Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə64/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   60   61   62   63   64   65   66   67   ...   147

İslam  Qəribli 

 

 



190 

etsin  ki,  gəzib-dolaşdığı  aləmlər  Yer  kürəsi  kimi  zülm  və  sitəm 

səhnəsidir,  yoxsa  oralarda  “hüquqi-bəşərə  riayət”,  məzlumlara 

himayət edilirmi? Görsun ki: 

 

 

Azadəmidir zülmünü icrada məzalim, 



 

 Varmı o cahanlarda da insan kimi zalim? 

 

 Hər kəs nə bilirsə eləyir, yoxsa nizamat? 

 

 Onlar da mı həsrətkeĢi-rüxsari-müsavat?(379,  348). 

 

 Daha  sonra  şair  təbindən  rica  edir  ki,  o  aləmlərdə 

gördüklərini seyr  etməklə işini bitmiş hesab  etməsin,  görüb-tanış 

olduqlarını  yazıb göndərsin və həmin yazılanlar bu dünya əhlinə 

çatdırılsın ki, həqiqi bərabərliyin nədən ibarət olduğunu zülm və 

sitəm  səhnəsi  olan  dünya  əhli  anlasın.  Bəlkə  bundan  sonra  bu 

cahan  əhli  özündə  bir  tərpənişin  yranmasına  cəhd  edəcək,  azad 

yaşayışının təmin olnmasına çalışacaq. 

 

“İstər vətən, istərsə də cahan miqyasında gələcəyi, sabahı, 



taleyi  Hadinin  harada  axtarmasını,  şairin  dinini,  təriqətini  və 

utopiyasını,  xüsusilə  qabarıq,  əyani  şəkildə  göstərən  “Aləmi-

müsavatdan  məktublar”(73,  15)  əsərinə  müqəddimədən  sonra 

nəsrlə  belə  bir  qeyd  verilir:  “Mədəniyyəti-həqiqiyyə  şəhərində 

seyrü  səyahət  edən  müxabiri-məxsusimizdən  gələn  “Cahani-

müsavat  məktubları”.  Yeri  gəlmişkən  bildirək  ki,  bu  qeydi  M. 

Hadi  1908-ci  ildə  çap  etdirdiyi  “Firdovsi-ilhamat”  kitabına 

salmamışdır. 

 

Fikir  təyyarəsinə  minib  nurlar  şəhərinə  səfərə  yola  düşən 



“müxabiri-məxsusi”,  yəni  şairin  təbi  “Ruhülqüds”  imzası  ilə  beş 

məktub  göndərir.  Birinci  məktub  29,  ikinci  məktub  23,  üçüncü 

məktub  24, dördüncü məktub 18, beşinci məktub isə  21  beytdən 

ibarətdir.  

 

Birinci  məktub  səfərin  təsviri  ilə  başlanır.  “Xaneyi-



təyyara”  –  uçan  evə  minib  səfərə  çıxan  qəhrəman  gecə  vaxtı  elə 

bir  şəhərə  gəlib  çatır  ki,  bu  şəhərin  gecəsi  real  həyatda  olan 

şəhərlərin gündüzlərindən daha parlaqdır. Bu şəhərin yanında yer 

üzərindəki  şəhərlər  cəhənnəmə  oxşayır.  “Bir  çox  cəhətdən  bizə 

Nizaminin “İsgəndərnamə” əsərinin sonundakı məşhur utopiyasını 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



191 

xatırladan” (385, 123) bu əsərində şair qeyd edir ki, hürriyyət və 

brabərlik  şəhəri  olan  bu  şəhər  o  qədər  gözəldir  ki,  qələm  onun 

təsvirini  verməkdə  acizdir.  Gərdunəyə  -  minik  arabasına  minib 

şəhəri  seyr  edən  qəhrəman  uzun  illər  xəyalında  bəslədiyi, 

həsrətində olduğu gözəlliklərin şahidi olur. Hər yer – küçə, bazar, 

imarətlər rahat yaşayışdan, hürriyyət və bərabərlikdən xəbər verir. 

Gərdunəçinin  qabiliyyəti,  rəftarı  bu  şəhər  əhlinin  nə  qədər 

alicənab,  xeyirxah  olmasına  dəlalət  edir.  Minik  arabasından 

düşərkən sürücüyə: “Övlad, məni bu alicənablığınla son dərəcədə 

şad və xoşhal etdin”, - deyə  minnətdarlıq edən qəhrəman bildirir 

ki,  mən  sürücüyə  zəhmət  haqqı  kimi  verdiyim  pulu  kassaya  atdı 

və bildirdi ki: 

 

 Ol parə məsarif edilir nəfi-ümuma, 



 

 Bikəsləri təlim edəcək dari-üluma(379,  350). 

 

“Ədl  ilə,  müsavat  ilə  vətən  abad  olar”,  -  fikri  ilə 



tamamlanan, 

“yarısı 


arabada, 

yarısı 


“Beyti-məsərrət” 

mehmanxanasında    yazılıb  gecə  poçtası  ilə  göndərilən”, 

“Ruhülqüds”  imzalı  məktubdan  anlaşılır  ki,  M.  Hadi  əslində 

xəyalında  qurduğu  aləmin  rəsmini  çəkmiş,  qəhrəmanının  dili  ilə 

oxuculara  söz  vermişdir  ki,  sonrakı  məktublarında  şəhər,  əhalisi 

və oradakı qanunlar barədə ətraflı məlumat verəcəkdir. 

 

İkinci  məktubda  şənlik  və  gözəllik  şəhərinin  abadlıqları, 



camaatın  ədəb-ərkanı,  maarif  və  səhiyyənin  xalqın  xidmətində 

durmasından  bəhs  edən    müəllif  əsas  məqsədini  “Beyti-

məsərrət”dəki    xidmətçinin  dili  ilə  son  beytlərdə  bu  şəkildə  elan 

edir:   


 

 

Ġzzətli bəradər, sənə bu iĢ ola məlum: 

 

 -Yox burda hökumət, nə də hakim, nə də məhkum. 

 

Bu üç sözü məhz eyləmiĢiz cümlə lüğətdən, 

 

Azadəsəriz indi bu üç danə sifətdən(379,  352). 

 

Bu  beytlərdən  sonra  mənzərə,  yəni  mütəfəkkir  şairin 

idealları  tam  şəkildə  üzə  çıxır.  Deməli,  məqsəd  hər  hansı  bir 

xəyali şəhəri təsvir yox, azadlıq, bərabərlik, dövlət və dövlətçilik, 

qanun  və  qanunlara  münasibət  necə  olmaıdır?,  -  məsələsini  şərh 



İslam  Qəribli 

 

 



192 

etməkdən ibarətdir. M. Hadi, əslində, zamanın və şəraitin  verdiyi 

imkanlardan  maksimum  istifadə  edərək  klassik  Şərq  və 

Azərbaycan  ədəbiyyatında  gözəl  nümunələri  olan  “Namə”  – 

“Məktub”  formasında  dövlət,  insan  və  cəmiyyət  barədə 

düşüncələrini bəyan edir. 

 

Üçüncü məktub  M. Hadinin  “Azadlıq nədir, şəxsiyyət  və 



vicdan  azadlığı  nədən  ibarətdir?”  sualları  barədə  düşüncələrinin 

poetik cavabı olmaqla yanaşı, “Vətən övladı vətəninə necə xidmət 

etməlidir?”  sualının  da  cavabıdır.  Xidmətkarın,  sifətindən 

təbəssüm  əskik  olmayan  şəxsin  dilindən  söylənilən  aşağıdakı 

misralr M. Hadinin azadlıq idealının məramnaməsidir. 

 

 



Hürriyyəti-Ģəxsiyyəvü azadeyi-vicdan – 

 

 Çoxdan qılınıbdır bu gözəl Ģəhərdə elan. 

 

 Hürriyyətü-cəmiyyətü sərbəstiyi-əfkar – 

 

 AĢiqlərinə eylədi rüxsarını izhar. 

 

 Ġcra edilir qaideyi-ədlü müsavat, 

 

 OlmuĢ dilimiz dəftəri-ayati-müxavat. 

 

 Ġnsana məhəbbət sözü var məzhəbimizdə, 

 

 Həp sureyi-insan oxunur məktəbimizdə(379,  353).

 

 

Bu beytlərdən sonra şair məktubun ruh və məzmunundan 

kənara  çıxaraq xəyal  aləmindən həqiqət aləminə  qayıdır.  Birbaşa 

elan  edir:  “İnsanları  yek-digərinə  düşmən  edən,  gülşənləri, 

gülbünləri  həp  külxən  edən”  bəşəriyyətin,  bəşər  övladının  ən 

böyük  düşməni  vahimə  və  xürafatdır.  Xürafat  bəşəriyyətin 

vəbasıdır və bu vəbanı yaradanlar əmmaməlilədir. Çünki: 

 

 

Əmmaməlilər yaxdı çəmənzari-cahanı, 

 

 Əmmaməlilər zəhərlədi fikri-cinanı(379,  353). 

 

Bir  çox  əsərlərində  dindən  öz  çirkin  niyyətlərini  həyata 

keçirmək üçün vasitə kimi isifadə edənləri kəskin şəkildə pisləyən 

və  bu  əsərində  də  onları  qamçılamaqdan  çəkinməyən  M.  Hadi 

mehmanxana  xidmətçisinin  dili  ilə  bildirir  ki,  bu  şəhərdə  nə 

rüşvətxor məmurlar, nə hazır yeyən, müftəxor “əmmaməlilər” var. 

Bura  elə  şəhərdir  ki,  hər  kəs  ona  aid  olan  işlə  məşğul  olur  və 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə