İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə8/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   4   5   6   7   8   9   10   11   ...   100

 32 
Şəhərlərarası  yollarda  ancaq  çox  az  sayda  işıq  dirəkləri 
qoyulur. Amma biz Bakı–Sumqayıt yolunu tam işıqlandıraca-
ğıq. Bu da insanların rahatlığı üçün, təhlükəsizliyi üçün edilir. 
Siz  də  yaxşı  işləyirsiniz,  çoxlu  sayda  layihələr  icra  edirsiniz. 
Bunu  çox  gözəl,  yüksək  səviyyədə  və  peşəkarlıqla  edirsiniz. 
Mən  sizi  həm  təbrik  edirəm,  həm  də  sizə  təşəkkürümü 
bildirirəm.  
Bu işlərə rəhbərlik edən Nəqliyyat Nazirliyinin fəaliyyətini 
çox yüksək qiymətləndirirəm.  
Bir müddət əvvəl Nəqliyyat Nazirliyi tərəfindən gələcəkdə 
Azərbaycanda  bütün  yol  infrastrukturunun  yeniləşdirilməsi, 
müasirləşdirilməsi ilə bağlı geniş müşavirə, təqdimat mərasimi 
keçirilmişdir.  Həm  bu  il  üçün,  həm  də  gələn  il  üçün  bütün 
layihələr  təsdiq  olunmuş,  maliyyə  resursları  da  müəyyən 
edilmişdir.  Yəni  Azərbaycanda  bu  işlər  davamlı  şəkildə,  biz 
bütün yol infrastrukturumuzu dünyanın ən yüksək səviyyəsinə 
qaldırana qədər aparılacaqdır. Bu vaxt da uzaqda deyil.  
Bir daha sizi təbrik edirəm. 
Z i y a   M ə m m ə d o v: Cənab Prezident, icazə verin, 
biz  də  nəqliyyatçılar  adından,  bu  gözəl  şirkətdə  fəaliyyət 
göstərən  insanlar  adından  Sizə  dərin  minnətdarlığımızı 
bildirək.  Heç  şübhə  yoxdur  ki,  bütün  bu  işlər  Sizin  təşəb-
büsünüzlə,  rəhbərliyinizlə,  diqqət  və  qayğınızla  həyata  keçi-
rilir.  Azərbaycanda  ilk  beton  yolun  tikilməsinin  təşəbbüskarı 
da, buna rəhbərlik edən də Sizsiniz. Biz də Sizin tapşırığınıza 
uyğun  olaraq,  bu  işlərin  icrası  ilə  məşğuluq.  Siz  bütövlükdə 
Azərbaycan  iqtisadiyyatına  çox  böyük  töhfələr  verməklə  ya-
naşı,  yol  infrastrukturuna  da  yeni  həyat,  yeni  nəfəs,  yeni 
mədəniyyət  gətirdiniz.  Əslində,  ulu  öndərimizin  dediyi  kimi, 
«Yol  iqtisadiyyatdır,  mədəniyyətdir,  bir  sözlə,  həyatdır». 
Həqiqətən  də,  Siz  bunu  reallaşdırdınız.  Bu  gün  gördüyümüz 
bu  mənzərə,  açılışını  etdiyiniz  bu  yol,  həqiqətən  də,  Sizin 
ölkəmizə yol mədəniyyəti gətirməyinizi bir daha əyani şəkildə 
nümayiş  etdirir.  Bizə  göstərdiyiniz  diqqətə,  qayğıya, 


 
33 
verdiyiniz 
tövsiyələrə 
görə 
Sizə 
bir 
daha 
dərin 
minnətdarlığımızı ifadə edirəm.  
İ l h a m   Ə l i y e v: Sağ olun! Təbrik edirəm. 
 
 
 
 


 34 
 
 
 
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 
İLHAM ƏLİYEV XIZI RAYONUNDA   
 
22 avqust 2008-ci il 
 
Azərbaycan prezidenti İlham Əliyev avqustun 22-də Xızı 
rayonunda olmuşdur. 
Dövlətimizin  başçısı  əvvəlcə  Xızı  şəhərinin  mərkəzində 
ulu  öndərin  adını  daşıyan  parkda  ümummilli  lider  Heydər 
Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.  
Sonra  prezident  İlham  Əliyev  abidəni  seyr  edərək,  parkda 
aparılan  quruculuq-abadlıq  işləri  ilə  tanış  oldu.  Məlumat 
verildi  ki,  3,2  hektar  ərazini  əhatə  edən  parkda  sakinlərin 
istirahəti  üçün  lazımi  şərait  yaradılmışdır.  Burada  müasir 
oturacaqlar  qoyulmuş,  yaşıllıq  salınmış,  gül  kolları,  ağaclar 
əkilmiş, döşəməyə daş piltələr düzülmüşdür.  
 
Ümummilli lider Heydər Əliyev Muzeyinin açılışı  
 
Avqustun  22-də  Xızı  şəhərində  xalqımızın  ümummilli  lideri 
Heydər  Əliyevin  adını  daşıyan  muzeyin  təntənəli  açılışı 
olmuşdur.  
Azərbaycan  prezidenti  İlham  Əliyev  muzeyin  açılışında 
iştirak etmişdir.  
Dövlətimizin  başçısı  rəmzi  açılışı  bildirən  lenti  kəsdi  və 
muzeylə tanış oldu. Bildirildi ki, 2007-ci ilin may ayında tikin-
tisinə başlanılmış  muzey  hazır olduqdan  sonra,  bu  il  avqustun 
1-dən Mədəniyyət və Turizm Nazirliyində qeydiyyata alınmışdır.  
Ekspozisiya  salonunda  ulu  öndərin  həyatının  müxtəlif 
mərhələlərini  –  uşaqlıq,  gənclik  dövrünü,  müxtəlif  vəzifələrdə 
çalışdığı,  respublikaya  rəhbərlik  etdiyi  illəri,  prezident  kimi 
səfərlərini,  keçirdiyi  görüşləri  əks  etdirən  yüzlərlə  fotoşəkil, 


 
35 
eləcə  də  dahi  şəxsiyyət  haqqında  yazılmış  müxtəlif  kitablar 
toplanmışdır. Burada ulu öndərin büstü də qoyulmuşdur. Bina-
da kompyuter, iş otaqları, konfrans salonu  vardır. Uşaqlar və 
gənclər  burada  ümummilli  lider  Heydər  Əliyevin  həyat  və 
fəaliyyəti ilə bağlı videofilmlərə  baxa biləcəklər.  
 
           İctimaiyyətin nümayəndələri ilə görüş  
 
Azərbaycan prezidenti İlham Əliyev avqustun 22-də Xızı 
şəhərində  ictimaiyyətin  nümayəndələri ilə görüşmüşdür.  
İ l h a m  Ə l i y e v: Bu gün mən Bakı–Sumqayıt yolunun 
açılışında  iştirak  etmişəm.  Bildiyiniz  kimi,  bu  yol  Rusiya 
sərhədinə  qədər  uzanacaqdır.  Əlbəttə  ki,  Xızı  rayonunun 
sakinləri də bu yoldan istifadə edəcəklər. Gözəl, beton örtüklü, 
müasir standartlara uyğun yoldur. Bu işlər ona görə görülür ki, 
Azərbaycan  vətəndaşları  yaxşı  yaşasınlar,  şərait  yaxşı  olsun. 
Bütün rayonlarda işlər yaxşı getməlidir.  
Xızı  böyük  rayon  deyildir.  Ancaq  böyük-kiçikliyindən  asılı 
olmayaraq,  bütün  rayonlara  eyni  dərəcədə  diqqət  gös-
tərilməlidir.  Hər  bir  yerdə  iş  yerləri  açılmalı,  abadlıq  işləri 
aparılmalıdır,  iqtisadi  imkanlar  və  rayonun  potensialı 
maksimum dərəcədə işə düşməlidir. Azərbaycan dövləti bunun 
üçün nə lazımdırsa edir. Xızı rayonunun inkişafı üçün də yaxşı 
imkanlar  var.  Rayonun  potensialından  həm  kənd  təsərrüfatı, 
həm turizm, həm də başqa sahələrdə çox səmərəli istifadə etmək 
lazımdır.  
Dünən  mən  kənd  təsərrüfatının  inkişafı  ilə  bağlı  yeni 
sərəncam  imzalamışam.  Sərəncama  əsasən,  prezidentin  ehtiyat 
fondundan əlavə 25 milyon manat vəsait ayrılacaqdır. Bu vəsait 
həm  toxumçuluğun  inkişafına  yönəldiləcək,  eyni  zamanda, 
fermerlərə  güzəştli  şərtlərlə  gübrənin  verilməsi,  yanacağın 
verilməsi və başqa tədbirlər də nəzərdə tutulur ki, Azərbaycan 
özünü  kənd  təsərrüfatı  məhsulları  ilə  tam  şəkildə  təmin  etsin. 
Bu  gün  dünyada  bir  çox  sahələrdə  bütövlükdə  gərginlik  hiss 
olunur,  o  cümlədən  ərzaq  məhsulları  istehsalında  və 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə