İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə6/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   2   3   4   5   6   7   8   9   ...   100

 26 
edir.  Biz  istəyirik  ki,  tezliklə  vəziyyət  sabitləşsin,  normal 
vəziyyət,  sabitlik  bərpa  olunsun  və  münaqişəyə  qədərki 
vəziyyət bərpa edilsin. 
Azərbaycan  Gürcüstanın  ərazi  bütövlüyünü  dəstəkləyir. 
Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir. Biz 
hesab edirik ki, münaqişələr – Cənubi Qafqazda və Moldovada 
mövcud  olan  münaqişələr  yalnız  ölkələrin  ərazi  bütövlüyü 
çərçivəsində,  beynəlxalq  hüquq  normaları  əsasında  öz  həllini 
tapmalıdır. Mən bu barədə bir dəfə demişəm və bir daha demək 
istəyirəm  ki,  bu  münaqişə  bizi  narahat  edir.  Çünki  biz  bu 
bölgədə  yerləşirik.  Həm  Rusiya,  həm  də  Gürcüstan  bizim 
qonşularımızdır.  Hər  iki  qonşu  ilə  Azərbaycanın  tarixi 
münasibətləri  vardır.  İndiki  zamanda  bizim  münasibətlərimiz 
çox  müsbətdir,  çox  yaxındır.  Hər  iki  ölkə  ilə  Azərbaycan 
dostluq  və  strateji  tərəfdaşlıq  haqqında  sazişlər  imzalayıbdır. 
Hər  iki  ölkə  ilə  enerji  sahəsində  əməkdaşlığımız  var.  Bakı–
Supsa,  Bakı–Tbilisi–Ceyhan,  Bakı–Tbilisi–Ərzurum,  Bakı–
Novorossiysk kəmərləri enerji daşıyıcılarının Gürcüstan, Rusiya 
və Türkiyə ərazisi ilə dünya bazarlarına çıxarılması üçün tikilib 
və  bu  gün  uğurla  fəaliyyət  göstərir.  Hər  iki  ölkə  ilə  ticarət 
əlaqələrimiz  möhkəmlənir,  ticarət  dövriyyəsi  ildən-ilə  artır. 
Həm Gürcüstanda, həm də Rusiyada çoxlu azərbaycanlı yaşayır 
və  əlbəttə  ki,  onların  normal,  təhlükəsiz  yaşaması,  həyatı  bizi 
biganə qoya bilməz. 
Bütün  bunlar  bir  daha  onu  göstərir  ki,  bu  münaqişənin 
tezliklə başa çatmasında biz çox maraqlıyıq. İstəyirik ki, bizim 
üçün  dost  olan  ölkələr  bir-biri  ilə  də  normal  münasibətlərini 
saxlasınlar, pozulmuş münasibətlər bərpa olunsun. Əminəm ki, 
bölgədə  yaşayan  bütün  xalqlar  öz  tarixi  məsuliyyətini  dərk 
edərək,  Cənubi  Qafqazda  və  bütövlükdə  Qafqaz  bölgəsində 
təhlükəsizliyin möhkəmlənməsi üçün öz səylərini göstərməlidir. 
Bu  istiqamətdə  Rumıniyanın  bu  vaxta  qədər  verdiyi 
bəyanatlar  və  atdığı  addımlar  çox  müsbətdir.  Sizin  bölgəyə 
səfəriniz  də  onu  göstərir  ki,  Siz  də  bu  məsələyə  çox  ciddi 
yanaşırsınız və biz bunu çox yüksək qiymətləndiririk. 


 
27 
Mən  yalnız  ona  təəssüf  edirəm  ki,  Sizin  səfəriniz  çox 
qısamüddətli olmuşdur. Amma bu da təbiidir, çünki Siz bir-iki 
gün ərzində bir neçə ölkəyə səfər edirsiniz. Əminəm ki, növbəti 
səfərlər də uğurlu olacaqdır. 
Sizə  və  bütün  Rumıniya  xalqına  yeni-yeni  uğurlar  arzu-
layıram. 
Sağ olun. 
 
Rumıniya prezidenti Trayan Beseskunun bəyanatı  
 
Cənab Prezident, çox sağ olun! 
İlk növbədə, mənim xahişimə cavab verdiyinizə, çox qısa 
müddət  ərzində  bu  görüşü  təşkil  etdiyinizə  görə  minnətdaram. 
Mənim  bu  görüşüm  regiondakı  vəziyyətlə  bağlı  idi.  Bizim 
danışıqlarımız  zamanı  iki  element  əsas  götürüldü.  Cənab 
prezident  Əliyev,  həm  Siz,  həm  də  mən  həmin  o  məsələləri 
olduqca vacib hesab edirik. 
Birincisi,  enerji  məsələsi  ilə  bağlı  olan  danışıqlar  idi. 
Regiondakı  enerji  təhlükəsizliyi  nəzərdən  keçirildi  və  gəl-
diyimiz  nəticə  odur  ki,  Gürcüstanda  baş  verənlərdə  kimin  mə-
suliyyətli  olduğunu  nəzərə  alıb,  bundan  sonra  düzgün,  müdrik 
addımlar  ataq.  Biz  çox  ehtiyatlı  olmalıyıq.  Regiondakı  dövlət 
başçılarının  müdrikliyindən  istifadə  edərək  regionda  sabitliyi 
təmin 
etməliyik. 
Biz 
sabitliyi 
və 
təhlükəsizliyi 
gücləndirməliyik,  saxlamalıyıq.  Hesab  edirik  ki,  bu  sahədə 
məsuliyyət  regiondakı  bütün  ölkə  başçılarının  üzərinə  düşür. 
Böyük  və  ya  kiçik,  yaxud  təsir  göstərən  ölkə  olmasına 
baxmayaraq,  hesab  edirik  ki,  regiondakı  bütün  ölkələr,  o 
cümlədən  Qara  dəniz  regionundakı  və  digər  regionlarda  olan 
ölkələr  müdrik  qərarlar  vasitəsilə  bu  regionun  təhlükəsizliyinə 
yardım göstərməlidirlər. 
Biz  bu  gün  Gürcüstanda  nələrin  baş  verdiyini  görürük.  Biz 
istəyirik  ki,  çox  qısa  müddət  ərzində  bu  hadisələr  sona  çatsın, 
Gürcüstanın  və  Rusiyanın silahlı  qüvvələri  münaqişədən  əvvəl 
tutduğu  mövqelərə  qayıtsın.  Hesab  edirik  ki,  onlar  atəşkəs 


 28 
sazişinin müddəalarına tam riayət etməlidirlər. Bildiyiniz kimi, 
bu saziş prezidentlər – Medvedev,  Saakaşvili və Sarkozi tərə-
findən  hazırlanmış  və  imzalanmış  sazişdir.  Biz  bu  istiqamətdə 
addımları atmalıyıq. Ümid edirik ki, bu regionda istənilən nəticə 
əldə  olunacaq,  Rusiya  prezidenti  cənab  Medvedev,  Gürcüstan 
prezidenti cənab Saakaşvili və Fransa  prezidenti  cənab Sarkozi 
tərəfindən imzalanmış saziş tam yerinə yetiriləcəkdir. 
Əlbəttə,  orada  baş  verən  hadisələr  böyük  suallar  doğur-
muşdur.  Suallar  onunla  bağlıdır  ki,  regionda  bundan  sonra  elə 
bir siyasət aparılmalıdır ki, bura Avropa İttifaqı üçün alternativ 
enerji  mənbəyi  olsun.  Bu  baxımdan,  Azərbaycanla  bizim 
mövqelərimiz  üst-üstə  düşür.  Bu  gün  səhər  apardığımız 
danışıqlar belə nəticəyə gəlməyə əsas verdi ki, enerji layihələri 
ilə  bağlı  ilkin  zəruri  şərtlər  mövcuddur.  Region  ölkələrinin, 
Avropa  İttifaqının  mövqeyi  nəzərə  alınmaqla,  bütün  enerji 
layihələri  davam  etdirilməlidir.  Neft  və  qaz  nəqli 
infrastrukturunun  inkişaf  etdirilməsi  vacib  elementlərdən 
biridir.  Bu  elementlər  gələn  illər  ərzində  həm  region  dövlət-
lərinin, həm də Avropa ölkələrinin inkişafı deməkdir. 
Rumıniya  Nabukko  kimi  yeni  layihələrin  həyata  keçiril-
məsinə tərəfdardır. Biz hesab edirik ki, Gürcüstan bundan sonra 
da  bizim  ən  yaxşı  tərəfdaşlarımızdan  biri  kimi  qalacaqdır.  Biz 
bu  hisslərlə  Avropa  İttifaqındakı  dostlarımızla  birgə  öz 
dəstəyimizi  davam  etdirəcəyik  ki,  bu  elementlər  enerji 
siyasətimizdə prioritet olsun. 
Mən  bizim  qarşılıqlı  münasibətlərimizə,  maraqlarımıza, 
regiondakı vəziyyətə toxunmaq istərdim. Bizim yanaşmamızda 
fərqlər  yoxdur.  Cənab  prezident  Əliyevin  və  mənim  fikrimcə, 
mövqelərimiz 
tamamilə 
oxşardır. 
Biz 
mübahisənin, 
anlaşılmazlığın  tərəfdarı  deyilik.  Ona  görə  həm  Azərbaycan, 
həm  də  Rumıniya  hesab  edir  və  inanır  ki,  bu  regionda 
təhlükəsizlik  elə  bir  bünövrə,  elə  vacib  bir  əsasdır  ki,  onun 
üzərində növbəti addımlar atılmalıdır. Həm Rumıniya, həm də 
Azərbaycan  hesab  edir  ki,  «dondurulmuş»  münaqişələr  olan 
ölkələrdə,  ərazilərdə  sabitliyə  olan  təhdidlər  böyükdür.  Bu 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə