Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə71/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   67   68   69   70   71   72   73   74   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



211 

belə,  bu  dərdi  təşxis  etməkdə  biçarədir.  “Şeytani-həqiqi  olan 

qüvveyi-vahimə  ”  ağlımıza  qalib  gəldiyindəndir  ki,  “ağlımız 

behiştində  cilvədari-giram  olan  nurtinət  mələklərə,  pərilərə, 

hurilərə qələbə çalmaqla onların cilvəgah rəqsini qəsbə müvəffəq 

olmuşdur”(207,  N  67).  Bu  səbəbdəndir  ki,  biz  xəyalı  həqiqət 

şəklində,  cəhaləti  elm, maarif qiyafəsində,  nifaqı  dostluq, ittifaq, 

nuru  isə  zülmət  halında  görürük.  Bu  mərəz  mənəviyyatımızı 

öldürdüyü  kimi,  maddiyatımızı  da,  iş  görmək  qabiliyyətimizi  də 

məhv  etmişdir.  “Belə  ki,  qulağımız  eşitməkdən,  dilimiz 

danışmaqdan, ayağımz yeriməkdən, əlimiz tutmaqdan, xülasə, hər 

bir üzvümüz öz xidmətindən işə  yaramayan qoca məmurlar kimi 

istefa vermiş, güşənişini-ətalət olmuşdur”(207,  N  67). 

 

Mütəfəkkirin  qənaətinə  görə  islam  aləmi  elə  bir  hala 



salınmışdır  ki,  bu  ələmin  bugünki  haləti  “min,  min  beş  yüz  il 

bundam  müqəddəm  mağaralarda,  dağlarda,  səhralarda  dünyadan 

kəsilib  əyləşən  “rəhbanların”  halətinə  bənzəyir.  İslamiyyətdə 

rəhbanlıq  -  süst  halada  bir  güşəyə,  inzivaya  çəkilmək,  hər  şeyi 

təvəkkülə bağlayıb dünyadan əl üzmək yoxdur,- fikrini Qurandan 

və  digər  məxəzlərdən  gətirdiyi  misallar  əsasında  qüvvətləndirən 

və  dindaşlarını  zaman  ilə  ayaqlaşmağa  çağıran  müəllif  yazır: 

“İndiki-əsri  fəaliyyət  və  məsai  olan  əsrimizdə  dünyadan  kəslmiş 

kimi  nari-qəflətdə  yatanlar  şil  və  götürüm  deyil  ikən,  özlərini 

çolaq və götürüm hesab edən millətlərə nə deyək, əcəba? Bu XX 

əsrin  rəhbani-biəzqanları  cəhldən  nə  mükafat,  qəflətdən  nə  arzu 

edərlər? 

Cəhlin  mükafatı  fəqr  və  səfalət,  qəflətdən  ümid  olunacaq 

əvəz  isə  məhrumiyyət  və  nəhayət,  izmehlaliyyət  olduğunu 

düşünəcək  qədər  olsun  bir  ağıl  və  idraka  malik  deyillərmi? 

Yazıq!”(207,  N 67). 

Nə  yazıqlar  ki,  həqiqətən  də  XX  əsrin  əvvəllərində 

müsəlman Şərqi əvvəlki cah-cəlalını, yaşam tərzini “qeyb etmiş”, 

imperialist dövlətlərin müstəmləkəçilik siyasəti və özlərinin cəhli 

ucbatıdan  abad  ikən  xarabaya,  cənnət  ikən  cəhənnəmə 

dönmüşdülər. 



İslam  Qəribli 

 

 



212 

Ingilis  təbiyyətşünası  Çarlz  Darvinin  “Bütün  kainat  bir 

meydani-mücadileyi-həyatdan  ibarətdir...  Bu  cidalgahi-həyatda 

yaşayan məxluqat iki qism olub, biri yaşamağa müstəhəqq, digəri 

isə ölməyə məhkumdur. Binaənileyh fəal, diri, ayıq, cüstü, çalak, 

düşmənə aldanmayan zəki bir tayfa yaşamağa qabil və müstəhəqq 

olduğu  kimi,  cahil,  kahil,  mürdə,  tənbəl,  özünü  müdafiə  və 

mühafizədən aciz bir millət də məhkumi-fənadır, ölməlidir?”(207, 

N 67) fikirlərini həməsrlərinə xatırladan M. Hadi israrla bildirir ki, 

müsəlman  ölkələləri  birləşib  öz  milli,  mənəvi  hüquqlarını  bərpa 

etməyincə,  maarif,    mədəniyyət  ocaqları  açıb  cəhalətin  daşını 

atmayınca,  əsrin,  zamanın  tələbləri  ilə  ayaqlaşmayınca 

“Mərəzimiz nədir?” sualı həmişə bir cavabı bəlli olmayan müşkül 

sual kimi başları üstündən asılacaq, ölkələr müstəqilliyini itirəcək, 

insanlar isə milli varlığını yavaş-yavaş unutmağa başlayacaqlar. 

“Mabədi var” qeydi ilə tamamlanan məqalə, əfsuslar olsun 

ki,  ya tamalanmamış,  ya  da tamamlansa belə,  ardı qəzetdə dərc 

olunmamışdır. 

Bir  maarifçi  mütəfəkkir  olaraq  M.  Hadini  məşğul  edən, 

düşündürən  başlıca  məsələlərdən  biri  də  bəşər  tarixində  tənəzzül 

və  tərəqqinin  səbəbləri  idi.  Bir  sıra  poetik  əsərlərində  və 

məqalələrində məsələnin mahiyyətini, nədən törəndiyini araşdıran 

müəllif  “Tərbiyeyi-ümumiyyə  calibi-səadətdir”  əsərində(208,  N 

75, 76, 79) bir daha məsələyə qayıtmış, “Bir məmləkətin abadlığı, 

bir  tayfanın  tərəqqi  və  təalisi  hansı  vasitələrlə  bağlıdır?”(208,  N  

75) suallarını verməklə məsələnin şərhinə çalışmışdır. 

“Vətənin, xalqın böyük gələcəyi, azadlığı və istiqlaliyyəti 

uğrunda mübarizə aparmaq Hadinin əsas arzusunu, əməlini, şəxsi 

həyat  və  mübarizə  məramnaməsini  təşkil  edirdi”(384,  315)  və 

onun  əqidəsinə  görə,  hər  bir  millətin  və  məmləkətin  abadlığı, 

təkamül  və  tərəqqisi  birinci  olaraq  ölkə  əhalisinin  təlim  və 

tərbiyəsi ilə bağlıdır. Bu təlim və tərbiyə isə fərdi, xüsusi olamyıb 

cəmyyətin bütün üzvlərinə şamil edilməli, aşağıdan yuxarıya hamı 

bu cənnət meyvəsinin, yəni maarifin dadını bilməlidir. “Məmləkət 

və millətin birinci vasiteyi-tərəqqisi o milləti təşkil edən fərdlərin, 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



213 

cüzvlərin 

fərddən-fərdə 

oxuyub 


yazması, 

tərbiyeyi-

ümumiyyəsidir”(208, N 75) qənaətində olan müəllif qeyd edir ki, 

dünyada  əhalisinin  böyük  əksəriyyəti  sistemli    təlim-tərbiyə 

görməmiş  inkişaf  etmiş,  yaxud  inkişaf  etməkdə  olan  bir 

məmləkəti  təsəvvürə  gətirmək  olmaz.  Inkişaf  etmiş  ölkələrin 

hansının  tarixinə  nəzər  salınarsa,  “mütləqa  tərəqqilərinin 

tərbiyeyi-ümumiyyə  sayəsində  olacağını  görəcəyik”,  -  deyən 

müəllif  yazır:  “İçində  yaşadığımız  əsri-hazıri-mədəniyyətdə 

qövmlər,  tayfalar,  millətlər  cəsim  və  böyük  bir  imarət 

mənziləsindədir.  Bu binayi-əzimin təmir və  zinyəti isə  o millətin  

cümləsinin 

çalışmasına, 

hüsni-xidmətinə, 

ifayi-vəzifeyi-

müvəzzəfəsinə  vabəstədir...  Bu  imarəti-milliyyəni  ikmal  etmək 

üçün  böyük  daşa  gücü  yetən  böyük  daş,  kiçik  daşa  gücü  yetən 

kiçik daş, taxta, dəmir, karasti və qeyrə... daşımaqla ifayi-xidmət 

edərsə,  şübhəsizdir  ki,  bu  bina  elə  mətin,  elə  möhkəm  təmir  edə 

bilər ki: 

 

 Tutsa seylabi-fəlakət kainatı qəm deyil, 



 

 Ən mətin təsis edilmiĢdir binası millətin, -  

məalına kəsbi-ləyaqət eylər”(208, N 75). Bunun üçün elə insanlar 

tərbiyə  edilməlidir  ki,  mal,  mülk,  lazım  gələrsə  canlarını  belə 

ümumi mənafe yolunda qurban verə bilsinlər. Belə şəxsiyyətlərin 

yetişməsi  və  vücuda  gəlməsi  isə  tərbiyədən  asılıdr.  Tərbiyə 

edilmiş,  milli,  ictimai,  bəşəri  vəzifələrin  nədən  ibarət  olduğunu 

anlayanlar  və  bunları  əməlləri  ilə  həyata  keçirənlər  bir  şəxsiyyət 

və insan olaraq yaşayacaq, tərbiyeyi-ümumiyyədən məhrum olub, 

“qüvveyi-şəxsiyyəyə  malik  olmayanlar  ilələbəd  həmiyyət 

düşkünü  arsızlar  kimi  möhtaci-müavinət  olub  bunun,  onun 

hüzurunda başıqapazlı, üzü tüpürcəkli, ömürgüzari-səfalət olacağı 

dilənçilərin  namussuzluğu  kimi  meydanda”(208,    N    76) 

olacaqdır. 

 

Müəllif  bidirir  ki,  tərbiyəsi  və  əxlaqı  yerində  olmayan, 



nəfsinə  qalib  gəlməyi  bacarmayanlar  həm  millətlərinə,  həm  də 

özlərinə  xəyanət  etmişlər  sayılırlar.  Əsir  deyil,  azad  xəlq  olunan 

insan  övladı  həyatda  iz  qoymaq,  hörmət  və  məhəbbətlə  yad 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə