İslam Qəribli
196
Ərzi-Nəcədən dəhəni-Mürtəza-
Sizləri alqıĢlayır, eylər səda:
Sövləti-Ģiranənizə mərhəba!
Nüsrət edir tiğinizi piĢva!
“ArĢ,irəli, arĢ, bizimdir fəlah,
ArĢ, igidlər, vətən imdadinə!”(228, N 203).
Dünyada nə var-dövlət, nə mal-mülk, nə də rəyasət,
mənsəb əbədi deyil və “dəhrdə ancaq yaşayan addır”. Elə bir ad
ki, rəhmətlə anılsın və ləyaqətlə qazanılsın. Ləyaqəti olmayanın
aqibəti, aqibəti və imanı olmayanın axirəti olmaz və bunların hər
biri şəxsi mənafe ilə deyil, ictimai münasibətlərlə bağlıdır.
Söylənilənləri qazanmaq üçün şairn nişan verdiyi yol isə çox
doğru olaraq budur:
Kəsbi-ləyaqət üçün ülviyyətə-
Olmalı qurban rəhi-hürriyyətə,
Fəthü zəfər bağlıddurur qeyrətə,
Qeyrətə, mərdanəliyə, himmətə(228, N 203).
“Təsviri-məhəbbət, yaxud vərəqi-eşqü mədəvvət” şeiri(
229, N 204) şairin ilk baxışda məhəbbət lirikasına daxil olan
əsərlərindən biri təsirini bağışlasa da, əslində burada məhəbbətin
şairdə oyatdığı hisslərlə ictimai düşüncələrin vəhdətinin şahidi
oluruq. “Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin (1494-
1556) “Mən aşiqəm, həmişə sözüm aşiqanədir” misrasının təsiri
ilə yazılmış”(379, 442. İzahların müəllifi Əziz Mirəhmədovdur)
şeirin qəzet variantı ilə “Firdovsi-ilhamat”dakı mətn arasında(377,
188-190) cüzi fərqlər vardır(379, 442) və əsər sonrakı nəşrlərə
kitab variantı əsasında daxil edilmişdir.
Şair bildirir ki, ürəyim eşqin cəhənnəmi (könlüm cəhimi-
eşq), dilim bu cəhənnəm atəşindən şölənənən alov dilinə
bənzədiyindəndir ki, şeirim alov, od olub qəlbləri yaxar, yandırar.
Aşiq olduğumdan nəğmələrim də aşiqanədir və :
Övraqi-fikirimə yazılan min-min ayələr-
Ayəti-eĢqdir, gözəlim, hadiyanədir.
...Ümmidlər kimi güli-Ģeirim gülür mənə,
Eylər təranə, təbim o dəm bülbülanədir(229, N 204).
Məhəmməd Hadi və mətbuat
197
Bir qədər sonra vəziyyət dəyişir. Lətafəti şairin təbi kimi
“pək nazikanə” olan məşuqla “məftunuyam onun, o camali-
həqiqətin”,- deyən aşiqin istəkləri arasında üst-üstə düşməyən
məqamlar var. “Mən istərəm də, istəməz mənimlə ülfət o” və bu
məqamda aşiq onun eşqini ürəyindən silmək istəsə də, bu
mümkün deyil. Çünki:
Mən istərəm çıxarmağa könlümdən eĢqini,
Qılmaz itaət əmrimə pək amiranədir(229, N 204).
Sonrakı beytlərdə şair elan edir ki, eşqimə sadiqəm,
məhəbbətə könül verdiyimdəndir ki, “aləmdə sözlərim hübbül-
bəşər təranəsidir” və məhəbbətə şəxsi yox, ümumbəşəri bir
məfhum
kimi
baxdığımdan:
“Əfkarıma
baxılsa
bəşərpərvəranədir”. Şairi düşündürən başqa bir cəhət meydana
çıxır. Məhəbbət, eşq bəşəriyyət üçün xilas yolu olduğu halda:
EĢqü məhəbbəti niyə təhqir edir bəĢər?
Ikinci misrada şair cavabı elan edir:
Xislətləri bütün-bütünə düĢmənanədir!
Sonrakı misralarda oxuyuruq:
Bilməm vəfadan nə fənalıq görüb bəĢər?
Yox sidqdən əsər, əməli xainanədir.
Bəşərdə bu ikiliyi görən şair dünyaya gəlişinə peşmanlıq
duyurmuş kimi şeiri bu misralarla tamamlayır:
Məhdi-vücuda düĢdüyümə nadim olmuĢam,
Bu səhvə söylərəm: - Qələti-alihanədir.
Seyr eylədim həqiqəti, gördüm xəyal imiĢ,
Əlfazi-aləmi oxudum, biməal imiĢ(379, 113).
Akademik, böyük ustad Bəxtiyar Vahabzadə qeyd edir ki,
“Hadi poeziyasının böyüklüyü orasındadır ki, onun dayaz, fikirsiz,
məzmunsuz, yalnız sənət naminə deyilmiş bir dənə də olsun boş
misrasına rast gəlmək olmaz. Onun hər şeirində xalqın bir dərdi,
bir arzusu qələmə alınmışdır”(439, 41). Lirikasının dəyərli
nümunələrindən olan “Mən bir kitabəm” şeiri də şairin məhz bu
qəbildən olan əsərlərindəndir. Bu şeir ədibin dünya və kaintdakı
biri digərindən törəyən hadisələr barəsində düşüncələri olmaqla
İslam Qəribli
198
yanaşı, həm də birbaşa oxucu ilə həsb-halı, xitabıdır(230, N 205).
Mətnində dəyişiklik olunmadan kitablarında da çap olunan(377,
182-184; 379, 114-115) 24 beytlik qəsidə formalı əsərində özünün
bir kitab və hər vərəqinin də min kitab olduğunu bildirən müəllifin
bu fikri böyük M. Füzulinin “O dərdlər ki, mənim vardır...” sözləri
ilə başlanan məşhur qəzəlini yada salır. Şairin “hər vərəqim min
kitabdır” qənaətiə gəlməsi nə özündən müştəbehlik, nə də gəlişi
gözəl sözlər kimi başa düşülməməlidir. Araşdırdığımız əsərləri
tam şəkildə sübut edir ki, M.Hadi üçün şəxsi həyat və səadət bir o
qədər də önəmli olmamış, onu millətin, geniş mənada bəşəriyyətin
taleyi düşündürdüyündən, dünyadakı qlobal hadisələr zaman-
zaman yaradıcılığının əsas, aparıcı xəttini təşkil etmişdir ki, bu
əsər də, məhz həmin ideyanın məhsulu kimi ortaya çıxmışdır.
Ömür yolu kimi yaradıcılıq yolu da təlatümlü olan, nə
şəxsi, nə də ədəbi həyatında xırdalıqlara, cılız hisslərə yer
olamayan, “Qılsın mütaliə məni ərbai-inqilab”, - deyə oxucusuna
müraciət edən sənətkar bildirir ki, “onun vətənində cəhalət gecəsi
hökm sürür, ölkə əsarət altındadır”(11, 117) və zülmün qılıncı ilə
yaralanmış aləmləri, cəhalətin odu ilə xarabazara dönmüş vətəni
yalnız hürriyyət ilə abad etmək olar. O hürriyətlə ki, o aldadıcı,
beş günlük yox, əbədi olsun. Dünya nemətlərindən istifadə edə-
edə qafil olaraq hadisələrdən baş çıxarmağı bacarmayanlara:
Tihi-xəyal içində Ģitaban olan səfil!
Yortma, o parlayan su degildir, sərabdır, –
deyə müraciət edən, “zülmətpəsəndlərin yeri cəhənnəm, işıqlı
düşüncə sahiblərinin yeri behiştdir” fikrində olan mütəfəkkiriə
görə:
Elm əhlidir cahanda səzavari-iltifat,
Cahil həmiĢə məzhəri-qəhrü itabdır.
Başqa əsərlərində olduğu kimi bu şeirində də şair
inqilablar əsri olan XX əsrin əvvəllərində qeyri-millətlərin öz
hüququları uğrundə mübarizə aparmalarına üstüörtülü işarə edir
və öz millətinin hələ də “atılan toplardan diksinmədiyni” (M. Ə.
Sabir) ürək ağrısı ilə dilə gətirərək yazır: