İslam Qəribli
178
On bəndi yeddilik, altı bəndi altılıq formasında olan şeirin
ilk bəndlərində milləti hüquqsuz vəziyyətə salan, onun qəddini
bükən, bütün islam aləmini, xüsusilə İranı bərbad hala salıb
xarabazara döndərən cəhalətdən acı-acı gileylənən şair dördüncü
bənddən etibarən müraciət obyektini dəyişir və azadlıq, hürriyyət
problemi önə keçir. “Fəğan! Sultani-qəflət verməyir İranə
hürriyyət”, - deyən, hürriyyəti gözəl, pak, bakirə bir qıza bənzədən
müəllif bildirir ki, halva-halva deməklə ağız şirin olmadığı kimi,
xalq istəyir,- deyə İran şahı iranlılara məşrutə - azadlıq
verməyəcək. Çünki:
Verilməz huri-hürriyyət, bu sözlər cümlə bicandır,
Bu fəttani-cahanın məhri yüz minlərcə qurbandır,
Fədakaranə aĢiq lafə gəlməz, böylə fəttandır,
Keçər candan o kəs kim, talibi-rüxsari-canandır,
Bizim də karımız boĢ-boĢ, səmərsiz ahü əfğandır,
Tükəndi ömri-qiymətdarımız fəryad altında,
Qarardı nuri-istead istibdad altında!(206, N 61)
“M. Hadi azadlığa, sərbəstliyə böyük ümid bəsləyirdi”(4,
249) və dönə-dönə qeyd edirdi ki, insan hürriyyətini özü
qazanmalı, əsarət və zülmdən qurtarmaq üçün canından, malından
keçməlidir. Əgər bəşər övladı azadlığını qazanmaq üçün canını
əsirgəyərsə, ölüncə heyvan kimi əziyyət və zəhmət altında
yaşamağa məcburdur. “Əsadən, xirqədən, təsbihdən, tiftik
əbalərdən” bəhs edən İmam Cümə, Şeyx Fəzllulah kimi “əshabi-
cəfaları” dinləyən, onların cənnət və cəhənnəm barədəki
səfsəfələrnə uyan xalq azadlıq şərbətinin nə dadda olduğunu bilə
bilməyəcəkdir.
Bir
zamanlar
“qucağı
məhdi-ərbabi-zəka
olan”,
bəşəriyyətə Sədi, Firdovsi kimi dühalar bəxş edən İran indi
“zülamabad” bir ölkə halına salınmış və məmləkət “cəhli-istibdad
altında” inləməkdədir. Səbəb nədir ki, Şeyx Fəzlullah kimi bir şər,
fitnə-fəsad yuvasına “İran aşiyan olmuş”dur? Bunun nəticəsidir
ki:
Məhəmməd Hadi və mətbuat
179
Təməddün dlbəri fərtutə, vəhĢət növcavan olmuĢ,
Maarif cənnəti solmuĢ, vərəqrizi-xəzan olmuĢ,
XamuĢabadi-nisyanda bu bülbüllər nihan olmuĢ,
Zəğənlər, bumlar baği-vətəndə növhəxan olmuĢ(206, N 65).
“Mənə küsdünmü, bilməm, ey vətən, ey dilbəri-balım”,-
deyə vətənin dərdlərindən, onun səmalarını bürüyən kəsif
buludlardan söz saldığı, eyiblərini açdığı üçün vətənin ondan
inciyə biləcəyini bəyan edən, özünü “Mən ol avarə mürğəm
zəxmdar olmuş pərü balım” şəklində təqdim edən müəllifin lirik
qəhrəmanı “Birər girdik məzarə pənceyi-bidad altında”,- deyərək
fəryad edir.
İranlılara bir zamanlar İranda Nuşirəvan kimi ədalətli bir
şahın hökmranlıq etməsini, bu ölkənin əmniyyət və ədalət ölkəsi
olmasını xatırladan M. Hadi təəssüflə bildirir ki, bu ölkə “İndi
zülm ilə müşairi-bilbənan olmuş”dur. İdarəetmə sistemindəki
naqisliklər ölkəni elə vəziyyətə gətirib çıxarıb ki, millətin (M.
Hadidə “biçarə ahu” - İ. Q.) qanına susayan minlərlə səyyad -
ovçu, çoxlu sayda cəlladlar peyda olub. “Nə fəryad etməyə avazi-
istimdadımız”, nə də fəryadımızı dinləyən “bir imdadımız vardır”.
Bəs nə etməli, çıxış yolu nədədir? Çıxış yolunu “Aylı, ey
xabə dalmış, yatma istibdad altında” tezisi ilə bildirən şair son
olaraq bildirir ki, sürünməklə yaşamaqdansa, kişi kimi ölmək daha
şərəflidir və:
Ayıl, ey xabə dalmıĢ, ölmə istibdad altında,
Ölürsən öl yenə bir Ģanlı, ali ad altında!(206, N 100).
M. Hadinin “Mələkim, nədir o?”(213, N 103) şeiri
məhəbbət mövzusunda olan kamil bir qəzəldir. Şeirin ilk “Nuri-
vəfamıdır nigəhindən uçan ziya?” misrasına müəllif tərəfindən
belə bir qeyd verilmişdir: “Birinci şeir ustad Əkrəmin (türk şairi
Əkrəm Rəcəyizadə - İ. Q.) “Feyzi-bahardır dəhənindən uçan
ziya, Bəslər çiçək açılmaq üçün ibtisamını”,- şeiri-
ilhampərvəranəsindən iqtibas edilmişdir”(213, N 103). “Firdövsi-
ilhamat”a və “Seçilmiş əsərlər”ə düşən şeirin(377, 139-141; 379,
İslam Qəribli
180
90-91) qəzet mətni on üç beytdən, kitab mətni mətni isə on beş
beytdən ibarətdir. Qəzet variantında:
Gözdən iraq Hadini qəlbindən etmə dur,
Bir lütfün ilə oxĢa, a hurim, irağını(213, N 103),-
beyti ilə tamamlanan şeirə müəllif “Firdovsi-ilhamat”da şeirin
qafiyə-rədif sistemi ilə səsləşməyən aşağıdakı iki beyti də əlavə
etmişdir:
Ərbabi-zilalın əməli cümlə həbadır,
Bu mənzərə, əlhəq ki, səzavari-bükadır.
Türklər nə gözəl məsəl demiĢlər:
“Dünyanı ümid ilə yemiĢlər”(377, 141).
İctimai mövzular aləmində özünü daha sərbəst hiss edən
M. Hadidən adətən məhəbbət şairi kimi bəhs edilməmiş,
məhəbbət mövzulu şeirləri və nəsr əsərləri, demək olar ki, tədqiq
olunmamışdır. Sayca ictimai, siyasi şeirlərindən az olan bu qəbil
əsərlərində şair elə incə, dəruni, psixolaji məqamlara toxunur və
məhəbbətin insan həyatındakı rolunu elə ustalıqla açır ki, dərin
dəyərə malik ictimai, fəlsəfi əsərlərini yazmasaydı belə, bu
əsərlərə görə o, şübhəsiz ki, ədəbiyyat tarixində əbədi
yaşayacaqdı.
Mətləbdən uzaqlaşmayaq. Şeirin bir neçə beytinə diqqət
edək:
Mürği-məhəbbətim uçuyor baği-qəlbinə,
Ey gülnihal, göstər ona gül budağını.
Tiflanə tərz ilə gəlir ağuĢi-nazinə,
Tifli-dilim aç ona gəlsin qucağını.
Ol gördüyün qaramı düĢüb qəlbi-laləyə?
Qəlbim kimiydi bəsləmədə lalə dağını.
..Ey kainati-ruhuma sultan olan pəri,
Yandır biladi-qəlbimi, pozma dimağını(213, N 103).
M. Hadi “Təzə hayat”ın 107-ci nömrəsində
“Vətənpərvər” imzası çap etdirdiyi yeddi bəndlik müsəddəsini
“Təraneyi-vətənpərəstanə” adlandırmışdır(214, N 107). Bu şeir
“Firdovsi-ilhamat”a düşməmiş, qəzetdən götürülərək eyni ilə
“Seçilmiş əsərlər”ə salınmışdır(379, 92-93). İranda Səttarxan və
Dostları ilə paylaş: |