Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə65/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   61   62   63   64   65   66   67   68   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



193 

məşğuliyyətlərin hamısı bir məqsədə - insanın asayişinə və əmin-

amanlığına  xidmət edir.  

 

Dördüncü  məktub  əvvəlki  məktublardan  bir  qədər  fərqli 



məzmuna  malikdir.  Məktubdan  anlaşdığına  görə  müxbir  şəhəri 

gəzib  dolaşmaqla  yanaşı,  həm  də  “Məclisi-şura”nı  ziyarət  etmək 

arzusundadır.  Bələdçidən  yolu  öyrənən  müxbir  gərdunəyə  minib 

“Məclisi-şura”ya  gedərkən  yol  boyu    o  şeylərlə  rastlaşır  ki,  M. 

Hadi  bütün  yaradıcılığı  boyu  bunları  arzulamış  və  bunların 

həsrətində olmuşdur. Bunlar nədir?  

 

 

Gərdunə gedir, mən dəxi tənzir ediyordum, 



 

 Bu lövheyi-imranı görüb söyləniyordum: 

 

 Bunlar nə vəsaitlə erib övci-kəmalə, 

 

 Bu sərvətə, bu Ģövkətə, bu izzü cəlalə? 

 

 Hər xətvə baĢında gözə çarpardı məkatib, 

 

 Bildim ki, budur baisi-ehrazi-məratib. 

 

 Əlvah yazılmıĢ qapıya xətti-cəlilə, 

 

 Sanki yazılıb hər biri bir qüdrət əlilə. 

 

 Məktəbləri gör, seyr elə həmduĢi-səhaib, 

 

 Bu məktəb edib bunları ülviyyətə sahib. 

 

 Məbədləri, məscidləri təxrib edərək həp, 

 

 Təmir edilib yerlərinə məktəb və məktəb(379, 355-356). 

 

Anlaşllan budur ki, milləti işığa məscid və məbədlər yox, 

məktəb və maarif çıxaracaqdır və bu ideya, inam M. Hadinin baş 

və əbədi ideyası, istəyidir. 

 

İyirmi  bir  beytlk  sonuncu  –  beşinci  məktub  xəyal 



dünyasının  –  aləmi-müsavatın  parlamentinə  və  məclis  üzvlərinə 

aiddir.  Şairin  təsvirində  “Taqi-müəllayi-zəfər”  olan  parlament 

binasından  ətrafa  nur  saçılır.  Millət  vəkillərinin  ağzından  dürr 

tökülür.  Onlar  başa  düşürlər  ki,  birlik  olamayan  yerdə  dirilik 

yoxdur.  Vətənin,  millətin  inkişafı  elm  və  təhsillə,  hürriyyət  və 

bərabərliklə  bərqarar  ola  bilər.  Söz  yox,  iş,  əməl  sahibi  olmaq 

gərəkdir.  Ürəyində  vətən,  millət  məhəbbəti  olmayanların  millət 

adından danışmağa haqqı yoxdur. Bu parlamentdəki vəkillər məhz 

millətsevər olduqlarndan və millət tərəfindən seçildiklrindən milli 

mənafeyə xidməti özləri üçün  şərəf işi hesab edirlər.  




İslam  Qəribli 

 

 



194 

 

M. Hadi bu məktub vasitəsi ilə xatırladır ki: 



 

 Əfkardə minlərcə cahan durmada, amma 



 

 Sərpənceyi-himmətə olur kəĢfi-müəmma. 

 

 Himmətdir edən daxil-imkan məhalı, 

 

 Bazuyi-himəm dəldi cigərgahi-cibalı. 

 

 Qəsvətli ürəklər dəlinir dəsti-himəmlə, 

 

 BoĢ dəmlə deyil, iĢ görülür zuri-qədəmlə. 

 

 Əqlami-himəm nəĢr qılır fikri-cədidi, 

 

 Davudi-himəm mum ediyor qəlbi-hədidi(379,  357).

 

 

Məktubun  sonunda  “Pirayeyi-ərşi  xitabət  olan  bu 



dahiyeyi-əzəmin  meydana  qoyduğu  həqiqətlərin  kaffəsini  təhrirə 

vaxt  müsaid  olmadığından  naşi  mabədini  sonrakı  məktubumla 

irsal edərəm” qeydi verilsə də, məktublar ya yazılmamış, ya da bir 

çox  başqa əsərləri kimi, şair bu əsəri də bitirməmişdir. 

 

Qəzetin  eyni  nömrəsində  dərc  olunmuş  “Ləyali-vüsal, 



yaxud keçən gecə”  və “Ey pəriyi-istiğna” adlı şeirlərində(227, N 

201) gənc mütəfəkkirin məhəbbət barəsindəki düşüncələri ilə baş-

başa qalırıq.  Kitablarında da özünə  yer alan(377; 190, 191-192; 

379;    107,  108-109)  şeirlər  sevərək  vüsalına  yetməyən, 

sabitqədəm,    həqiqi  bir  aşiqin  bağrından  qopan  səmimi  və  bir 

qədər də giley-güzarlı duyğu və düşüncələrinin poetik inikasıdır.   

 

 Aramsız çocuq məni narahat eyləyir, 



 

 Aç, aç, qucağına gəlir, olsun mürüvvətin! 

 

 Ərzi-dilim ki, mədfəni olmuĢ xəyalının, 

 

 Qəlbimdə həyydir, mələkim, bil həqiqətin! 

 

 Cismim də sən, ruhum da sən, fikrətim də sən, 

 

 Ayineyi-vücudumda əks etdi fitrətin(227,  N 201), - 

deyə məşuquna müracit edən lirik qəhrəman bildirir ki, mən səni 

vəfasız zənn etməzdim, görəsən səbəb nə oldu ki, sənin o lətafətli 

xislətin  dəyişdi?    Bəzən  əsəbiləşərək  sevdiyinə:  “Ey  müstəbid! 

Zülmdə  çıx,  çıx  əlalərə”  sözləri  ilə  xitab  edən  aşiq  dərdinin 

dərmanını yenə də ondan diləyir və deyir:  

 

 Biçarənəm də lütfünü bəklər bu gözlərim, 



 

 Olsun inayətin mənə, olsun inayətin!(227,  N 201).  


Məhəmməd   Hadi  və   mətbuat 

 

 



195 

 

Iran  və  Türkiyədə  bas  verən  hadisələr  bir  şair  və 



mütəfəkkiir  olaraq  M.  Hadinin  diqqətindən  yayınmamış,  o, 

hadisələrə  isti-isti  qiymət  verərək  onların  mahiyyətini  anlamağa 

çalışmış,  “xüsusilə,  Təbriz  hadisələri,  Səttarxanın  başçılığı  ilə 

təbrizlilərin dünyanı heyran edən qəhrəmanlığı ona coşqun ilham 

vermiş”(50,  128)    və  xalqın,  millətin  taleyində  əhəmiyyətli  rol 

oynayacaq 

olayları 

alqışlamışdır. 

“İranın 

hürriyyət 

qəhrəmanlarına”(228,  N  203)  şeiri  də  bu  qəbildən  olan 

əsərlərdəndir.  Mətnində  dəyişiklik  edilmədən  kitablarına  da 

düşən(377,  217-219;  379,  110-111)    bu  əsər  türk  şairi  Hamiq 

Kamalın  bir  şeirindəın  təsirlənərək  yazılmış    və  səkkiz  bəndlik 

müsəddəs  formalı  şeirin  hər  bəndinin  sonunda  N.  Kamalın  “Arş 

irəli, arş, bizimdir fəlah,  Araş, igidlər, vətən imdadinə!” misraları 

nəqarət kimi təkrar edilmişdir  

 

AMEA-nın müxbir üzvü A. Zamanovun çox doğru olaraq 



qeyd  etdiyi  kimi,  “Siyasi  lirikası  zamanın  bədii  tərcümeyi-halı, 

şairin  yaşadığı  illərin  ictimai-siyasi  hadisələrinin  romantik 

salnaməsi  olan”(446)  M.  Hadinin  “Fəcri-zəfərdən  gülüyor 

intibah”  misrası  ilə  başlayan  marş  təsiri  bağışlayan  bu  şeirini 

Məşrutə 

hərəkatının 

qəhrəmanları  haqqında  nəğmə  də 

adlandırmaq  olar.    Şair  inqilabi  yüksəlişə,  azadlıq  uğrunda 

hərəkata  öz  möhkəm  bağlılığını  və  inamını  müdafiə  etdiy  bu 

əsərində  ölkədə  istibdadın  hökmfərma  olduğunu  göstərməkə 

yanaşı,  “inqilabçıları,  hürriyyət  qəhrəmanlarını  səy  etməyə,  öz 

qılıncını  işə  salmağa,  qələbə  çalmağa  dəvət  edir”(384,  144). 

Fədailərə  vətən  səhnəsinin  “səhneyi-bidad”  halında  olmasını, 

qulaqlara  nalə  və  fəryad  səslərinin  gəlməsini  xatırladan  müəllif 

billdirir ki, vətən torpağı və vətən övladı azadlıq üçün təşnədir və 

bunu  onlara  yalnız  sizlər  verə  biləçəksiniz.  Onları  alqışlayan, 

Kərbəladan  İmam  Hüseyn,  Əkbər,  Abbas,  yetmiş  iki  şühədanın, 

canını “vətəni-pak üçün fəda qılan”  “Qəlbi-vətəndə yatan Abbas 

Ağa” kimi millət xadimlərinin ruhlarının   onlara duaçı olmasını 

dilə gətirən şair daha sonra vəcdə gələrək yazır: 

 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə