281
yaratmışdır. Bu bir daha aydın şəkildə göstərir ki, ölkəmiz əməli
nəticələri hiss edir, həmin nəticələr ümumi daxili məhsulun
artımına, yoxsulluğun azaldılmasına dair rəqəmlərdə əks
olunubdur. Misal üçün, son iki il ərzində yoxsulluğun səviyyəsi 49
faizdən 29 faizə düşmüşdür. Əlbəttə ki, bu irəliləyiş yeni iş
yerlərinin açılmasında da özünü büruzə verir.
Bir sözlə, biz Yaponiya ilə Azərbaycan arasında bütün
sahələrdə əməkdaşlığa ürəkdən sadiqik. Bu, bütün iqtisadi
sektorlara aiddir. Bizim çox yaxşı birgə əməkdaşlıq tariximiz
var, aramızda yaxşı anlaşma var. Beynəlxalq təşkilatlar
çərçivəsində yaxşı əməkdaşlıq edirik. Bir çox beynəlxalq
hadisələrə eyni baxışlarımız var və Azərbaycanla Yaponiya
arasında olan siyasi münasibətlər yaxşı səviyyədədir. Siyasi
münasibərlərimizin inkişafı baxımından götürsək, mənim
Yaponiyaya rəsmi səfərim bu münasibətləri daha da gücləndirə-
cəkdir. Ona görə də mən hesab edirəm ki, bütün sahələrdə
əməkdaşlıq etməyimiz üçün heç bir maneə yoxdur.
Mən eyni zamanda Azərbaycanın işgüzar adamlarının
burada olmasından çox şadam. Onlar biznes mühitinin yara-
dılmasına olduqca böyük diqqət yetirirlər. Azərbaycanda kiçik
və orta müəssisələr çox yüksək sürətlə inkişaf edir. Biznes
əlaqələrimiz konkret layihələrə və daha yaxşı anlaşmaya imkan
yaradacaqdır. Ümumiyyətlə götürsək, bu anlaşma çox yüksək
səviyyədədir. Lakin əlaqələrimiz nə qədər geniş olsa, bir-
birimizi daha çox tanıyacağıq.
Artıq dediyim kimi, hazırda Azərbaycan böyük iqtisadi
inkişafın ərəfəsindədir və bu inkişaf hər bir sektorda lazımdır.
Biz səhiyyə, təhsil, infrastruktur sahələrini, elektrik stansiya-
larını, su təchizatı və kommunikasiya sahələrini, qaz
qurğularını, kənd təsərrüfatı sahəsini yaxşılaşdırmalıyıq. Çünki
biz müasir ölkə qurmalıyıq, müasir və səmərəli iqtisadiyyat
qurmalıyıq. Bu məqsədlə bizə yaxşı məsləhət, yaxşı biliklər
lazımdır. Bizim yaxşı tanınmış şirkətlərə, tərəfdaşlara
ehtiyacımız var.
282
Bildiyiniz kimi, biz uzun illər ərzində Yaponiya hökumə-
tindən müxtəlif təşkilatlar vasitəsilə, Yaponiyanın qurumları
vasitəsilə texniki, maliyyə yardımı almışıq. Bunlar da
iqtisadiyyatımızın müxtəlif sektorlarının inkişafına əsas yaradır.
İndi isə artıq fəal əməkdaşlıq vaxtı yetişibdir. Biz böyük istəklə
bu əməkdaşlığı bütün iqtisadi sektorlarda genişləndirmək
əzmindəyik.
Bu
bizim
əsas
prioritetimizdir.
Biz
iqtisadiyyatımızı şaxələndirməliyik və güclü qeyri-neft sektoru
yaratmalıyıq.
Ümidvaram ki, məqsədlərimizə nail olacağıq. Çünki qəbul
etdiyimiz proqramların hamısı uğurla həyata keçirilir və xarici
tərəfdaşlarımızla bütün əməkdaşlığımız çox yaxşı nəticələr
verir. Xüsusən də Yaponiya şirkətləri ilə müxtəlif sahələrdə
əməkdaşlıq yaxşı nəticələr verir və ümidvaram ki, mənim
səfərim, keçirilən bu biznes forumu birgə işin aparılması üçün
yeni imkanlar açacaqdır.
Mən hamınızı bir daha salamlamaq istərdim və sizə gə-
ləcəkdə uğurlar arzulayıram. Bütün yapon dostlarımızı Azər-
baycana dəvət edirəm və gələcəkdə bizimlə işləməyi
arzulayıram.
Çox sağ olun.
283
YAPONİYA XARİCİ ƏLAQƏLƏR İNSTİTUTUNUN
İDARƏEDİCİ DİREKTORU TOŞİYUKİ
FUCİVARA VƏ FSAS ŞİRKƏTİNİN
NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ
Tokio
9 mart 2006-cı il
Azərbaycan prezidenti İlham Əliyev martın 9-da onun
üçün ayrılmış iqamətgahda Yaponiya Xarici Əlaqələr
İnstitutunun idarəedici direktoru, bu ölkənin Bakıdakı keçmiş
səfiri Toşiyuki Fucivaranı və FSAS şirkətinin nümayəndələrini
qəbul etmişdir.
Cənab Toşiyuki Fucivara dövlətimizin başçısı ilə yenidən
görüşməyindən şərəf duyduğunu söylədi. O, prezident İlham
Əliyevin Beynəlxalq Əlaqələr İnstitutundakı mühazirəsinin böyük
məmnunluqla qarşılandığını bildirərək dedi ki, biz onun
əhəmiyyətini nəzərə alaraq, yapon dilinə tərcümə etmişik.
Mühazirənizin mətni artıq internetdə yerləşdirilib ki, bütün
xalqımız Azərbaycan haqqında əsl həqiqətlər barədə dolğun
məlumat əldə edə bilsin.
Prezident İlham Əliyev xoş sözlərə görə cənab Fucivaraya
təşəkkür etdi və keçmiş səfir kimi, onun Azərbaycanla bağlı
fəaliyyətini yüksək qiymətləndirdi.
Toşiyuki Fucivara FSAS şirkətinin nümayəndələrini dövlə-
timizin başçısına təqdim edərək dedi ki, bu şirkətin fəaliyyəti,
əsasən, kompüter texnologiyaları ilə bağlıdır və beş min işçisi
vardır. Əməkdaşlardan iki nəfəri azərbaycanlıdır və onlar da Sizi
görməkdən məmnundurlar. Bu iki gənc Bakı Dövlət Universitetinin
məzunlarıdır və xüsusi seçim əsasında işə qəbul olunmuşlar.
Yapon dilini də yaxşı öyrənmişlər.
284
Azərbaycan prezidenti şirkətin fəaliyyətini yüksək qiymət-
ləndirdi və yeni uğurlar arzuladı.
Azərbaycanın Yaponiyadakı səfirliyi ilə tanışlıq
Azərbaycan prezidenti İlham Əliyev martın 9-da ölkəmizin
Yaponiyadakı səfirliyi ilə tanış olmuşdur.
Prezident İlham Əliyevi səfir Azər Hüseynov və səfirliyin
əməkdaşları böyük hörmətlə qarşıladılar və bina barədə
məlumat verdilər.
Ötən ilin oktyabrından fəaliyyətə başlayan səfirlik Tokionun
mərkəzi hissəsində yerləşir və diplomatik fəaliyyət üçün burada
hər cür şərait vardır.
Prezident İlham Əliyev əməkdaşların iş otaqları ilə tanış
oldu, müasir tələblərə cavab verən avadanlıqla təmin edilmiş
səfirlikdə yaradılan şəraitdən razılığını bildirdi, müvafiq tövsiyə
və tapşırıqlarını verdi.
Prezident İlham Əliyev yadigar olaraq səfirliyə Bakının
mənzərəsi təsvir edilmiş rəsm əsəri təqdim etdi və əməkdaşlarla
xatirə şəkli çəkdirdi.
Dostları ilə paylaş: |