İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə81/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   77   78   79   80   81   82   83   84   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
çox  təhsil  səviyyəsi  yüksək,  keyfiyyətli  və  nisbətən  orta  qiy‐
mətli  işçi  qüvvəsini  tələb  edir.  Bunu  biz  Cənubi  Koreya 
misalında da açıqca görürük. 
Azərbaycan  artıq  yer  altı  təbii  sərvətlərinə  deyil,  yerüstü 
sərvətlərinə, yəni insanlarına əhəmiyyət verməlidir. Nə qədər 
ki,  neftimizin  çox  olması  ilə  öyünürük  xarici  kapital  da  bizə 
üzərində insanların insan kimi yaşamaq haqqına sahib olduğu 
bir ölkə kimi deyil, altında neft olan torpaq parçası kimi baxa‐
caq. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 315 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 316 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Neft üzərində qurulan iqtisadiyyat
*
 
Natiq Sabiroğlu 
 
Sovet  iqtisadi  inkişaf  konsepsiyası  ağır  emalat  sənayesinə 
dayanırdı.  Azərbaycanda  da  inkişaf  edən  sektorlar  neft,  ağır 
emalat,  tikinti  və  yeyinti  sənayeləridir.  Başqa  “inkişaf  edən” 
bir iqtisadi sahə də, Çin, Türkiyə, İran, Rusiya, Birləşmiş Ərəb 
Əmirlikləri və s. kimi inkişaf etməkdə olan ölkələrdən vergisi 
ödənilmədən ölkəyə gətirilən orta keyfiyyətli malların ticarəti‐
dir. 
Məlum  olduğu  kimi,  iqtisadiyyatda  dörd  əsas  sektor  var: 
Sənaye, ticarət, kənd təsərrüfatı və xidmətlər. Hazırda dünya‐
nın  inkişafında  ən  böyük  paya  sahib  olan  sektor  xidmətlər 
sektorudur. Belə ki, ABŞ‐da ümumi məşğulluq səviyyəsinin 80 
faizi məhz bu sektorun payına düşməkdədir. Təəssüf ki, bizdə 
xidmətlər sektoru dedikdə tikinti sənayesi başa düşülür. Hal‐
buki,  bilgi  çağının  təməlini  qoyan  informasiya  və  kommuni‐
kasiya  texnologiyaları  (İKT)  da  xidmətlər  sektoruna  daxildir. 
Qeyd  edək  ki,  1999‐cu  ildə  2,1  trilyon  dollar  olan  global  İKT 
xərclərinin 2003‐cü ildə 3 trilyon dollara yüksələcəyi proqnoz‐
laşdırılır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, fabrik və 
zavodlarda sadəcə yüksək texnoloji infrastrukturun tətbiqi də 
yetərli  deyil.  Məqsədə  çatmaq  üçün  eyni  zamanda  iqtisadi 
mentalitet  və  anlayış  dəyişikliyi  də  zəruridir.  Bizdəki  məmur 
burjuaziyasının  sovet  iqtisadi  düşüncə  tərzilə  yeni  texnologi‐
yaları  tətbiq  etməsinin  bir  səmərəsinin  olmayacağı  aydındır. 
Elə isə nə etməli? 
Oxuma‐yazma  nisbətinin  98  faiz  olduğu  ölkəmizdə,  əhali‐
nin  potensialından  neft  və  tikinti  sənayeləri  kimi  fiziki  əmək 
tələb  edən  geri  qalmış  sahələrdəmi  istifadə  etməliyik,  yoxsa 
                                                 
*
 1 oktyabr 2003. 
 
‐ 317 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
bu gənc və dinamik əhalinin təhsil səviyyəsini yüksəldib, bilgi 
və qabiliyyətini artırıb, informasiya və kommunikasiya texno‐
logiyalarını istifadə edə biləcək səviyyəyəmi gətirməliyik. Mü‐
qayisə  üçün  qeyd  edək  ki,  Hollandiya  əhalisinin  20  faizi  ma‐
gistr təhsili alıb. Yaponiya, Azərbaycanın Ümumi Daxili Məh‐
sulundan təhsilə ayırdığı nisbi paydan daha çox qismini, yəni 
ÜDM‐nin 3 faizini innovasiya sahəsinə yönəldir. 
Rəsmi  qeydə  alınmayan,  300  min  işsizin  olduğu  respubli‐
kamız artıq ekocoğrafi əhəmiyyətə malik mövqeyə keçməlidir. 
Burada  ekocoğrafi  dedikdə,  üzərində  təhsil  səviyyəsi  yüksək, 
bilgili,  qabiliyyətli,  dinamik  və  təşəbbüskarlıq  ruhu  yüksək 
olan zehni əməklə məşğul gənclərin yaşadığı, Avropa və Asi‐
ya  bazarları  arasında  körpü  rolunu  oynaya  biləcək  bir  ölkə 
mövqeyini nəzərdə tuturuq. 
Unutmayaq ki, indi iqtisadiyyatımızda inkişaf edən sahələr 
əsasən  ekoloji  cəhətdən  ən  zərərli  olan  sahələrdir.  Əgər  neftə 
söykənən sənayeləşmə yolunu seçəcəyiksə 40 ildən sonra neft 
bitdiyi zaman Azərbaycan, üzərində insanların yaşaya bilmə‐
yəcəyi  çölə  dönmüş  olacaq.  Halbuki  informasiya  və  kommu‐
nikasiya  investisiyaları  təbiət  dostu,  ekoloji  cəhətdən  təmiz, 
yaşıl  texnologiyaların  tətbiq  edilməsini  zəruri  edir.  Burada 
təkrar  istehsal  böyük  əhəmiyyətə  malikdir.  Yəni  bir  sahənin 
tullantıları digər bir sahənin xammalını təşkil edir. 
Bilgi çağına keçmə yolunda 40 il daha ləngiməyə haqqımız 
yoxdur. Artıq fiziki əmək potensialımızı intellektual potensia‐
la  çevirməyin  zamanıdır.  Avtomobil  sənayesi  belə  inkişaf  et‐
miş ölkələrdə ömrünü tamamlamış iqtisadi sektor sayılır. Mə‐
sələn, “Mercedes” firması artıq Almaniyadakı istehsalını azal‐
dıb  Türkiyə  kimi  inkişaf etməkdə  olan  ölkələrdə  fabriklər aç‐
mağa yönəlib, İtaliyanın məşhur “FIAT” firması iqtisadi böh‐
ran içindədir. Bütün bu tendensiyaları görərək, hələ də neftin 
ölkəmiz üçün parlaq gələcəyindən bəhs etmək absurddur. 
 
‐ 318 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Tədiyyə balansının müasir vəziyyəti
*
 
Əfsun Ələkbər 
 
Respublikamızda  tədiyyə  balansının  strukturunun  opti‐
mallaşdırılması, onun tənzimlənməsi əsas makroiqtisadi prob‐
lemlərdən  biridir.  Bununla  yanaşı  əksər  makroiqtisadi  göstə‐
ricilər  məhz  bu  informasiya  mənbəyində  cəmləşdiyindən  hö‐
kumətin  iqtisadiyyat  sahəsində  apardığı  islahatların  nəticəsi 
öz əksini bu sənəddə tapır. 
Müstəqil  ölkə  kimi  Azərbaycanın  xarici  iqtisadi  fəaliyyəti 
1991‐ci  ildən  formalaşmağa  başlamışdır.  Bu  dövrə  qədər  bü‐
tün  iqtisadi  siyasət  mərkəzi  Moskva  hökuməti  tərəfindən  hə‐
yata  keçirilirdi.  Buna  görə  də  bütün  sabiq  müttəfiq  Respubli‐
kalarda,  o  cümlədən  Azərbaycanda  xarici  iqtisadi  fəaliyyətin 
uçotu və statistikası aparılmırdı. 
Yalnız 5 ildən bir Azərbaycan Dövlət Statistika İdarəsi tərə‐
findən sahələrarası balans hazırlanırdı ki, burada da Azərbay‐
candan  çıxarılan  və  gətirilən  malların  statistikası  verilirdi. 
Azərbaycan  Respublikasının  keçmiş  SSRİ  tərkibində  axırıncı 
dəfə sahələrarası balansı 1987‐ci ildə hazırlanmışdır. 
1991‐ci  ildən  etibarən  Azərbaycan  Respublikası  müstəqil 
xarici iqtisadi fəaliyyət həyata keçirməyə başladı. Həmin ildən 
etibarən  Beynəlxalq  Valyuta  Fondu  (BVF)  nəşriyyatı  tərəfin‐
dən  hər  il  Azərbaycan  Respublikasının  tədiyyə  balansı  dərc 
olunur. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublika‐
sının  tədiyyə  balansını  Dövlət  Statistika  Komitəsinin,  Dövlət 
Gömrük Komitəsinin, bank statistikasının və digər nazirlik və 
təşkilatların  məlumatlarına  əsasən  Azərbaycan  Respublikası‐
nın Milli Bankı işləyib hazırlayır. 
                                                 
*
 5 avqust 2004. 
 
‐ 319 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə