Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə31/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   27   28   29   30   31   32   33   34   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



91 

  Məhv edib könlüm qəmin bəxĢ et bəĢarət yardən,- 

beyti ilə başlanan tərcümənin səkkizinci beytinin ikinci misrasında 

tərcüməçi  “Hadiya,  əhrar  qorxmaz  təneyi-əğyardən”  şəklində 

öz  adını  da  işlətmişdir.  Şeirin  orijinalı  əlimizdə  olmadığından 

beytin niyə bu şəkildə tərcümə edilməsi hələ ki, bizə qaranlıqdır. 

Aşiqanə məzmunlu bu şeiri də, baxmayaraq ki, dilində çoxlu ərəb-

fars sozləri və tərkiblər işlənmişdir, M. Hadi çox ustalıqla tərcümə 

etmişdir. Nümunə üçün bir neçə beytə diqqət edək: 



 

Bu dili-divanəmiz zəncir ilə gəlmir geri, 

  Lütf qıl bu xəlqə ol geysuyi-ənbərbardən. 

  Rahət olmaqlıq üçün bu çeĢmi-xunəfĢanımız, 

  Bir qədər torpaq gətir də rəhgüzari-yardən. 

  ..Baği-hürriyyətdə, ey quĢ, Ģükr kim, azadəsən, 

  Bu əsarətpərvəranə müjdə ver gülzardən(115,  N 73). 

M.  Hadinin  Hafizdən  etdiyi  üçüncü  tərcümə  “Həyat” 

qəzetində  “Ümidi-visali-canan”  adı  ilə  dərc  olunmuşdur(124,  N 

111).  M.  Hadi  tərcümənin  bəzi  misralarında  xırda  dəyişikliklər 

etmək  və  “Gər  bahari-ömr  ola,  ey  bülbüli-qüdsinəva,  Saxəzibi-

feyz  olur  ya  bülbülüstan,  qəm  yemə”  beytini  artırmaqla  “Ümidi-

visali-canan, yaxud qəm yemə” adı ilə “Firdovsi-ilhamat” kitabına 

da  salmış(377,  118-119)  və  əsər  oradan  götürülərək  eyni  ilə 

sonrakı kitablara da daxil edilmişdir(379,  397). M. Hadinin “Qəm 

yemə”  rədifi  ilə  tərcümə  etdiyi  ictimai  məzmunlu  bu  əsər    Ə. 

Hüseyni  tərəfindən  də  “Qəm  yemə”  rədifi,  eyni  bəhr  və  eyni 

həcmdə tərcümə olunaraq nəşr edilmişdir(48, 16-17). 

Bir neçə  beyti nümunə kimi veririk: 

  Mahi-Kənanın gəlir, ey piri-Kənan, qəm yemə, 

  Beyti-əhzanın olur bir gün gülüstan, qəm yemə. 

  ..Olma hərgiz naümid agah deyilsən qeybdən, 

   Pərdə içrə yox deyil əsrari-pünhan, qəm yemə. 

  ..Bir cəhətdən təni-düĢmən, bir tərəfdən hicri-dost, 

 

Hali-qəmpərvərləri bilməzmi Rəhman?Qəm yemə(124,  N 111). 

Şeirin sonluğuna Hafizə yox, özünə məxsus bir beyti artıran 

şair qəzəli belə tamamlayır: 

 

Hadiya, Ģeiri-Lisanül-qeybə oldun tərcüman, 




İslam  Qəribli 

 

 



92 

 

Ruhi-Hafizdir sənə hər dəm sənaxan, qəm yemə(124, N 111). 

 Qəzet  bu  tərcüməyə  “İdarədən”  başlığı  altında  aşağıdakı 

qeydi  vermişdir:  “Əfəndim,  şairlərimiz  və  mütəşairlərimiz  inad 

edib  vəzn  üçün  “olur,  gəlir”  yerinə  “olu,  gəlü”,  “dır”  yerinə  “di, 

du” yazdıqca və ələlümum türk əfalının “ra”larını udduqca, biz də 

inad edib mənzumələrini qəzetəyə dərc etməyəcəyiz. Qəm yesələr 

də,  yeməsələr  də  yenə  dərc  etməyəcəyiz!  Sizin  də  bəzi  mənzum 

tərcümələrinizdən  sərf-nəzər  etməyimizin  səbəbi  budur  ki,  onları 

zəhmət çəkib düzəltsəniz, bəlkə  çap edəriz. Yuxarıda dərc edilən 

tərcümənizdə  dəxi  bir  misra  bu  növ  qüsurdan  azad  deyildi. 

Deyirdiniz ki: 

  

Hali-qəmpərvərlərə vaqifdi Rəhman, qəm yemə”.

 

“İdi”nin müxtəsəri olan “di” türkcədə Mavərayi-Baykaldan 

Xütteyi-Misriyyəyə, Trablisi-qərbə qədər söylənən türkcədə ədati-

mazi olduğundan sözünüzdən bu məna çıxır ki, haşa cənabi-Həqq 

keçmişdə  qəmpərvərlərin halına vaqif idi, indi deyil.  Onun üçün 

məzkur misranın bu surətdə olmasını daha münasib bulduq: 



 

 “Hali-qəmpərvərləri bilməzmi Rəhman? Qəm yemə..” 

       Bir  də  vəzni  doldurmaq  üçün  “də”lərdən,  “çün”lərdən  və 

sairədən əl çəkməlidir..”(124,  N 111).

 

M.  Hadinin  “Həyat”da  dərc  etdirdiyi  tərcümə  əsərlərindən 



biri  də  “Vəhdaniyyət  və  maarif”dir.  Fars  şairi  Sənai  Qəznəvidən 

edilmiş  bu  tərcümə  “Mütərcimi  Məhəmmədül-Hadi”  qeydi  ilə 

qəzetin 1906-cı ildə çıxan 113-cü sayında işıq üzü görmüşdür(125, 

N 113). İyirmi doqquz beytdən ibarət olan bu tərcüməni M. Hadi 

misra,  ifadə  və  beytlərində  müəyyən  dəyişikliklər  etməklə 

“Tövhid”  adı  ilə  “Füyuzat”  jurnalında(173,  N  22),  “Təraneyi-

tövhid”  sərlövhəsi  ilə  “Firdovsi-ilhamat”  kitabında  da  çap 

etdirmişdir(377,  108-110).  Həmin  əsər  “Firdövsi-ilhamat”dan 

götürülərək izahlar yazılmaqla sonrakı kitablara da daxil edilmiş-

dir(379,  386-387).  Bütünlüklə  maarif,  elm,  mədəniyyət,  paklıq, 

əhdə sadiqlik və s. bu kimi yüksək bəşəri məsələlərin tərənnüm və 

təbliğinə  həsr  olunmuş  belə  bir  əsəri  tərcümə  etməklə  M.  Hadi 




Məhəmməd   Hadi  və   mətbuat 

 

 



93 

idealına  sadiqliyini  bir  daha  nümayiş  etdirmış,  Sənayinin  şeiri 

vasitəsi ilə həməsrlərinə müraciət etmiş və bildirmişdir: 

 

Əgər Yusiftək istərsən bu zindandan xilas olmaq, 



  Maarifpərvər ol, elm ilə kəĢfi-sirri-röya qıl.  

  ..Gər istərsən Məsihatək kəlamın guĢə alsınlar, 

  Həqiqi ruhi-qüds ol, sonra dəvayi-Məsiha qıl.  

  ..Dilərsən Zöhrətək zibi-sipehri-etila olmaq, 

  Ziyayi-mərifətlə cismü canın sən də nura qıl.  

  Xilafi sözlər ilə cismü canın xəstələnmiĢdir, 

  Burax bu ixtilafı, cana elm ilə müdava qıl(125,  N 113). 

M.  Hadinin  tərcüməçilik  fəaliyyətindən  danışarkən  bir 

məqamı  mütləq  xatırlatmaq  lazımdır.  Akademik  B.  Nəbiyevin 

zərgər dəqiqliyi ilə qeyd  etdiyi kimi, “yazıçı-mütərcim orijinalın 

müəllifini  sevdikdə,  ona  ruhən,  qəlbən,  yazı  üsulunun  müəyyən 

cəhətləri  ilə  yaxın  olduqda,  belə  bədii  tərcümə  daha  ciddi 

yaradıcılıq  səmərəsi  verməyə  qadirdir”(413,  167).  M.  Hadinin 

tərcümə etdiyi müəlliflər və tərcümələri məhz bu qəbildən olduğu 

üçün tərcümə yox, orijinal əsər təsiri bağışlayır. 

İrəlidə qeyd etdiyimiz kimi, M. Hadinin “Həyat” qəzetində 

çap  etdirdiyi  məqalələrinin  əksəriyyərində  yeri  gəldikcə  şeir 

parçalarından da istifadə olunmuşdur ki, bunlıarın da əksəriyyətini 

Şərq klassiklərindən götürülən nümunələr təşkil edir.  

Tərcümələrin  nəzərdən  keçirərkən  aydın  olur  ki,  bir  qələm 

sahibi, mütəfəkkir, millətini və xalqını sevən və bu sevgi yolunda 

özünü  şam kimi  əritməyə hazır olan M. Hadi o  əsərləri tərcümə 

edir  ki,  onlar,  əsasən,  elm,  maarif  və  mədəniyyətin  səmərəsinə, 

yüksək  bəşəri  və  insani  keyfiyyətlərin  təbliğinə  həsr  olunmuş 

əsərlərdir  və  bu  əsərlərin  ruhu  şairin  amal  və  məramına  çox 

yaxındır.  

                                     

                                           **** 

   M. Hadinin “Həyat” qəzeti səhifələrində dərc olunmuş şeir, 

məqalə  və tərcümələrinin ümumi təhlili  göstərir ki, o, bir şair və 

mütəfəkkir  olaraq  istedad  və  bacarığını  bütünlüklə  millətinin, 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə