www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
125
«Beynəlmiləlçi»liyin təsiri altında olduğu dövrdə də
Saibirin milli ruhlu ruhlu şeirlər yazmasının, Axundzadəni deyil
H.Zərdabini «mənəvi atamız» [196, 169] adlandırmasının
nəticəsidir ki, onun «beynəlmiləlişməsi» prosesi tam olaraq rus-
avropa
ideoloqlarını
qane
etməmişdir.
Hətta,
bunu
Məmmədquluzadə də etiraf etmişdir ki, Sabir müəyyən mənada
onların istəklərinə uyğun şeirlər yazsa da, bütövlükdə
beynəlmiləlçi, inqilabçı şair ola bilməmişdir. Görünür, bunu
nəzərə alaraq sovet dövründə C.Məmmədquluzadə yazırdı ki,
Qəmküsar «fikir açıqlığı və dini mövhumata qarşı şiddətli tənqid
və çıxışları ilə hətta Sabiri də qabaqlamışdı» [148, 287]. Çünki
1917-ci il fevral inqilabı nəticəsində çar rejiminin məhv
olmasından sevinənlərə üzünü tutub Qəmküsar yazırdı ki,
istibdadi-cismaninin yıxılmasından sonra siyasi, söz, mətbuat və
b. azadlıqların yaranması ilə iş bitmir. Onun fikrinə görə, vaxt
varkən istibdadi-ruhanini də yıxıb, yaxanı qurtarmaq lazımdır:
«Yoxsa, istibdad istibdaddır. O olmasın, bu olsun» [135, 147].
Halbuki Sabir heç vaxt Şahtaxtlı, Məmmədquluzadə və
Qəmküsar kimi İslam dininə bu cür yanşamamışdır. Bu mənada,
Sabirin ümumi ruhu «beynəlmiləlçilik»dən çox milli-dini
ideyalarla bağlı olmuşdur. Ancaq bəzi şeirlərində ifrata varması,
üstəlik sovet ideoloqlarının onunla bağlı bu istiqamətdə təbliğat
aparması Sabirin milli-dini ruhunu kölgədə qoymuşdur.
Fikrimizcə, həmin dövrdə «Molla Nəsrəddin»in mövqe-
yini dəstəkləyənlər arasında Ə. Haqverdiyev, M.S.Ordubadi də
olmuşdur. «Xortdanın cəhənnəm məktubları» əsərində
dolayısıyla da olsa, dini tənqid edən Əbdürrəhim Haqverdiyev
İslam dinində qeyd olunan cəhənnəmin əslində bu dünyada
olduğunu göstərməyə çalışmış [98, 26], bütövlükdə Rus-Avropa-
Qərb mədəniyyətinin təsiri altında olmuşdur. Bunu, müəyyən
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
126
126
mənada Ə.Haqverdiyev də sovet dövründə etiraf edərək
yazmışdır ki, Azərbaycan türk ədəbi dilinin formalaşmasında rus
dilinin mühüm təsiri olmuşdur: «1890-cı illərdə ortalığa atılıb
ədəbiyyatla məşğul olmaq istəyən ziyalılarımız, özümü də o
cümlədən hesab edirəm, iki tərəfdən də avara olub məcburən
rus ədəbiyyatı təsiri altına düşüb, türk dilində rus cümlələri
işlətməyə üz qoydular» [98, 377].
“Mollanəsrəddinçi”lərin mövqeyini dəstəkləyən Məm-
məd Səid Ordubadi də bu dövrdə milli və dini məsələyə
münasibətdə, daha çox İslamı və İslam birliyini tənqid etmiş,
türklüyə isə müəyyən qədər meyil göstərmişdir [173, 5].
Ancaq 1910-1920-ci illərdə o, millilikdən də tamamilə
uzaqlaşaraq «Molla Nəsrəddin» və başqa qəzet-jurnallara
göndərdiyi məqalələrdə İslamla yanaşı, milli birliyi də sərt
şəkildə tənqid etməyə başlamışdır [173, 45].
Çar Rusiyası və Sovet Rusiyası dövründə M.A.Şahtaxtlı,
Ə.Qəmküsar, C.Məmmədquluzadəni, ümumiyyətlə əksər
«mollanəsrəddinçi»ləri ona görə qəbul edirdilər ki, onlar bir
tərəfdən İslama, digər tərəfdən «Osmanlı ləhscəsi» əsasında
ortaq türk dilinin hədəflənməsinə yönəlmiş ideyaya qarşı
çıxmışlar. Hər halda rus ideoloqları nə olursa- olsun «İslam
birliyi»ni parçalamaq, ortaq türk dilinin və mədəniyyətinin
yaranmamasına çalışırdılar. Bu işdə «şərqi-rus»çular və
«mollanəsrəddin»çilər (burada həmin mətbu orqanlarının əsas
ideya müəllifləri nəzərdə tutulur) heç də onların xeyrinə olan az
iş görmürdülər. Başqa sözlə, Hüseynzadə və Ağaoğludan fərqli
olaraq üzünü Türk-İslam-Şərq mədəniyyətinə deyil, Rus-
Avropa-Qərb
mədəniyyətinə tutan «şərqi-rus»çular və
«mollanəsrəddin»çilər rus ideoloqlarına lazım idilər. Fikrimizcə,
məhz bunun nəticəsidir ki, çar Rusiyası hakimiyyəti milli
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
127
ideoloqları (Hüseynzadə, Ağaoğlu və b.) Vətəni tərk etməyə
məcbur etdikləri halda, M.Şahtaxtlıya, C.Məmmədquluzadəyə
və onlarla həmfikir olanlara toxunmamışdır. Çünki milli
ideoloqlardan fərqli olaraq şahtaxtlıların, məmmədquluzadələrin
bir çox məsələlərə baxışları çar Rusiyasının maraqları ilə üst-üstə
düşürdü.
Maraqlıdır ki, müstəqillik dönəmində bir çox tədqiqatçılar,
əsasən də sovet dövrünün yetişdirməsi olanlar hazırda
Şahtaxtlını, Məmmədquluzadəni böyük azərbaycançı ideoloqlar
kimi qələmə verirlər. Bu cür tədqiqatçılar (Y.Qarayev,
S.Vəliyeva
və
b.)
hesab
edirlər
ki,
M.Şahtaxtlı,
C.Məmmədquluzadə azərbaycançılığın əsas ideoloqlarından
olmuşlar.
Özəlliklə,
buna
ən
bariz
nümunə
kimi
Məmmədquluzadənin bir tərəfdən xurafat və mövhumat (İslam
dini deyil) əleyhinə mübarizəsi, digər tərəfdən «Osmanlı dili»ni
deyil Azərbaycan türkcəsini müdafiə etməsini göstərirlər.
Məsələn, Y.Qarayev onu «islam və şərq siyasi mənliyinin
ideoloqu» [127, 242], S.Vəliyeva isə azərbaycançılıq ideyasını
bütün çılpaqlığı ilə ilk dəfə irəli sürən mütəfəkkir, onun banisi
kimi qələmə verib [221, 31, 41].
Fikrimizcə, bu məsələdə çox şişirtməyə, mübaliğəyə yol
verilir. Doğrudur, M.Şahtaxtlı, C.Məmmədquluzadə və onlarla
həmfikir olanlar Azərbaycan xalqının, Azərbaycan türklərinin
maariflənməsi və azadlığı uğrunda müəyyən işlər görmüşdür.
Ancaq ümumilikdə, istər M.Şahtaxtlının, istərsə də C.Məmməd-
quluzadənin tutduğu yol türkçülük və islamçılıqdan yox, Rus-
Avropa-Qərb mədəniyyəti ilə səsləşmişdir. Onlar hesab edirdilər
ki, müsəlman ölkələrindəki bütün bəlaların əsas səbəbkarı İslam
dinidir, bundan çıxış yolu isə İslam mədəniyyətindən imtina edib
Rus-Avropa-Qərb mədəniyyətinə üz tutmaqla bağlıdır. Onların
Dostları ilə paylaş: |