İslam Qəribli
190
etsin ki, gəzib-dolaşdığı aləmlər Yer kürəsi kimi zülm və sitəm
səhnəsidir, yoxsa oralarda “hüquqi-bəşərə riayət”, məzlumlara
himayət edilirmi? Görsun ki:
Azadəmidir zülmünü icrada məzalim,
Varmı o cahanlarda da insan kimi zalim?
Hər kəs nə bilirsə eləyir, yoxsa nizamat?
Onlar da mı həsrətkeĢi-rüxsari-müsavat?(379, 348).
Daha sonra şair təbindən rica edir ki, o aləmlərdə
gördüklərini seyr etməklə işini bitmiş hesab etməsin, görüb-tanış
olduqlarını yazıb göndərsin və həmin yazılanlar bu dünya əhlinə
çatdırılsın ki, həqiqi bərabərliyin nədən ibarət olduğunu zülm və
sitəm səhnəsi olan dünya əhli anlasın. Bəlkə bundan sonra bu
cahan əhli özündə bir tərpənişin yranmasına cəhd edəcək, azad
yaşayışının təmin olnmasına çalışacaq.
“İstər vətən, istərsə də cahan miqyasında gələcəyi, sabahı,
taleyi Hadinin harada axtarmasını, şairin dinini, təriqətini və
utopiyasını, xüsusilə qabarıq, əyani şəkildə göstərən “Aləmi-
müsavatdan məktublar”(73, 15) əsərinə müqəddimədən sonra
nəsrlə belə bir qeyd verilir: “Mədəniyyəti-həqiqiyyə şəhərində
seyrü səyahət edən müxabiri-məxsusimizdən gələn “Cahani-
müsavat məktubları”. Yeri gəlmişkən bildirək ki, bu qeydi M.
Hadi 1908-ci ildə çap etdirdiyi “Firdovsi-ilhamat” kitabına
salmamışdır.
Fikir təyyarəsinə minib nurlar şəhərinə səfərə yola düşən
“müxabiri-məxsusi”, yəni şairin təbi “Ruhülqüds” imzası ilə beş
məktub göndərir. Birinci məktub 29, ikinci məktub 23, üçüncü
məktub 24, dördüncü məktub 18, beşinci məktub isə 21 beytdən
ibarətdir.
Birinci məktub səfərin təsviri ilə başlanır. “Xaneyi-
təyyara” – uçan evə minib səfərə çıxan qəhrəman gecə vaxtı elə
bir şəhərə gəlib çatır ki, bu şəhərin gecəsi real həyatda olan
şəhərlərin gündüzlərindən daha parlaqdır. Bu şəhərin yanında yer
üzərindəki şəhərlər cəhənnəmə oxşayır. “Bir çox cəhətdən bizə
Nizaminin “İsgəndərnamə” əsərinin sonundakı məşhur utopiyasını
Məhəmməd Hadi və mətbuat
191
xatırladan” (385, 123) bu əsərində şair qeyd edir ki, hürriyyət və
brabərlik şəhəri olan bu şəhər o qədər gözəldir ki, qələm onun
təsvirini verməkdə acizdir. Gərdunəyə - minik arabasına minib
şəhəri seyr edən qəhrəman uzun illər xəyalında bəslədiyi,
həsrətində olduğu gözəlliklərin şahidi olur. Hər yer – küçə, bazar,
imarətlər rahat yaşayışdan, hürriyyət və bərabərlikdən xəbər verir.
Gərdunəçinin qabiliyyəti, rəftarı bu şəhər əhlinin nə qədər
alicənab, xeyirxah olmasına dəlalət edir. Minik arabasından
düşərkən sürücüyə: “Övlad, məni bu alicənablığınla son dərəcədə
şad və xoşhal etdin”, - deyə minnətdarlıq edən qəhrəman bildirir
ki, mən sürücüyə zəhmət haqqı kimi verdiyim pulu kassaya atdı
və bildirdi ki:
Ol parə məsarif edilir nəfi-ümuma,
Bikəsləri təlim edəcək dari-üluma(379, 350).
“Ədl ilə, müsavat ilə vətən abad olar”, - fikri ilə
tamamlanan,
“yarısı
arabada,
yarısı
“Beyti-məsərrət”
mehmanxanasında yazılıb gecə poçtası ilə göndərilən”,
“Ruhülqüds” imzalı məktubdan anlaşılır ki, M. Hadi əslində
xəyalında qurduğu aləmin rəsmini çəkmiş, qəhrəmanının dili ilə
oxuculara söz vermişdir ki, sonrakı məktublarında şəhər, əhalisi
və oradakı qanunlar barədə ətraflı məlumat verəcəkdir.
İkinci məktubda şənlik və gözəllik şəhərinin abadlıqları,
camaatın ədəb-ərkanı, maarif və səhiyyənin xalqın xidmətində
durmasından bəhs edən müəllif əsas məqsədini “Beyti-
məsərrət”dəki xidmətçinin dili ilə son beytlərdə bu şəkildə elan
edir:
Ġzzətli bəradər, sənə bu iĢ ola məlum:
-Yox burda hökumət, nə də hakim, nə də məhkum.
Bu üç sözü məhz eyləmiĢiz cümlə lüğətdən,
Azadəsəriz indi bu üç danə sifətdən(379, 352).
Bu beytlərdən sonra mənzərə, yəni mütəfəkkir şairin
idealları tam şəkildə üzə çıxır. Deməli, məqsəd hər hansı bir
xəyali şəhəri təsvir yox, azadlıq, bərabərlik, dövlət və dövlətçilik,
qanun və qanunlara münasibət necə olmaıdır?, - məsələsini şərh
İslam Qəribli
192
etməkdən ibarətdir. M. Hadi, əslində, zamanın və şəraitin verdiyi
imkanlardan maksimum istifadə edərək klassik Şərq və
Azərbaycan ədəbiyyatında gözəl nümunələri olan “Namə” –
“Məktub” formasında dövlət, insan və cəmiyyət barədə
düşüncələrini bəyan edir.
Üçüncü məktub M. Hadinin “Azadlıq nədir, şəxsiyyət və
vicdan azadlığı nədən ibarətdir?” sualları barədə düşüncələrinin
poetik cavabı olmaqla yanaşı, “Vətən övladı vətəninə necə xidmət
etməlidir?” sualının da cavabıdır. Xidmətkarın, sifətindən
təbəssüm əskik olmayan şəxsin dilindən söylənilən aşağıdakı
misralr M. Hadinin azadlıq idealının məramnaməsidir.
Hürriyyəti-Ģəxsiyyəvü azadeyi-vicdan –
Çoxdan qılınıbdır bu gözəl Ģəhərdə elan.
Hürriyyətü-cəmiyyətü sərbəstiyi-əfkar –
AĢiqlərinə eylədi rüxsarını izhar.
Ġcra edilir qaideyi-ədlü müsavat,
OlmuĢ dilimiz dəftəri-ayati-müxavat.
Ġnsana məhəbbət sözü var məzhəbimizdə,
Həp sureyi-insan oxunur məktəbimizdə(379, 353).
Bu beytlərdən sonra şair məktubun ruh və məzmunundan
kənara çıxaraq xəyal aləmindən həqiqət aləminə qayıdır. Birbaşa
elan edir: “İnsanları yek-digərinə düşmən edən, gülşənləri,
gülbünləri həp külxən edən” bəşəriyyətin, bəşər övladının ən
böyük düşməni vahimə və xürafatdır. Xürafat bəşəriyyətin
vəbasıdır və bu vəbanı yaradanlar əmmaməlilədir. Çünki:
Əmmaməlilər yaxdı çəmənzari-cahanı,
Əmmaməlilər zəhərlədi fikri-cinanı(379, 353).
Bir çox əsərlərində dindən öz çirkin niyyətlərini həyata
keçirmək üçün vasitə kimi isifadə edənləri kəskin şəkildə pisləyən
və bu əsərində də onları qamçılamaqdan çəkinməyən M. Hadi
mehmanxana xidmətçisinin dili ilə bildirir ki, bu şəhərdə nə
rüşvətxor məmurlar, nə hazır yeyən, müftəxor “əmmaməlilər” var.
Bura elə şəhərdir ki, hər kəs ona aid olan işlə məşğul olur və
Dostları ilə paylaş: |