha dolğun
səslənirdi.
Əksər muğamlarda olduğu kimi «Hümayun»da da «Bərdaşt»
yoxdur. «Hümayun» dəstgahı «Mayeyi-Hümayun» şöbəsilə başla-
nır. Lakin «Hümayun»u muğamların baş tacı adlandıran pedaqoq-
tarzən Kamil Əhmədov təxminən keçən əsrin ortalarında «Mayeyi-
Hümyun»u təkrar etməmək şərti ilə «Bərdaşt» düzəltmiş və çalış-
dığı A.Zeynallı adına Bakı Orta ixtisas musiqi məktəbində tədris
olunmuşdur.
Həzin, mülayim və insanda qəmgin hisslər yaradan «Mayeyi-
Hümayun» şöbəsi «Hümayun» dəstgahının ən böyük, mükəmməl
Dostları ilə paylaş: |