Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə39/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   35   36   37   38   39   40   41   42   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



115 

nömrəsində dərc etdirmişdir(407, N 15). M. Ə. Sabir M. Hadinin 

şeirinin  vəzn,  qafiyə  və  rədif  sistemini  saxlasa  da,  əsərini  M. 

Hadidən fərqli olaraq müxəmməs şəklində deyil, beytlər şəklində 

qurulan qəsidə formasında yazmışdır. 

“Şirvan xatiratı”(162, 217) şeiri romantik roeziyaya xas olan 

həyəcanlar,  duyğu  və  düşüncələrlə  yazılmış,  M.  Hadi  lirikasının 

əzəli  və  əbədi  mövzularından  olan  millətin  taleyi  barədə 

düşüncələr bu əsərin də aparıcı xəttini təşkil edir. Başlıqdan sonra 

“Rövşənayi-leyldə  bir  xarabazarın  mənzərəsi”  (“Aydın,  işıqlı  bir 

gecədə  bir  xarabazarın  mənzərəsi”  -  İ.  Q.)  sözlərinin  verilməsi 

irəlicədən  şairin  fikirlərinin  hansı  istiqamətdən  şərh  ediləcəyinə 

işarədir. Şeiri şərti olaraq iki hissəyə bölmək olar. Birinci hissədə -  

ilk  on  üç  beytdə  aydın  bir  gecə,  müşk,  ənbər  qoxulu  hava, 

dahilərin  xəyalı  kimi  azad  və  parlaq  səma  və  s.  bu  kimi 

könüloxşayan şeylərdən söhbət  açan, səmanı  güzgüyə -  ayinəyə, 

ayı  sevgililərin  əksinə  -  şəklinə  bənzədən  (qəmər  əksi-nigar  idi) 

şair daha sonra aşağıdakıları bildirir: 

 

Bənzərdi asiman sədəfi-dürrpərvərə, 

  Səyyarələr içində düri-Ģahvar idi. 

  Bəhri zümürrüdündə bu fəvvareyi-ziya, 

  Yəni mah aləmə pərtövnisar idi. 

  Əmaqi-ruhdan gəliyordu həzin səda, 

  Ġlhami-qeybə qarĢı dilim guĢdar idi(162,  217). 

Nəzərlərində ilahi görünüşlü, gözəl mənzərələr canlanmaqla 

fikri  sirli  dünyanın  göylərini  dolaşan,  hər  yerdə  gözəllik  görən 

lirik qəhrəmanın gözlərinə birdən-birə arzusunda olmadığı bir şey- 

xarabazar  sataşır  və  bu  qəmli  mənzərələri  görən  qəhrəmanın 

bayaqdan  sevinən  qəlbinə  bir  qəm  hakim  kəsilməyə  başlayır. 

Gözə görünən elə bir yerdir ki, orada kaşanələr yıxılmış, xanələr- 

evlər xarab olmuşdur. Burada: 



 

Səs yox, sükuta dalmıĢ idi növm pərvəran, 

 

Asari-ruh yox, vətənim səngzar idi. 

Bu azmış kimi: 



 

Bir qaç səfil xanədə vardı sönük ziya, 


İslam  Qəribli 

 

 



116 

  Bu külbələr ləbaləb əhli-qumar idi. 

  Əks eyləyən qulağa sədayi-kilab ilə, 

  Avazi-nifrətvəri-əhli-xumar idi(162,  217). 

         “Bəngiləri,  bu  bir  sürü  ərbabi-qəfləti”  görüb  onların  hali-

səfalətinə  gözü  qanlı  yaşla  dolan  lirik  qəhrəman  -  şair  keçmişi 

həsrətlə xatırlamaqdan başqa çarə görmür və yazır: 



 

Bir gülĢəni-maarif idin, ah, ey vətən, 

  Nuri-fəzilət ilə ləyalın nəhar idi. 

  ġairlərin, o sevgili rəhbərlərin sənin- 

  Xaqani idi, Seyyidü Bixud, Bahar idi. 

  Ziynət-fəzayi-məhdi-ədəb, əhli-mərifət,  

  Kim, hər biri ədibi-fəzailĢüar idi(162,  217). 

Indi  isə  vəziyyət  tamamilə  başqalaşıb.  Yaxşıları  yamanlar, 

bülbülləri  qara  qarğa  və  dolaşalar  əvəz  etmiş,  ruhları  vətən 

göylərində sərgərdan dolaşan “bülbüllərin məzarda “vətən, vətən” 

söyləməkdən başqa çarəsi qalmamışdır”.  

        M.Hadinin  “Bu  gün  sübhi-əzəldən  doğdu  bir  şəmsi-

ziyapərvər”  misrası  ilə  başlanan  dörd  beytlik    “Mövludi-fəxri-

aləm” şeiri(163, 229)   Məhəmməd peyğəmbərin (s) anadan olma 

günü  münasibəti  ilə  yazılmış  və  kitablarının  heç  birinə 

düşməmişdir.  Şair  bildirir  ki,  peyğəmbərimiz  Rəsuli-əkrəmin 

dünyaya  gəlişi  ilə  dünya  evi işıqlandı  və  

Bu  gündə  bəxĢ  olundu 

kainatə tazə bir zinət”. Dünya zalımlar, çoxallahlılar və bütpərəstlər 

əlindən sərgərdən ikən,  Allah-taala tərəfindən o,  bir nur  kimi Yer 

üzərinə  göndərildi  ki,  öz  Ģöləsi  ilə  aləmi  nurlandırsın  və  zülmət 

içində  çabalamaqda  olan  insanları  doğru  yola  çağırsın,  haqqa 

qovuĢmaq üçün onlara rəhbər olsun.  

 “Ədəbiyyat”  başlığı  altında  dərc  olunan  “Facieyi-

həyatımızdan bir pərdə” şeiri(165, 250-251) 1906-cı il may ayının 

11-də  (sənə  1325,  27  rəbiül-əvvəl)  yazılmış,  məcmuədə 

“Məhəmməd  Hadi  Şirvani”  imzası  ilə  çap  olunmuş,  mətnində    

heç  bir  dəyişiklik  edilmədən  kitablarına  da  daxil  edilmişdir(377, 

379, 381; 52-53, 50-51, 59-61). Qəsidə janrında olan bu əsər XIX 

əsrin  tanınmış  türk-osmanlı  ədibi  “Namiq  Kamalın  “Görüb 

ehkami-əsri  münhərif  sidqü  səlamətdən,  Çəkildik  izzətü  iqbal  ilə 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



117 

babi-hökumətdən” 

mətləli 

məşhur 


“Qəsideyi-qərra”sına 

nəzirədir”(379, 435). 

M. Hadinin yaşadığı dövrü faciə adlandırması, təbii ki, onun 

romantik  duyğu  və  düşüncələrindən  irəli  gəlir  və  o,  mühitində 

bəşər  övladına  yaraşmayan  hər  hansı  bir  hadisənin  baş  verdiyini 

görəndə müvazinətini itirincəyə qədər əsəbiləşir və yazır: 



 

Açıb övladi-millət bir-birinə pənceyi-qəhrin, 

  Sönüb müĢkati-rəhmət sərsəri-qəhrü ədavətdən. 

  Cavanani-vətən qurbani-ĢəmĢiri-cəhalətdir, 

  YıxılmıĢ heykəli-islam, ey əfsus, qəflətdən. 

 

Bitənlər sanma al güldür, çiçəkdir səhni-gülĢəndə, 

Vətən Ģükufəzar olmuĢ dəmi-məsumi-millətdən(165,  250). 

Vətən  mülkünün  millətin  qanından  şükufəzara-  çiçəkliyə 

çevrildiyini  bildirən  şairin  hiddət  və  nifrəti  qabarmış  dəniz 

dalğalarını  xatırladır.  Həmcinslərinə  “etdiyin  zülmlərdən  usan”, 

“törətdiyin  vəhşiliklərdən,  tökdüyün  qanlardan  utan”,-  deyə 

müraciət edən şair, bunların, bu yaramazlıqların səbəbini yenə də 

hürriyyətin, maarif və mədəniyyətin yoxluğunda görür. 

“Ədəb  yox,  mərifət  yox,  tərbiyət  yox,  cümləmiz  nadan”,-

yazan  müəllif  məhz  bu  səbəbdən  ərazi,  vətən,  mal  və 

mülkümüzün əğyar, yad əlinə keçməsindən acı-acı gileylənir. 

Millətin  yaşayışının bu  qədər qarmaqarışıq olmasının digər 

səbəbini M. Hadi milli birliyin olmamasında, özümüzün-özümüzə 

düşmən kəsilməyimizdə görür və yazır: 

 

Biz etdik bizlərə, yox kimsədə təqsir, vallahi, 

Düçari-zillət olmağımız deyildir baĢqa millətdən(165,  251). 

Bəs xilas yolu nədədir? Xilas yolu meydana mərdanə qədəm 

qoyub dünyanı həqiqət nuru ilə işıqlandırmaqda, bir millət olaraq 

birləşməkdə, ağlın və elmin gücü ilə hürriyyəti qazanmaqdadır.  

1906-cı  ilin  may  ayının  22-də  yazılmış    “Amali-vicdan” 

şeirində (166,  265-266) ümumi məhəbbət ideyasının tərəfdarı və 

təbliğatçılarından biri olan M. Hadi bəşər övladlarını “hasili-baği-

təbiət”  hesab  edərək  bütün  dünyaya  sülh  və  əmin-amanlıq 

arzulayır. “Ürək ərzində bəslənmiş əməl hübbi-ümumidir”,- deyən 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə