İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə76/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   ...   69   70   71   72   73   74   75   76   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
275 
275 
275 
bir-birinə,  Nukalay  padşahın  dalınnan  deydilər, 
hökumət  deyişdi.  Yoxsa  mən  də  gedib  oxiyib  bir  fərri 
adam  olardım.  Həci  də  əlimiz  çatan  adam  idi.  Böyük 
əmim  Kəblə  Muxtarın  arası  xod  idi  onuynan.  Həci 
Zeynalabdin  onun  xətrini  çox  istiyirdi,  bilirdi  ki,  ağzı 
dualı mömin kişidü, həm də heç kimnən qorxu hürküsü 
yoxdu,  sözi  kişi  kimi  üzə  diyəndü.  Kəbleyinin  Şubanı 
tərəflərdə  qoyun  sürüləri  vardı.  Həcinin  bütün 
külfətiyçün,  sonra,  öz  fabrikinin  işçiləriyçün  əti  ancaq 
Kəbleyidən  alardı.  Hər  ay  iki  yüz  qoyun  ayırıb 
göndərərdik  ona.  Kəbleyi  bircə  kəlmə  sözü  bəs  eliyərdi 
ki,  minnətsiz-filansız  məni  də  göndərəceydi  Urusyetə 
dərs  oxumağa.  –  Deyəsən  gəncliyi  yenə  də  kino  lenti 
kimi  babamın  gözünün  qabağından  keçir,  kişi  həm 
kövrəlir, həm də xoşhallanır.  
-Deyirlər  camaatın  qayğısını  çəkən  adam  olub 
Tağıyev. - Mirsəftər sözünü deyib babamın üzünə baxsa 
da,  görür  ki,  kişi  deysən  onu  heç  eşitməyib,  öz 
aləmindədi, fikri də allah bilir hardadı. 
– 
Bir 
dəfə 
Kəbleyi 
Mərdəkana, 
Həci 
Zeynalabdinin  bağına  gedəndə  məni  də  aparmışdı 
özüynən. İndiyəcən yadımdadu, elə belənçiy isti bir yay 
günü  idi,  adamın  nəfəsi  kesilirdi  istidən.  Rəhmətdik 
Həcinin bağınun qabağında faytonu saxladuq, ikimiz də 
düşdik.  Əmim  Kəblə  Muxtar  bir  torba  təmiz  cirə 
götürmişdi  Həciyçün,  bilirdi  ki,  xoşdıyır  bizim  cirəni. 
Hə,  içəri  girəndə  gördik  Həci  bağdakı  ikimərtəbəli 
mülkdən  bir  az  aralıdakı  çarhovuzun  qabağında 
dayanıb,  əllərini  də  belində  cütdiyib.  Diyəsən 
çarhovuzdakı  balıqlara  baxırdı.  Biz  həyətə  girən  kimi 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
276 
276 
çönüb  dilləndi  ki,  gəl  görək,  Kəblə  Muxtar,  cirənin 
iyinnən bildim ki sənsən. Rəhmətdik düz diyirdi. Bizim 
kəntin  cirəsini  ki,  döyüb  toz  kimi  elədün,  iyi  Allahü-
əkbərin  qurtaracağınacan  gedib  çıxır.  Həci  də  yəqin  elə 
biz  faytonnan  düşəndə  iyi  hiss  eləmişdi.  Hə, 
külafirəngidə oturub kalan söhbət elədik, yəni mən heç 
nə  danışmırdım,  elə  oturub  qulaq  asırdım,  xırda  uşaq 
idim,  ixtiyarım  nəydi  ki  onnarın  yanında  ağzımı  açım, 
elə Kəblə Muxtar bir yol gözünü ağartseydi mənə gərək 
xəcalətdən  yerə  girərdim.  Müxtəsəri,  şirin  söhbətin  bir 
məqamında  Həci  Zeynaləbdin  əmimə  baxıb  dedi  ki, 
Kəbleyi,  bu  uşaqa  səhərdən  gözaltı  baxıram,  yaman 
fəhmli  uşaqa  oxşıyır,  yəqin  ki,  mollaxana  da  qutarmış 
olar. Gəl üzümüzə gələn il göndərey onu Urusyətə, qoy 
oxuyub  bir  adam  arasına  çıxsın.  Yoxsa  batıb  gedər, 
həyifdü.  Kəblə  Muxtar  da  mənə  baxıb  əlini  yellətdi  ki, 
bəs  lazım  döyül,  elə  bircə  o  çatmırdı  ki,  olan  qalan 
namus-qiryətini,  müsəlmançılığını  da  aparıb  soxsun 
matişkələrin ayaqlarının arasına.  
Söz 
Həci 
Zeynalabdini 
tutdu 
diyəsən, 
qaşqabağını  salladıb  didi  ki,  elə  nöş  danışırsan,  Kəblə 
Muxtar,  beyəm  bizimkilər  gedib  oxuyub  biqiryət  olub 
gəliblər? 
Kəbleyi  əvvəlcə  istədi  söhbəti  deyişsün,  ağzını 
büzüb  dedi  ki,  ay  Həci,  mən  ölüm  ağzımı  açma,  allah 
eləməsün,  elə  bir  söz  diyərəm  ki,  sonra  xətrüvə  deyər, 
bilirsən ki, mən bu qurumuş dilimi saxlıya bilmirəm. 
Ancaq  Həci  də  Həciydi,  üreyi  partdıyardı 
söhbətin  kökünə  gedib  çıxmaseydi.  Oturduğu  kreslonu 
bir  az  da  əmimə  tərəf  çekib  dedi  ki,  Kəbleyi,  oxu  atıb 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
277 
277 
277 
yayını  gizdətmə,  sözün  varsa  üzümə  de,  yoxsa  pis  iş 
görürəm  ki,  camaatın  uşaqlarını  göndərirəm  oxuyub 
adam olsunnar? Hə? 
Kəbleyi  gördü  ki,  Həci  Zeynalabdin  onnan  əl 
çekən döyül, onunçün də dilləndi ki, pis iş görmürsən e, 
ancaq< nə bilim vallah, özün yaxşı bilirsən ki, ay Həci, 
bizim  camaatın  bir  əlində  namus-qiryətdü,  bir  əlində 
din-iman,  bu  zibilə  qalmış  elm  də  elə  şeydü  ki,  onu 
dişnən,  ağıznan  götürməy  olmur,  gərək  əlindəki  bu  iki 
şeydən birini atasan ki, onu götürəsən. Ayrı yolu yoxdu. 
Urusyətə,  nə  bilim  Firəngistana  oxumağa  gedənnər  də 
məcbur olullar ki, bunnardan birini, ya da elə ikisini də 
birdən atsınnar mürtəddərin ayağı altına, o elm dediyün 
şeyi  götürsünnər.  Görmürsən  gedib  gələn  urusdardan 
beşbətər  olur.  Özlərinnən  başqa  heç  kimi  beyənmillər. 
Dönüb  olullar  moltanı.  Həm  də  ki,  eşşəyi  oxumaqnan 
adam  eləmək  olmur  axı,  ay  Həci,  eşşeg  elə  eşşegdü, 
gedib oxuyandan sonra da olur üstünə kitab yüklənmiş 
eşşeg. 
Həci əvvəlcə dinmədi, qabağındakı stəkandan bir 
qurtum çay içib dedi ki, yaxşı , ay Kəbleyi,  biz neyniyək 
ki, elm indi olardadı, o dey mülklər tikdiririk, nə bilim, 
su  çəkdiririk,  həkim  filan  lazım  olur,  o  saat  cumuruq 
Urusyetə,  Firəngistana,  ordan  od  qiymətinə  adam 
gətizdirib  işdədirik.  Ondansa  elə  özümüzünkülər 
oxusunlar,  o  pulu  da  elə  özümüzünkülərə  yedizdirək 
də.  
Kəbleyi  razılaşmadı,  dedi  ki,  ay  Həci,  axı  bu 
gedib  gələnlərin  beynini  orda  elə  doldurullar  ki, 
gələnnən  sonra  mənim  kimilərin  saqqalına  gülüllər, 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə