Məhəmməd Hadi və mətbuat
169
romantik qolunun başında duran Məhəmməd Hadinin”(415, 99)
“Təzə həyat”da çıxan ilk əsəri bəndlər şəklində qurulan
“Mücahidi-millət Həsən bəyin ruhuna ithaf” şeiridir(198, N 197).
“Qafqaziyanın mücahidlərindən Həsən bəy Məlikov cənablarının
vəfatı münasıbəti ilə inşad edilmişdir” müəllif qeydi ilə dərc
olunan bu əsər mətnində heç bir dəyişiklik edilmədən həm M.
Hadinin ilk kitabı olan “Firdovsi-ilhamat”a (377, 17-20), həm də
“Seçilmiş əsərləri”nə daxil edilmişdir(379, 381; 75-76, 79-81).
“Həsən bəy Zərdabinin ölümü o dövr Azərbaycan ziyalılarını
hədsiz kədərləndirmişdi” (427, 79) ki, belələrindən biri də M.
Hadi idi. Böyük hüzn və kədər hissi ilə qələmə aldığı əsərində
Həsən bəy Zərdabini xalqın, millətin maariflənməsi və tərəqqisi
uğrunda ən böyük mücahidlərdən biri adlandıran müəllif təəssüflə
bildirir ki, millət sağlığında bu böyük şəxsiyyətə qiymət vermədi.
Şairin məramına görə bundan təəssüflənməyə dəysə də,
darılmağa, ümidsizliyə qapılmağa dəyməz. Çünki:
ĠĢtə bu bir sirri-mübhəmidir kim, təbiətin,
Ömründə qədri olmayır əhli-ləyaqətin.
Olduqca bərhəyat düçari-məlal olur,
Mehdi-məzara girdimi, məhbubi-am olur(198,N 197).
Daha sonra M. Hadi üzünü Həsən bəyin sağlığında onun
böyüklüyünü dərk edə-edə özünü bilməməzliyə vuranlara, onu
təqdir etmək əvəzinə “tiği-lisanla könlünə min yara vuranlara”
tutaraq deyir:
Ey düĢməni-ziyayi-həqiqət olan zəvat,
Əlhanınızla söndü bütün Ģöleyi-həyat,
DaniĢvəranə iĢtə budur hörməti-əvam,
Öldükdə göstərir ona təzimü ehtiram(198, N 197).
Həsən bəyi elm və mərifət zəmilərinin toxum səpəni,
yüksək məslək sahibi olan “heykəli-mücəssəm”, fəna bağçalarına
əbədilik, daimilik ağacları əkən düha hesab edən müəllif üzünü
Həsən bəy kimi bir maarif ziyasını ağuşuna alan qara torpağa, lap
elə inkr-minkirə tutaraq rica edir:
İslam Qəribli
170
Aldın Ģu nuru qoynuna, ey sayeyi-ədəm,
Vurdun qülubi-ümmətə min zəxmi-pürələm.
Qıldı üful dəhrdən ol nuri-intibah,
Xaki-siyəh içində doğub Ģimdi bir səbah.
Ey tirə xak içində təvəttün edən həvam,
Sizlər də eyləyin Ģu gözəl pirə ehtiram.
Tiği-təhəssür ilə dili zəxmdardır,
Rəncidə qılmayın onu, pək ixtiyardır.
Cismin qocaltdı görmək üçün gənc ümmətin,
Girdi məzarə, görməti məsud millətin(198, N 197).
Ümmətini gənc görmək üçün cismini qocaladan bu böyük
şəxsiyyətə pasiban olmağı Həsən bəyn qəbrinə dolacaq
həşaratlardan iltimas edən şair son olaraq rica edir ki:
ÇeĢmanına (gözlərinə -Ġ. Q.) toxunmayın, ol intizardır,
Amalının hüsuluna həp didədardır(198, N 197).
Qəzetin 1908-ci il yanvar nömrlərindən başayaraq M.
Hadinin bir-birinin ardınca bir neçə şeir və məqaləsi çap olunur.
“Kimdən kimə şikva edəlim”şeiri
(200, N 7) qəm altında inləyən,
imdadına bir kimsənin yetişmədiyi vətənin övladlarına xitabı kimi
düşünülmüşdür. Mətninə heç bir dəyişiklik edilmədən həm
“Firdovsi-ilhamat”a(377, 27-28), həm də “Seçilmış əsərləri”nə
(379, 381; 78, 83-84) daxil edilən şeir beytlər şəklində, qəsidə
formasında yazılmışdır. “Yox” rədifli bu şeirdə vətənin, milətin
düçar olduğu bəlalar sadalanır və bu müsibətlərin səbəbini şair heç
kimdə,
yəni
qeyri-millətlərdə
deyil,
özümüzdə,
öz
başbilənlərimizdə axtarır. M. Hadi bəyan edir ki:
Milləti-məzlumədə var qabiliyyət cövhəri,
Heyif, onu parlandıran bizlərdə istedad yox(200, N 7).
Vətən övladları zəlalət yolunun yolçuları olmuş, əfsus ki,
“Bunları irşad üçün bir şöleyi-irşad yox”. Xəstənin nəbzini tutub
dərdinə dərman etmək, mərəzini təşxis etmək əvəzinə dərdinin
üstünə yeni bir dərd gətirilir, yara üstə yara vurulur. Kimdir
günahkar? Yaralımı, millətmi, özlərini millətin böyükləri hesab
edənlərmi? Cavab aydındır. Onsuz da üstüörtülü danışmaqla bir o
Məhəmməd Hadi və mətbuat
171
qədər də arası omyan üsyankar mütəfəkkir birbaşa, açıq-aydın
bildirir:
Gərçi millətdə mühəqqəqdir vücudu millətin,
Səndə təĢxisi-mərəz etməkdə istedad yox.
Fəxri-ustadanə ilə, ey olan sərĢari-kibr,
Cəhl üçün ustadsan, irfan üçün ustad yox!(200, N 7)
Prof. X. Əlimirzəyev yazılarının birində Abbas Səhhət
haqqında yazır: “A. Səhhət şeirlərində ancaq vətənpərvərlik
hisslərini, vətəndaşlıq borcunu təbliğ etməklə kifayətlənmir, həm
də əsl vətəndaş obrazını yaratmağa, əsl vətəndaş necə olmalıdır
sualına hərtərəfli cavab verməyə çalışırdı”(31, 30). Bu sözləri
qeydsiz-şərtsiz A. Səhhətin yaxın dostu və məsləkdaşı M. Hadiyə
də şamil etmək olar. Başqa əsərlərndə dönə-dönə qeyd etdiyi kimi,
bu şeirdə də müəllif bildirməyi özünə borc bilir ki, millətə, vətənə,
vətən övladına xidmət sözlə yox, əməllə edilməlidir. Xalqın, onun
inkişaf, istiqlaliyyət və hürriyyətinin qayğısına qalmayan qələm
əhllərini “xadimi-istibdad” hesab edən mütəfəkkirin əqidəsincə
dil, söz qəhrəmanı yox, əməl sahibi olmaq, nəsihət verməkdənsə
iş görmək lazımdır. Şair düşüncələrini belə ümumiləşdirir:
Tərki-əğraz etməyi hər Ģəxs eylər tövsiyə,
Tərki-əğraz eyləyən, ey vah, bir əfrad yox(200, N 7).
Həsən bəy Zərdabiyə, onun amal və məramına olan sevgi
“Ədibi-şəhir Həsən bəyin ruhuna ithaf” şeirində(201, N 8) öz
kamil bədii təqdimini tapmışdır. Mətnində dəyişiklik edilmədən
“Firdovsi-ilhamat”da(377, 27) və sonrakı kitablarda çap
olunan(379, 381; 79, 84) bu əsər Həsən bəyin qırxı münasibətilə
yazılmışdır. M. Hadiyə görə sağlığında dahisinə qiymət verməyə
o qədər də maraq göstərməyən xalq peşmançılıq hissləri keçirir,
“İtirdik, ah, əcəb bir vücudi-fəyyazı”,- deyə Həsən bəyin, bu
böyük xalq müəlliminin ruhuna dualar oxuyurlar. Həsən bəyin
ruhuna xitabən:
Fəraği-xatir ilə yat məzari-pakində,
Ġlələbəd sənə millət rəhini-minnətdir.
Bu gün vətəndə nümüvv eyləyən nihali-kəmal,
Dostları ilə paylaş: |