Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə42/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   38   39   40   41   42   43   44   45   ...   147

İslam  Qəribli 

 

 



124 

etiraz  olunur  və  bəlkə  də  şairdən  ənənəvi  mövzularda  əsərlər 

yazmaq istəyi bildirilir. Elə buradaca qeyd edək ki, M.Hadinin şeir 

və  nəsr  dili  ərəb-fars  tərkibləri  ilə  çox  yükləndiyindən  doğurdan 

da  çətin  anlaşılan  dildir  və  bu  halı  şairin  müasirləri  də,  M.Hadi 

irsinin  tədqiqatçıları  da  dönə-dönə  qeyd  etmişlər.  Lakin  şairin 

poetik  üslubunda,  şeir  texnikasında,  məqalələrin  sintaksisində 

köklü,  əsaslı  qüsurlar  axtarmaq  əbəsdir.  Müasirləri  arasında 

qrammatik normaları gözləmək baxımından M.Hadinin barmaqla 

göstərilə  biləcək  sənətkarlardan  biri  olması  şəksizdir.    Qaldı 

M.Hadinin  mövzular  aləminə,  burada  da  mübahisə,  narazılıq 

döğura  biləcək  bir  ciddi  məqam  yoxdur.  Belə  ki,  bir  sənətkar 

olaraq  o,  özünü  tamamilə  ictimai  mövzuların  təbliğ  və 

tərənnümünə  həsr  etmiş,  cəmiyyət,  insanlıq  aləmi,  bəşəriyyət  və 

islam  dünyası  üçün  xeyirli  olacaq  kiçik  bir  hadisəni  belə 

alqılşlamış,  insan  həyatına  və  əxlaqına  zərər  vuracaq  əməlləri 

kəskin şəkildə pisləmiş, ittiham etməkdən çəkinməmişdir. 

Cəmiyyətdə  hökm  sürən  qeyri-insani,  zülmə,  sitəmə,  bəra-

bərsizliyə  söykənən    qanunları  və  qanunlardan  öz  çirkin 

niyyətlərini yerinə yetirmək üçün bir vasitə kimi istifadə edənləri 

XX  əsrin  heç  bir  Azərbaycan  yazarı  M.Hadi,  M.Ə.Sabir  və 

C.Məmmədquluzadə  kimi  kəskin  şəkildə  ittiham  və  ifşa 

etməmişdir.  M.Hadinin  böyüklüyü  bir  də  onda  olmuşdur  ki,  o, 

özünün iki nəhəng müasirindən fərqli olaraq,  bu bəlalardan çıxış 

yollarını  da  göstərmiş,  əsərlərində  dönə-dönə  “Haqqını  ancaq 

maariflənməklə,  mübarizə  yolu  ilə,  zülmə  qarşı  üsyan  etməklə 

qazana  bilərsən”  -  fikrini  irəli  sürmüş,  fədakarlıq,  mərdanəlik 

barədə  onlarla  klassik  sənət  nümunələri  olan  əsərlər  yazmışdır. 

“Həsbhal,  yaxud  bizim  Hadinin  iztirabları”  şeiri  də  məhz 

belələrindəndir. 

Şairin mürəttibə cavabında: 

 

Bir yanda məst qəzəllərlə Hafizi-ġiraz, 



  Olur piyaləkəĢü Ģuxpərvərü dəmsaz(174,  389),- 

sözləri ili Hafizi, yaxud didaktik əsərləri ilə daha çox məşhur olan 

Sədi Şirazini, “Şərab dolduraraq müğbeçə xüram edən” deyimi ilə 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



125 

XIX  əsr  fars  şairi  Qaanini  xatırlaması  təsadüfi  deyil.  Şair 

zəmanənin gül, bülbül, mey, məzə zəmanəsi olmadığını və şeirin 

də  bu  ənənəvi  mövzulardan  uzaqlaşdığını  bildirməklə,  əslində 

“təzə şeir necə olmalıdır?” sualına cavab vermiş olur. 

Yaradıcılıqlarında  əsasən,  tərkidünyalıq  və  bir  qədər  də 

mistik  eşq  və  həyat  tərzi  təbliğ  olunan,  əsərlərini  təmtəraqlı  bir 

üslubda yazmağa daha çox meyl edən şairləri xatırladan M.Hadi 

Qaaninin  (Mirzə  Həbib  Şirazi)  bir  fikrini  təqlid  etməkdən  özünü 

saxlaya bilmir və yazır: 

  Sərimdə nəĢveyi-səhba, gözümdə nuri-camal, 

  Onun xüramını təqlidə baĢlarım dərhal: 

  “Gəzər büraqi-xəyalım fəzayi-lahuti, 

  Cahani-nurdə suzan olur pərü balı.” 

  Görürmüsüz ki, Ģu bir ləhzədə Ģu bir beyti- 

  Cahani-mərifətdə eylədim hədiyyə ... vəli....(174,  389). 

Mürəttibə  və  əslində  M.Hadini  qınayanlara  ünvanlanan 

əsərdə o bildirir ki, “Başımda şərab nəşəsi, gözümdə bir gözəlin 

surətini  canlandırmaqla  onun  gözəlliyini  tərifə  və  təqlidə 

başlasam,    yazdığım  da  şərabın  və  gözəlin  halına  uyğun  olacaq. 

Yazmağa  məcbur  olacağam  ki,  xəyalımın  atı  (Büraq  -  Merac 

gecəsi Məhəmməd peygəmbərin mindiyi adam başlı və at bədənli 

bir heyvan deməkdir- İ.Q) ilahi göylərdə gəzər və “cahani-nurdə” 

(burada  ilahi  dünyanı  işıqlandıran  nur  mənasındadır  -  İ.Q.)  qol-

qanadı  yanıb  külə  dönəcək!  Belə  yaza  bilərəm,  lakin  görəsən 

bunun mərifət əhlinə bir xeyrı varmı?” 

Təbii  ki,  M.Hadi  bu  tipli  şeirləri  qəbul  etmir  və  belə 

mövzularda  yazmağı  özünə  yaraşdırmadığı  kimi,  sənətə  və 

cəmiyyətə də xəyanət hesab edirdi. 

Hələ  bu  hamısı deyil. Şair  daha  sonra  bildirir ki,  əgər  mən 

şeirimə irad tutanların arzusuna uyğun yazmalı, köhnə üslublarla 

qafiyəsənclik etməli olsam onda: 

 

DüĢər də ağlaram! ƏĢar olar bütün əfğan!(174,  389). 

Amma  nə  etməli?  M.Hadi  şeiri  tərif  və  boşboğazlıq  üçün 

yox,  millətin  və  bəşərin  dərdlərini  təşxis  etmək  üçün  bir  vasitə 




İslam  Qəribli 

 

 



126 

hesab  edirdi  və  bu  səbəbdən  də  bir  qrup  “dekadan”  kimi 

(dekadantizm  XX  əsrin  əvvəllərində  Rusiya  və  Qərbi  Avropada 

yaranmış xəlqiliyə və sənətə zidd olan bir ədəbi cərəyan idi.- İ.Q.) 

o, nə  “nəzirəsaz”, nə də  başqaları kimi adı şeir, özü isə  bir  yığın 

sözdən  ibarət,  ictimai  məzmunu  olmayan  nəzmlərin  müəllifi  ola 

bilməzdi. 

Şairin  əsərin  sonunda  dolayısı  ilə  Əli  bəy  Hüseynzadənin 

“Füyuzat”ın 17, 18 və 20-ci nömrələrində çap etdirdiyi “Məcnun 

və  Leylayi-İslam”  adlı  bədii-publisist  əsərini  xatırlaması  da 

təsadüfi deyildi.  M.Hadi də İslam aləminin bir xəstəyə bənzəməsi 

məsələsində  Ə.Hüseynzadə  ilə  həmfikir  idi  və  bu  “xəstəni- 

mərizi” sağaltmaq  üçün  yollar axtarırdı.  Bu  yollardan biri olaraq 

o,  heç  şübhəsiz  ki,  qələmi,  sözü,  xalqın,  millətin,  geniş  mənada 

bəşəriyyətin  səadəti  naminə  xidmətə  yönəltməkdə  görür,  qələm 

yoldaşlarını dərdi, illəti ört-basdır etməyə yox, onu göstərməyə və 

təşxis etməyə çağırırdı. 

M.Hadinin mətnində heç bir dəyişiklik edilmədən “Firdovsi-

ilhamat”a

                   

(377,  99-101)  və    sonrakı  kitablarına  düşən(379, 

381; 69-70; 75-76)  “Gözlərin” rədifli şeiri jurnalın 26-cı sayında 

dərc olunmuşdur(177,  419). 

 

Qıldı, ey ahu, məni vəhĢi qəzali gözlərin, 



  Etdi səhragərdi-cənnət laübali gözlərin,- 

mətləli 15 beytlik bu qəzəl şairin məhəbbət mövzusunda olan çox 

az  sayda  əsərlərindən  biridir.  Şeirdə  sevən  bir  aşiqin  hiss-

həyəcanları,  məşuqəsindən  yana  keçirtdiyi  sarsıntılar  və  bu 

səbəbdən  düşdüyü  hallar  çox  ustalıqla  və  emosional  bir  tərzdə 

ifadə olunmuşdur. Bir neçə beytə diqqət edək: 

 

Anlamazdım mən nədir dərd içrə əfvaci-xəyal, 

  Eylədi rövĢən, həqiqət bu xəyalı gözlərin. 

  Hər zaman qılsam nəzər ayineyi-nəzzarənə, 

  PiĢi-çeĢmə ərz edər ol məhcəmalı gözlərin. 

  Dideyi-xunbarımı gördükdə xab eylər fərar, 

  Sübhü ərz etməkdə, mahım, ol ləyalı gözlərin(177,  419). 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə