289
YAPONİYA RADİOTELEVİZİYA
KORPORASİYASININ (NHK) MÜXBİRİNƏ
VERDİYİ MÜSAHİBƏ
Tokio
9 mart 2006-cı il
S u a l: Cənab Prezident, ilk sualım enerji ilə bağlıdır.
İxrac neftinin Bakıdan Ceyhan limanına Bakı–Tbilisi–
Ceyhan boru kəməri ilə nəqli bir neçə aydan sonra mümkün
olacaqdır. Bu əməliyyatın başlanılmasını Siz necə qiymət-
ləndirirsiniz?
C a v a b: Bu, təbii ki, çox mühüm beynəlxalq hadisəyə
çevriləcəkdir. Çünki Bakı–Tbilisi–Ceyhan boru kəməri iki
dənizi və üç ölkəni birləşdirən transmilli çoxmilyardlıq layi-
hədir. Bu, nəhəng və hazırda dünyada ən böyük enerji layi-
həsidir. Boru kəmərinin tikintisi başa çatdıqdan sonra Azər-
baycan gündə ən azı bir milyon barel nefti dünya bazarlarına
ixrac etmək iqtidarında olacaqdır. Gələcəkdə bəlkə bundan da
çox olacaqdır. Əlbəttə ki, bu nailiyyət iqtisadiyyatımızı
gücləndirəcək və Azərbaycanın beynəlxalq və regional
səviyyədə əhəmiyyətini artıracaqdır. Nəhayət, regionda sülhə və
təhlükəsizliyə xidmət edəcəkdir.
S u a l: Nəinki sizin ölkəniz Azərbaycan, eləcə də digər
ölkələr, misal üçün, Qazaxıstan neft və təbii qazın hasilat
həcmini artırmaqdadır. Siz milli enerji strategiyasını necə
təsvir edərdiniz?
C a v a b: Bizim strategiyamız əsasən milli maraqlarımızın
qorunmasına yönəlibdir. Təbii ki, hasilat həcminin artırılması,
dünyanın əsas xarici şirkətləri ilə qurulmuş çox səmərəli
əməkdaşlıq və eyni zamanda, beynəlxalq və regional sahədə
290
Azərbaycanın
mövqeyinin
möhkəmləndirilməsi
həmin
strategiyanın bir hissəsidir. Zəngin təbii sərvətləri, əlverişli
coğrafi mövqeyi ilə, artıq mövcud olan çox güclü və müasir
nəqliyyat infrastrukturu vasitəsilə Azərbaycan regionda aparıcı
ölkəyə çevrilir. Biz yaxın zamanda Avropaya təbii qaz nəql
edəcəyik. Eyni zamanda Xəzər dənizindən nefti Aralıq dənizinə
çatdıracaq boru kəmərimiz olacaqdır. Bu, Xəzəryanı dövlətlərin
tarixində ilk belə hadisə olacaqdır. Əlbəttə ki, gələcəkdə digər
ölkələr həmin boru kəmərinə qoşula bilər. Onlar bizim sistem
vasitəsilə özlərinin hasilatı artan enerji daşıyıcılarını nəql edə
bilər. Azərbaycan isə bundan həm siyasi, həm də iqtisadi
baxımdan yalnız bəhrələnəcəkdir.
S u a l: Geosiyasi məntiqlə danışsaq, hazırda
Azərbaycanın Rusiya ilə münasibətlərinin olduqca böyük
əhəmiyyəti var. Bir sıra təhlilçilər hesab edirlər ki, Bakı–
Tbilisi–Ceyhan boru kəməri Rusiya ərazisindən kənar
keçmək məqsədini daşıyır. Yəni belə çıxır ki, Azərbaycan
bu cür geosiyasi əhəmiyyət daşıyan boru kəmərinin
Rusiyadan keçməsini arzu etmir. Siz belə analitik qiymətə
necə yanaşırsınız?
C a v a b: İlk növbədə onu deyim ki, bizim bütün qonşu
ölkələrlə çox yaxşı münasibətlərimiz var. Hesab edirəm ki, bu
amil regionun sabit inkişafı üçün, o cümlədən regionda dostluq
və əməkdaşlıq naminə olduqca vacibdir. Azərbaycanın qonşu
ölkələrlə əməkdaşlığının genişləndirilməsi üçün öz işimizi
davam etdiririk.
Bakı–Tbilisi–Ceyhan boru kəmərinə gəldikdə isə, burada
reallıqdan uzaq çoxlu spekulyativ şayiələr və fərziyyələr yayıl-
mışdır. Bizim məqsədimiz kəmərin hansısa ölkənin ərazisindən
kənar keçməsindən ibarət olmamışdır. Siz artıq bilirsiniz ki, bu
gün neftimizi Qara dənizə Rusiya vasitəsilə nəql edən boru
kəməri mövcuddur. Digər marşrutla biz nefti Qara dənizə
Gürcüstan vasitəsilə çıxarırıq. Bizim üçün əsas məqsəd Aralıq
dənizinə çıxışı təmin etməkdən ibarət olmuşdur. Bu, dünya
bazarına çıxış deməkdir və Aralıq dənizinə aparan yol
291
Gürcüstan və Türkiyədən keçir. Buna görə də biz Bakı–Tbilisi–
Ceyhan boru kəmərinin çəkilməsi üzərində işləyərkən, heç bir
siyasi məqsəd güdmürdük. Məqsədimiz güclü buraxıcılıq
qabiliyyətinə malik üçüncü boru kəmərinin tikilməsindən ibarət
idi. Bu kəmərdən istifadə edərək, biz nə qədər istəsək neft hasil
edəcəyik və istədiyimiz qədər də nəql edəcəyik. Çünki
Azərbaycan gələn iki-üç il ərzində gündə bir milyon bareldən
çox neft hasil edə biləcəkdir. Qara dənizə çıxan mövcud iki
boru kəmərinin belə imkanları yoxdur. Bu birincisi.
İkincisi, həmin kəmərlər beynəlxalq bazara çıxışı təmin
etmir. Bazar Qara dəniz regionu ilə məhdudlaşır. Eyni zamanda,
bildiyiniz kimi, Bosfor boğazı məsələsi var. Bu çox ciddi
məsələdir. Ona görə də Bakı–Tbilisi–Ceyhan boru kəməri bizim
üçün kommersiya və iqtisadi xarakter daşıyan layihədir.
Aydındır ki, müəyyən qüvvələr həmin layihəyə siyasi məna
verməyə çalışırlar. Lakin mən hesab etmirəm ki, bu mövqe
düzdür.
S u a l: Siz Putinin rəhbərlik etdiyi Rusiya ilə
konstruktiv münasibətləri necə qurmusunuz?
C a v a b: Bizim çox yaxşı münasibətlərimiz var. Mən
prezident Putin ilə dəfələrlə görüşmüşəm. O bu yaxınlarda
Azərbaycana səfər etmişdir və onunla çox uzun və səmərəli
müzakirələrimiz oldu. Biz keçmişdə mövcud olmuş və öz
həllini gözləyən bütün məsələləri aradan qaldıra bilmişik. İndi
Azərbaycan ilə Rusiya arasında həll olunmamış heç bir məsələ
yoxdur. Biz yaxşı qonşuluq edirik. Son iki il ərzində ticarət
dövriyyəsini iki dəfə artırmışıq və hər iki ölkə bundan
bəhrələnir. Buna görə də biz mövcud əlaqələrimizin səviy-
yəsindən çox razıyıq və bu amil nəinki ikitərəfli münasibətlər
baxımından, həm də yaşadığımız regionda təhlükəsizlik üçün də
çox vacibdir.
S u a l: Birləşmiş Ştatlara gəldikdə, bəzən deyilir ki, bu
ölkə Azərbaycanda hərbi bazalar yaratmağa hazırlaşır.
Eyni zamanda, biz Sizin rəsmi mövqeyinizlə tanışıq,
ərazinizdə heç bir Amerika hərbi bazasının yaranmasını
Dostları ilə paylaş: |