Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə56/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   52   53   54   55   56   57   58   59   ...   147

İslam  Qəribli 

 

 



166 

Övladını bəslərmi belə madəri-Ģəfqət? 

Cavab aydındır: Nə vətən övladının bu halına dözməli, nə 

də  övlad  vətənin  bu  kökə  qüşməsinə  pazı  olmamalıdır.  Bəs  nə 

etməli?  Ayağa  qalxıb  əl-ələ  verməli,  vətənin  və  millətin 

hürriyyətini qazanmalı! 

M.  Hadi  lirikasının  parlaq  incilərindən  biri  olan  “Dad 

istibdaddan!” şeiri istibdadın qılıncının  qabağı da,  dalı da kəsdiyi 

bir  dövrdə  Əsədulla  Axundovun  redaktorluğu  ilə  çıxan  və 

Məmməd Əmin Rəsulzadənin də iştirak etdiyi “Yoldaş” qəzetində 

dərc olunmuşdur(197,  N 1). 

Yeri  gəlmişkən,  əlimizdə  M.  Ə.  Rəsulzadənin  cəmi  bir 

nömrəsi  işıq  üzü  görən  “Yoldaş”  qəzetinin  çapında  iştirakını 

təsriqləyən 

iki 


məlumat 

var. 


Məlumatlardan 

biri 


M. 

Məmmədzadəyə  məxsusdur.  O,  məlum  əsərində  “Təkamül” 

qəzetinin mühərrirləri barədə  yazır:  “Təkamül”də  iştirak edənlər: 

Məhəmməd  Əmin  Rəsulzadə,  Soltan  Məcid  Əfəndizadə, 

Məhəmməd Əli Rəsulzadə, Əsədulla Axundov, Məhəmməd Sadıq 

Axundov və qeyriləri”(393, 51-52).  Bu cümlədən sonra aşağıdakı 

məlumatları oxuyuruq: “Təkamül” hökumət tərəfindən həmin ildə 

qapanmış (1907-ci il – İ. Q.), yerinə “Yoldaş” qəzetəsi çıxmışdır. 

Bu  qəzetə  həmin  mühərrirlər  tərəfindən  Əsədulla  Axundovun 

müdiri-məsulluğu  ilə  çıxmışdır.  Fəqət  bir  nömrədən  artıq  davam 

etməmişdir”(393,  52). 

İkinci bir mənbədə oxuyuruq: “... Rəsulzadə 1905-1908-ci illər 

arasında  şəxsən  Bakıda  “Təkamül”  və  “Yoldaş”  adlı  qəzetləri 

yayımlayaraq çalışma həyatına ayrı bir yön və hız vermişdir”( 425, 20). 

Məqsəddən  uzaqlaşmamaq  üçün  şərhə  ehtiyac  görmürük. 

Şeir  qəzetdə  “Camaata  ithaf”  adı  ilə  çap  olunmuş  və  müəllif 

“Firdovsi-ilhamat”  kitabını  nəşrə  hazırlayarkən  əsərin  mətnində 

bir  sıra  redaktə  işləri  apararaq  şeiri  “Dad  istibdaddan!”  adı  ilə 

kitaba  salmış(377,  86-87),  əsər  sonrakı  kitablarda  da  “Firdovsi-

ilhamat”dakı mətn əsasında verilmişdir(379,  65-66;  381, 72-73). 

On  altı  beytlik  qəsidə  formalı  bu  şeir  əvvəlindən 

sonunadək ictimai-siyasi motivlər əsasında yazılmışdır. 




Məhəmməd   Hadi  və   mətbuat 

 

 



167 

Qaldıq əlində bir sürü ərbabi-vəhĢətin, 

Olduq əsiri pənceyi-qəhrü müsibətin, - 

beyti  ilə  başlanan  ittihamedici  əsərin  sonrakı  beytlərində  müəllif 

rəngləri  bir  qədər  də  tündləşdirir.  Bildirir  ki,  hər  səmtdən  vətənə 

yandırıcı  bəla  oxları  atılmaqdadır,  lakin  bu  qan  tökən  fəlakət 

oxlarının  qarşısını  alan  tapılmır.  Vətən  cavabı  müşkül  suallara 

meydan  olsa  da,  bürokratik  üsuli-idarə  sistemində  ədalət 

olmadığından nə sual vermək, nə də verilsə belə, sorğulara cavab 

almaq mümkün deyil. Hər yerdə sitəm hökmünü icra edir, zülmün 

qarşısını almağa borclu olanlar isə “Hər kəs nə bilsə etsin, əvət... 

kimsə  dinməsin”  məramı  ilə  fəaliyyət  göstərir,  vətəndaşlar  zəlil, 

ölkə xaraba qalsa belə onların tükləri belə tərpənmir.  

 

“Nazəndə  şəhərlər”  zülm  odu  ilə  yanmış,  camaatın  ah-



naləsi  cahanları  yandırmaqdadır.  İstibdad  pəncəsi  altında  əzilən, 

varından-yoxundan  olan  insanların    bir-birilərinə  arxa,  həyan 

olmadığını  görən  M.  Hadi  Allaha  üz  tutur,  bəşəriyyətin  xilasına 

ondan kömək istəyir və soruşur: 

 

Bari-girani-zəhmətə yox səbri qulların, 

 

Ya Rəbb, nədir bu rütbə təhəmmüldə hikmətin? 

 

Qan ağlayır əhali, könüllər cərihədar, 

 

Gülməzmi, ey Xuda, yenə rüxsari-rəhmətin?(197,  N 1) 

 

M. Hadini düşündürən digər bir məsələ ondan ibarətdir ki, 



öz  şəxsi  mənafeyini  düşünən  “Beş-on  ləim  (alçaq,  xəsis)  naili 

dəryayi-nemətin”  olduğu  halda  “Minlərcə  binəva  quru  yerlərdə 

can  verir”.  Şairin  qənaətinə  görə  nə  qədər  ki,  insanlar  hüquqca 

bərabər deyil, özbaşınalığa şərait yaradan qaydalar ləğv edilməyib, 

cəmiyyətdə  bütün  təbəqələrin  mənafeyinə  uyğun  gələn    işlək 

qanunlar  hazırlanmayıb,  ölkədə  hərki-hərkilik  baş  alıb  gedəcək,  

vətəndaşların əhvalı indikindən daha betər olacaq.  

 

Qəmdən azad olub səadəti qazanmaq, millətin balalarının 



məsud  yaşayışını  təmin  etmək  üçün  nə  edilməlidir?  Nə  etmək 

lazım olduğunu şair vətəndaşlara müraciətində belə bəyan edir: 

 

Qəti-ümmid etməyərək kuĢiĢ eyləyin, 

 

Eylər cibalı qəl hümməti ərbabi-qeyrətin. 



İslam  Qəribli 

 

 



168 

 

Həmdəsti ittifaq olunuz, ey rəfiqlər, 

 

Birlikdə fəth olur sizə babı səadətin. 

 

Xabi-nifaq saldı bizi bu səfalətə, 

 

Məhkum qıldı cümləmizi qeydi-möhnətə(379,  66). 

 

Bir sıra başqa əsərlərində olduğu kimi, bu şeirdə də şairin 



gəldiyi  qənaət  bundan  ibarətdir  ki,  insanlar  öz  müqəddəratlarını 

təmin  etmək  üçün  kimsədən  imdad  diləməməli,  əl-ələ  verərək 

birləşməli,  zülmün  kökünü  qazmalı  və  zalımın  sarayını  başına 

uçurtmalıdırlar. 

Azadlığın  yolu  ittifaqdan,  məqsədyonlü 

fəaliyyətdən,  əzm  və  fədakarlıqdan  başlanır.  Aqillər  demişkən: 

“Birlik haradadır dirilik də oradadır”.                                                        

 

Nəzərdən  keçirdiyimiz    əsərlər  bir  daha  sübut  edir  ki, 



millətinə, vətəninə xidməti bütün vəzifələrdən üstün tutan M. Hadi 

mətbuatın verdiyi imkanlardan maksimum istifadfə edərək qələmi 

ilə  irticaya  qarşı  döyüşənlərin  ön  cərgəsində  olmuş,  bacardığı 

qədər  millətin  maariflənməsinə,  tərəqqisinə  və  azadlığı  uğrunda 

apardığı mübarizəsinə yardım etmişdir. 

 

 



II. 3. “TƏZƏ  HƏYATÇILAR”LA  BĠR  SIRADA. 

“AH, KĠMSƏSĠZ  VƏTƏN!” 

  

 

Füyuzat”  jurnalı  bağlanandan  sonra  bir  müddət  “İrşad” 

qəzetində korrektor vəzifəsində çalışan  Məhəmməd Hadi   1907-

ci il aprel ayının 1-də Bakıda H. Z. Tağıyevin maddi yardımı və 

Haşım  bəy  Vəzirovun  redaktorluğu  ilə  fəaliyyətə  başlayan  

gündəlik  “Təzə  həyat”  qəzetində  çalışmaqla  yanaşı,  əsərlərini  də 

ən çox bu qəzetdə çap etdirməyə başladı. Qəzetdəki ilk yazısı 17 

dekabr  1907-ci  ildə  işıq  üzü  ğörən    mütəfəkkir  “Həyat”  və 

“Füyuzat”da  olduğu  kimi,  “Təzə  hayat”ın  səhifələrində  üç 

istiqamətdə  fəaliyyət  göstərirdi:  1.  Ģair  kimi;  2.  alim-publisist 

kimi; 3. tərcüməçi kimi

 

Akademik  B.  Nəbiyevn  sözləri  ilə  desək,  “XX  əsrin 



əvvəllərindən  öz  yaradıcılığı  ilə  Azərbaycan  poeziyasının 


Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə