Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə50/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   46   47   48   49   50   51   52   53   ...   147

İslam  Qəribli 

 

 



148 

Göründüyü  kimi  M.  Hadi  tərcümə  zamanı  22  misranı  tərcümə 

etməmiş,  S.Vurğunun  isə  sətri  tərcümə  əsasında  etdiyi  poetik 

tərcüməyə 18 misra düşməmişdir. 

Jurnalın  30-cu  nömrəsində  “Əbdüssəlimzadə  M.  Hadi” 

imzası ilə “Hekayeyi-eşq” adlı bir şeir çap olunmuşdur(183, 476). 

  EĢitdim mən ki, Məcnuni-diləfkar, 

  Olunca mövti-Leyladan xəbərdar,-

 

beyti  ilə  başlayan  7  beytlik  bu  şeirə  M.  Hadi  belə  bir  qeyd 

vermişdir:  “Qailini  məəttəssüf  bilmədiyim  şu  hekayəyi-

mənzumeyi-lətifəyi  tərcümə  etməkdən  keçinmədik.”  Buradan  da 

anlaşılır  ki,  şeir  şairin  öz  orijinal  əsəri  deyil,  müəllifini  M.  

Hadinin  özünün  də  tanımadığı  bir  şairin  əsərinin  tərcüməsidir. 

Yeri  gəlmişkən,  əvvəl  şeirin  farsca  orijinalı,  sonra  isə  tərcüməsi 

verilmiş və bu şeir həm “Firdovsi-ilhamaf”da(377, 110-11), həm 

də “Seçilmiş əsərlər”də(379, 390) getmişdir. “Seçilmiş əsərlər”də  

tərcümələr  sırasında  verilmiş  bu  şeir  ilk  baxışda  məhəbət  şeiri 

təsiri  bağışlasa  da,  əslində  həyat,  yaşayış,  məhəbbətin  mənası 

burda fəlsəfi ümumiləşdirmənin bariz nümunəsidir. 

Tərcümənin  ilk  beytlərindən  anlaşılır  ki,  Leylinin 

ölümündən  xəbər  tutan  Məcnun  qəbristanlığa  gəlir  və  ağlaya-

ağlaya onun qəbrini axtarır. Lakin axtarışlarının heç bir səmərəsi 

olmur. Bu zaman o, bir uşağa rast gəlir, ondan Leylinin qəbrinin 

harda olduğunu soruşur. Uşaq gülür və ona belə bir cavab verir: 

 

Ey piri-dana!  



  Cahani-eĢqə sultanlıq qurarsan, 

  Nə qəflət, qəbri-Leylanı sorarsan? 

  Məzaıstana get, hər qəbri yoxla, 

  Və hər bir qəbrdən xak al da qoxla. 

  O yerdən ki, duyarsan buyi-sevda, 

  O yerdir istirahətgahi-Leyla(183,  476). 

Tərcümə  etdiyi  əsərlərində  də,  poetik  irsində  olduğu  kimi, 

daha çox ictimai, mənəvi-əxlaqi məsələlərə önəm verən M. Hadi 

sənəti  insanlığa,  cəmiyyətə  xidmət  vasitəsi  hesab  etdiyindən 

klassiklərin  o  əsərlərinə  müraciət  edir  ki,  onlar  ideyaca  bu  günlə 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



149 

səsləşsinlər,  insanı  kamilləşdirməyə,  cəmiyyətdə  xeyirin  şər 

üzərindəki qələbəsini təmin etməyə yardımçı ola bilsinlər.   

 

                                   **** 



Parlaq zəka, ensiklopedik bilik və alovlu ürək sahibi olan M. 

Hadi  bir  mütəfəkkir  kimi    daha  çox  zəngin  və  çoxəsrlik  Şərq 

mədəniyyəti  və  düşüncə  tərzinə  malik  sənətkardır.  Mətbuat 

aləminə gəlişinə qədər əsas məşğuliyyəti mütaliə olan M. Hadinin 

mətbuata gəlişindən sonra qarşısında ruh və məramına uyğun olan 

yeni bir mənzərə açılır. O, ürəyində  yığılıb qalan, ruh və beynini 

işğal  etmiş  fikirlərini  cəmiyyətələ  bölüşmək  imkanı  qazanır.  Əli 

bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Haşım bəy Vəzirov, Üzeyir 

bəy  Hacıbəyov,  Abdulla  Şaiq  və  s.  onlarla  nəhəng  söz,  qələm, 

əqidə  sahibləri  ilə  tanışlıq  gənc  M.  Hadinin  dünyagörüşünün 

formalaşmasına  əhəmiyyətli  dərəcədə  təsir  göstərir.  “Həyat” 

qəzetində  olduğu  kimi,  “Füyuzat”  məcmuəsində  nəşr  etdirdiyi 

əsərlərində  də  o  yalnız    millətin  dərdinin  nədən  ibarət  olduğunu 

söyləməklə  kifayətlənmir,  dərdi  təşxis  və  müalicə  etməyin 

yollarını da göstərməyə çalışır. Cəmi bir il fəaliyyət göstərən bir 

məcmuədəki  fəaliyyəti  M.  Hadidən  həm  şair-tərcüməçi,  həm 

jurnalist,  həm  tarixçi,  həm  də  cəmiyyətşünas  alim  kimi  bəhs 

etməyə kifayət qədər material verir. Bir şair və mütəfəkkir olaraq 

M. Hadinin müraciət etdiyi mövzular nə qədər rəngarəng olsa da, 

onlar  ümumi,  mayasında  Allah  və  insan  sevgisi  olan  bir  ideya 

ətrafında  birləşirlər  ki,  bu  ideyanın  da  adı  Xaliqə  və  insana 

məhəbbət, dünyaya səadət və bunların həyata keçməsi üçün şərait 

yaradacaq  AZADLIQ, BƏRABƏRLĠK və HÜRRĠYYƏTDĠR. 

 

 

 

 

 

 

 



İslam  Qəribli 

 

 



150 

 

 

II FƏSĠL 

 

M. HADĠNĠN DĠGƏR MƏTBUAT ORQANLARI ĠLƏ ƏLAQƏSĠ. 

ƏDƏBĠ-ELMĠ  ĠRSĠ  “TƏZƏ HƏAYAT”IN  SÜTUNLARINDA 

 

II. 1. POETĠK  ƏSƏRLƏRĠNDƏ  MAARĠFÇĠLĠK   

VƏ  AZADLIQ ĠDEYALARININ TƏBLĠĞĠ 

 

M.    Hadi  yaradıcılığının  ilk  illərində  “Həyat”  qəzeti  və 



“Füyuzat”  jurnalı  ilə  yanaşı  “Dəbistan”  jurnalı,    “İrşad”, 

“Təkamül”,  “Yoldaş”  kimi  qəzetlərlə  də  əlaqə  saxlamış,    yeri 

gəldikcə bu mətbuat orqanlarında şeirlərini dərc etdirmişdir. 

1906-cı  il  aprelin  16-dan  1908-ci  ilin  mart  ayının  10-na 

kimi “Bakıda Əli İsgəndər Cəfərcadə ilə Məhəmmədhəsən bəyin 

müdirliyi  və  naşirliyi  ilə  nəşr  edilən”(393,  48)  “Dəbistan” 

jurnalında  M.  Hadinin  məktəb,  maarif  və  mədəniyyətin 

cəmiyyətin həyatında oynadığı  rolu barədə mülahizələrini özündə 

əks  etdirən  yeddi  şeiri  çap  olunmuşdur.  Bu  şeirlər  həm  şairin 

1908-ci  ildə  çıxan  “Firdovsi-ilhamat”,  həm  də  1978  və  2005-ci 

illərdə nəşr olunan “Seçilmiş əsərləri”nə daxil edilmişdir. 

“Lövheyi-təsvri-maarif” şeiri   janrına  görə  qəsidədir(186,  

N  8).  37  beytlik  bu  şeir  heç  bir  dəyişiklik  edilmədən  həm 

“Firdovsi-ilhamat”a(377,  7-10),  həm  də  sonrakı  kitablara 

salınmışdır(379, 10-11; 381, 25-27). Jurnalda belə bir qeyd vardır: 

“Bürhani-tərəqqi”dən. Bu isə M. Hadinin həmin vaxt Həştərxanda 

yaşaması, M. L. İsmayılzadənin redaktorluğu ilə çəxan “Bürhani-

tərəqqi” qəzetində işləməsi və bu şeirin də ilk dəfə həmin qəzetdə 

çap olunmasına işarədir. 

 

Məktəb, maarif, elm, elmi necə əldə etməyin yolları və bu 



qazanılmışların  bəşər  övladına  verəcəyi  xeyirlər  barədə  məllifin 

düşüncələrinin  məhsulu  olan  bu  əsəri  məktəbə,  elmi  öyrənməyə 

çağırış da adlandırmaq olar. “Vətən övladı, elmi öyrənməyə qeyrət 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə