Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə48/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   44   45   46   47   48   49   50   51   ...   147

İslam  Qəribli 

 

 



142 

1.  “Cəhalətimdən  şikayət”(377,  134-135).  “Varmı  bundan 

yuxarı  uçmağa  istedadım”  misrası  ilə  başlanan  və  jurnal 

variantında beş beytdən ibarət olan şeirə imla və quruluşuna xələl 

gətirilmədən aşağıdakı beyt artırılmışdır: 

  Ey Hadiyi-qəmdidə! De Ģu bülbüli-zarə, 

  Cəh-cəh deyib axır düĢər ağuĢi-məzarə. 

 

2. “Aşiqi-sadiqləriz, pünhan deyil bürhanımız” misrası ilə 



başlanan  üç  beytlik  şeir  isə  “Firdovsi-ilhamat”da    “Bu  da  bir 

həqiqət” adı ilə çap olunmuşdur(377,  135). 

  3.  “Afərin  olsun  sənə,  filusufi-zifunun”  misrası  ilə 

başlanan beş beytlik şeir heç bir dəyişiklik edilmədən “Şeyxlərə- 

işanlara” adı ilə kitaba salınmışdır(377, 135). 

  4.  “Sofi,  gəl öyrən  həyatın  tərzini heyvandan” misrası ilə 

başlanan şeirə isə: 

 

Elmü ədəbdir Ģu zikrdən murad, 



  Səhbeyi-səddanə çevirmək deyil. 

  Məniyi-Quranı düĢünmək gərək, 

  BoĢ-boĢuna ləfzini bilmək deyil,-

 

misraları  da  əlavə  olunaraq  “Söfiyə-zahidə”  adı  ilə  “Firdovsi-

ilhamat”a daxil edilmişdir(377,  136). 

Məqalənin sonunda “Mabədi var” sözləri yazılsa da, nə “Fü-

yuzat”da,  nə  də  digər  mətbut  orqanlarında  məqalənin  ardına 

təsadüf olunmadı. 

M.Hadi  jurnalın  28-ci  sayında  “Səadət  nədir?”  adlı  bir 

məqalə  ilə  çıxış  etmişdir(181,  447-448).  Bu  məqalə  orijinal 

məqalə  deyil  və  şairin  özünün  qeyd  etdiyi  kimi  Qahirədə  ərəbcə 

çıxan  “Əl-Müəyyəd”  qəzetindən  tərcümə  edilmişdir.  Məqaləni 

niyə, nə səbəbdən tərcümə etdiyini M.Hadi aşağıdakı kimi anladır: 

“Əl-Müəyyəd”  cəridəsində  şu  ünvan  ilə  qələmə  alınmış  bir 

məqalə  oxuduq.  Bəndeyi-məzkur  şayani-mütaliə  olduğundan 

eynən  tərcümə  etərək  möhtərəm  qarelərin  ənzari-istifadəsinə  vəz 

ediyoruz. İştə məqalənin mənası: “Səadət və bəxtiyarlıq nədir? ... 

Bəşəriyyətin nüxbeyi-amalı olan bu neməti-üzmayə nailiyyət nasıl 




Məhəmməd   Hadi  və   mətbuat 

 

 



143 

mümükün ola bilir? Səadət  etiraz  edildiyi təqdirdə  onu mühafizə 

edə biləcək vəsaiti-güzidə hanki vəsaitdir? ”(181,  448). 

Tərcümədən anlaşıldığı kimi, insan xəlq olunandan “Səadət 

nədir?”  sualı  ətrafında  baş  sındırılmış,  Adəmdən  Xatəmə  qədər 

hərə, hər canlı səadətin mənasını bir şeydə axtarmışdır. Bütün bu 

axtarışların  nəticəsi  məqalə  müəllifi  tərəfindən  10  bənddə 

ümumiləşdirilmiş və son olaraq müəllif belə bir qənaətə gəlmişdir: 

-  Ən  böyük  həqiqət,  ən  əzim  səadət  şudur:  Ərbabi-əql  və 

mərifət  səadəti-istitaəti,  gücü  miqdarınca  çalışmaqda  və 

vəzifəsinin hüsni-ifası daxilində arar. İnsan həqiqi bəxtiyar olamaz 

illa  ki,  kəndisinə  əmanət  edilmiş  vəzifeyi-nəzifeyi-insaniyyəsini 

behəq ifa etmədikcə. Şu vəzifə, şu xidmət ki, mənafeyi-ümumiyə 

aiddir. İnsan saiqeyi-zərurətdə kəndini təmin   üçün sərfi-məsai və 

himəm ediyorsa, bir cəmiyyətin rifah və səadəti uğrunda da öylə 

ibzali-qeyrət  etməlidir.  Sözün  xülasəsi:  hər  bir  fərd  əfradının 

mənafeyini  təmin  edəcək  xidmət  və  vəzifədə  bulunmalı  və  bu 

yolda  hər  bir  fədakarlıqdan  geri  durmamalıdır.  İştə  ən  böyük 

səadət budur(181,  448). 

Tərcümə  etdiyi  məqalədəki  fikirlərə  şərik  çıxan  M.Hadi 

“Bədayeül-inşa”  adlı  bir  kitabın  231  və  235-ci  səhifələrindən 

Edison,  Lok  və  Oskarın  da  səadət  barəsindəki  bəzi  fikirlərini 

tərcümə  edərək  məqaləyə  əlavə  etmişdir  ki,  bu  fikirlər  də 

məqalənin ümumi ruhu ilə yaxından səsləşir. 

 

 

I.



 

7.  ORĠJĠNAL   ƏSƏRLƏRƏ   BƏNZƏYƏN     POETĠK 

TƏRCÜMƏLƏRĠ 

 

          “...Azərbaycanda Məhəmməd Hadi kimi bir dəyərin ortaya 

çıxmasına”(19,  23)  yardımçı  olan  “Füyuzat”  jurnalının  15-ci 

sayında  müəllifin  Sədi  Şirazinin  “Bustan”  əsərindən  çevirdiyi 

“Cavanmərdlik  və  yaxud  fəzaili-aliyyə”  adlı  bir  tərcüməsi  çap 

olunmuşdur(164,  239-240).    Tərcümənin  tarixi    11  rəbiül-əvvəl 

1325-ci il kimi göstərilmişdir (miladi tarixi ilə 26-27 aprel 1906-cı 



İslam  Qəribli 

 

 



144 

il)  və  bu  tərcümə  “Cavanmərdlik”  adı  ilə  həm  “Firdovsi-

ilhamat”a(377, 40-42), həm də sonrakı kitablara düşmüşdür (379, 

3381; 383-384, 362-363).  M. Hadinin Sədidən etdiyi tərcümə isə 

başdan-başa  həqiqətə,  insanlığa,  elmə,  yaxşılığa  çağırışdır.  Bir 

neçə beytə diqqət edək: 



 

.. Kimin olmazsa təqva, elm, cudu 

  Həqiqətdən onun boĢdur vücudu. 

  .. Dilərsən olmaya könlün pəriĢan 

  YıxılmıĢ dilləri qıl Ģadü imran. 

  .. Ġnayət eylə görsən acü möhtac, 

  Gəlir bir gün olursan qeyrə möhtac. 

  .. Xəbərdar ol, yetimi etmə giryan, 

  Əgər ağlarsa, titrər ərĢi-rəhman(164,  239-240). 

Qəsidə formasında “M. Hadi” imzası ilə çıxan “Tövhid” adlı 

29 beytlik   şeir şairin imzası ilə çap olunsa da, əslində M. Hadinin 

orijinal əsəri deyil,  fars şairi Sənai Qəznəvidən etdiyi tərcümədir. 

Tərcümənin  ilk  variantı  “Həyat”  qəzetinin  1906-cı  il  113-cü 

sayında  dərc  olunmuş  və  şair  bu  əsəri  “Ədibi-həkim  Sənai 

Qəznəvidən  tərcümə”  qeydi  ilə  “Firdovsi-ilhamat”  kitabına  da 

daxil  etmiş(377,  108-109),  şeir  sonrakı  nəşrlərə  M.  Hadinin 

tərcüməsi kimi salınmışdır(379, 381; 386-387, 375-376).  

Həmin  illərin  ictimai  lirikası  və  tərcümə  poeziyasının  ən 

gözəl  nümunələrindən  olan  bu  şeir  maarifin,  azadlıq  və 

hürriyyətin  təbliği  barəsindədir.  Burada  adı  bəlli  peyğəmbərlərin 

adlarının  çəkilməsi,  Quranın  bəzi  ayə  və  surələrindəki  sözlərin 

xatırlanması, əslində tərcüməçi şairə arzu və məramını elan etmək 

üçün bir vasitə, ədəbi priyom kimi lazım olmuşdur. 

“Əsarət bəndin aç,  əhrarvəş  bir qəsdi-bala qıl”  (əsarətdən, 

zülmdən azad ol) misrası ilə başlanan əsərdə tərcüməçi bildirir ki, 

Yəqub  peyğəmbərin  oğlu  Yusif  kimi  qəm  məhbəsindən  xilas 

olmaq  istəyirsənsə,  maarifpərvər  ol,  elm  öyrən.  Dünya  malına 

aludə olub (“məğbun olma meydani-ticarətdə”) həqiqət yolundan 

azma.  Qəlbini  və  vicdanını  həqiqət  nuru  ilə  işıqlandır  ki, 

Süleyman peyğəmbər kimi nəfsinə qalib gələ biləsən. Çalış öyrən 




Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə