295
mən əvvəldə qeyd etdiyim kimi və sizin də dediyiniz kimi,
bizim bütün qonşularımızla, o cümlədən tərəfdaşlarımızla yaxşı
əlaqələrimiz var. Bizim müxtəlif beynəlxalq təşkilatlarda,
Avropa və islam dünyasına aid qurumlarda yaxşı mövqelərimiz
var. Ona görə də töhfə verməyə hazır və əməkdaşlığa açıq olan
ölkə kimi, Azərbaycan, əgər lazım gələrsə, öz rolunu oynaya
bilər. Əgər bizdən xahiş etsələr və ya bizə müraciət etsələr,
müəyyən işi görə bilərik. Lakin öz təşəbbüsümüzlə çıxış etmək,
zənnimcə bu, münasib ideya deyildir.
S u a l: Son zamanlar biz keçmiş sovet respublikalarında
böyük siyasi dəyişikliklərin şahidi olduq. Ukraynada
«narıncı inqilab» baş verdi. Mərkəzi Asiya ölkələrində
hadisələr oldu. Azərbaycan da keçmiş sovet respublikası
olduğundan, Siz bu cür siyasi fenomeni, yəni inqilabları
necə qiymətləndirirsiniz?
C a v a b: Hər bir ölkənin özünün yolu, keçmişi və gələcəyi
var. Sovet İttifaqı dağıldıqda hər bir keçmiş sovet
respublikasının eyni şansları və imkanları var idi. Lakin bir neçə
ölkə uğura nail oldu, digərləri yox. Azərbaycana gəldikdə isə,
biz görürük ki, müstəqillik qazandıqdan sonra ölkəmiz bütün
sahələrdə çox böyük nailiyyətlər əldə etmişdir. Həm siyasi
sahədə, həm də iqtisadi inkişaf sahəsində irəliləyiş müşahidə
olunmuşdur. Hazırda bizim iqtisadiyyatımız dünyada ən sürətlə
inkişaf edən iqtisadiyyatdır. Ötən il ərzində ölkəmizdə ÜDM-in
artımı 26 faizdən çox olmuş, sənaye istehsalı 33 faiz, əhalinin
gəlirləri 27 faiz artmışdır. Bütün bunlar uğurlu iqtisadi siyasətin
əyani sübutudur. Bizim ölkəmizdə siyasi sabitlik çox yüksək
səviyyədədir. Xalq ilə hökumət arasında birlik mövcuddur.
Siyasətimiz əhalinin əksəriyyəti tərəfindən dəstəklənir. Bizim
regionda çox yaxşı əlaqələrimiz var.
Bir sözlə, Azərbaycanın taleyi çox uğurlu olmuşdur.
Müəyyən ölkələr bu uğura nail ola bilmədilər, onlar bundan
kənar düşdülər və ona görə də həmin ölkələrdə baş vermiş
dramatik dəyişikliklər, ola bilsin, müstəqillik tarixi ilə bağlıdır.
Sovet respublikaları müstəqil olandan sonra hamının imkanları
296
eyni olmuşdur. Biz siyasətimizi və taleyimizi müəyyən
etməliydik. Müəyyən ölkələr buna nail oldu, digərləri isə bunun
öhdəsindən gələ bilmədi. Bilirsiniz, bəzi insanların arasında
yayılmış səhv təsəvvür ondan ibarət idi ki, əgər müəyyən bir
ölkədə inqilab baş verirsə, demək, digər ölkədə də bu, baş
verməlidir. Bu, düz deyil.
M ü x b i r: Elə bil ki, domino effektidir.
I l h a m Ə l i y e v: Misal üçün, mən bilirəm ki, Azərbay-
canda parlament seçkilərindən öncə müəyyən dairələr,
təşkilatlar və siyasətçilər inqilabın baş verməsini gözləyirdilər.
Lakin regiondakı vəziyyətə yaxşı bələd olan hər kəs bilirdi ki,
bu cür hadisə mümkün deyildir. Bunun üçün əsas yoxdur.
Çünki inqilabın baş verməsi üçün ilkin şərtlər, səbəblər mövcud
olmalıdır. Əgər buna səbəb yoxdursa, həmin hadisə süni şəkildə
baş verə bilməz. Azərbaycana inqilabın ixrac edilməsinə çalışan
müəyyən dairələrin istəyindən asılı olmayaraq, həmin səylər
əbəs idi. Ona görə də bu gün müstəqilliyimizin artıq 15-ci ilini
yaşadıqda, keçmiş sovet respublikalarına eyni prizmadan
baxmaq düzgün olmazdı. İndi vəziyyət tamamilə başqadır,
ölkələr fərqlidir.
S u a l: Sizin ölkənizdə seçkilərin nəticəsinə gəldikdə,
nəinki ölkədaxili müəyyən qruplar, ATƏT kimi bir sıra
beynəlxalq təşkilatlarda seçki prosesində müəyyən
pozuntuların olmasını qeyd etmişlər. Eyni zamanda, biz
bilirik ki, Siz 10 seçki dairəsində təkrar seçkilər
keçirəcəksiniz. Belə çıxır ki, Azərbaycan seçkinin
nəticələrindən şikayətlənən qurumların narahatlığını
aradan qaldırmaq üçün müəyyən addımlar atmalıdır. Siz
təkrar seçkiləri necə keçirəcəksiniz?
C a v a b: Hətta demokratiya yaxşı inkişaf etmiş ölkələrdə
də siz seçkilərdə bəzən problemlərin yaranmasını görürsünüz.
Bu təbiidir. Bizim seçkilərə gəldikdə isə, bu dəfə seçki
pozuntularından qorunmaq üçün bir çox mexanizmlər işə
salınmışdır. Qəsdən seçki qanununun pozulmasını mümkünsüz
edən bir sıra yeni tədbirlər də görülmüşdür. Onlardan biri «exit-
297
poll» idi və Azərbaycanda onu ABŞ Dövlət Departamenti
tərəfindən seçilmiş şirkət aparmışdır. Bu bizim tərəfimizdən
seçilmiş şirkət deyildi və «exit-poll»un nəticələri ilə rəsmi
nəticələr 90 faizdən çox hallarda üst-üstə düşmüşdür, tamamilə
uyğun gəlmişdir. Yalnız müəyyən hallarda fərqlər çox cüzi,
yəni 1 və ya 2 faiz olmuşdur.
Əlbəttə ki, biz tədbirlər gördük. Hər hansı pozuntu üzə
çıxdığı təqdirdə, bir sıra dairələrdə seçkilərin nəticələri ləğv
edilmişdir. Bu səbəbdən biz həmin 10 dairədə təkrar seçkilər
keçirəcəyik. Yəni 125 dairədən yalnız 10-da bunu edəcəyik. Bu,
böyük nisbət deyildir.
Ümumiyyətlə, Azərbaycan xalqının iradəsi seçkilərin
nəticələrində tam əks olunmuşdur. Biz seçki təcrübəsinin
yaxşılaşdırılması məqsədi ilə beynəlxalq təşkilatlarla birgə
işləmək istəyimizi ifadə etdik. Lakin seçkilərin yaxşı şəraitdə
keçirilməsi şübhə altına alına bilməz və seçkilərdə xalqın
iradəsi tam əks olunmuşdur.
Dediyim kimi, 10 dairədə təkrar seçkilər keçiriləcəkdir. Ona
görə də mən bütün beynəlxalq təşkilatları, o cümlədən ATƏT-i,
«exit-poll» ilə məşğul olan şirkətləri bir daha ölkəmizə dəvət
edirəm. Onlar gəlsinlər və monitorinq keçirsinlər. Bilirsiniz,
xüsusən regionda gəzən inqilabi əhval-ruhiyyəni götürsək,
Azərbaycandakı parlament seçkiləri beynəlxalq təşkilatların
olduqca ciddi nəzarəti altında keçirilmişdir. Ölkəmizə minə
yaxın müşahidəçi gəlmişdi. Onların sayını eşidəndə, rəqəm
inanılmaz gəlir. Bu cür şəraitdə əgər hər hansı bir şəxs seçki
prosesinə müdaxilə etmək istəyirdisə, bunu gizlətmək mümkün
olmazdı. Ona görə də 10 dairədə seçkilər ləğv edilmiş,
pozuntulara yol vermiş seçki rəsmiləri ya həbs edilmiş, ya da
tutduğu vəzifədən uzaqlaşdırılmışlar. Bununla biz seçki
prosesinə müdaxilə edənləri cəzalandırmaq iradəmizi nümayiş
etdirdik.
S u a l: Siz Buş administrasiyasının demokratiyanı geniş-
ləndirmək siyasətini necə qiymətləndirirsiniz? Bir çox islam
Dostları ilə paylaş: |