İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə83/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   79   80   81   82   83   84   85   86   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Azərbaycanda su sektorunun 
perspektivləri
*
 
Əfsun Ələkbər 
 
Bu  yaxınlarda  New  York  Times  qəzetini  vərəqlədiyim  za‐
man  məqalə  başlıqlarından  biri  diqqətimi  cəlb  etdi.  Eyni  ilə 
belə deyilirdi: “İndi Texas üçün maye qızıl neft deyil, sudur.” 
Əslində  Texasın  bugünkü  həyatında  su  qıtlığı  hiss  olunmasa 
da  gələcək  illərdə  içməli  və  aqrar  təsərrüfata  yararlı  suyun 
problem  olacağını  bilən  amerikalı  elm  adamları  indidən  dü‐
şünməyə  başlayıblar.  Araşdırma  apardığım  Texas  A&M  Uni‐
versitetinin maliyyə qaynaqlarının  böyük  bir  hissəsi  də  məhz 
bu sahədəki elmi araşdırmalara yönəldilməkdədir. 
1995‐ci  ildə Dünya  Bankının  vitse‐prezidenti  İsmayıl Sera‐
geldinin “Əgər bu əsrin müharibələri neft uğrundadırsa gələ‐
cək əsrin müharibələri su uğrunda olacaqdır” şəklindəki məş‐
hur deyimi yuxarıda göstərilən problemin getdikcə qloballaşa‐
cağı  xəbərini  verməkdədir.  Dünya  Bankının  hesablamalarına 
görə hələ 1998‐ci ildə su üzündən korluq çəkən ölkə sayısı 28 
olmuşdur. Bu rəqəmin 2025‐ci ildə 56 olacağı təxmin edilir. Be‐
lə ki, 1990‐cı ildən 2025‐ci ilədək su korluğu çəkən əhali sayı‐
nın 131 milyondan 817 milyona qədər yüksələcəyi proqnozlaş‐
dırılır. Onu da qeyd edək ki, Dünya Bankının qəbul etdiyi ter‐
minologiyaya  əsasən  adambaşına  düşən  illik  əldə  edilə  bilən 
su miqdarı 1000 kub metrdən azdırsa həmin ölkənin su prob‐
lemi ilə üzləşdiyi qəbul edilir. 
Bu  problem  Azərbaycan  üçün  nə  dərəcədə  realdır?  Azər‐
baycanın mövcud su infrastrukturu su probleminin həlli üçün 
yetərlidirmi? 
                                                 
*
 8 aprel 2005. 
 
‐ 323 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
Dünya Bankı ekspertlərinin 2002‐ci ildəki araşdırmalarının 
nəticələrinə  görə  Azərbaycanda  adambaşına  düşən  əldə  edilə 
bilən su miqdarı illik olaraq 995‐1000 kub metr təşkil edir. Bu 
rəqəm  indilik  əldə  edilə  bilən  su  miqdarının  yetərli  olduğu‐
nun  göstəricisidir.  Su  potensialının  reallaşdırılması  üçün  isə 
kifayət  dərəcədə  inkişaf  etmiş  su  infrastrukturu  tələb  olunur. 
Təəssüflər olsun ki, bu sahədə vəziyyət ürəkaçan deyil. Sovet‐
lər  İttifaqı  dağıldıqdan  sonra  mövcud  infrastrukturun  qoru‐
nub  saxlanılmasına  çalışılmış,  bu  məqsədlə  Dünya  Bankı  və 
digər maliyyə institutlarının kreditləri cəlb olunmuşdur. Lakin 
bu kreditlər problemin tamamən deyil qismən aradan qaldırıl‐
masına xidmət etməkdədir. Kommunal sektordakı tariflər Ta‐
rif  Şurasında  müəyyən  edildiyi  üçün  “Azərsu”  Səhmdar  Cə‐
miyyəti  istehsal  etdiyi  suyu  maya  dəyərindən  aşağı  qiymətə 
satmaqdadır.  İqtisadi  İnkişaf  Nazirliyindən  və  Nazirlər  Kabi‐
netindən verilən son açıqlamalarda su ilə bağlı tariflərin 2005‐
ci ildə qaldırılmayacağı və 2006‐cı il üçün də belə halın nəzər‐
də  tutulmaması  “Azərsu”  Səhmdar  Cəmiyyətinin  subsidiya‐
laşdırma  siyasətini  davam  etdiriləcəyini  göstərir.  Qeyd  edək 
ki,  tariflərin  artırılması  ilə  Dünya  Bankı  kreditlərinin  növbəti 
tranşlarının  ayrılması  arasında  birbaşa  əlaqə  mövcuddur. 
Dünya Bankı öz hesabatlarına və imzaladıqları sazişlərə tarif‐
lərin periodik olaraq qaldırılması şərtini qoşmaqdadır. Görün‐
düyü  kimi  tariflərin  dondurulacağı  təqdirdə  maliyyə  qurum‐
larının kreditləri də risk altına girəcəkdir. Respublika büdcəsi‐
nin imkanları isə məhduddur. Bütün bu hallar alternativ yol‐
ların axtarılması zərurətini meydana gətirməkdədir. Məlumat 
üçün qeyd edək ki, Mantgomery Watson Konsalting (ABŞ) şir‐
kətinin 2015‐ci il üçün Böyük Bakıya (Abşeron yarımadası, Ba‐
kı və ətraf rayonlar) dair Baş Sxemində göstərilir ki, bu regio‐
nun  su  və  kanalizasiya  infrastrukturunun  yenidən  qurulması 
üçün təxminən 6 milyard ABŞ dolları tələb olunur. Bu vəsaitin 
 
‐ 324 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
nə kreditlər, nə də respublika büdcəsi hesabına əldə edilməsi 
real görünmür. 
Alternativ variant özəl sahibkarlığın su sektoruna cəlb edil‐
məsidir.  Beynəlxalq  təcrübə  göstərir  ki,  özəl  sahibkarlığın 
kommunal sektora cəlb olunmasının bir neçə forması mövcud‐
dur: 
1) Birgə Saziş modelinə əsasən təbii inhisara malik şirkət ilə 
özəl şirkət arasında saziş imzalanır və bu sazişə uyğun olaraq 
özəl şirkət digər şirkətin işçi heyətini lazımi idarəetmə resurs‐
ları və bilikləri ilə təmin edir, lakin əməliyyatlara görə heç bir 
öhdəlik daşımır; 
2) Tam xidmət kontrakt formasında isə idarəetmə və istis‐
mar özəl şirkətə həvalə edilir; 
3)  DBO  (design‐build‐operate)  tipli  kontraktda  layihə,  ti‐
kinti,  istismar,  idarəetmə  işləri,  mövcud  avadanlıqların  yeni‐
lənməsi kimi işlər uzun müddətə tamamən özəl şirkətin məsu‐
liyyətinə çevrilir; 
4)  Tamamən  özəlləşdirilmə.  Yəni,  infrastrukturun  özəlləş‐
dirilərək xüsusi mülkiyyətə verilməsi. 
Fikrimizcə, Azərbaycanın su sektorunun xüsusiyyətləri nə‐
zərə  alınaraq  yuxarıdakı  formaların  birinə  seçim  etməklə  in‐
frastrukturun yaxşılaşmasına nail oluna bilər. Belə olan halda 
özəl  sahibkarlığın  iştirakının  forması  işlənib  hazırlanarkən 
sektordakı  məşğulluq,  ətraf  mühit  və  digər  iqtisadi  təsirlər 
mütləq nəzərə alınmalıdır. 
 
 
 
 
 
 
 
 
‐ 325 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə