İnformasiya elmi-NƏZƏRİ VƏ TƏCRÜBİ jurnal


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə15/54
tarix22.07.2018
ölçüsü1,1 Mb.
#58322
1   ...   11   12   13   14   15   16   17   18   ...   54

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 35
dan başqa IRBIS proqramı  əsasında elektron versiya hazırlanır.Həyata keçir-
diyimiz elmi-tədqiqat işinin üçüncü məqsədi keçmiş illərin  ədəbiyyatının 
elektron kataloqunun hazırlanmasıdır, yəni retrokonversiyaya hazırlıq işləri ilə 
yekunlaşır. 
Ümumiləşdirərək elmi-tədqiqat işinin  əsas məqsədlərini belə  təqdim et-
mək olar: 
1. Milli ədəbiyyat fondunun düzgün komplektləşdirilməsi; 
2. Keçmiş illərin ədəbiyyatının retrokonversiyaya hazırlanması; 
3. Fondun lazımsız ədəbiyyatdan azad edilməsi. 
Elmi-tədqiqat işinin həyata keçirilməsi bir neçə mərhələdən ibarət idi. 
1-ci mərhələ (2006-cı il): İşçi qrupun yaradılması.  İşçi qrupun tərkibinə 
tədqiqat işinin nəticələrindən bilavasitə bəhrələnən şöbələrin əməkdaşları daxil 
edildi:  
1. Fondun təşkili, istifadəsi və mühafizəsi şöbəsi; 
2. Milli ədəbiyyat şöbəsi;  
3. Komplektləşdirmə şöbəsi. 
Azərbaycan fondunun təhlili üçün müstəqillik dövrü seçildi (1992-ci ildən 
2005-ci ilə qədər fonda daxil olan ədəbiyyat). İşçi qrupun hər bir üzvünə fondun 
müəyyən olunmuş sahələrinin təhlili tapşırıldı  və bu sahələrdə  iş prosesində 
müəyyən qeydlər aparılmışdır. 1-ci mərhələdə 3850 adda 5441 nüsxə ədəbiyyat 
nəzərdən keçirilmiş, hər birinin elm sahəsi təyin edilmişdir.  
2-ci mərhələdə (2007-ci il): 2000-2005-ci illərdə fonda daxil olan 7373 
adda 8964 nüsxə  ədəbiyyat nəzərdən keçirilmiş  və  təhlil olunmuş, tədqiqatlar 
aparılmışdır. Konkret ədəbiyyatın elm sahələri təyin edilmiş, daha çox sifariş 
olunan ədəbiyyatın qeydiyyatı aparılmışdır. 
3-cü mərhələdə (2008-ci il): İşçi qrupun hər bir üzvü tərəfindən aparılan 
tədqiqatlar nəticəsində  əldə olunmuş materiallar təhlil edilmiş, hesablamalar 
aparılmış,  ədəbiyyatın kəmiyyət və keyfiyyət göstəriciləri təyin edilmişdir. 
Yekunda kəmiyyət göstəriciləri  əsasında 1992-2005-ci illərdə Milli ədəbiyyat 
fonduna daxil olan ədəbiyyatın qrafik sxemi və keyfiyyət göstəriciləri əsasında 
tərtib olunan 6 cədvəl hazırlanmışdır. 
Cədvəl №1-ə əsasən elm sahələri üzrə üstünlük humanitar elm sahələrinə 
(təxminən 48,4%) düşür.  İctimai-siyasi-16,8%, təbiət elmləri- 4,8%, Yer haq-
qında elmlər – 2%, texniki 2,4%, incəsənət, maarif, elm -7,9% təşkil edir. 
Yaranmış vəziyyət heç də təsadüfi deyil, çünki, Elmlər Akademiyasının elmi-
tədqiqat institutları arasında humanitar elmlər üzrə  tədqiqat institutları çoxluq 
təşkil edir. Təhlil olunmuş nəticələr göstərmişdir ki, 7 humanitar elm üzrə bədii 
ədəbiyyat nümunələri üstünlük təşkil edir – 46,2%; 23,7% - tarix elmləri, 6,9% 
- dilçilik, 23% - ədəbiyyatşünaslıq üzrə materiallardır (cədvəl №2). 


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 36
Tədqiqatlar nəticəsində 1992-2005-ci illər ərzində kitabxanaya daxil olan 
yeni nüsxələrin içində  bədii  ədəbiyyatın üstünlüyü müşahidə olunur. Burada 
tanınmış yazarların əsərləri ilə bərabər, yaradıcılığa yenicə qədəm basmış, ədə-
biyyatda ilk dəfə qələmini sınayan şair və yazıçıların da əsərlərinə rast gəlmək 
olar. Bu kitabları  əsasən hədiyyə yolu ilə  əldə olunmuş  ədəbiyyat siyahısına 
daxil etmək olar. Kitabxanada bu tendensiya «Kitabxana işi haqqında» qanun 
qəbul olunmamışdan  əvvəl müşahidə olunurdu. Həmin mərhələdə  Mərkəzi 
Elmi Kitabxanada yeni ədəbiyyat qıtlığı hiss olunurdu və  bəzi kitabxana 
şöbələrinin fəaliyyətini dayandırmamaq üçün bu kitabların kitabxanaya daxil 
olması çox vacib idi. Digər tərəfdən gənc yazarlar üçün onların  əsərlərinin 
MEK-in fondlarına daxil edilməsi, soraq-biblioqrafiya aparatında əks olunması, 
oxuculara çatdırılması, yaradıcılıqlarının təbliği üçün çox böyük əhəmiyyət 
kəsb edirdi. İllər ötdükcə  həmin bu tendensiya azalır və  ədəbiyyat sahəsində 
samballı  əsərlərin, tanınmış  şair və yazıçıların seçilmiş  əsərləri və  əsərlərinin 
külliyyatı, Milli ədəbiyyat fonduna daxil olması müşahidə olunur. Fondda 
oxucular tərəfindən bir dəfə  də olsun sifariş olunmayan, elmi əhəmiyyətini 
itirmiş kitabların siyahısı tutulur və rezerv fonduna köçürülür.  
XXI  əsrdə elmi informasiyanın çox qiymətli olduğu bir zamanda Azər-
baycan alimləri tədqiqatlarının nəticələrini dünyaya çatdırmaq üçün öz 
fəaliyyətlərini geniş inkişaf etdirməlidirlər. Elm müstəqildir, başqa sahələrdə 
olduğu kimi elmdə də demokratik prinsiplər tam tətbiq olunmalıdır. H. Əliyev 
demişdir: «Elə elmlər vardır ki, onların inkişaf etdirilməsi müstəqil Azərbaycan 
Respublikasının  ən böyük vəzifələrindən biridir. Əlbəttə bu gün fizika, riya-
ziyyat, kimya, biologiya və başqa elm sahələri inkişaf etməlidir. Amma tarix 
hər bir insan üçün yeniyetməlikdən başlayaraq ömrünün sonuna qədər lazımdır. 
O cümlədən mədəniyyətimizin, ədəbi elmimizin tarixi lazımdır». 
Müstəqillik illərində alimlərimiz tariximizə dünya ideoloji baxımdan 
yazılmış, saxtalaşmış tarixi kitabların  əvəzinə mükəmməl elmi-tədqiqatlara 
əsaslanaraq Azərbaycan dövlətinin, onun ayrı-ayrı regionlarına aid tarixi mate-
rialları əks etdirən kitablar yazmışlar və bu ədəbiyyat milli ədəbiyyat fondunda 
öz layiqli yerlərini tutmuşdur - 14,5% (cədvəl №2). Burada ilk növbədə Tarix 
İnstitutu tərəfindən hazırlanmış 7 cildlik “Azərbaycan tarixi” kitabını qeyd 
etmək lazımdır. Tarixi kitablar arasında Azərbaycanın ayrı-ayrı regionlarının 
arxeologiya və etnoqrafiyasına aid materiallar tam üstünlük təşkil edir. 
Son 5 il ərzində Milli ədəbiyyat fonduna daxil olan kitablar arasında 
Azərbaycan incəsənətinə aid kitablar mühüm yer tutur – 5,1% (cədvəl №7). Bu 
kitablar Azərbaycan musiqisinin, tətbiqi incəsənət növlərinin (xalçaçılıq,  şərq 
miniatürləri) təbliğində əvəzsiz rol oynayır.  
Son illər iqtisadiyyatımızın geniş inkişaf mərhələsində bu sahədə aparılan 
elmi-tədqiqatların səmərəliliyi artmışdır.  İqtisadiyyatın müxtəlif sahələrini 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə