285
YAPONİYA XARİCİ TİCARƏT TƏŞKİLATININ
SƏDRİ OSAMU VATANABE İLƏ GÖRÜŞ
Tokio
9 mart 2006-cı il
Azərbaycan prezidenti İlham Əliyev martın 9-da Tokioda,
onun üçün ayrılmış iqamətgahda Yaponiya Xarici Ticarət
Təşkilatının (JETRO) sədri Osamu Vatanabeni qəbul etmişdir.
Prezident İlham Əliyevi Yaponiyada görməkdən böyük şərəf
duyduğunu bildirən cənab Osamu Vatanabe Tokioda
Azərbaycan–Yaponiya iqtisadi forumunun keçirilməsini yüksək
qiymətləndirdi, prezident İlham Əliyevi martın 8-də Beynəlxalq
Münasibətlər İnstitutundakı çıxışı münasibətilə təbrik etdi.
JETRO-nun sədri sonra rəhbərlik etdiyi təşkilatın tarixi
barədə məlumat verdi. O xatırlatdı ki, Azərbaycan müstəqillik
əldə etdikdən sonra ölkələrimiz arasında birbaşa əlaqələr
yaranmışdır və bu inkişaf edir. İlham Əliyevin prezident seçil-
məsindən sonra həyata keçirilən islahatlar Azərbaycanın daha
sürətlə inkişafına imkan yaratmışdır.
Osamu Vatanabe 2001-ci ildə JETRO-nun xətti ilə Azər-
baycanda və digər Qafqaz ölkələrində keçirilən sərgilərin
böyük rəğbətlə qarşılandığını bildirdi. O dedi ki, 1958-ci ildə
yaradılmış JETRO qeyri-kommersiya təşkilatıdır və hökumətin
himayəsi altında fəaliyyət göstərir. Onun əsas vəzifəsi
beynəlxalq ticarətin sürətli inkişafına nail olunması üçün xarici
ölkələrlə əlaqələri möhkəmləndirməkdir.
Prezident İlham Əliyev JETRO-nun fəaliyyətindən xəbərdar
olduğunu bildirdi və bu təşkilatla əməkdaşlığın Azərbaycan–
Yaponiya əlaqələrinin inkişaf etdirilməsi üçün yeni imkanların
aça biləcəyini vurğuladı.
286
Dövlətimizin başçısı Azərbaycanın potensial iqtisadi
imkanları haqqında da danışdı və Yaponiya şirkətlərinin ölkə-
mizdə bir çox layihələrdə iştirak etdiklərini xatırlatdı. Prezident
İlham Əliyev beynəlxalq ticarətin inkişafı üçün tranzit yolların
əhəmiyyətini vurğulayaraq, Böyük İpək Yolunun bərpasına da
toxundu, Azərbaycanın bu beynəlxalq layihəyə üstünlük
verdiyini bildirdi və bununla əlaqədar Bakıda vaxtilə
beynəlxalq konfrans da keçirildiyini xatırlatdı.
287
YAPONİYANIN XARİCİ İŞLƏR NAZİRİ
TARO ASO İLƏ GÖRÜŞ
Tokio
9 mart 2006-cı il
Azərbaycan prezidenti İlham Əliyev martın 9-da Tokioda,
onun üçün ayrılmış iqamətgahda Yaponiyanın Xarici İşlər
naziri Taro Asonu qəbul etmişdir.
Dövlətimizin başçısını böyük ehtiramla salamlayan nazir
prezident İlham Əliyevin Yaponiyaya ilk rəsmi səfərini yüksək
qiymətləndirdi və əmin olduğunu bildirdi ki, bu, ölkələrimiz
arasında münasibətlərin daha sürətlə inkişaf etməsində mühüm
rol oynayacaqdır. Azərbaycanın strateji cəhətdən çox mühüm
ərazidə yerləşdiyini vurğulayan cənab Taro Aso ölkəmizlə
əməkdaşlığın daha da genişləndirilməsinə Yaponiyanın xüsusi
diqqət yetirdiyini söylədi. Xalqımızın ümummilli lideri Heydər
Əliyevin 1998-ci ildə Yaponiyaya səfərini xatırladan nazir ölkə-
lərimiz arasında əlaqələrin həmin dövrdən başlayaraq inkişaf
etdiyini bildirdi və dedi ki, prezident İlham Əliyevin indiki səfəri
ikitərəfli əməkdaşlıqda yeni mərhələ açacaqdır. Yaponiya
Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bundan sonra da
müxtəlif tədbirlərdə ölkənizi dəstəkləyəcəkdir.
Prezident İlham Əliyev Azərbaycan–Yaponiya əməkdaşlığı-
nın ardıcıl surətdə inkişaf etdirilməsi, qarşılıqlı münasibətlərin
daha
da
yaxşılaşdırılması istiqamətində mühüm işlər
görüldüyünü bildirdi və hər iki tərəfi maraqlandıran bir sıra
məsələlər barədə fikir və mülahizələrini söylədi. Yaponiyaya bu
səfərinin ikitərəfli münasibətlərin inkişafında yeni mərhələ
açacağına əminliyini vurğulayan dövlətimizin başçısı keçirdiyi
288
çoxsaylı görüşlərin qarşılıqlı surətdə faydalı əməkdaşlığın daha
da genişləndirilməsi baxımından çox uğurlu olduğunu bildirdi.
Söhbət zamanı Xəzərin Azərbaycan sektorunda neft ya-
taqlarının birgə işlənilməsində Yaponiya şirkətlərinin yaxından
iştirak etməsi və eləcə də bu ölkənin iş adamlarının digər
layihələrə maraq göstərməsi və gələcəkdə Azərbaycana sərma-
yə qoymaq istəyən şirkətlərin fəaliyyəti üçün gözəl şəraitin
yaradılacağı da vurğulandı.
Görüşdə ölkəmiz üçün ən ağrılı problem olan Ermənistan–
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı
söhbət getdi. Prezident İlham Əliyev bu sahədə hazırkı vəziyyət
haqqında danışdı, münaqişənin həlli məsələsində ölkəmizin
mövqeyini açıqladı.
Dostları ilə paylaş: |