Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə63/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   59   60   61   62   63   64   65   66   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



187 

    


 Yaradıcılığının  bu  mərhələsində,  xüsusilə  İran  və 

Türkiyədə  azadlıq  mücadiləsinn  gücləndiyi  zamanarda  M.  Hadi 

poeziyasında  gələcəyə  inam,  sabahın  parlaq  olacağı  barədə 

qənaətlər güclənməyə başlayır. Müsəddəs formasında yazılmış on 

üç  bəndlik  “həyati  həqiqətə  olan  açıq  münasibətini,  böyük 

gələcəyə  olan  aydın  baxışlarını  əks  etdirən”(384,  314)  

“İstiqbalımız 

parlaqdır” 

şeiri 

də 


bu 

qəbildən 

olan 

əsərlərdəndir(221, N 178,181).  Kitablarına düşən (377, 165-169; 



379,  101-103)  və  M.  Ə.  Sabirin  “İstiqbalımız  lağlağıdır”  adı  ilə 

parodiya yazdığı(408,  N 34) bu əsər “İstibdad üsulunun yıxılması 

və  demokratik  quruluşun  yaranması  haqqında  obrazlı  bir 

arzudur”(379,  441). 

 

Şair ümid edir ki, dünyanın gərdişi daima belə qala bilməz 



və tezliklə hürriyyət günəşi doğacaq, zülm evi dağılacaq və: 

 

 



Sürurabadi-hürriyyət gələr, dilĢad olar aləm, 

 

 Bu istibdad əlindən qurtarar, azad olar aləm!(221,  N 178). 

 

Aləm 



istibdad 

pəncəsindən 

azad 

olandan 


sonra 

insanlarımız  oxuyub  təhsil  alar,  hüququnu  və  həyatın  mənasını 

anlayar, “Təbəssümlər tökər elmü maarif, cəhl  olar giryan”. Şair 

onu da qeyd etməyi lazım bilir ki, bəlkə özü o günləri görməyəcək 

və oxucusundan xahiş edir ki: 

 

 Ey ol vəqti görən məsud, unutma bizləri, yad et, 



 

 Bu yolda həsrət ilə can verən əhbabı tedad et, 

 

 Məzarım üzrə gəl, dur, qəmli-qəmli ağla, fəryad et, 

 

 Oxu bu Ģeiri qəbrimdə, ələttəkrar övrad et: 

 

 Dur, ey zindani-nisyanda yatan, azad olub aləm, 

 

 Sürurabadi-hürriyyət gəlib, dilĢad olub aləm!(221,  N 179).  

 

Təbii  ki,  “Nədən  bu  hala  qaldıq?”  ənənəvi  sualı  bu 



əsərində  də  M.  Hadini  düşündürən  başlıca  suallardanır.  Suala 

verilən cavabın biri budur: “Biz iman  əhli ikən, xalq layiq gördü 

təkfirə”.  Bu  da  cəhalətin,  əsarətin  meyvəsidir  ki,  aqil  cahildən 

bundan  artıq  nə  gözləyə  bilər?  İnsanları  cahil  edənsə,  onların 

yaşadığı  mühit,  formalaşdıqları  ictimai  şəraitdir.  Mühitin 

dəyişəcəinə, hürriyyət günəşinin doğacağına isə   şair qəti şəkildə 




İslam  Qəribli 

 

 



188 

əmin  idi  və  akademik  Məmməd  Cəfərin  dediyi  kimi,  “Gələcək 

üçün  yaşayıb  çarpınan  Hadi  gələcək  nəsil  üçün  yazmağı  da  çox 

sevərdi. Bu şeiri də o, bizim gələcək üçün yazmışdır”(384,  314).   

 

M.  Hadinin  sırf  məhəbbətin  tərənnümünə  həsr  olunmuş 



şeirləri çox azdır, lakin bu az şeirlərin hər biri elə gözəl, səmimi 

hisslərlə  yazılmışdır  ki,  mahiyyət,  forma  və  bədii  dəyərinə  görə  

ictimai-siyasi-fəlsəfi əsərlərindən heç də geridə qalmırlar. Fitrətən 

şair  və  mütəfəkkir  olan  bu  “faciəli  istedad”  (Məsud  Əlioğlu) 

qələmini  hansı  sahədə  işlədirsə  işlətsin,  əsl  sənət  nümunələri 

yaratmağa  müvəffəq  olur.  “Həqiqi  bir  xəyal,  yaxud  bir  lövheyi-

camal” şeiri də məhz bu sıradan olan əsərlərdəndir(222, N 181). 

Qəzetdən  fərqli  olraq  “Firdovsi-ilhamat”da  “Bir  lövheyi-camal” 

adı  ilə  mətnində  heç  bir  dəyişiklik  edilmədən  dərc  olunan  bu 

şeir(377,  115-116)  qəzetdən  götürülərək  eyni  ilə  “Seçilmiş 

əsərlər”ə də salınmışdır(379,  104). 

 

İctimai-siyasi  və  fəlsəfi  şeirlərində  olduğu  kimi,  bu 



qəbildən olan əsərlərində də M. Hadi elə poetik obrazlar, məcazlar 

sistemi  yaradaır  ki,  bunlara  sadəcə  heyrətlənməmək  mümkün 

deyil.  Klassik  Şərq  poeziyası ənənələrində yetişən şair təkrardan 

tamamilə  uzaq,  özünəməxsus  tərzdə  hiss  və  həyəcanlarını  izhar 

edir. Nümunə üçün bir neçə beytə diqqət edək: 

 

 



Rəhm eylə, ağlayır ürəyim bir çocuq kimi, 

 

 Güldür, yetimdir, sənə qalmıĢ idarəsi. 

 

 Ruhum qədər səmalara pərvaz edən mələk, 

 

 Ümmani-zülmün niyə yoxdur kənarəsi? 

 

 ..Məndən əgər fəraqi-müəbbədsə niyyətin, 

 

 Ersin xitamə səfheyi-ömrün Ģümarəsi. 

 

 ...Qıldım sənə hədiyyə bu cami-məhəbbəti, 

 

 Ənguri-təbimin budur iĢtə üsarəsi(222,  N 181).   

 

Təkcə 



M.  Hadi  yaradıcılığının  deyil,  ümumən 

götürüldükdə  XX  əsr  dünya  romantik  ədəbiyyatının  şah 

əsərlərindən  biri  olan  “İnsanların  tarixi  faciələri,  yaxud  əlvahi-

intibah”  poeması  ilə  eyni  -  “Şəklində”  rədifi  ilə  yazılan  “Biz 

həqiqətə  gülürüz,  həqiqət  bizə  ağlayır”  şeiri(224,  N  184)    şairin 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



189 

həqiqət, hidayət, mədəniyyət, zülm, vəhşət  barədə düşüncələrinin 

məhsuludur.  Mətnində  dəyişiklik  edilmədən  kitablarına  da 

düşən(377,  149-150;  379,  105-106)  bu  on  beş  beytlik  qəsidə 

formalı  şeirdə  millətin  həqiqəti  xəyal  şəklində  görüb  hidayəti  – 

doğrunu zəlalət şəklində oxuması, şairin fikrincə, ona səbəb olub 

ki,  həyat  başqa  millətlərin  gözünə  mələkçöhrə  şəklində,  bizə  isə 

pirəzal,  yaşlı,  qoca  qadın  şəklində  görünməyə  başlayıb.  Başqa 

millətlərin  çöz  deyənləri  “atəşin  təranələr”  oxuduqları  halda,  biz 

lal  şəklində  qalmışıq.  Qeyri  millətər  elmin,  hikmtin  gücü  ilə 

səmərələr əldə etdiyi bir zamanda “Bizi “müəllimimiz” qoydu kal 

şəklində!”. Hələ bu hamısı deyil. Məktəb və mədrəsələrdə hökm 

sürən  sxolastik  təlim  metodları,  minbərlərdə  oturan  vaizlər  - 

rəislər cəmiyyəti elə kökə salıb ki, xeyrlə şərin yeri dəyişik düşüb. 

Millətin  istəkləri  ilə  hesablaşan  kimdir?  “Kimin  dilərsə  behiştə, 

kimin  cəhimə  atan”  və  naqisliklərini  kamal,  özlərini  zülcəlal  – 

cəlal  sahibi  şəklində  görənlər  ağzına  nə  gəlsə  söyləyirlər,  çünki 

onlar “Bütün cəmaəti bilmiş xəyal şəklində”(224,  N 184).  

 

M.  Hadinin  “Təzə  həyat”  qəzetində  dərc  etdirdiyi  ən 



möhtəşəm  əsərlərindən  biri  “Ruhülqüds  təbiətimə”  girişi  ilə 

yazılmış “Aləmi-müsavatdan” adlı lirik-fəlsəfi poemadır(225,  N 

185,  186,  189,  190,  193,  194).  Kiçik  dəyişiklərlə  “Firdovsi-

ilhamat”  kitabında  dərc  olunan  bu  əsər(377,  204-217)  qəzet 

variantı əsasında, bəzi yerdəyişmələr aparılmaqla  şairin “Seçilmiş 

əsərləri”nə daxil edilmişdir(379, 347-357;  381, 320-331). 

 

On doqquz beytlik məsnəvi şəkilli “Ruhulquds təbiətimə” 



adlı: 

 

 Ey təbi-vəsiim, səni sığdırmayır aləm, 



 

 San kim, qəfəs olmuĢ sənə bu aləmi-müzləm, - 

beyti  ilə  başlanan  girişdə  “şair  dünya  poeziyasında  çox  təsadüf 

olunan  öz  “təb”inə  müraciətdən  ibarət  bədii  ifadə  üsulundan 

istifadə  edərək,  təbini  bütün  kainatı  gəzib  dolaşmağa  və 

gördüklərini  yazıb mətbuata  göndərməyə  çağırır”(381,  435). Şair 

təbindən rica edir ki, aləmləri dolaşarkən oralarda ədalətin, əmin-

amanlığın  var,  yaxud  yox  olduğuna  daha  çox  fikir  versin.  Kəşf 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə