Ingilis dilindən tərcümə edənlər



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə18/29
tarix08.09.2018
ölçüsü1,2 Mb.
#67024
növüQaydalar
1   ...   14   15   16   17   18   19   20   21   ...   29

CFR 

INCOTERMS - 2010 

Tərəflər  arasında  razılaşdırıldıqda  yaxud  ümumi  hal  kimi  qəbul 

edildikdə,  Bl-BlO  bəndlərində  göstərilən  sənədlər  ekvivalent  elektron  yazı 

yaxud başqa prosedura şəklində ola bilər. 

B2. Lisenziyalar, icazələr, təhlükəsizliyə nəzarət və başqa rəsmiləş- dirtnələr 

Tələb  olunduqda,  alıcı  öz  riskinə  və  xərci  hesabına  idxal  lisenziyasını 

yaxud  başqa  rəsmi  icazəni  almalı,  malın  öz  ölkəsinə  idxalı  və  istənilən 

üçüncü  ölkənin  ərazisindən  nəqli  üçün  lazım  olan  bütün  gömrük 

rəsmiləşdirmələrini yerinə yetirməlidir. 

B3. Daştma və sığorta müqavilələri 

a)

 



Alıcının  malın  daşınması  müqaviləsinin  bağlanması  üzrə  satıcı 

qarşısında öhdəliyi yoxdur. 

b)

 

Alıcının  sığorta  müqaviləsinin  bağlanması  üzrə  satıa  qarşısında 



öhdəliyi yoxdur. Amma alıcı, satıcının xahişinə əsasən, onun riskinə və xərci 

hesabına  sığorta  müqaviləsinin  bağlanması  üçün  tələb  olunan  məlumatları 

ona verməlidir. 

B4. 


Göndərilmiş malın qəbulu 

Alıcı,  A4  bəndinə  müvafiq  qaydada  çatdırılmış  malı  qəbul  etməli  və 

müəyyənləşdirilmiş təyinat limanında daşıyıcıdan götürməlidir. 

B5. Risklərin keçməsi 

Mal  A4  bəndinə  müvafiq  qaydada  çatdırıldıqdan  sonra,  alıcı  onun 

məhvi və ya zədələnməsi üzrə bütün riskləri öz üzərinə götürməlidir. 

B7  bəndinə  uyğun  olaraq  bildirişi  göndərmək  öhdəliyini  yerinə 

yetirmədikdə,  razılaşdırılmış  tarixdən  yaxud  müəyyənləşdirilmiş  müddətin 

başa  çatdığı  tarixdən  müqavilə  üçün  lazımi  qaydada  fərdiləşdirilmiş,  yəni 

məhz  bu  müqavilənin  predmeti  kimi  ayrılmış  yaxud  başqa  tərzdə 

xüsusiləşdirilmiş mal üzrə bütün riskləri alıcı daşıyır. 



B6. Xərclərin bölüşdürülməsi 

Alıcı,  A3  a)  bəndinin  müddəalarına  riayət  etməklə,  aşağıdakı  xərcləri 

ödəməlidir: 

55 



INCOTERMS - 2010 

CFR 


a)

 

malın  satıcının  ölkəsindən  çıxarılması  üçün  tələb  olunan  gömrük 



rəsmiləşdirilməsi  xərcləri,  habelə  A6  c)  bəndində  göstərilən  vergilər, 

rüsumlar və başqa rəsmi yığımlar istisna edilməklə, mal A4 bəndinə müvafiq 

qaydada çatdırıldığı andan etibarən, onunla bağlı bütün xərcləri; 

b)

 



daşıma  müqaviləsi  əsasında  satıcının  öhdəliyinə  daxil  edilmədiyi 

halda, mal razılaşdırılmış təyinat limanına çatanadək tranziti vaxtı mala aid 

olan xərcləri və başqa rəsmi yığımları; 

c)

 



daşıma  müqaviləsi  əsasında  satıcının  öhdəliyinə  daxil  edilmədiyi 

halda,  malın  boşaldılması  {o  cümlədən  lixterə)  və  körpü  yığımları  üzrə 

xərcləri; 

d)

 



B7 bəndində göstərilən bildirişi satıcıya göndərmək öhdəliyini yerinə 

yetirməməsi  nəticəsində  razılaşdırılmış  tarixdən  yaxud  müəyyənləşdirilmiş 

müddətin  başa  çatdığı  tarixdən  etibarən  malın  boşaldılması  ilə  əlaqədar 

olaraq meydana çıxan bütün əlavə xərcləri; 

e)

 

daşıma  müqaviləsinə  əsasən  satıcının  öhdəliyinə  aid  edilmədiyi 



hallarda, idxal vergiləri, rüsumları və başqa ödənişlər, tələb olunan gömrük 

rəsmiləşdirmələri  xərcləri,  malın  üçüncü  ölkənin  ərazisindən  nəqli  üzrə 

xərclər. 

B7. Sattcımn mdlumatlandırılmast 

Alıcı,  malın  yüklənmə  vaxtını  və/və  ya  göstərilən  təyinat  limanındakı 

məntəqəni  müəyyənləşdirmək  hüququna  malik  olduqda,  bunlar  barəsində 

bildirişi satıcıya göndərməlidir. 

B 8. Malın qəbul edilməsinin sübutu 

Malın  göndərildiyini  A8  bəndinə  müvafiq  qaydada  sübut  edən  sənəd 

müqaviləyə uyğun olduğu halda, alıcı onu qəbul etməlidir. 

B9. 


Mala baxtş keçirilməsi 

Alıcı,  ixracatçının  ölkəsinin  hakimiyyət  orqanlarının  tələbi  ilə  keçirilən 

məcburi  baxışlar  istisna  edilməklə,  mala  yükləmədən  əvvəl  keçirilən  baxış 

üzrə xərcləri ödəməlidir. 



BİO.  Məlumatların  alınmasında  yardım  göstərilməsi  və  bununla  bağlı 

xərclər 

Alıcı, satıcının AlO bəndinə uyğun olaraq hərəkət edə bilməsi üçün 



56 


CFR 

INCOTERMS - 2010 

təhlükəsizliyə  dair  tələblər  barədə  məlumatı  ona  vaxtında  göndərməyə 

borcludur. 

Alıcı,  AlO  bəndinə  uyğun  olaraq  lazımi  sənədin  yaxud  məlumatın 

təqdim edilməsi, habelə bununla əlaqədar yardım göstərmiş satıcının çəkdiyi 

bütün xərclərin əvəzini ödəməlidir. 

Tələb  olunduqda,  alıcı,  satıcının  xahişinə  əsasən  onun  riskinə  və  xərci 

hesabına  malın  daşınması,  ölkədən  çıxarılması  və  istənilən  üçüncü  ölkənin 

ərazisindən  nəqli  üçün  lazım  olan,  o  cümlədən  təhlükəsizliyə  dair 

məlumatları vaxtında ona təqdim etməlidir. 

57 



INCOTERMS - 2010 

CIF 


«CIF» - COST, 

INSURANCE 

AND FRIEGHT 

(...named port 

of destination) 

DƏYƏR, SIĞORTA 

VƏ FRAXT 

(...göstərilmiş təyinat 

limanı) 

Bu  termindon  yalnız  dəniz  nəqliyyatında  yaxud  daxili  su  yolları  ilə 

daşımalarda istifadə oluna bilər. 

«CIF  (..named  port  of  destination)»  termini,  satıcının  malı  gəmi 

göyərtəsində yerləşdirdikdən yaxud yerləşdirilməsini təmin etdikdən sonra, 

çatdırıldığını  bildirir.  Mal  gəmi  göyərtəsində  yerləşdirildikdən  onun  məhvi 

yaxud  zədələnməsi  riski  alıcıya  keçir.  Satıcı  malın  göstərilən  təyinat 

limanınadək  çatdırılmasına dair müqavilə  bağlamalı,  fraxtı  və  bütün zəruri 

xərcləri ödəməlidir. 

Satıcı  malın  daşınma  zamanı  məhvi  yaxud  zədələnməsi  riskini  örtən 

sığorta müqaviləsini də bağlamalıdır. Alıcı nəzərə almalıdır ki, «CIF»ə əsasən 

satıcı  malın  sığortalanmasını  yalnız  minimum  məbləğdə  təmin  edir.  Alıcı 

sığorta  vasitəsilə  daha  çox  qorunma  təmin  etmək  istəyirsə,  bunu  satıcı  ilə 

razılaşdırmalı  yaxud  öz  xərcləri  hesabına  əlavə  sığortala-  manı  yerinə 

yetirməlidir. 

«CPT»  «CIP»  «CFR»  yaxud  «CIF»  terminlərindən  istifadə  edildikdə, 

satıcı  malı  təyinat  yerinə  çatdıqdan  sonra  deyil,  daşıyıcıya  termində 

müəyyən  olunmuş  üsulla  təhvil  verdikdən  sonra,  onun  çatdırılması  üzrə 

öhdəliyini yerinə yetirir. 

Risklər  və  xərclər  müqavilə  tərəflərinin  birindən  digərinə  iki  müxtəlif 

yerdə keçdiyinə görə, bu terminin iki məqamı var. Müqavilədə təyinat limanı 

həmişə  təyin  olunduğu  halda,  risklərin  alıcıya  keçdiyi  yüklənmə  limanı 

göstərilməyə bilər. Əgər malın yükləndiyi liman alıcı üçün xüsusi əhəmiyyət 

kəsb edirsə, həmin liman mütləq müqavilədə razılaşdırılmalıdır. 

Razılaşdırılmış  təyinat  limanındakı  məntəqəyə  qədər  xərcləri  satıcı 

çəkdiyinə  görə,  müqavilənin  tərəfləri  onu  mümkün  qədər  dəqiq  müəyyən 

etməlidir.  Satıcıya  bu  seçimin  əks  edildiyi  daşıma  müqaviləsi  bağlamaq 

tövsiyə olunur. Daşıma müqaviləsinə görə razılaşdırılmış təyinat 



58 


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə