www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
134
134
olmaqdan daha üstün tutmuşlar: «Çarizmlə mübarizədə onlar
(milli inqilabçılar – F.Ə.) inqilabi sosializmə tam sadiq olmasa
da, ən münasib müttəfiq kimi baxırdılar» [180, 26].
XX əsrin əvvəllərində, daha konkret desək 1900-1910-cu
illərdə müsəlman, indiki anlamda Azərbaycan sosial-demokrat
təşkilatının – «Hümmət»in yaranmasında və sosial-demokrat
prinsiplərinin təbliğində ən mühüm rolu milli inqilabçılardan
M.Ə.Rəsulzadə oynamışdı. Əgər Ə.Ağaoğlu, Ə.Hüseynzadə və
başqaları sosial-demokratizmə müəyyən qədər rəğbət bəsləməklə
kifayətlənirdilərsə, Rəsulzadə ilk dövrlərdə birmənalı şəkildə
marksizm cəbhəsində fəaliyyət göstərmişdi. Millətin mənafeyi,
rifahı, xoşbəxt gələcəyi naminə istənilən bir ideya ətrafında
birləşməyin zəruri olduğunu iddia edən M.Əminin fikrincə,
hazırkı şəraitdə bu sosial-demokrat ideyası əsasında da
mümkündür. Bu baxımdan Rəsulzadə materializmin bəzi müd-
dəalarının İslamla üst-üstə düşdüyünü, İslami prinsiplərlə
materializm arasında oxşarlıqlar olduğunu sübut etməyə çalışırdı.
Onun məqsədi müxtəlif əqidələrə – demokratiyaya, millətçiliyə
və İslama tapınanları islami sosializmdə birləşdirməyə nail
olmaq idi: «İslam bizə rahi-nicatdır - desəm eyni savabdayam.
Nə sosializmin, nə də demokratizmin ümdə əqidələri İslam ilə
müxalif deyil. Bəlkə şəryei-müqəddəsi-İslam qoyduğu
qəvaidlə eyni mütabiqətdə və müvafiqətdədir. Zəkat, fitrə və
qeyrə sədəqələr vacibi-sünnəti materializm deyil də nədir?
Bərəkət cəmaətlikdədir. Ümur cümhuri-şura ilə görülməlidir -
kəlamları demokratizmi icab etməzmi? Xülasə, yenə də təkrar
edirəm, hər nə olmalıyız, olaq. Fəqət islamiyyət üzrə olaq ki,
bu eyni insaniyyətdir» [185, 18-19]. Deməli, Rəsulzadə
marksistlərlə eyni cəbhədə olduğu zaman sübut etməyə
çalışmışdır ki, İslam dini nəinki sosial-demokratizmə ziddir,
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
135
əksinə bir çox müddəaları üst-üstə düşür. Bu mənada o, sosial-
demokratizmlə yanaşı, islamiyyət üzrə birləşməyin də vacib
olduğunu qeyd etmişdi. Çünki İslamda da, sosial-
demokratizmdə də əsas məsələ insaniyyətdir. M.Ə.Rəsulzadə
sonralar yazırdı: «Hümmət bayrağına o zaman, xəlifə Həzrət
Əlinin bir kəlamını almışdı və içərisində üləmayı dinindən,
burjuva və fabrikatördən başlamış orta əsnaf, orta münəvvər
sinfinə və əmələsinə qədər hərkəs vardı» [245, 193].
Maraqlıdır ki, M.Ə.Rəsulzadə həmin dövrdə sosial-
demokratizmi və islamiyyəti beynəlmiləlçiliyi təbliğ edən
cərəyanlar kimi qəbul etdiyi halda, milliyyətçiliyi isə tənqid
etmişdi. Rəsulzadə göstərirdi ki, milli ədavət toxumunu,
milliyyət məsələsini ortaya atan ilk növbədə, çar Rusiyasıdır.
Belə ki, çarizm milliyyət məsələsindən istifadə etməklə
millətlər arasında ziddiyyət və düşmənçilik salır, sonra da
guya, bunun qarşısına almaq bəhanəsilə bəzi xüsusi qanunlar
verməklə, eləcə də yerlərdəki nökərləri-qulluqçuları vasitəsilə
Rusiya təbəəsi millətləri: müsəlmanları, erməniləri, gürcüləri,
polyakları və qeyrilərini təqib edib sıxışdırır [185, 74]. Onun
fikrincə, çar Rusiyasının bu əməlləri sayəsində bəzi millətlərin
nümayəndələri də milliyyətçilik fikrinə düşərək sinfi
mübarizəyə qarşı çıxırlar. Bu baxımdan Daşnaksütyun,
Kadetlərin bloku, Müsəlmanların bloku və başqaları təmsil
olunduqları millətlərin adından danışsalar da, əslində açıq və
gizli şəkildə onların düşmənləridirlər: ««Yer və ixtiyar» ilə
Müsəlman blokunun arasında heç bir təfavüt yoxdur! Təfavüt
yoxdur, deyiriz. Zira, həqiqətən millətçi olub üzünü dürlü-
dürlü maskalar ilə örtən bir millətçinin, aşkara millətçilik edən
ilə heç bir təfavütü olmasın gərək» [185, 97].
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
136
136
Rəsulzadəyə görə, milliyyət məsələsinə ən obyektiv
yanaşan sosial-demokratizmdir. Belə ki, sosial-demokratlar
milli mübarizəni qəbul etməyib, sinfi mübarizə uğrunda
çalışsa da, ancaq hər bir millətin idarələrdə, məhkəmələrdə,
divanxanalarda öz ana dilini işlətmək imkanından və həmçinin
öz uşaqlarını ana dilində oxutdurmaqdan və cümlə
vətəndaşlara milli mənsubiyyəti fərqi qoyulmadan hər bir
qulluq xidmətlərə işə götürülməsindən yanadır: «Budur, o
əsaslar ki, onun üstündə sosial-demokratiya milliyyəti
gözləyir. İctimaiyyun-amiyyun düşmənləri bu firqəni
ləkələyərək deyirlər ki, guya ictimaiyyət əfkarı milliyyəti
bilmərrə götürüb millətlərin mədəniyyət, ədəbiyyat və
dillərinə əsla qədr vermiyor» [185, 75]. İlk dövrlərdə
Rəsulzadə belə nəticəyə gəlirdi ki, sosial-demokratlar həqiqi
milliyyətə deyil, cibpərəstlikdən ibarət «milliyyət»ə əksdir:
«Sosial-demokrat külli millətlərin özü üçün tərəqqi edib
mədəniyyətləşməsinə zidd deyildir. Onların zidd olduğu o
«millət»dir ki, özgə millətləri məhv və müzməhlil
(assimilyasiya – F.Ə.) etmək istiyor» [185, 75]. Beləliklə, o,
belə bir nəticə çıxarırdı ki, yalnız «... ictimaiyyun-ammiyyun
üçün milliyyət - filan yoxdur. Fəqət məzlumların haqqını
himayə etmək, həqiqəti açıb, aləmə bildirmək vardır» [185,
108].
Rəsulzadə 1908-ci ildə Türkiyədə hakimiyyətə gələn
«Gənc Türklər»ə də tövsiyə edirdi ki, milliyyət məsələsini bir
kənara qoyub beynəlmiləlçiliyə söykənsinlər. Onun fikrincə,
Türkiyə camaatı bunu başa düşməlidir ki, hürriyyət, səadət
ayrılıqla deyil, ittihadi-ittifaq ilə başa gəlib beynəlmiləllik
zühuru ilə qələbə edəcəkdir. Ancaq «Gənc türklər» bu
məsələdə səhv edərək sinfi məsələni nəzərə almırlar.
Dostları ilə paylaş: |