İslam Qəribli
184
yox, bütün Azərbaycanın acınacaqlı vəziyyəti təsvir olunan....,
vətənpərvərlər dilindən deyilən bir mahnı”(403, 237) kimi təqdir
olunan bu əsərdə vətənə: “Hər bir evin laneyi-şivənfəzaydır”,-
deyə xitab edən şair gündən-günə halı pərişan olan vətənin bu hala
düşməsində hamı ilə bərabər özünü də günahkar sayır və təəssüfə
qeyd edir ki, halına yanıb “fatihəxan” olsam da, dərdinə əlac edə
bilmirəm. Bəs görəsən səbəb nədir ki, “cənnəti-maarifi viran olan
vətən”in dərdinə əlac etmək müşkülə çevrilib? Səbəb cəhalət və
elmsizlikdir ki, bunun sayəsində:
Əsbabi-cəhl cümlə səadətqərindir,
Ərbabi-mərifət hamı sərbərzəmindir(216, N 162).
Məlum bir həqiqəti xatırlamağa ehtiyac duyuruq ki, XX
əsr Azrbaycan yazıçıları içərisində əsrin əvvəllərində baş vermiş
İran və Türkiyə inqilablarına rəğbətlə yanaşan və bu mövzularda
silsilə əsərlər yazan cənətkarlarının ön sıralarında gedənlərdən biri
M. Hadi olmuşdur. “Təzə həyat” qəzetinin iki nömrəsində dərc
olunan “Edəlim, çal!” rədifli “Ey mütribeyi-dövri-təməddün” adlı
on bəndlik müsəddəs də bu silsiləyə daxil olan əsərlərdən
biridir(217, N 166, 169). Mətnində dəyişiklik edilmədən
kitablarına da düşən(377, 159-161; 379, 96-97) bu şeir daha çox
inqilabi məzmunu və hürriyyətə çağırış mötivəri ilə seçilir.
Mədəniyyət əsrinin musiqiçisindən hürriyyət, azadlıq nəğmələri
çalmağı xahiş edən şair Türkiyədə baş verən 1908-ci il
inqilabından vəcdə gələrək hürriyyəti bir obraz kimi alaraq onu
gah “Ey aləmi məftun qılan dilbəri-vicdan”, gah “Ey şiveyi-
rəqqasə və nuri-həqiqət”, gah da “şahrahi-həyatın rəhbəri” kimi
vəsf edir. Şair bildirir ki, hər bir tərəqqi və təkamül azadlığa
bağlıdır və bütün mədəniyyətlər hürriyyətin meyvəsidir. Əgər
millətin hürriyyəti bərqərar olacaqsa, təkcə hazırkı vətəndaşların
bəxti üzünə gülməyəcək və azadlıq uğrunda çarpışıb o günü
görmədən əbədiyyətə qovuşanların da ruhları sevinəcəkdir.
M. Hadinn Türkiyə inqilabından təsirlənərək yazdığı başqa
bir şeir “Türkiyə Qanuni-əsasinə dair əməl təranələri” şeiridir(218,
N 171). Qəzetdə “Əbdülsəlimzadə M. Hadi” imzası ilə dərc
Məhəmməd Hadi və mətbuat
185
olunan “Gəlir” rədifli on yeddi beytlik bu şeir nə şairin sağlığında,
nə də ölümündən sonra çıxan kitablarının heç birinə düşməmşdir.
Türkiyədə qəbul olunmuş yeni Konstitusiyanın Türkiyə əhalisınə
faydalar verəcəyinə möhkəm inanan, onu gülşəndə nəğmələr
oxuyan bülbüllərin nəğməsi, “huriyi-nazəndə”, ölü canlara can,
ruh verən İsa nəfəsi və s. bu kimi epitetlərlə vəsf edən şair bildirir
ki, “Cahani-bəladən canə yetişən bəşər övladı” - Türkiyə əhalisi,
nəhayət bu qanunun verdiyi imtiyazlar sayəsində öz haqlarını
tanıyacaq, bəşər övladı olaraq insan kimi yaşamağın nə olduğunu
öz həyatlarında hiss edəcəklər.
“Nə latənahi cahandır cahani-hürriyyət”,- deyə azadlıq
barədə düşüncələrini əsərlərində təkrar-təkrar bəyan edən şair
azadlığa xitabən yazır:
Yüz illik ölmüĢü bir lütfün eyləyər ehya,
Desəm qələtmi ki, Ġsa nəfəsnisar gəlir.
..Bu rütbə ağlamıĢam kim riyazi-hicranda,
O əĢklər çiçək açmıĢ, bahari-yar gəlir(218, N 171).
İlk baxışda məhəbbət motivli, bir qədər də məşuqədən
şikayət təsiri bağışlayan “Şikvayi-aşiqanə, yaxud əlhani-pərişan”
şeiri(219, N 173,174) M. Hadinin fəlsəfi lirikasının dəyərli
nümunələrindəndir. Mətnində dəyişiklik edilmədən kitablarına
düşmüş(377, 162-165; 379, 98-100) iki hissəlik bu əsərin
(“Seçilmiş əsərlər”də şeir birinci və ikinci hissələrinin hər biri on
bir, üçüncü hissəsi isə on altı beyt olmaqla üç hissə şəklində
verilmişdir - İ. Q.) birinci – on bir beytlik bölümü sevgilidıən,
onun vəfasızlığından giley-güzar, ikinci – iyirmi yeddi beytlik
bölümü isə mütəfəkkirin insan və cəmiyyətdə onun yeri barədə
düşüncələridir.
“Ey atəşi-eşqi məni hər dəmdə yaxan yar” misrası ilə
başlanan əsərin ilk bölümündən bəzi beytlərə diqqət edək:
Bizdən kəsərək rabiteyi-mehrü vəfanı,
Qoydun, gözəlim, gözləri həsrətkeĢi-didar.
Məhbubi-qülub oldumu ən sevmədiyinlər?
Ən sevdiyini nifrətə kim qıldı səzavar?
İslam Qəribli
186
...Biganələri məhrəmi-razi-hərəm etdin,
ġimdi sənə biganə gəlir məhrəmi-əsrar.
Mən bilməz idim dürri-məhəbbət satılarmıĢ,
Satdın, mələkim! Səhvini kəndin də qıl iqrar(219, N 173).
Göründüyü kimi, klassik məhəbbət şeiri, gözəl qəzəl
nümunəsidir və misraların təhlilinə ehtiyac görmürük. İkinci
hissədə, yuxarıda qeyd etdiyimiz kimi, mənzərə büsbütün
başqalaşır. Burada söhbət əsarət, hürriyyət, məslək, maarif və
mədəniyyət, əsarətdən qurtarmaq və s. məsələlər barəsindədir.
M. Hadiyə görə əsarət altında yaşamağa alışan şəxslərin
nəzərində “zümreyi-əhrar” alçaq, xar və zəlil görünür. O, bildirir
ki, gündə bir dona girən, öz zatını həqarətlə ayaqlar altına atan
adam hörmət sahibi ola bilməz və mənfur xilqətə malik olanların
insan sayılmağa haqqı yoxdur. Çünki:
Ġnsan ona derlər ola bir məsləkə salik,
Denilsə səzadır buna ən Ģanlı fədakar.
Öz məsləkini həqq bilən ərbabi-fəzail,
OlmuĢ da nasıl aləmə gör naĢiri-ənvar(219, N 174).
Şair bildirir ki, zülmətlə nur bir yerdə ola bilməz və
zülmətdən cəhalət, nurdan ədalət törəyər. Cəhalət əhli ilə heyvanın
(Hadidə bəhayim- İ.Q.) fərqi o qədər də seçilməz və “İnsan ona
derlər ola irfanə həvəskar”. Cəhalət əhlinə: “ Diqqətlə dinləsəniz,
qiyamət günü yaxınlaşmaqda və İsrafil surunu çalmaqdadrr.
Cəhalət qəbrində yatmağınız yetər, oyanın!”, - deyə xitab edən
ədib onlara xatırladır ki: “Əshabi-zilalə denilir: “İdxülü finnar”
(Tərcüməsi:
Cəhənnəm
atəşində
yanacaq,
od
içərisinə
girəcəksiniz- İ. Q.). “Cahilin yeri cəhənnəm, aqiln yeri behiştdir”,
- fikrini irəli sürən müəllif şeirin sonunda yazır:
ġayani-behiĢt olmada ərbabi-maarif,
ġayisteyi-niran oluyor hizbi-siyəhkar.
Ərbabi-təməddün edir ehrazi-məratib,
Əsfəllərə layiq görülür vəhĢiyi-xunxar.
Hürriyyətə, ülviyyətə, qüdsiyyətə, millət!
Amali-səadətlə olaq biz dəxi təyyar(219, N 174).
Dostları ilə paylaş: |