Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə61/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   57   58   59   60   61   62   63   64   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



181 

Bağırxanın  lideri  olduqları  Məşrutə  inqilabına  həsr  olunmuş  və 

sonu: 

 

 



Ġlahi! Dövləti-məĢrutəni sən payidar eylə, 

 

 Müsavat ilə hürruyyət əsasın üstüvar eylə, 

 

 Ədalət təxti üzrə Ģahi-adil bərqərar eylə, 

 

 Vətən xainlərin məxzulü xarü Ģərmsar eylə, 

 

 Necə kim, daima xain iĢi xüsran olub yeksər, 

 

 Cəzadə müstəhəqqi-həfreyi-niran olub yeksər (214, N 107), - 

bəndi ilə tamamlanan bu əsərində ölkənin zülm və sitəm sayəsində 

bir  viranəyə  döndüyünü  qeyd  edən  müəllif  bildirir  ki,  İran 

azadlıqsevərlər  üçün  bir  zindana  çevrildiyindən  və  əhalinin 

dolanışığı  günbəgün  pisləşdiyindən  vətən  övladı  qürbətə  üz 

tutuaraq yad məmləkətlərdə sərgərdan olmuş, “Bətən-gülşənsərası 

bir  müğilistan”a  dönmüş,  vətən  bülbüllərinin  cəh-cəhi  nalə  və 

fəryadlarla əvəzlənmişdir.  

 

Qərbin  və  Şərqin  bir  çox  ölkələri  “təcəlligahi-hürriyyət” 



olmaqla  azadlıq ağacının  meyvəsini xalqlarına  daddırdıqları belə 

bir zamanda İranda hürriyyətə ikrahla baxılır və iş o yerə çatıb ki, 

xalqın  əhvalına  yanıb  onun  hüquqlarını  müdafiə  etməli  olan 

Mirhaşım və onun kimi din xadimləri Fironun vəziri Haman kimi 

şahı  qızışdırib  xalqı  qırdaırmağa  təhrik  edir,  şeytan  dəqdəğəsinə 

uyaraq  fitnə-fəsad  törətməklə  məşğul  olurlar.    Elə  bir  zaman 

yetişib ki: 

 

 Vətəndə rəhmdil yox, qatili-səffaklər çoxdur, 



 

 Tapılmaz gərçi Gavə, ah, kim Zöhhaklar çoxdur (214,  N 107). 

 

M. Hadi qeyd dir ki, “Zəkidir gərçi millət, sahibi-idraklar 



çoxdur”,  lakin  Şeyx  Fəzlullah  kimi  napakların  çoxluğu 

səbəbindən  millətin  azadlıq  eşqi,  özünüdərk  və  hüququnu 

qorumaq, tələb etmək haqqı məkr və hiylə ilə elə hala salınıb ki, 

İran xarabazara dönüb və: 

 

 

Təməddündən əsər yox, zillətü vəhĢət firavandır, 



 

 Qəsavət gün-gün artar, qəhtiyi-insafü vicdandır, 

 

 Cəfa çox, zülm çoxdur, nari-istibdad suzandır, 

 

 Bu təzyiqatdan əhrarü məzluman cigərqandır, 

 


İslam  Qəribli 

 

 



182 

 

 Vətən əhli cfavü cövrdən nalan olub yeksər, 

 

 Mücəssəm bir ənini-naləvü əfğan olub yeksər(214,  N 107). 

 

Bəs  nə  etməli,  bu  millətə  yaramşayan  vəziyyətdən  necə 



çıxmalı?  Çıxış  yolunu  şair  millətin  səy  və  qeyrətində  görür  və 

millətə xitabən deyir: 

 

 

Oyan, ey milləti-mərhumə, vəqti-səyü qeyrətdir, 



 

 Əsarət rəxnələnmiĢ, səy edin, fürsət qənimətdir, 

 

 Edin təmini-istiqbal, madam əldə fürsətdir(214,  N 107). 

 

M.  Hadinin  bu  çağırışı  Məşrutə  dövrünün  tanınmış 



şairlərindən olan Hacı Rza Sərrafın “Dur, vəqti-səhərdir” məşhur 

şeiri ilə yaxından səsləşir(51,  178).  

 

M.  Hadi  bildirir  ki,  əgər  dövlət  ölkəni  qanunlarla  idarə 



etməsə, xalqın qayğısına qalmasa millət, millət əl-ələ verib dövləti 

qorumasa  dövlət  məhv  olub  gedər.  Bəs  millətlə  dövlətin  birliyi 

yaranarsa nə baş verəcək? O, baş verəcək ki: 

 

 



Bunlar gər ittifaq etsə, qəmü möhnət olur fani

 

 Vətən xöĢbəxt, mllət Ģad, həm zillət olur fani, 

 

Görürsən kim, vətən məmurü abadan olub yeksər, 

 

 

Muğilistan dönüb bir rövzeyi-rizvan olub yeksər(214, N 107). 

 

M Hadi bu şeirdən sonra iki aya qədər “Təzə hayat”da nə 



poetik,  nə  publisistik  əsərlərini,  nə  də  tərcümələrini  çap  etdirmir 

və bizcə, bunun səbəbi şairin bu müddətdə  Bakıda olmaması ola 

bilər. Qəzetin 15-16 iyulda çıxan nömrələrində şairin “Müxatibim 

Şirvandır” qeydi ilə “Ah, kimsəsiz vətən!” adlı “Vətən” rədifli on 

bəndlik  bir  müsəddəsi  dərc  olunur(215,  N  161,162).  Vətəni 

Şirvana xitabən yazılmış bu şeirə şair sərlövhədən sonra nəsrlə bir 

giriş  yazmışdır  ki,  onun  bəzi  cümlələrini  burada  qeyd  edirik: 

“Şamaxıya daxil olduğum gündən bəri özümü şəhər deyil, adətən 

bir  məzari-nisyanda  hiss  eləyirəm....  Şükufəzari-təranəsi  solmuş, 

vərəqrizi-xəzan  olmuş  bülbül  necə  dağidari-əsər  olursa,  tairi-

xəyalım  da  vətəninin  əhalisini  əfkarı  kimi  qaranlıq  və  xərabə 

vətənini  pərvazə  namüsaid  gördüyündən  şiddətli  yağışa  tutulub 

qanadları  qırılmış  zavallı  quşcuğaz  kimi  pərşikəstə  olaraq  xaki-

səfalətə yıxılıb qalmışdır. Hansı tərəfə baxılırsa, insanı bir yəs, bir 




Məhəmməd   Hadi  və   mətbuat 

 

 



183 

məlal  istiqbal  eləyir.  Ruha  şətarət,  fikrə  ilqayi-hikmət,  təbiətə 

lətafət verəcək  gözəlliklər sanki bu şəhərdən nifrət  etmişdr”(216, 

N  161).  Buradan anlaşılır ki,   M.  Hadi ola bisin  ki,  Bakının isti 

iqlimindən yaxa qutarmaq üçün yayı Şamaxıda keçirmək qərarına 

gəlmiş və Şamaxıya gələndən sonra gördükləri onu həddən ziyadə 

pərişan etdiyindən o, bu qəmli, ələmli əsərini yazmışdır. Şair şeiri 

bir  qədər  fərqli  şəkildə  “Firdovsi-ilhamat”a  salmış  və  əsər 

“Firdovsi-ilhamat”dan götürülərək eyni ilə “Seçilmış əsərlər”ə də 

daxil edilmişdir(377, 146-148; 379, 94-95). 

 

Qəzet  variantı  ilə  kitab  variantı  arasında  fərqlər 



aşağıdakılardır:  

 

1.  Qəzetdə  sərlövhədən sonra nəsrlə  verilmiş və  “Şamaxı 



xüsusunda verəcəyim məlumatı başqa bir vaxta həvalə  eyləyərək 

indi bu sahibsiz... məmləkəti bir az oxşayıb ağlayaq” cümləsi ilə 

bitən qeydlər “Firdovsi-ilhamat”a salınmamışdır. 

 

2.  Şeirin  qəzet  variantında  hər  bənd  altı  misradan  ibarət 



olduğu halda, kitab variantında birnci və ikinci bəndlər beş, qalan 

bəndlər  altı  misradan  ibarətdir.  Birinci  bəndin  dördüncü: 

“Gülqönçeyi-ümidi pərişan olan vətən” və ikinci bəndin üçüncü: 

“Əndaminə  biçildimi  aləmdən  qəba?”  misraları  heç  bir  lüzum 

olmadan kitaba düşmədiyindən belə bir hal əmələ gəlmşdir ki, bu, 

bizcə bir mətbəə xətasıdır. 

 

3.  Şeirin  qəzet  variantında  “Gəldim  təsadüfən  yetişib 



ehtizarına”  misrası  ilə  başlayan  doqquzuncu  bəndi  kitabda 

yeddinci  bənd  yerində  verilmiş,  ikinci  misradakı  “validəm”  sözü 

“madərim”lə  əvəzlənmişdir.  Altıncı  bəndin  ikinci  misrasındakı 

“sətreyi-siyah”  birləşməsi  “pərdeyi-siyah”la,  altıncı:  “Ey  dəsti-

itilaidə puyan olan vətən” misrası “Ey cənnəti-maarifi viran olan 

vətən”lə,  son  bəndin  birinci  misrasının  “Ey  hikmətə  müariz” 

birləşməsindəki  “hikmətə”  sözü  isə  “fitrətə”  sözü  ilə,  üçüncü 

misradakı “kövkəbi-sabah” ifadəsi “şöleyi-sabah” ifadəsi ilə əvəz 

edilmişdir. 

 

M. Hadinin təsvirində cəhalət atəşi ilə büryan olan vətənin 



hazırkı durumu “meydani-Kərbəla”nı  xatırladır. “..Təkcə Şirvanın 


Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə