Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə68/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   64   65   66   67   68   69   70   71   ...   147

İslam  Qəribli 

 

 



202 

 

Beytlərin  mənasından  anlaşıldığı  kimi,  M.Hadi  belə  bir 



fikrə  gəlib  çıxmışdır  ki,  cəmiyyətədə  əmin-amanlığın,  asayişin 

bərpa  edilməsi,  tərsinə  dönmüş  işlərin  məcrasına  düşməsi  üçün 

inqilaba ehtiyac var və bu ehtiyac da zamanın tələbidir. Çünki elə 

bir məqam yetişib ki: 

 

 AsayiĢin behiĢti açılmaz bu yerdə kim, 



 

 Ta yağmasa o gülĢənə barani-inqilab(241,  N 229) 

 

“Az sözlə öz fikrini ifadə etməyi, obrazlı təfəkkürə  xüsusi 



yer verməyi sevən”(45, 423) M. Hadi qeyd edir ki, inqilab yağışı 

yağmayınca  asayişin  gülşənlərində  güllər,  çiçəklər  aça  bilməz. 

Qurumuş, sinəsi cadar-cadar olmuş təbiət bahar  yağışına möhtac 

olduğu  kimi,  cəmiyyət  də  yeni  bir  nəfəsə,  hürriyyət  “yağışına” 

möhtacdır.  

 

“Nə  ilə  nəticələnəcəyi,  gələcəkdə  hansı  yolu  tutacaı 



bilinməyən  inqilablar  romantikləri  yeni  əsrin  yeni  hadisəsi  kimi, 

ictimai bir hərəkat olmaq etibarı ilə maraqlandırırdı”(403, 193) və  

M. Hadi də  millətin  gələcəyində  inqilabların roluna böyük önəm 

verirdi.  Şair  qeyd  edir  ki,  millətin,  camaatın  əmniyyətini  təkmil 

hala  gətirmək  üçün  dünyanın  bir  çox  yerlərində  inqilab 

bayraqlarının  dalğalandığı,  “Bolqar  elində  azani-inqilab” 

yüksəldiyi  halda,  “Mənbərnişin  millətə  lay-lay  çalır  hənüz”, 

inqilab  günəşi  aləmləri  işıqlandırıb,  bizim  üləma  isə:  “yat-yat, 

balam,- deyir , - hələ rahət zamanıdır”. 

 

“Minbərnişin”in əksinə olaraq M. Hadi bildirir ki, tarixin 



milli  azadlıq  hərəkatlarının  genişlənməsinə  şərait  yaratdığı  bir 

zamanda  azadlıq  uğrunda  mübarizəyə  qoşulmaq  lazımıdr.  Çünki 

haqq  verilməz,  onu  almaq  lazımdır.  Şair  qətiyyətlə  elan  edir  ki,  

inqilab dövründə tərəqqi və təkamülə çatmaq üçün ciddi fəaliyyət 

lazımdır:  

 

Hər qövmdə bulunmazsa əfkari-növzühur, 

 

Edam edər Ģu milləti divani-inqilab(241,  N 229). 

 

Alovlu  vətənpərvər  və  beynəlmiləçi  olan,  dünyanın  “bir 



çox 

ölkələrində 

baş  verən  hadisələrdən,  milli-azadlıq 

hərəkatlarından  ruhlanan    şair  inamla  söyləyir  ki,  yaşadığımız 




Məhəmməd   Hadi  və   mətbuat 

 

 



203 

dövr  inqilabi  tufanlar  dövrüdür,  xalqlar  yuxudan  ayılıb  öz  tarixi 

müqədaratlarını  həll  etməyə  başlamışdır”(401,  102).  Başqa 

millətlərdə  oyanışı  görən    M.  Hadi  təəssüflə  qeyd  edir  ki,  bizdə 

hələ ki, bir tərpəniş yoxdur və: 

 

 Baxdıqca millətin bu sükuti sümutuna, 



 

 Vallahi ağlayır bizə çeĢmani-inqilab. 

 

 Bilməm ki, müstəid deyilmiyiz təcəddüdə, 

 

 Yoxsa düĢünürmüzmü Ģani-inqilab? 

 

 ... Afaq hər dəqiqə təcəddüdnüma ikən, 

 

 Ənfasımızda yox hələ imkani-inqilab(241,  N 229). 

 

M.  Hadinin  “Təzə  həyat”  qəzetində  çap  olunan  sonuncu 



əsəri məsnəvi formasında olan on səkkiz beytlik “Mizani-əqvam” 

şeiridir(242,  N  230).  Inkişaf  etmiş  millətlərlə  səfalət  və  cahalət 

pəncəsində  vurnuxan  millət  və  qövmlərin  vəziyyətini  müqayisə 

edib  öz  millətini  bu  müqayisədən  ibrət  götürməyə  çağırış 

məqsədilə  yazılmış  bu  fəlsəfi  əsərdə  şair  bildirir  ki,  dünya  bir 

rəqabət meydanıdır. Bu meydanda hünər göstərənlər səadətə çatar, 

hünərsizlər  isə  əsarət  və  zəlalətdə  olarlar.    Qərb  ölkələrində 

“şəmsi-hünər  olmaqda  şariq”  (hünər  günəşi  parlamqda,  nur 

saçmaqda),  Şərqin  göyləri  isə  hələ  də  buludlarla  örtülüdür. 

Firavanlığa,  xoşbəxtliyə  doğru  bir  addım  atmırıq  və  yarasa  kimi 

işığa,  aydınlığa  düşmən  kəsilmişik.  Fikrimizi  qat-qat  vahimələr 

bürüdüyündən,  içərimizdən  bu  əndişələrə  əncam  çəkən  bir  fərd 

tapılmır.  Nədir  bunun  səbəbi?  Səbəb  elmsizliyimiz,  ürəyimizdə  vətən, 

millət sevgisinin olmaması, köhnə qaydalarla yaşayıb yeniləşməkdə olan 

dünya  hadisələrindən  baş  çıxarmamamız,  “Allaha  təvəkkül”,-  deyərək 

qəflət yuxusundan oyanmamağımızıdr. 

 

Ağıllı  insanlar  göydə  gəzən  təyyarələr  (“xaneyi-səyyar”- 



göy,  səma  evləri),    səsi  hifz  edib  qoruyan  cihazlar  (radio,  səs 

yazan  aparatlar,  patefon  və  s.)  icad  ediblər,  bizlər  isə  xürafat 

yuxusunun  ağuşunda  mürgüləyirik.  Millətlər  teleqrafi  (durnəvis) 

kəşf etdi: 

 

 

ĠnĢa elədi əhli-xirəd “durnəvisi” 



 

 Bizlər oxuruz qisseyi-Leyla ilə Qeysi(242,  N  230). 


İslam  Qəribli 

 

 



204 

 

Ağıllı  insanlar  təbiəti  özlərinə  heyvanları  ram  etdikləri 



kimi  ram  edirlər,  “bizlərsə  bəhaim  kimi  məhkumi-əsarət”  olduq. 

Bəşər  övladı  elmin,  maarifin  gücü  ilə  “mədənləri,  məxzənləri, 

əbharı  (dənizləri),  cibalı  (dağları)”  kəşf  etdi,  öz  mənafeyinə  

uyğun olaraq onlardan istifadə etdi, arzusuna, kamına çatdı, bizlər 

isə  “əhli-zəka” ikən zəkasızlar cərgəsinə qoşulduq. Şairin  gəldiyi 

son  nəticə  bundan  ibarətdir  ki,  mədəniyyət  və  hürriyyət  kəsb 

edilməyincə  bəşərin,  dar  mənada  isə  millətin  əhvalı  pərişan 

olacaq, çünki: 

 

 

Dünya cəsəd, ərbabi-dühaət ona candır, 



 

 Azadədilan Ģöleyi-miĢkati-cahandır. 

 

 Təslim olunub bunlara rayati-fütuhat, 

 

 Bunlardır olan fatehi-iqlimi-künuzat(242,  N 230). 

 

Nəzərdən keçirdyimiz poetik nümunələr deməyə əsas verir 



ki, “Təzə həyat” qəzetinin səhifələrində dərc etdirdiyi şeirlərində 

M.  Hadi  öz  məram  və  əqidəsinə  sadiq  qalaraq  əhatəsində  olan 

hadisələrə  isti-isti  qiymət  vermiş,  millətinə  və  bəşərə  xeyir  verə 

biləcək  məsələləri  tərənnüm  etmiş,  insan  və  bəşər  taleyi  ilə  üst-

üstə düşməyən gerçəkləri alt-üst etməkdən çəkinməmişdir. 

 

 



II.4. PUBLĠSĠSTĠKASINDA QƏRB VƏ ġƏRQ  MƏSƏLƏLƏRĠ.

 

    BƏġƏR TARĠXĠ VƏ TALEYĠ HAQQINDA DÜġÜNCƏLƏR   



                          

         “Vətəndaşlıq romantizmi olan XX əsr Azərbaycan romantiz-

minin”(  71,  63)  ideya-estetik  prinsiplərini  poeziyasında  olduğu 

kimi,  publisistikasında  əsaslandırmağa  çalışan,  dünya  ağalığı 

iştahında  olan,  istkələrini  müxtəlif  yollarla  gerçəkləşdirməyə 

çalışan  imperialist  dövlətlərin  işğalçılıq  niyyətlərini  açıq  şəkildə 

tənqid  edən  M.  Hadi  “Təzə  həyat”  qəzetində  dərc  etdirdiyi 

məqalələrində  Qərb  ölkələrindəki  tərəqqi  və  maarifdən  ürək 

dolusu  danışıb  həmin  ölkələri  Şərq  ölkələrinə  nümunə  göstər-

məklə bərabər, Qərbin Şərq siyasətini, xüsusilə müsəlman ölkələ-




Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə