İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə10/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   6   7   8   9   10   11   12   13   ...   100

 
39 
İ l h a m  Ə l i y e v: Su məsələsi aydındır, biz bunu həll 
edəcəyik. Yollar çəkiləcəkdir. 
S v e t a  R ü s t ə m o v a (Giləzi qəsəbə orta məktəbinin 
direktoru):  Cənab  Prezident,  çox  sağ  olun.  Sizi  rayonumuzun 
ziyalıları  adından  salamlayıram.  Dağlar  yurdu  Xızı  torpağına 
xoş  gəlmisiniz.  Biz  Sizin  səfərinizi  çoxdan  gözləyirdik.  Sizi 
Xızı torpağında böyük sevinclə qarşılayırıq. İndi rayonumuzun 
əhalisinin  sevincinin  həddi-hüdudu  yoxdur,  bu  gün  Xızı  toy-
bayram  içindədir.  Ona  görə  ki,  ulu  öndərimizin  layiqli 
davamçısı bu gün onların görüşünə gəlibdir.  
Əziz prezidentimiz, inanın ki, bu görüş bizim həyatımızın ən 
əlamətdar  anıdır.  Prezident  kimi,  Siz  ilk  dəfədir  Xızı 
torpağındasınız. Səfəriniz uğurlu, qədəmləriniz mübarək olsun. 
Ölkəmizin  bütün  regionları  kimi,  Xızı  da  hər  gün  gözəlləşir, 
abadlaşır. Sizin xalqımız üçün gördüyünüz bütün işlər indi hər 
evdə,  hər  ailədə  özünü  göstərir.  Biz  Sizin  Xızıya  olan 
diqqətinizi  görürük,  hiss  edirik.  Təsadüfi  deyil  ki,  Siz  bu 
yaxınlarda Xızıya şəhər statusu vermisiniz. Əziz Prezidentimiz, 
buna  görə  Sizə  xızılılar  adından  dərin  minnətdarlığımızı 
bildiririk.  Biz  də  çalışacağıq  ki,  dövlətin  bu  qayğısına  öz 
zəhmətimizlə cavab verək.  
Xızının bu füsunkar təbiəti, Siz qeyd etdiyiniz kimi, turizmin 
inkişafını zəruri edir. Biz inanırıq ki, Sizin bu səfəriniz Xızıda 
hər  sahədə  olduğu  kimi,  turizmin  də  inkişafına  güclü  təkan 
verəcəkdir.  Ölkəmizin  birinci  xanımı  Mehriban  Əliyevanın  da 
gördüyü  işlər  göz  qabağındadır.  Onun  mədəniyyətimizin, 
təhsilimizin, səhiyyəmizin inkişafında, xüsusilə də milli-mənəvi 
dəyərlərimizin  qorunmasında  gördüyü  səmərəli  işlər  xalq 
tərəfindən hər yerdə rəğbətlə qarşılanır.  
Siz  ulu  öndərimizin  yolunu  layiqincə  davam  etdirərək, 
Azərbaycanı qüdrətli, zəngin, firavan bir ölkəyə çevirirsiniz. Siz 
həmişə xalqın arasındasınız. Ona  görə də Sizi özümüzə böyük 
dayaq, arxa hesab edirik.  


 40 
Əziz Prezidentimiz, bu gözəl, fərəhli, qürur dolu anları bizə 
bəxş  etdiyiniz  üçün  Sizə  bir  daha  öz  minnətdarlığımızı 
bildiririk.  
İ l h a m Ə l i y e v: Çox sağ olun, təşəkkür edirəm. Mən  
Bakıya qayıdan kimi göstəriş verib əlavə vəsait ayıracağam ki, 
siz özünüz lazımi tədbirlər görəsiniz və Altıağac yolunu tezliklə 
normal vəziyyətə gətirəsiniz. Bütövlükdə, başqa yolların təmiri, 
tikintisi  lazımdır  və  mən  əlavə  tədbirlər  görəcəyəm.  Xızı 
rayonunun inkişafı gələcəkdə də sürətlə getməlidir.  
İndi  Azərbaycanda  belə  gözəl  ab-hava,  gözəl  şərait  var, 
insanlar  işlə  təmin  olunublar.  Demək  olar  ki,  Azərbaycanda 
işsizlik  xeyli  dərəcədə  aradan  qaldırılır.  İndi  Azərbaycanda 
yoxsul  adamların  sayı  da  azalır.  Əlbəttə,  hər  ölkədə  olduğu 
kimi,  hələ  var,  amma  azalır.  Elə  etməliyik  ki,  bu  problemi 
tamamilə  aradan  qaldıraq.  Bütün  bunları  etmək  üçün,  əlbəttə, 
ölkədə  sabitlik  olmalıdır.  Bunsuz  heç  bir  işi  görmək  mümkün 
olmayacaqdır. Sabitlik olmayan yerlərə heç kim vəsait qoymur, 
turist  gəlmir,  qonaq  gəlmir  və  orada  iqtisadiyyat  da  inkişaf 
etmir.  Azərbaycanda  bu  sahədə  çox  böyük  nailiyyətlər  əldə 
edilibdir.  Azərbaycanda  çox  gözəl  şərait  var,  ab-hava  var, 
insanlar rahat, təhlükəsizlik şəraitində yaşayırlar, arxayındırlar. 
Əsas  budur.  Bu,  böyük  bir  nəticədir,  böyük  bir  nailiyyətdir. 
Xüsusilə  görəndə  ki,  dünyanın  müxtəlif  ölkələrində  müxtəlif 
xoşagəlməz  hadisələr  baş  verir,  sabitlik  pozulur,  münaqişələr 
baş  verir.  Biz  bu  sabitliyi saxlamalıyıq,  möhkəmləndirməliyik. 
Əlbəttə,  bu  bizim  gələcək  uğurlarımızın  başlıca  şərtidir  və 
bunun 
əsasında 
gələcəyə 
getməliyik, 
ölkəmizi 
müasirləşdirməliyik.  Uşaqları  yaxşı  tərbiyə  etməliyik,  onlar 
məktəblərdə  yaxşı  oxumalı,  yaxşı  bilik  almalıdırlar.  Onlar 
gələcək  üçün  dəyərli  insan  olmalıdırlar,  sağlam  olmalıdırlar. 
Ona görə indi biz müxtəlif yerlərdə yeni tibb ocaqları yaradırıq. 
Onlar  idmanla  məşğul  olmalıdırlar.  Hər  bir  rayonda  böyük 
idman qurğuları tikilir və bu proses davam edir.  
Görürsünüz,  bizim  idmançılarımız  Olimpiada  kimi  mötəbər  
yarışda nə qədər böyük uğurlar  əldə  ediblər. İndi  bizim 6 me-


 
41 
dalımız  var,  7-ci  medal  da  olacaqdır.  Bu,  Azərbaycan  kimi 
böyük  olmayan  ölkə  üçün  çox  böyük  nailiyyətdir.  200-dən  çox 
ölkənin  arasında  yüksək  nəticə  göstərmək  böyük  bir  uğurdur, 
böyük  bir  qürur  mənbəyidir  və  hər  bir  azərbaycanlı  bununla 
fəxr edir.  
İdman  sağlamlığa  da  çox  böyük  təsir  edir.  Gərək  uşaqlar 
idmanla  məşğul  olsun,  yaxşı  oxusunlar  ki,  dəyərli  vətəndaşlar 
kimi, gələcəkdə ölkəni idarə etsinlər. Bütün bunları etmək üçün 
biz  hamımız  çalışmalıyıq,  bütün  insanlar  da  hərəsi  öz  yerində 
fəal  işləməlidir  ki,  ölkəmizi  daha  da  gözəl  gələcəyə  aparaq. 
Mən bu işlərdə sizə  uğurlar arzulayıram.  
 
* * * 
Sonra dövlətimizin başçısı rayon ağsaqqalı, Sosialist Əməyi 
Qəhrəmanı Əlisəfa Abbasov ilə söhbət etdi.  
Ə  l  i  s  ə  f  a    A  b  b  a  s  o  v:  Bu  ordenlər  ulu  öndərimiz 
Heydər  Əliyevin  sayəsindədir.  O  mənim  dörd  övladıma  da  ali 
təhsil veribdir, onları Gəncədəki Kənd Təsərrüfatı Akademiya-
sına göndərdi. Allah Heydər Əliyevə qəni-qəni rəhmət eləsin.  
İ l h a m   Ə l i y e v : Bizim bütün uğurlarımızın təməlində 
onun  fəaliyyəti  dayanır.  O  vaxt,  1970-80-ci  illərdə  siz  də  iş-
ləmisiniz,  bu  ordenləri  almısınız  və  indi  də  xatırlayırsınız  ki, 
Azərbaycan  üçün  necə  gözəl  işlər  görübdür.  Bütün  bölgələr 
abadlaşırdı,  gözəlləşirdi.  O,  Azərbaycandan  gedəndən  sonra 
vəziyyət  yavaş-yavaş  pisləşməyə  başladı.  Nəticədə  nə  oldu?! 
Azərbaycan  böhran  vəziyyətinə  düşdü.  Vətəndaş  müharibəsi, 
iqtisadi böhran – hər şey baş verdi. Amma o, 1993-cü ildə gəldi 
və  sabitliyi  bərpa  etdi.  1993-cü  ildən  2003-cü  ilə  qədər 
Azərbaycan  çox  böyük  inkişaf  yolu  keçdi.  Hər  şey  sabitləşdi, 
inkişaf yenidən başladı. İndi də biz davam etdiririk. Sizin kimi 
veteranlar, gənclər – hamımız birlikdə bunu etməliyik.  
Siz böyük qəhrəmanlıq göstərmisiniz. İndi də işləyirsiniz?  
Ə l i s ə f a   A b b a s o v :  Bəli, işləyirəm, fermam  var, 
övladlarım işlədir.  


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə