Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə57/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   53   54   55   56   57   58   59   60   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



169 

romantik  qolunun  başında  duran  Məhəmməd  Hadinin”(415,  99) 

“Təzə  həyat”da  çıxan  ilk  əsəri  bəndlər  şəklində  qurulan 

“Mücahidi-millət Həsən bəyin ruhuna ithaf” şeiridir(198, N 197). 

“Qafqaziyanın mücahidlərindən Həsən bəy Məlikov cənablarının 

vəfatı  münasıbəti  ilə  inşad  edilmişdir”  müəllif  qeydi  ilə  dərc 

olunan  bu  əsər  mətnində  heç  bir  dəyişiklik  edilmədən  həm  M. 

Hadinin ilk kitabı olan “Firdovsi-ilhamat”a (377, 17-20), həm də 

“Seçilmiş  əsərləri”nə  daxil  edilmişdir(379,  381;  75-76,  79-81). 

“Həsən  bəy  Zərdabinin  ölümü  o  dövr  Azərbaycan  ziyalılarını 

hədsiz  kədərləndirmişdi”  (427,  79)  ki,  belələrindən  biri  də  M. 

Hadi  idi.  Böyük  hüzn  və  kədər  hissi  ilə  qələmə  aldığı  əsərində 

Həsən  bəy  Zərdabini  xalqın,  millətin  maariflənməsi  və  tərəqqisi 

uğrunda ən böyük mücahidlərdən biri adlandıran müəllif təəssüflə 

bildirir ki, millət sağlığında bu böyük şəxsiyyətə qiymət vermədi. 

Şairin  məramına  görə  bundan  təəssüflənməyə  dəysə  də, 

darılmağa, ümidsizliyə qapılmağa dəyməz. Çünki: 

 

 ĠĢtə bu bir sirri-mübhəmidir kim, təbiətin, 



 

 Ömründə qədri olmayır əhli-ləyaqətin. 

 

 Olduqca bərhəyat düçari-məlal olur, 

 

 Mehdi-məzara girdimi, məhbubi-am olur(198,N 197).

    

 

Daha  sonra  M.  Hadi  üzünü  Həsən  bəyin  sağlığında  onun 



böyüklüyünü  dərk  edə-edə  özünü  bilməməzliyə  vuranlara,  onu 

təqdir  etmək  əvəzinə  “tiği-lisanla  könlünə  min  yara  vuranlara” 

tutaraq deyir: 

 

 



Ey düĢməni-ziyayi-həqiqət olan zəvat, 

 

 Əlhanınızla söndü bütün Ģöleyi-həyat, 

 

 DaniĢvəranə iĢtə budur hörməti-əvam, 

 

 Öldükdə göstərir ona təzimü ehtiram(198, N 197). 

 

Həsən  bəyi  elm  və  mərifət  zəmilərinin  toxum  səpəni, 



yüksək məslək sahibi olan “heykəli-mücəssəm”, fəna bağçalarına 

əbədilik,  daimilik  ağacları  əkən  düha  hesab  edən  müəllif  üzünü 

Həsən bəy kimi bir maarif ziyasını ağuşuna alan qara torpağa, lap 

elə inkr-minkirə tutaraq rica edir: 

 



İslam  Qəribli 

 

 



170 

 

 Aldın Ģu nuru qoynuna, ey sayeyi-ədəm, 



 

 Vurdun qülubi-ümmətə min zəxmi-pürələm. 

 

 Qıldı üful dəhrdən ol nuri-intibah, 



 

 Xaki-siyəh içində doğub Ģimdi bir səbah. 

 

 Ey tirə xak içində təvəttün edən həvam, 

 

 Sizlər də eyləyin Ģu gözəl pirə ehtiram. 

 

 Tiği-təhəssür ilə dili zəxmdardır, 

 

 Rəncidə qılmayın onu, pək ixtiyardır. 

 

 Cismin qocaltdı görmək üçün gənc ümmətin, 

 

 Girdi məzarə, görməti məsud millətin(198,  N 197). 

 

Ümmətini gənc görmək üçün cismini qocaladan bu böyük 



şəxsiyyətə  pasiban  olmağı  Həsən  bəyn  qəbrinə  dolacaq 

həşaratlardan iltimas edən şair son olaraq rica edir ki:  

 

 

 



ÇeĢmanına (gözlərinə -Ġ. Q.) toxunmayın, ol intizardır, 

 

 Amalının hüsuluna həp didədardır(198,  N 197). 

 

Qəzetin  1908-ci  il  yanvar  nömrlərindən  başayaraq  M. 



Hadinin  bir-birinin  ardınca  bir  neçə  şeir  və  məqaləsi  çap  olunur. 

“Kimdən kimə şikva edəlim”şeiri

 

(200, N 7) qəm altında inləyən, 



imdadına bir kimsənin yetişmədiyi vətənin övladlarına xitabı kimi 

düşünülmüşdür.  Mətninə  heç  bir  dəyişiklik  edilmədən  həm 

“Firdovsi-ilhamat”a(377,  27-28),  həm  də  “Seçilmış  əsərləri”nə

 

(379,  381;  78,  83-84)  daxil  edilən  şeir  beytlər  şəklində,  qəsidə 



formasında  yazılmışdır.  “Yox”  rədifli  bu  şeirdə  vətənin,  milətin 

düçar olduğu bəlalar sadalanır və bu müsibətlərin səbəbini şair heç 

kimdə, 

yəni 


qeyri-millətlərdə 

deyil, 


özümüzdə, 

öz 


başbilənlərimizdə axtarır. M. Hadi bəyan edir ki: 

 

 Milləti-məzlumədə var qabiliyyət cövhəri,  



 

 

 Heyif, onu parlandıran bizlərdə istedad yox(200,  N 7).   

 

Vətən övladları zəlalət  yolunun  yolçuları olmuş,  əfsus ki, 



“Bunları irşad üçün bir şöleyi-irşad yox”. Xəstənin nəbzini tutub 

dərdinə  dərman  etmək,  mərəzini  təşxis  etmək  əvəzinə  dərdinin 

üstünə  yeni  bir  dərd  gətirilir,  yara  üstə  yara  vurulur.  Kimdir 

günahkar?  Yaralımı,  millətmi,  özlərini  millətin  böyükləri  hesab 

edənlərmi? Cavab aydındır. Onsuz da üstüörtülü danışmaqla bir o 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



171 

qədər  də  arası  omyan  üsyankar  mütəfəkkir  birbaşa,  açıq-aydın 

bildirir: 

 

 Gərçi millətdə mühəqqəqdir vücudu millətin, 



  

 Səndə təĢxisi-mərəz etməkdə istedad yox. 

 

 Fəxri-ustadanə ilə, ey olan sərĢari-kibr, 

 

 Cəhl üçün ustadsan, irfan üçün ustad yox!(200, N 7) 

Prof.  X.  Əlimirzəyev  yazılarının  birində  Abbas  Səhhət 

haqqında  yazır:  “A.  Səhhət  şeirlərində  ancaq  vətənpərvərlik 

hisslərini, vətəndaşlıq  borcunu təbliğ  etməklə kifayətlənmir, həm 

də  əsl  vətəndaş  obrazını  yaratmağa,  əsl  vətəndaş  necə  olmalıdır 

sualına  hərtərəfli  cavab  verməyə  çalışırdı”(31,  30).  Bu  sözləri 

qeydsiz-şərtsiz A. Səhhətin yaxın dostu və məsləkdaşı M. Hadiyə 

də şamil etmək olar. Başqa əsərlərndə dönə-dönə qeyd etdiyi kimi, 

bu şeirdə də müəllif bildirməyi özünə borc bilir ki, millətə, vətənə, 

vətən övladına xidmət sözlə yox, əməllə edilməlidir. Xalqın, onun 

inkişaf,  istiqlaliyyət  və  hürriyyətinin  qayğısına  qalmayan  qələm 

əhllərini  “xadimi-istibdad”  hesab  edən  mütəfəkkirin  əqidəsincə 

dil, söz qəhrəmanı  yox,  əməl sahibi olmaq,  nəsihət verməkdənsə 

iş görmək lazımdır. Şair düşüncələrini belə ümumiləşdirir: 



Tərki-əğraz etməyi hər Ģəxs eylər tövsiyə, 

Tərki-əğraz eyləyən, ey vah, bir əfrad yox(200,  N 7).  

Həsən bəy Zərdabiyə, onun amal və məramına olan sevgi 

“Ədibi-şəhir  Həsən  bəyin  ruhuna  ithaf”  şeirində(201,  N  8)  öz 

kamil  bədii  təqdimini  tapmışdır.  Mətnində  dəyişiklik  edilmədən 

“Firdovsi-ilhamat”da(377,  27)  və  sonrakı  kitablarda  çap 

olunan(379, 381; 79, 84) bu  əsər Həsən bəyin qırxı münasibətilə 

yazılmışdır. M. Hadiyə görə sağlığında dahisinə qiymət verməyə 

o  qədər  də  maraq  göstərməyən  xalq  peşmançılıq  hissləri  keçirir, 

“İtirdik,  ah,  əcəb  bir  vücudi-fəyyazı”,-  deyə  Həsən  bəyin,  bu 

böyük  xalq  müəlliminin  ruhuna  dualar  oxuyurlar.  Həsən  bəyin 

ruhuna xitabən: 

Fəraği-xatir ilə yat məzari-pakində, 

Ġlələbəd sənə millət rəhini-minnətdir. 

Bu gün vətəndə nümüvv eyləyən nihali-kəmal, 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə