İnformasiya elmi-NƏZƏRİ VƏ TƏCRÜBİ jurnal


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə10/54
tarix22.07.2018
ölçüsü1,1 Mb.
#58322
1   ...   6   7   8   9   10   11   12   13   ...   54

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 24
qiymətli kitabın və 60-dan artıq dövrü mətbuat materialının mikrofilmləri 
hazırlanaraq oxucuların istifadəsinə verilmişdir, onların orginalları isə kon-
servasiya olunaraq gələcək nəsillər üçün saxlanılır. 
M.F.Axundov adına Milli Kitabxana Mədəniyyət və Turizm Nazirliyi-
nin vəsaiti hesabına nəşr olunmuş və alınmış kitabların da şəhər və kənd ki-
tabxanalarına göndərilməsi ilə məşğul olur. Belə ki, nazirliyin mərkəzləşdiril-
miş vəsaiti hesabına tariximiz, mədəniyyətimiz, incəsənətimiz, elmimiz üçün 
mühüm  əhəmiyyət kəsb edən kitablar sifarişlə çap olunaraq Milli Kitabxana-
nın ölkədaxili kitab mübadiləsi  şöbəsi vasitəsilə  şəhər, rayon və  kənd 
kitabxanalarına, eləcə də beynəlxalq kitab mübadiləsi şöbəsi vasitəsilə dünya 
kitabxanalarına göndərilir. 
2008-ci il ərzində bu yolla ölkə və dünya kitabxanalarına 45610
 
nüsxə 
latın qrafikası ilə çap olunmuş yeni kitab göndərilib 
[
7, 9
]
. Azərbaycan həqi-
qətlərinin bütün dünyaya yayılmasında mühüm əhəmiyyət kəsb edən Mədə-
niyyət və Turizm Nazirliyinin çap etdirdiyi belə kitabların sırasında Ə.Ələk-
bərlinin 5 xarici dildə çap olunmuş “Qərbi Azərbaycanın tarixi abidələri”, 
H.Məmmədovanın “Xocalı-şahidlər və  şəhidlər” (rus və ingilis dillərində), 
“Azərbaycan milli geyimləri”, “Azərbaycan kinosunun tarixi” ikicildliyi, 
“Azərbaycan teatrının tarixindən”, “Molla Nəsrəddin” jurnalının latın qrafi-
kası ilə çap olunmuş tam mətni, “Mədəniyyət” fotoalbomu (ingilis və azər-
baycan dillərində), ayrı-ayrı  mədəniyyət və incəsənət xadimlərinə  həsr 
olunmuş kitablar, fotoalbomlar və s. var. Hazırda nazirlikdə Qarabağ məsələsi 
ilə əlaqədar 10-dan çox adda kitabın bir neçə xarici dillərə tərcümə olunaraq 
dünya kitabxanalarına göndərilməsi istiqamətində ciddi işlər görülür. 
Milli Kitabxananın strukturu da tamamilə yenidən qurulub. Mədə-
niyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunan yeni strukturda müasir 
dövrün tələbləri ilə  səsləşən bir sıra yeni şöbələr “Elektron informasiya xid-
məti”, “Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılmasi və infor-
masiya texnologiyaları”, “Elektron resurslarının yaradılması”, “Kitabxana-
çıların təlim və  tədris mərkəzi”, “Kitabxana siyasəti və metodiki rəhbərlik”, 
“Analitik elektron məlumat bazasının yaradılması”, “Elektron dissertasiya 
fondunun təşkili və ondan istifadə”  şöbələri və bir sıra yeni bölmələr ya-
radılıb. 
Milli Kitabxana bütün idarə  və sistemlərin kitabxanalarına virtual 
rejimdə metodik xidmət göstərir. Belə ki, kitabxananın saytında “Virtual me-
todik xidmət” bölməsi yaradılmışdır və ölkənin istənilən nöqtəsindən hər bir 
kitabxana işçisi müxtəlif sorğularını sayt vasitəsilə Milli Kitabxanaya ün-
vanlayır və bir saat, yaxud yarım saat, yarım gün ərzində öz sorğularına cavab 
ala bilirlər. 


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 25
2008-ci il M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası üçün çox 
əhəmiyyətli olmuşdur və bu il kitabxananın tarixinə möhtəşəm yubiley ili 
kimi daxil olmuşdur. Özünün 70, 75 və 80 illik yubileylərini lazımi səviyyədə 
keçirmək imkanı olmayan Milli Kitabxana məhz bu səbəbdən yaradılmasının 
85 illik yubileyini yüksək səviyyədə qeyd etməyə çalışmışdır. 
Milli mədəniyyətimizin və mənəvi dəyərlərimizin mühafizəsinə xüsusi 
qayğı göstərən Azərbaycan Prezidenti İlham  Əliyev cənablarının hədsiz 
diqqəti sayəsində Milli Kitabxananın 85 illik yubileyi xüsusilə  təmtəraqlı 
keçmişdir. Hörmətli Prezidentimizin yubiley iştirakçılarına və qonaqlara ün-
vanladığı  təbrik məktubu xüsusilə  əhəmiyyətli olmuşdur. Burada Dövləti-
mizin başçısı elmimizin və mədəniyyətimizin inkişafında Milli Kitabxananın 
rolunu yüksək qiymətləndirərək onun hər bir azərbaycanlı, hər bir alim, hər 
bir ziyalı üçün qürur yeri olduğunu qeyd edərək kollektivin bütün üzvlərinə 
uğurlar arzulamışdır. Prezidentimizin bu müraciəti yubiley təntənələrinin 
bütün iştirakçıları, o cümlədən xarici qonaqlar tərəfindən Milli Kitabxananın 
fəaliyyətinə verilən yüksək qiymətin bariz nümunəsi kimi qəbul olunmuşdur. 
Eyni zamanda dövlət başçısının 17 noyabr 2008-ci il tarixli sərəncam-
ları ilə Milli Kitabxananın inkişafında xüsusi xidmətləri olan, uzun müddət 
oxuculara xidmət işində  fəal iştirak edən 11 nəfər işçiyə ölkənin yüksək 
mükafatlarının – fəxri adların və medalların verilməsi də yubiley təntənələrinə 
xüsusi rövnəq vermiş oldu, təntənələri daha da canlandırdı 
[
8
]
. Bütün bunlar 
Milli Kitabxananın 85 illik yubiley təntənələrini Azərbaycanın kitabxana 
tarixində görünməmiş bir hadisəyə, onun şanlı səhifəsinə çevirmiş oldu. 
Milli Kitabxananın 85 illik yubileyi təntənələrini tarixə çevirən amil-
lərdən biri də yubiley günlərində eyni zamanda iki beynəlxalq konfransın–
Türkdilli Ölkələrin Milli Kitabxanaları direktorlarının II konfransının və 
“Avrasiya Kitabxanalar Assambleyası” Qeyri-kommersiya Əməkdaşlıq təşki-
latının X ümumi iclasının Bakı şəhərində keçirilməsindən ibarət idi. 
Heç təsadüfi deyildir ki, Prezidenti İlham Əliyev cənabları hər iki bey-
nəlxalq konfransın iştirakçılarına göndərdiyi müraciətdə milli kitabxanaları 
xalqların, mədəniyyətlərin və  nəhayət ölkələrin inteqrasiyasında  əhəmiyyətli 
rol oynadıqlarını qeyd etmiş, kitabxanalararası əlaqələrin möhkəmlənməsinə, 
bu  əlaqələrin  əsas istiqamətlərinin müəyyən olunmasına öz töhfəsini ve-
rəcəkdir.  
Yubiley tədbirlərinin və  hər iki beynəlxalq konfransın keçirilməsinin 
ən mühüm cəhətlərindən biri də bu tədbirlərdə dünyanın 18 ölkəsindən 30-a 
yaxın xarici qonağın – Türkiyə, Rusiya, Ukrayna, Slovakiya, Estoniya, Lat-
viya, Qazaxıstan, Belorus, Qırğızıstan və digər ölkələrin milli kitabxana di-
rektorlarının və professional beynəlxalq kitabxana təşkilatlarının rəhbərlərinin 
iştirak etməsindən ibarət idi 
[
7, 9
]



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə