İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə82/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   78   79   80   81   82   83   84   85   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
Qeyd etmək lazımdır ki, BVF‐nin İnkişaf Etməkdə Olan Öl‐
kələrə  tövsiyə  etdiyi  tədiyyə  balansı  120‐dən  artıq  maddədən 
ibarətdir. Lakin Azərbaycanda bu sənəd tərtib olunarkən gös‐
tərilən sxemdən kənara çıxmalara yol verilir. 
Ümumiyyətlə, hər hansı bir ölkənin tədiyyə balansı nəzər‐
dən keçirilərkən ilk növbədə onun birinci bölməsi cari əməliy‐
yatlar balansının tərkib hissəsinə ‐ ticarət balansına baxılır. La‐
kin qeyd etmək lazımdır ki, tədiyyə balansına ticarət balansı‐
nın  o  hissəsi  daxil  edilir  ki,  faktiki  olaraq  ödənişlər  ya  edilib, 
ya da tezliklə ediləcəkdir. 
2003‐cü  ilin  yekunlarına  əsasən  xarici  ticarət  dövriyyəsi 
5347.2 milyon ABŞ dolları təşkil etmiş və bu 2002‐ci ilin müva‐
fiq göstəricisindən 29.5 faiz çoxdur. İdxal edilmiş məhsulların 
həcmi isə 2624.5 milyon dollar təşkil etmişdir. 
İxracın  strukturunda  yenə  də  istehsal  təyinatlı  yanacaq‐
xammal ehtiyatları mühüm yer tutur və onların payına ümu‐
mi  ixracın  85.7  faizi  düşür.  İdxal  olunmuş  malların  strukturu 
isə ixracın strukturundan köklü surətdə fərqlənir. Belə ki, neft 
kontraktları ilə bağlı idxal malları istisna olmaqla, ümumi id‐
xal  malları  içərisində  ərzaq  mallarının  payı  44.2  faiz  təşkil 
edir. 
Fikrimizcə, ticarət balansındakı mənfi saldonun yaranması‐
nın əsas səbəbləri kimi aşağıdakıları qeyd etmək olar: 
1.  İstər  xarici  ticarət  əməliyyatlarının  strukturunda, istərsə 
də  artım  tempi  ilə  bağlı  disproporsiyaların  ortaya  çıxma  sə‐
bəblərindən ən əsası kimi xarici ticarətlə bağlı vahid konsepsi‐
yanın işlənib hazırlanmamağıdır. Bu da öz əksini ticarət əlaqə‐
lərinin  düzgün  qurulmamağında,  müqavilə  şərtlərinə  əməl 
olunmamağında  tapır.  Son  zamanlar  avro‐dollar  paritetində 
baş verən hadisələrin ölkənin valyuta‐kredit siyasətindən sərf 
nəzər edilməsini də ticarətin vəziyyətini pisləşdirən əsas amil‐
lərin sırasında göstərmək olar. 
 
‐ 320 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
2.  İdxal‐ixrac  əməliyyatlarında  barter  qaydasında  aparılan 
hesablaşmaların xüsusi çəkisinin hələ də yüksək olması. Barter 
əməliyyatlarının xüsusi çəkisi hələ də nəzərəçarpacaq dərəcə‐
dədir və 20 faiz təşkil edir. 
Cari  əməliyyatlar  balansının  ikinci  əsas  ünsürü  xidmətlər 
balansıdır. Bu xidmətlərin ümumi məbləği 2003‐cü ildə 3025.8 
milyon ABŞ dolları təşkil etmişdir. Hesablamalara görə qeyri‐
rezidentlər tərəfindən Azərbaycanın hüquqi və fiziki şəxsləri‐
nə  2541.2  milyon  ABŞ  dolları  məbləğində  xidmət  göstərildiyi 
halda, Azərbaycanın  xarici  ölkə  rezidentlərinə  göstərdiyi  xid‐
mətlərin dəyəri cəmi 484.6 milyon dollar olmuşdur. Beləliklə, 
xidmətlər balansının saldosu mənfi 2056.5 milyon ABŞ dolları 
olmuşdur. Xidmətlər balansı kəsirinin də belə yüksək olması‐
nın əsas səbəbi beynəlxalq neft kontraktları çərçivəsində xarici 
dövlətlərin  rezidentləri  ilə  aparılan  əməliyyatlarla  bağlıdır. 
İkinci  səbəb  kimi  fikrimizcə,  infrastruktur  və  idarəetmədə 
struktur dəyişiklikləri ilə əlaqədar beynəlxalq maliyyə qurum‐
ları tərəfindən ayrılan kreditlərin istifadəsidir. Belə ki, bu qu‐
rumlarla  bağlanan  kredit  sazişlərində  beynəlxalq  məsləhətçi 
şirkətlərin kreditin istifadəsinə nəzarətçi kimi çıxış etməsi əsas 
şərt kimi qoşulur. Nəzərə alsaq ki, bu xidmətlərin payı ayrılan 
kreditlərin  15‐20  faizini  təşkil  edir,  bu  faktorun  nə  qədər 
önəmli olduğunun şahidi oluruq. 
Tədiyyə balansının əsas bölmələrindən biri də kapitalın və 
investisiyaların  hərəkəti  balansıdır.  2003‐cü  il  üzrə  rəqəmlər 
göstərir  ki,  ölkəyə  xarici  kapital  axını  keçən  illə  müqayisədə 
1.9 dəfə artaraq 4438.9 milyon ABŞ dolları məbləğində olmuş‐
dur. 
İqtisadi artımın stimullaşdırılması baxımından bu investisi‐
yaların 89 faizinin birbaşa formada olması müsbət haldır. La‐
kin  bu  investisiyaların  strukturunda  neft‐qaz  sektorunun  xü‐
susi  çəkisinin  98.8  faiz  təşkil  etməsi  tədiyyə  balansının  digər 
 
‐ 321 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
bölmələrində  olduğu  kimi  bu  bölməsində  də  neft  asılılığının 
yüksək olduğunu göstərməkdədir. 
Azərbaycan  Respublikasının  tədiyyə  balansını  optimal  sə‐
viyyəyə gətirmək üçün aşağıdakıların həyata keçirilməsi məq‐
sədə müvafiq olardı: 
1) İstehsal təyinatlı məhsulların idxalı artırılmalı, ixrac yö‐
nümlü sahələr üçün dövlət stimullaşdırma tədbirləri daha da 
intensiv xarakter daşımalıdır. 
2)  İdxal‐ixrac  əməliyyatlarında  barter  hesablaşmalarının 
xüsusi  çəkisi  azaldılmalı,  valyuta  ilə  aparılan  əməliyyatlara 
üstünlük verilməlidir. 
3)  Dövlət  Gömrük  Komitəsi  və  Dövlət  Statistika  Komitəsi 
tərəfindən gömrük yük bəyannamələrinin doldurulması və iş‐
lənib  hazırlanmasında  tədiyyə  balansının  tərtibi  baxımından 
şəffaflığa  və  beynəlxalq  standartlara  əməl  edilməsi  məqsədə‐
uyğun olardı. 
4) Ölkənin daxili iqtisadi siyasəti ilə xarici iqtisadi siyasəti 
sistem  şəklində  ələ  alınmalı,  pərakəndəliyə  yol  verilməməli‐
dir. 
Nəhayət,  onu  da  qeyd  etmək  lazımdır  ki,  tədiyyə  balansı‐
nın strukturunun optimallaşdırılması ilə yanaşı hesablaşmalar 
balansının  nəticələri  də  nəzərdən  qaçırılmamalıdır.  Yəni  hər 
iki  sənəddə  müsbət  nəticələrin  əldə  edilməsi  cəhdləri  paralel 
həyata keçirilməlidir. 
 
 
 
 
 
 
 
 
 
‐ 322 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə