278
milyardlarla dollar həcmində birbaşa xarici sərmayələri cəlb edə
bilmişdir. Hazırda Azərbaycanda adambaşına düşən xarici
sərmayələrin həcmi regionda ən böyük göstəricidir.
Biz çox mühüm nəqliyyat infrastrukturunun yaradılmasına
nail olduq. Bu il neft və qaz boru kəmərləri istismara
veriləcəkdir. Əlbəttə ki, biz bu imkanlardan istifadə edərək,
təbii sərvətlərdən, önəmli coğrafi mövqeyimizdən istifadə
edərək, karbohidrogen ehtiyatlarımızı dünya bazarlarına çıxara
biləcəyik. Əminəm ki, gələn illər ərzində bu sahələr sərmayələr
üçün çox cəlbedici olacaqdır.
Bütün bu sahələrlə yanaşı, biz diqqətimizi digər sahələrə də
yönəldə bilərik. Həmin sahələrdə imkanları qiymətləndirmək,
öyrənmək məqsədi ilə hökumət rəsmiləri ilə işgüzar dairələr
arasındakı birbaşa əlaqələr çox faydalıdır. Mən əminəm ki, bu
gün iştirak etdiyimiz Yaponiya–Azərbaycan biznes forumu bu
imkanların araşdırılması üçün əhəmiyyətli olacaqdır. Əlbəttə ki,
gələn illər ərzində potensial sərmayələr üçün yeni sahələr
açılacaq və bu, əməkdaşlıq üçün əlavə imkanlar yaradacaqdır.
Bu, gələcəkdə hər iki tərəfin iqtisadi inkişafı üçün yaxşı
perspektivlər açır.
İlk növbədə, Azərbaycana birbaşa xarici sərmayələr yüksək
dəyərləndirilir. Bizdə çox yaxşı sərmayə mühiti var. Mən artıq
bildirdim ki, Azərbaycana birbaşa xarici sərmayə formasında
milyardlarla dollar vəsait qoyulmuşdur. Bütün bunlar onu göstərir
ki, potensial sərmayədarlar ölkəmizin iqtisadiyyatına sərmayə
qoyduqda özlərini rahat hiss edə bilərlər. Beləliklə, əlverişli biznes
mühiti çox yaxşı imkanlar açır. Eyni zamanda, indi iqtisadi inkişaf
üçün yeni sahələr çox cəlbedici olacaqdır və yapon şirkətləri
burada həmçinin podratçılar qismində, xidmət göstərən şirkətlər
kimi işləyə bilərlər. Çünki artıq öz sərvətlərindən istifadə edən
ölkədə bir çox işlər görülə bilər.
Azərbaycanın xarici sərmayələrdən asılı olduğu dövr artıq
başa çatır. İndi bizim özümüzün sərmayə proqramlarımız artır
və onlar həyata keçirilir. Bu il büdcə ötən illə müqayisədə 70
faiz
artmışdır. İqtisadi islahatlar, maliyyə əsaslarının
279
gücləndirilməsi və yeni imkanların araşdırılması ölkədə yeni
vəziyyət yaradır. Başqa sözlə desək, gələn illər ərzində regional
iqtisadi inkişaf proqramları, sosial inkişaf proqramları, enerji
proqramları, yolların tikintisi proqramları bizimlə birgə işləyən
şirkətlər üçün yeni imkanlar açacaqdır. Əlbəttə ki, biz Yaponiya
şirkətlərinin bu sahələrdə iştirakını yüksək dəyərləndirəcəyik.
Çünki bir-birimizi artıq uzun illərdir tanıyırıq. Keçmişdə çox
yaxşı
əməkdaşlıq
etmişik.
Yaponiya
şirkətləri
ilə
əməkdaşlığımız bütün sahələrdə qarşılıqlı etimad prinsiplərinə
və yaxşı iradəyə, qarşılıqlı hörmətə, dostluğa əsaslanır. Biz artıq
10 il ərzində birgə işləmək sahəsində kifayət qədər təcrübə
toplamışıq. Sizin şirkətlər ən yüksək texnologiyalara malikdir
və bu bizə lazımdır. Biz ölkəmizi müasirləşdirməliyik.
Ölkəmizə yeni texnologiyaları gətirməliyik. Bunu edə bilsək,
müxtəlif sahələri müasirləşdirə biləcəyik: infrastruktur, yolların
çəkilməsi, kommunikasiyalar, sosial infrastruktur, məktəblərin
tikilməsi, səhiyyə sahəsi, əlbəttə ki, nəqliyyat sahəsi.
Azərbaycan çox mühüm coğrafi mövqedə yerləşir.
Azərbaycanın dəniz, hava limanları var, şoseləri var. Mən
əminəm ki, Yaponiya şirkətləri bütün sahələrdə öz yerlərini
tutacaqlar.
Biz bilirik ki, gələcəkdə nə baş verəcəkdir. İqtisadi siyasə-
timizi konkret inkişaf proqramlarına əsaslanmaqla həyata
keçiririk. Həmin proqramlar bu yaxınlarda qəbul edilmişdir və
uğurla həyata keçirilir. Kənd təsərrüfatı, regional inkişaf,
yolların tikintisi, enerji sahəsi, təhsil, səhiyyə sahəsi – bütün
bunlar inkişafın əsas elementləridir. Bütün sektorlar, bütün
layihələrimiz və planlarımız konkret proqramlara əsaslanır.
Əlbəttə ki, bu proqramlar, əsasən, öz potensialımıza, özümüzün
maliyyə resurslarına arxalanır. Lakin eyni zamanda, biz xarici
şirkətlərin
və
sərmayədarların
iştirakını
da
yüksək
dəyərləndirirdik.
Mən artıq dedim ki, bu ildən başlayaraq biz maliyyə
vəsaitlərimizdən istifadə edərək, birgə sərmayə proqramlarına
başlamışıq. Biz bu işi xarici maliyyə təsisatları və yaxud
280
şirkətlərlə birgə aparırıq. Öz sərmayə proqramlarımız var, bu da
büdcədə nəzərdə tutulub və rəqəmlər ildən-ilə artır. 2006-cı ildə
müxtəlif sahələrə yatırmaq üçün milyonlarla dollar ayrılmışdır.
Hesab edirik ki, özümüzün vəsaitlərindən istifadə edilməsi
potensial sərmayədarlar üçün də etimad yaradır. Ona görə də
Azərbaycan hökuməti ölkənin inkişafı üçün layihələrdə
potensial sərmayədarlarla birgə sərmayədar kimi iştirak etməyə
hazırdır.
Mən hesab edirəm ki, bu, Yaponiya şirkətlərinin özləri üçün
də maraqlı olardı. Çünki əgər layihədə hökumətin özü iştirak
edirsə və ya müəyyən bir struktur hökumət adından iştirak
edirsə, şübhəsiz ki, potensial sərmayədar tam əmin ola bilər ki,
bu layihə uğurla həyata keçiriləcəkdir.
Biz hazırda çox ciddi sənaye inkişafı proqramları üzərində
işləyirik. Çünki biz neçə illər gələcəyi görməliyik. Neft, qaz –
bu sərvətlər bir gün tükənəcək və ona görə də biz həmin o vaxt
çərçivəsinə uyğun işləməliyik. Yəni iqtisadiyyatımız gələcəkdə
nəyə əsaslanacaq? Ona görə də qarşıdakı on il ərzində ölkədə
güclü sənaye potensialı yaradılmalıdır ki, Azərbaycan
gələcəkdə yalnız neft və qazdan, onların qiymətlərindən asılı
olmasın. Ona görə biz bu istiqamətdə də iş aparırıq. Hesab
edirəm ki, bu sahələrdə də birgə əməkdaşlıq üçün imkanlar
olacaqdır.
Başqa sözlə desək, gələcəkdə Azərbaycana nəyin lazım
olacağını, yəni hansı proqramların həyata keçiriləcəyini, onların
necə olacağını bilirik. Büdcəmizin artımı onu göstərir ki, bütün
planlarımız və proqramlarımız çox uğurla həyata keçiriləcəkdir.
Son üç il ərzində büdcənin həcmini üç dəfə artıra bildik və bu,
yalnız başlanğıcdır. Böyük iqtisadi inkişafın yalnız
başlanğıcıdır və bu, insanların həyatını daha da yaxşılaşdıracaq,
daha yaxşı infrastruktur yaradacaq, yüzlərlə yeni iş yeri açılacaq
və Azərbaycan daha güclü iqtisadiyyata malik olacaqdır.
Mən eyni zamanda bildirmək istəyirəm ki, hazırda həyata
keçirdiyimiz regional inkişaf proqramları iki il yarım müddət
ərzində 340 mindən artıq yeni iş yerinin açılmasına imkan
Dostları ilə paylaş: |