Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə54/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   50   51   52   53   54   55   56   57   ...   147

İslam  Qəribli 

 

 



160 

 

Anlaşıldığı  kimi,  bu  qəzəl  başdan-başa  insanı  yaxşı 



əməllər  sahibi  olmağa  çağırış  niyyəti  ilə  yazılmışdır.  Şairə  görə 

insan  həmcinslərindən  nə  qədər  pisliklər,  yamanlıqlar  görsə  də, 

bəxti,  taleyi  ona  yar  olmasa  da,  ümidsizliyə  qapılmamalı,  yaxşı 

əməlindən  əl  çəkməməli,  insanlığa  xidmət  vəzifəsini  bir  an  belə 

unutmamalıdır. 

 

Deyilənlərdən  belə  bir  nəticə  hasil  olur  ki,  “Dəbistan” 



jurnalında M. Hadi, əsasən dərginin məramına uyğun əsərlər çap 

etdirmiş,  məktəb,  maarif  və  mədəniyyətin  cəmiyyətin  həyatında 

oynadığı  rol  barədə  mülahizələrini  bəyan  etmişdir.  O  da  qeyd 

olunmalıdır  ki,  bu  əsərlərin  dili  də  “Həyat”  və  “Füyuzat”dakı 

şeirlərin dilindən sadə və anlaşıqlıdır.  

 

 



II. 2.  SATĠRAYA  MEYĠL.  CƏMĠYYƏTƏ  ġƏXSĠYYƏT  

VƏ  SÖZ AZADLIĞI  LAZIMDIR 

 

Məhəmməd  Hadinin  “İrşad”  qəzeti  səhifələrində  iki  şeiri 

çap olunmuşdur. Şeirlərin biri “Molla Nəsrəddinə” adlı “A Molla” 

rədifli  müsəddəs(194,  N  106),  digəri  isə  “Nəyimiz  var?”  adlı 

beytlər  şəklində  qurulmuş    “Vardır”  rədifli  şeirdir(195,  N  114). 

1908-ci  ildə    Bakıda,  “Kaspi”  mətbəsində  çap  olunan  “Firdovsi-

ilhamat”  kitabına  düşməyən  bu  şeirlər  qəzetdən  götürülərək 

sonrakı  kitablara  salınmışdır(379,    57-58,  74).  “Füyuzat” 

məcmuəsi  bağlanandan  sonra  bir  müddət  Əhməd  bəy  Ağayevin 

redaktoru olduğu “İrşad” qəzetində çalışan – korrektorluq edən M. 

Hadinin qəzetin səhifələrində  bu iki əsərdən əlavə nə şeirinə, nə 

də məqaləsinə rast gəlmədik. Doqquz bəndlik “Molla Nəsrəddinə” 

şeiri  M.  Hadi  üslubuna    o  qədər  də  yaxın  olmayan  satirik 

üslubdadır  və  tədqiqatlardan  birində  yazıldığı  kimi  bəndlərin 

bəziləri, xüsusilə  

“Nisviyyəti  insanlığa  şayanmı  sanırsan?”  misrası  ilə 

başlanan  səkkizinci  bənd  vəzn  və  üslubca  M.  Ə.  Sabirin  bir  az 

əvvəl (26 may 1907) “Molla Nəsrəddin” jurnalında çap etdirmiş 




Məhəmməd   Hadi  və   mətbuat 

 

 



161 

olduğu  məşhur  “Fəhlə,  özünü  sən  də  bir  insamı  sanırsan?” 

satirasının təsiri ilə yazılmışdır”(379,  436).   

 

 

           

M. Hadinin bir müddət çalışdığı “İrşad” qəzeti 

 

  

Bütün  bəndləri  Molla  Nəsrəddinə  (“Molla  Nəsrəddin” 



jurnalına və onu redaktoru Mirzə Cəlilə - İ. Q.) xitabən “A Molla” 

rədifi ilə tamamlanan şeirin ilk bəndində böyük türkçü və millətçi 

olan  şair  millətinin  müasir  halının  onun  öz    əməllərinin  bəhrəsi 

olduğunu  elan  edir  və  bildirir  ki,  millətdə  qulluq,  nökərçilik, 

məhkumluq,  tənbəllik  psixologiyası  formalaşdığından  bizdə 

hürriyyətə  məhəbbət  əvəzunə  böyük  nifrət  var.  Dünya,  aləm  bir 

şahmat taxtası, biz isə mat vəziyyətində olan şah kimiyik. Doğru 

yolu  azmış,  qaranıq,  zülmət  aşiqi  olan  şəbpərələrə  -yarasalara  

bənzəyirik. Elə bir hala gəlmişik ki, mədəniyyət mələyi belə bizə 

çirkin  görünür.  Cəmiyyətin  qəbul  etmədiyi  gizlin  görülməli  olan 

işləri  aşkar  şəkildə  görür  və  hətta  qəbahətimizlə  fəxr  də  edirik. 

Başqa  millətlər  elmin,  maarif  və  sənətin  sayəsində  inkişaf  edib 

gələcəklərini  bugünkü  halarından  daha  xoşbəxt,  daha  məsud 

etmyə çalışdqları halda:  



Bizlərdə sönüb atəĢi-hissi-bəĢəriyyət, 

Gündən-günə millət eləyir maziyə ricət. 

 

Bəs bunlara səbəb olan nədir? Səbəb ədalətsiz qanunlarla 



idarə olunan cəmiyətdir. Bir gülşəndə ki, səltənət tacında qarğalar 

oturub bülbüllərə rəhbərlik edir, orada yamanlıqdan savayı  bir şey 

gözləmək  əbəsdir.  “Zağan”  –  qarğaların  bizə  rəhbər  olması 



İslam  Qəribli 

 

 



162 

ucbatındandır  ki,  əlimizdən  gəlsə,  bəşəriyyətin  yaddaşından 

hürriyyət  kəlməsini  silər,  “düşməni-xurşidi-ziya”  olduğumzdan 

nurlu səhərlərin üstündən xətt çəkərik.  Dırnaqarası üləmalarımız ( 

M.  Hadi  belələrini  bir  neçə  əsərində  “əmmaməli  jandarma” 

adlandırıb – İ. Q.) bizi elə tərbiyə ediblər ki, qadına bir kölə kimi 

baxmış,  “Nisvan  nədir,  həqqi-müsavat  nədir?”  şüarı  dilimizdə 

əzbər  olmuşdur.  Sən  isə,  a  Molla  qadınlara  azadlıq  tələb  edir, 

onları  insan  cərgəsində  hesab  edirsən.  Bəs  sən  bilmirsən  ki, 

insanla heyvanı bərabər tutmaq olmaz?  Yəni biz o dərəcədə geri 

qalmış,  o  mərtəbədə  nadanıq  ki,  qadının  cəmiyyətdəki  yerinin 

nədən ibarət olduğunu bilmirik? Ona  görə  də  bizə  ağıl öyrətmə, 

bizi yoldan çıxarmağa çalışma və: 

  

Nisvan sözün at guĢeyi-nisyanə, a Molla, 



 

Bu iĢləri ver bir para nadanə, a Molla. 

 

Bizə başqa şeylərən danış. Elə şeylərdən ki, onlar halımıza 



uyğundur və onları eşidəndə gözlərimiz yaşarıncaya qədr qəh-qəh 

çəkib  gülə  bilək  və  bu  günümüzün  qeydinə  qalmadığımız  kimi, 

gələcəyimiz  barədə  də  düşünməyi  unudaq.  Yoxsa  hürriyyət, 

mədəniyyət,  elm,  təhsil,  qadın azadlığı və  nə  bilim daha nə  kimi 

məsələlərlə başımızı qarışdırma. Çünki: 

 

Qul omaq olubdur bizə pirayəvü zinət, 



 

Biz istəmiriz ədlü müsavatü üxüvvət, 

 

Millətlə bərabər doğub əfkari-əsarət, 

 

Əhrarlığa eyləmədik kəsbi-ləyaqət, 

 

Hürriyyəti sil lövheyi-fikrətdən, a Molla, 

 

Bunlara danıĢ vadiyi-zülmətdən, a Molla(379, 58). 

 

“Nəyimiz  var?”  adlı  çeirinə  “Vardır”  rədifini    seçən  M. 



Hadinin  bu  əsəri  də  ruhu  etibarı  ilə  “Molla  Nəsrəddinə”  şeiri  ilə 

yaxından  səsləşir.  “A  Molla”  rədifli  əsərdə  müraciət  obyekti 

Molla  Nəsrəddin  idisə  və  millətin  uğradığı,  düçar  olduğu  bəlalər 

ona xitabən bəyan edilirdisə, bu əsərində şair birbaşa özü millətin 

mənəviyyatına və maddiyyatına  mənfi təsiri olan məsələləri şərh 

edir.  Millətinin  istedadlı,  irfanpərəst  bir  millət  olduğunu 




Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə