“İrəvan xanlığı, Zəngəzur mahalı, Göyçə mahalı bizim tor paq larımızdır və Ermənistan bu torpaqlarda dövlət qurub. Azərbaycan torpağında ikinci erməni dövlətinin qurulmasına biz heç vaxt imkan verməyəcəyik”



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə50/52
tarix15.03.2018
ölçüsü1,25 Mb.
#31525
1   ...   44   45   46   47   48   49   50   51   52

113
Heyvan
Həyat ağacı
Tarixən xalçalar üzərində Azərbaycan türklərinin qədim təsərrüfat ənənələrini 
əks etdirən - ruzi-bərəkət, artım rəmzi kimi yozulan qoyun, keçi, at, dəvə, it 
və s. ev heyvanların təsvirləri daha çox üstünlük təşkil etmişdir. İrəvan qru-
puna  aid Azərbaycan  xalçalarında  heyvan  motivləri  əsasən  kiçik  ölçülərdə, 
müxtəlif  rənglərdə,  köməkçi,  bəzək  elementi  kimi  toxunmuşdur. Adətən,  o 
qədər  də  böyük  olmayan  xalça  səthində  bu  heyvan  təsvirlərini  bütünlüklə, 
real ölçüləri və formaları ilə toxumaq çətin olur. Burada toxumanın ibtidailiyi, 
texniki məhdudiyyətləri ilə əlaqədar təsvirlər şərti xarakter daşıyır. Məsələn, 
bir çox hallarda heyvanlar dörd ayaqla deyil, iki ayaqla toxunur. Bəzi hallarda 
isə həndəsi cizgilər, formalar qazanır.
Bu element türk folklorunun, etnoqrafiyasının, xalq sənətinin özəyini təşkil 
edir. Xüsusilə qədim xalq-tətbiqi sənət sahələrində bu elementin tez-tez tətbiq 
olunduğunu  müşahidə  etmək  mümkündür.  Xalçalar  üzərində  “həyat  ağa-
cı”  həm  təbii  istiqaməti,  həm  də  əks  istiqaməti  ilə  toxunmuşdur. Adi  ağac 


114
Zoomorf  elementdir.  Azərbaycan  xalçalarının  bütün  qruplarına  aid  xal-
çalar üzərində qoyun, qoç, keçi və s. kimi ev heyvanlarının təsvirləri xalqın 
təsərrüfat həyatının, bolluğun, bərəkətin rəmzi olaraq əks etdirilmişdir. Qoç 
mifik təsəvvürlərdə, əfsanə və nağıllarda xilaskar obrazıdır. “Qoç döyüşünə 
qoç  dayanar”,  “iki  qoçun  başı  bir  qazanda  qaynamaz”  və  s.  kimi  məsəllər, 
“qoç kimi” ifadəsi də xalq arasında geniş işlənir. Xalçalar üzərində “qoç buy-
nuzu” simvolu müxtəlif ölçülərdə və rənglərdə, bir qayda olaraq, həm əsas, 
həm də köməkçi, bəzək elementi kimi tətbiq edilir. 
təsvirlərindən  fərqli  olaraq,  “həyat  ağacı”  daha  çox  şaxələnən  budaqlardan 
ibarət  olur.  Onun  uzərində  bar,  yarpaq,  gül-cicək  təsvirlərinə  yer  verilmir. 
Burada  əsas  diqqət  inkişafı,  gələcəyi  səciyyələndirən  budaqlara  yönəldilir. 
Azərbaycanın bütün xalça qruplarında tətbiq olunan “həyat ağacı” elementi 
bir ailənin, nəslin, tayfanın, ümumiyyətlə geneoloji cəhətdən bir-biri ilə bağ-
lı  olan  birliklərin  inkişafının  rəmzi  kimi  çıxış  edir.  Bəzən  xalçalar  üzərində 
əks istiqamətdə toxunmuş “həyat ağacı”na da rast gəlinir. Sənət tarixində bu, 
ölümdən sonrakı həyatın- axirət dünyasının, əbədiyyətə qovuşmuş nəsillərin 
simvolu kimi səciyyələndirirlər.
Qoç buynuzu


115
Quş
Xalçalar üzərində əks olunan ən qədim zoomorf elementlərdən biridir. Həm 
vəhşi, həm də ev quşlarının təsvirləri Azərbaycan xalçalarının bütün qrupları 
üçün səciyyəvidir. Real və əfsanəvi quşların təsvirləri, üsluba müvafiq olaraq, 
xalçaçılıq  tarixinin  bütün  mərhələlərində  öz  ifadəsini  tapmışdır.  Toxucular 
realistik üslublu xalçalar üzərində daha çox ev quşlarının təsvirlərini tətbiq 
etmişlər. Bəzən bir quş balası ilə birlikdə təsvir olunur. Burada müvafiq ölçüyə 
və oxşarlığa riayət olunması diqqəti cəlb edir. Xalçalar üzərində “quş” obra-
zı xəbər, müjdə daşıyıcısı kimi qəbul olunur. Balası ilə birlikdə təsvir olunan 
“quş” isə ailə, nəsil artımı, övlad yolu gözləyən qadın kimi yozulur. 
Quşları adətən ya üz-üzə, ya da bir-birindən “küsmüş” şəkildə təsvir edirlər. 
Bu motivləri xalq sevgi və ayrılığın simvolu kimi izah edir. 


116
Ox 
Azərbaycan  xalçaları  üzərində  geniş  şəkildə  tətbiq  edilən  elementdir.  La-
kin  o  xalça  kompozisiyada  müstəqil  şəkildə  çıxış  etmir.  Köməkçi  element 
kimi müxtəlif rəngli, orta, yaxud kiçikölçülü bir neçə “ox”un kompleks halda 
işləndiyini müşahidə etmək mümkündür.  Bəzən müxtəlif rəngli oxlar eyni 
rəngli yerliklərdə, bəzən isə əksinə eyni rəngli oxlar müxtəlif rəngli yerliklər 
üzərində  toxunmuşdur.  Oxların  əks  istiqamətdə  və  ya  eyni  istiqamətdə  to-
xunması xalçanın kənar haşiyəsinin tərtibatından və toxucunun şəxsi fantazi-
yasından, bədii təxəyyülündən asılıdır. Haşiyələrdə “ox” elementinin öz ilkin 
formasından uzaqlaşaraq sıralanması nəticəsində xalçaçılar arasında “su“ ad-
lanan silsilələr də yaranmışdır. Bu “su”lar üçbucaq formalı olurlar. Xalçalar 
üzərində  “ox”lar  məqsədyönlülük  rəmzi  kimi  yozulur.  Bir  mərkəzə  doğru 
yönəlmiş bir neçə ox təsviri isə vəhdət, eyni amal ətrafında birləşmək kimi 
mənalandırılır.    


117
Həm həndəsi, həm də astral simvoldur. Xalçalar üzərində ulduz adətən bəzək 
elementi  kimi  tətbiq  olunur.  Kompozisiyanın  məna  yükünü  gücləndirmək 
məqsədilə  ulduz  işıq,  ağıl  və  xoşbəxtlik  rəmzi  kimi  də  tətbiq  olunur.  Bu 
bilavasitə xalq təsəvvürləri, inancları ilə bağlı olan məsələdir. Təsadüfi deyil 
ki, “ulduzu parlamaq” ifadəsi Azərbaycanın müxtəlif bölgələrində xoşbəxtlik, 
rahatlıq mənasında işlənir. Xalça üzərində təsvir edilən içərisində rəngbərəng, 
beş,  altı,  səkkizguşəli  ulduzlar  olan  göllər  firavan  ailə  rəmzi  kimi  yozulur. 
Üzərində  ulduz  təsviri  olan  xalçaları  yeni  qurulan  ailələrə  hədiyyə  etmək 
ənənə halını almışdır.
Ulduz


118
NƏTİCƏ
Azərbaycan xalçaçılığı xalqın tarixən əldə etdiyi ən böyük nailiyyətlərdən biridir. 
Azərbaycan xalçaçılığının tarixinin öyrənilməsi sahəsində müəyyən işlər görülsə də, 
onun əsas istiqamətlərindən biri olan İrəvan bölgəsinin xalçaçılıq sənəti uzun müddət 
tədqiqatlardan  kənarda  qalmışdır.  Xalçaçılığa  aid  ümumi  tədqiqat  əsərlərində  isə 
İrəvan bölgəsi xalçaları Qarabağ qrupuna aid edilmişdir. 
Azərbaycan müstəqillik əldə etdikdən sonra, qədim Azərbaycan torpaqları olan 
İrəvan  bölgəsinin  tarixinə,  o  cümlədən  onun  xalçaçılıq  sənətinin  tarixinə  maraq 
artmışdır. Bunun nəticəsidir ki, Azərbaycanın İrəvan bölgəsində xalçaçılıq sənətinin 
tarixi  müstəqil  mövzu  kimi  seçilmiş  və  tədqiqata  cəlb  edilmişdir.  Mövzunun 
xronoloji çərçivəsi ümumi tarixi inkişafın ən mühüm dövrünü - XVIII əsrin II yarısı-
XX əsrin əvvəllərini və ya konkret olaraq İrəvan xanlığı (1747-1827-ci illər) və Rusiya 
imperiyasının  bölgədəki  müstəmləkəçilik  dövrlərini  (1827-1917-ci  illər)  əhatə  edir. 
Bu xronoloji çərçivə 170 illik dövr ərzində İrəvan bölgəsində xalçaçılıq sənətinin əsas 
inkişaf məsələlərini aydınlaşdırmağa imkan verir.
Mövzunun ətraflı şəkildə araşdırılması məqsədi ilə mövcud tarixi və sənətşünaslıq 
ədəbiyyatı tədqiqata cəlb edilmiş, geniş mənbə bazası formalaşdırılmışdır. İstifadə 
edilən mənbələr içərisində uzun müddət ərzində aparılan etnoqrafik çöl tədqiqatları 
zamanı böyük çətinliklərlə toplanan və mövzunun xronolji çərçivəsinə aid olan 100 
xalça xüsusi olaraq qeyd edilə bilər. Bu metod xalçaçılığa dair tarixi tədqiqatlarda ilk 
dəfə tətbiq olunur. Bununla əlaqədar olaraq işdə xalçaların sənətkarlıq xüsusiyyətinin 
də tədqiqinə geniş yer verilməsi zərurəti yaranmışdır.
Tədqiqat işində XVIII əsrin II yarısı-XX əsrin əvvəllərində Azərbaycanın İrəvan 
bölgəsində  xalçaçılıq  sənətinin  inkişafını  obyektiv  tədqiq  etmək  məqsədi  ilə  onun 
ən  mühüm  məsələlərini  nəzərə  almaq  zərurəti  meydana  gəlmişdir.  Bu  məqsədlə 
işin birinci hissəsində müəyyən edilmiş xronoloji çərçivədə ümumiazərbaycan tarixi 
istiqamətində  bölgənin  əvvəlcə  siyasi  tarixi  öyrənilmişdir.  Tarixi  faktlar  əsasında 
bir daha İrəvan bölgəsinin Azərbaycanın qədim tarixi-coğrafi ərazisi olması təsdiq 
edilmişdir.  İrəvan  xanlığının  meydana  gəlməsi  Azərbaycanda  xanlıqyaranma 
prosesinin tərkib hissəsi olmuşdur. İrəvan xanlığı Azərbaycan dövlətçilik tarixində də 
mühüm yer tutmuşdur. Xanlıq bir tərəfdən yadelli işğalçılara qarşı layiqli mübarizə 
aparmış,  digər  tərəfdən  öz  müstəqilliyini  qorumağa  xüsusi  diqqət  yetirmişdir. 
XVIII  əsrin  sonları-XIX  əsrin  əvvəllərində  Rusiya  imperiyasının  Cənubi  Qafqazı 
işğal siyasətini gücləndirməsi İrəvan xanlığından da yan keçməmişdir. Lakin İrəvan 
xanlığının  mübarizəsi  nəticəsində  1804-1813-cü  illər  müharibəsi  zamanı  onu  işğal 
etmək mümkün olmamışdır. Buna baxmayaraq Rusiya imperiyası yeni 1826-1828-ci 
illər müharibəsinədək olan dövrdə İrəvan xanlığına qarşı iddialarını davam etdirmiş, 
müharibənin gedişi zamanı isə ciddi müqavimətə baxmayaraq 1827-ci il oktyabrın 
1-də xanlığın mərkəzi İrəvan şəhərini tutmağa nail olmuşdur. 
Beləliklə,  İrəvan  bölgəsində  xanlıq  dövrü  başa  çatmış,  ağır  müstəmləkəçilik 
dövrü  başlamışdır.  Rusiya  imperiyası  İrəvan  bölgəsinin  inzibati  idarə  üsulunun 
dəyişdirilməsinə çalışmışdır. 1828-ci ildə Naxçıvan xanlığı ilə birlikdə tarixi İrəvan 
bölgəsində  qondarma  “erməni  vilayəti”  yaradılmışdır.  Belə  bir  siyasətin  doğru 
olmadığını  dərk  edən  Rusiya  imperiyası  1840-cı  illər  islahatının  gedişi  zamanı 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə